Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə53/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   49   50   51   52   53   54   55   56   ...   113

273

Getdim, təzə şumda addımlayaraq,

Çiynimdə, üstümdə çiçək tozu var.

Qəfildən beynimdə yandı bir çıraq:

Mənim gəncliyimdir bəlkə bu bağlar?!

Mənim gəncliyimdir bu öyündüyüm,

Başına döndüyüm badam ağacı.

Elə mənimki tək ağarıb saçı.

Ağappaq çələngi – başımın tacı.

Qaldır qanadına, al, apar məni

Ağ Səməndər quşum – badam ağacı.

Saçım, saqqalım ağ, əynim, üzüm ağ.

Təndirdənmi çıxır bu ağ alovlar?

Varlığım dörd yandan mühasirədə,

Bircə ürəyimdir yamyaşıl bahar.

Gələcək payızda qızlar, gəlinlər,

Hörmə səbətlərə badam yığanlar.

Mənim badamım yox, almam, narım yox,

Mən başqa meyvəyəm, mən başqa gülzar.

Badamsız, narsız da dolanmaq olur,

Min bir neməti var bu məmləkətin.

Fəqət atəşini daşdan çıxaran

Kişilər olmasa yaşamaq çətin.

Gedirəm, boz şumda addımlayaraq,

Çiynimə əl qoyur yüngül budaqlar.

Mənim beşikdaşım, əkiztayımdır

Bu barlı, nübarlı, xəzinə bağlar.

Mənim gəncliyimə bənzəyir günəş,

Dəniz, dənizlərə sığmayan bahar.

Nəfəsim deyilmi sal qayalardan

Bağlara can atan köhlən dalğalar?!



274

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yox, mənim gəncliyim rahat keçmədi,

Yaxam qasırğanın, selin əlində.

İldırım bağları hədəf seçmədi,

Ürəyimi seçdi gürşad gələndə.

İlanlar bağlara neyləyə bilər?

Ancaq mənim üçün başqadır məqam:

Hər çolpa misramı neçə gürzənin

Zəhərli dişindən qorumalıyam.

Suyu kəsiləndə bağlar bilir ki,

Hardasa ehtiyat qar var, yağış var.

Mənimsə qupquru dodaqlarımı

Bir damla şehə də möhtac qoydular.

İrmaqdan almadım, arxdan almadım,

Su aldım qayanın çaxmaq daşından.

Dirilik suyunun şah damarıyam,

Gəlirəm tarixin lap o başından.

Bircə fərd olsaydım, elə bilərdim,

Planet boydadır çıxdığım beşik.

Badam bağları tək, gül toxumu tək

Bütün qitələrə səpələnmişik.

Bağlar badam verir... mən gəncliyimi

Bayraq tək verirəm döyüşən nəslə.

Bağların gəncliyi otuz il, qırx il,

Mənimsə gəncliyim sığmadı əsrə.



Türkan, 27 mart 1989


275

MEHRİDƏN KEÇƏNDƏ

Silkələndi birdən qatar... daşmı dəydi, yoxsa güllə?

Qalın şüşə çilik­çilik... ovum­ovum, gilə­gilə.

Qatar bir də silkələndi... vaqon, kupe gözü qıpıq,

Ağ yataqlar ələk­vələk, pəncərələr sınıq­sınıq.

Döşəmədən axdı getdi buxarlanan, pak, isti qan.

Al qırmızı bayraqmıdır döşəkağı, balış, yorğan?

Dəftərim qan, qələmim qan, kitabım qan, masam da qan.

Qan qırmızı mürəkkəblə ləkələnən misram da qan.

Qatar gedir... güllə yağır... qatar gedir... daşlar yağır

Biri yüngül, biri ağır... fitnə­fəsad aşkar yağır.

Kim yağdırır bu daşları... bəlkə fələk, qara təqdir,

Bəlkə Henrik Borovikdir, bəlkə İqor Belyayevdir!

Qatar girir dar tunelə... pəncərədə bir kor şölə,

Düşmən güllə atır mənə İgidyanın əllərilə.

İgidyandır, Dədəmyandır, Balayandır qarşımdakı.

Bu gün mənə düşmən olan öz dünənki balamdır ki...

Qatar gedir, güllə yağır. Daşlar yağır, qatar gedir,

Vaqonları dağım­dağım, sinəsində dağlar gedir.

Parovozun od kürəsi atəş saçır yerə, göyə,

Daş kömürü, yaş kömürü gəvələyə­gəvələyə.

İki əsrə yaxındır ki, altındayam güllələrin.

Sim atmışdır köhnə yaram, təzə yaram daha dərin.

Qatar gedir, qatar keçir məftillərin arasından.

Qatar keçir məmləkətin Araz adlı yarasından.



276

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qatar gedir, güllə yağır, biri yüngül, biri ağır.

İki əsrə yaxındır ki, baş­gözümə güllə yağır.

Güllə yağır. Söz gülləsi. Şər gülləsi neçə yerdən,

Avtomatdan, pulemyotdan, tapançadan, karabindən.

Radiodan, “Pravda”dan, “İzvestiya” qəzetindən,

Yad gözlərin zəhrimarı nişan alır məni tindən.

Qatar gedir, Xan Arazı, qan Arazı içə­içə.

Araz axır, sal daşların üzərindən keçə­keçə.

Araz axır, dağ suyunu qayalara çırpa­çırpa.

Pəncərələr yanır, sönür, gözlərini qırpa­qırpa.

Güllə dəyir, diksinmirəm. Öyrəşmişəm güllələrə.

Güllələrin işığında qol çəkirəm yeni şeirə.

Güllələrin altındaca daş üstünə daş qoyuram,

Yol çəkirəm, ev tikirəm, bağ salıram, tunc oyuram.

Güllə yağır... qatar gedir... bağrından qan sıza­sıza.

Hanı mənim Orduxanım, hanı mənim balam Rza!

Qatar gedir, tunel zülmət... zülmət içrə günəşəm mən,

Zülmətləri yarmaq üçün göydən yerə gəlmişəm mən.

Qatar gedir, yaram köhnə, yaram təzə, yaram isti.

Yaralıyam, qüdrətliyəm, mənəm onun maşinisti.

Qatar gedir, kor dumanı, kor çiskini yara­yara,

Özü boyda qəm aparır hər ölkəyə, hər diyara.

Yupiterin, Ayın, Marsın şölələri gözümdədir.

Rels qırılsa, min rels gücü qollarımda, dizimdədir.

Qətranlanmış şpallara gül saçılır dəstə­dəstə,

Yürüyən bir gülüstanam, ilk baharam Araz üstə.




277

Parovozun od kürəsi atəş saçır yerə­göyə,

Daş kömürü, yaş kömürü gəvələyə­gəvələyə.

Gəbərəsən rels üstündə, çəkil, rədd ol, qara kabus!

Əngəl olma qatarıma, ey şərəfsiz, ey binamus!

Eraların arxasından gələn tarix axarıyam,

Rədd ol, çəkil, ey qaranlıq, mən bir işıq qatarıyam!

Bakı, beşinci gün,

27 ekim, 1989

TÜRK SÖZÜNDƏN QORXAN GƏDA

Qəribədir şakərin:

Türk sözünü eşitcək dərhal omba durursan.

Bacarsan, həmin sözün düz gözündən vurursan.

Qardaşım oğlu – Türkel,

Doğma kəndim də – Türkan.

Şeirimdə görsən, dərhal pozub qaralayırsan.

Ya Mərdəkan yazırsan,

Ya Şüvəlan yazırsan, təki Türkan olmasın.

Dodaqaltı mırtdanıb, söylənib xısın­xısın

Bəzən aşkar deyirsən:

­ Qardaş, “Türkan” olmasın.

Yox, “qardaş” sözünü sən götür geri, ey gəda!

Sözdən qorxan hərifdən qardaş olmaz dünyada

nə yaxına, nə yada.

Bu dünyada növbənöv qorxaqlar görmüşəm mən:

Oddan, sudan, dənizdən, ilandan qorxan da var.

Həyuladən, teyfdən, xortdandan qorxan da var.

Ancaq sözdən qorxanı dünyada görən hanı?

­ Yox, bu adi söz deyil, Türk sözüdür, ay canım!

Sus, tanıdım mən səni, vicdanı çoxdan susan!

Otuz yeddinci ilin lap dibinin xıltısan.

Sən neçənci ildənsən?



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə