Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə51/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   47   48   49   50   51   52   53   54   ...   113

262

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Aş dəniz aşqın dəniz

Daş dəniz, daşqın dəniz!”

Alsın bizi sırtına

Pakizə bir fırtına!

Dörd şamın qırağında düşünür dörd dilavər

İldırımdan, səmumdan, qasırğadan güclülər.

Xoş gəlib Türkanıma qasırğadan güclülər!

1987

TÜRKAY BALAMA LAYLA

Qoyulmursan hələ yerə... əl üstəsən, diz üstəsən.

Bələkdə yox, beşikdə yox, neçə­neçə göz üstəsən.

Anan səni öpər­qucar... Sevincindən atan uçar.

İki baban, iki nənən sənə heyran, sənə qəmxar.

Kim deyir ki, körpə zoğsan... Ya südəmər tumurcuqsan.

Beşiyindir bu planet, sabah qalxıb uçacaqsan.

Qızıl bürcüm, polad qalam... Qırxı təzə çıxmış balam!

Hardan bildin düşmən də var, yumruğunu sıxmış balam!

Mən qadanı alaram da, sənə qurban olaram da.

Anan əgər yorularsa, özüm layla çalaram da.

Həm ulduzum, həm ayımsan, Himalayım,

Hümayımsan.

Adın boyda bir aləmə işıq salan Türkayımsan.

Gül dodağın süd qoxulu... kirpiklərin bal yuxulu.

Nəvələrdən ilk cocuğum... boy at,

 

böyü buğum­buğum.



Ey sabahdan gələn səda! Oyna, çırpın, yat, uyu da.

Mənim arzum göy boydadır, sən hələ bir qönçə boyda.

Sən hələ bir tər bənövşə, ey sabahkı polad qalam,

Qalx, qanadlan al günəşə...Türkay balam,

Türkay balam!

1987



263

AZƏRBAYCAN

“Azərbaycan, mənim tacım, taxtım oy,

Oyanmazmı kor olası baxtım, oy?!”

Almas Yıldırım

Bu beyti eşitdim Rəfiq Zəkadan,

Gözümdən sıçradı yaş damla­damla.

Fikrimdə canlandı bir ulu insan,

Baş əydim önündə bir ehtiramla.

Azərbaycan, mənim tacım, taxtım, oy,

Oyanmazmı kor olası baxtım, oy?!

O qanlı illərin qan çanağından,

Sıyrılıb qurtuldu Almas Yıldırım.

Qurtuldu ölümün mancanağından,

Sanki bir qurd oldu Almas Yıldırım.

Ağrısı ovundu Ağrı dağında,

Qartal oylağında, şir yatağında.

Gözündə parladı ulduzlu sancaq,

Aylandı gözündə türlü muradı.

O, Ana Vətəndə yaşadı, ancaq

Yavru vətən deyə bəzən ağladı.

Azərbaycan, mənim tacım, taxtım, oy,

Oyanmazmı kor olası baxtım, oy?!

Azərbaycan, can vermişik adına,

Canımızdır adındakı “can” sənin!

Soyuq qəlblər yana bilməz oduna,

Namus sənin, şərəf sənin, şan sənin!

Azərbaycan, mənim tacım, taxtım, oy,

Oyanmazmı kor olası baxtım, oy?!

1988



264

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



ŞUŞAM

Kor bir adam işığa,

Müsəlman Kərbəlaya,

Sevgili öz eşqinə

 

necə, bil, can atırsa



 

o cür can atdım sənə.

Dünyanın ən məğrur ucalığında, ­

Göylərin ovcunda yaşayan Şuşam!

Məğrur qartallara aşiyan Şuşam!

Aya, ulduza bacı,

Pənah xanın qılıncı.

Torpağına müqəddəs kişi qanı tökülmüş

İbrahim xanın tacı, qayğı möhtacı – Şuşam!

Nə atla gəlmişəm, nə də maşınla,

Şahin qanadlarımla uça­uça gəlmişəm.

Sənin bal havanı məlhəm bilmişəm

Neçə illərdən bəri göyüm­göyüm göynəyən,

Sızım­sızım sızlayan

İsti yaralarıma!

İcazə ver, əyilim, içim barı bir ovuc

Xan qızı bulağının pak dirilik suyundan.

Keçim cənnət qoynundan.

Doqquz yüz bulağını birdən­birə nuş edim,

Ovcumda daşının izləri qalsın.

Alıb caynağına dağı qaldıran

Bir dağ laçını

Sərin kölgəsini üstümə salsın.

İsmətli bir qızın pak əllərilə

Özün beş­on damla səp

Bağrımı yandıran cəhənnəmlərə.




265

Məgər kar aşarmı beş­üç damladan?

Yanıram qayada tək lalə kibi.

Zarıslı nəhrilə Xəlfəli çayı

Tökülsün təpəmdən şəlalə kibi!

­ Mərd ağlamaz! ­ deyiblər,

Yoxsa bir cüt qolumu səmalarca açardım,

Üçmıxdan o Qoşa minarənədək

Qucardım səni.

Dolanardım başına... hər qayana, daşına

Göz yaşımı səpərdim.

Kol dibindən tapardım bir Xarı bülbülünü,

Min­min adsız gülünü əyilərdim, öpərdim.

Sənmi ağlayırsan, göz yaşını sil!

O hansı alçaqdır, o hansı rəzil

Doğma Xocalıdan, Malıbəylidən

Çıxarmaq istəyir qaçqın balanı?

Bircə bənövşənə qıymayan Xəlil

Tapdalayar onun gürzə başını.

Ağlama, baş əymə, sil göz yaşını!

“Əziziyəm, Qarabağ

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnət olsa da

Yaddan çıxmaz Qarabağ.”

Kimindir bu bayatı?

Tehran qəbiristanında ömrü­günü, həyatı

Bir ovuc külə dönmüş

Uzaq məlakəninmi?

Mamırlı başdaşına qonan bir bülbülünmü?

Qürbət saraylarında

Cıdır düzü nəfəsli bircə udum havana



266

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Həsrət qalıb boğulan

Gövhər ağa kibi gülnəfəs Şüşam!

Açılmış Quran tək müqəddəs Şuşam!

Əl boydaca köksündə dərd dənizi ləpələnən,

Oğulları, qızları diyar­diyar səpələnən,

Səma könüllərə dar qəfəs Şuşam!

Yanıb, yanıb külə dönən,

Kül içində bir daha Səməndərə çevrilən

Alov qanadlı Şuşam!

Qartımış qayaları almaz külüngüylə yox,

Kirpiklərilə sökən Fərhad inadlı Şuşam!

Darmadağın edəcəksən qanqırmızı nəqşələri,

Haqq divana çəkəcəksən insan donlu vəhşiləri.

Rüsvayçılıq divarına mismarlayıb Kremli sən,

­ Necə varsan, elə görün! – deyəcəksən.

Çıxardıb dar deşiyindən azğınları, quzğunları,

Tanıdacaqsan bəşərə alçaqzadə məlunları.

Sınaq çağlarındasan, çəkinmə, bir də şığı.

Mənim yüz­yüz yaramın tək bircə məlhəmi var –

Adsız mərdlərinin qəhrəmanlığı!



Ağdam-Şuşa,

şənbə, 27 avqustos 1988


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə