242
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Söndürər nəfəsim cəhənnəmləri,
Min oddan, alovdan keçərəm, inan!
Könül səndən ötrü nanə yarpağı,
Sən mənə qüdrət ver, Türkan torpağı!
Çiynimdə, əlimdə fotoaparat,
Mən bura gəlmədim səyahətçi tək.
Mən sənə bağlandım, gözümdə murad,
Torpağa bağlanan bağban, kəndçi tək.
Gah beldən yapışdım, gah da külüngdən.
Laylay daş tavanı doğradım, çapdım.
Qızıl torpağında ləl yox, inci yox,
Böyük qismətimi, bəxtimi tapdım.
Sənə bəxş elədim saldığım bağı,
Cənnətim, baharım, Türkan torpağı!
Sən mənə sarsılmaz bir iradə ver,
Dədə qüdrətindən, ər vüqarından.
Kökləri Xəzərin dərinliyinə
İşləyən zirehli qayalarından.
Zirehin, poladın, tuncun sayağı
Mən də mətinləşim, Türkan torpağı!
Həyatım yerləşib dar bir səngərə,
Bax... quzu cildinə girib canavar.
Kirli caynağını mərd ürəklərə
Uzadan nə qədər yırtıcılar var.
Mikroblar içində ən qorxulusu
Pəhləvan sayılan əfəl, ağciyər.
Özündən gücsüzün başından basıb
Güclülər önündə hey sülənənlər.
Heçcə bircəsinə güzəşt etmədim,
Vaxt oldu yıxıldım, vaxt oldu yıxdım.
243
Gücüm çatmayanda, bəbəklərimin
Qəzəb gülləsini hədəfə sıxdım.
Bildim ki, arxamın sənsən dayağı,
Yoxdu zaval mənə, Türkan torpağı!
Sən mənim gözümdə ucsuz, bucaqsız
Ətirli, əbədi gülüstanımsan.
Gil üstə yazılmış “Gilqamış” kimi
Şərəf tariximsən, şan dastanımsan.
Çaqqallar dalında yatan tülkülər
Ayırıb ağzını kəkələnməsin.
Bütün əqrəbləri süpürək, ataq,
Sənin pak torpağın ləkələnməsin!
Yığıb yandırıram bağda çayırı,
Başqadır muradı ancaq ömrümün:
Bütün nadanları qandırmaq üçün,
Bütün miskinləri yandırmaq üçün
Oxuyaq şeirini Yunus İmrənin!
Gör o kimdir mənə “Bir ovuc...” deyən?
Sahili görükməz ümmanımsan ki...
Əlimi uzatsam, çatar günəşə,
Əlim üzülməsin əlindən təki.
Pərdələr dalında qalan həyatı
Görmək ən çətin iş, möcüzə, ovsun.
Xəzər dənizindən bir cüt damla ver,
Gözümdə ömürlük çırağım olsun.
Yaraq hər zülməti, hər qaranlığı,
Ömrümün mayağı, Türkan torpağı!
Sinəndə minillik sal qayalardan
Çıxır... tükənməyən gənclik bulağı.
244
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Sıxım dodağımı dodaqlarına,
Birinci sevgilim – Türkan torpağı!
Yenə ağ suların fəvvarələnir,
Qarşımda bir parça səadət bağı.
Külüng istəmirəm... mənim qollarım
Sənin külüngündür, Türkan torpağı!
1985
ÜRƏYİMDƏ QALAN TİKAN
Nə zindandan çəkinərik, nə qanlı dar ağacından,
Çünki türkük ər köksümüz al qırmızı dan yeridir!
Əfzələddin Xaqani
Nə vaxtdır ürəyimdə qalıb incə bir tikan.
Onu çıxarda bilər görəsən hansı loğman?
Varmı gözə görünməz yaraları sağaldan?
Şeirim!
Yardım et mənə, yada salaq o günü,
Gətirək təsəvvürə Natəvan klubunun
ilham təlatümünü!
Ön cərgədə əyləşib yazıçı qardaşlarım,
Qarasaqqal, ağsaqqal müdrik qələmdaşlarım.
Son cərgələrdə gənclik! Mənim sərvətim, zərim
APİdən lap indicə mühazirə zalından
qaldırıb gətirdiyim,
Yalnız biliyimi yox, ürəyimi verdiyim
əziz tələbələrim!
Yazarlar dünyasını mənimsəmək həvəsi
dəniz tələbələrim!
245
Əllərdə güldəstələr, baxışlar maraq dolu,
Gənclik nəyi axtarır? Sabaha gedən yolu!
Görək kim söyləyəcək ən gərəkli, mərd sözü?!
Kimin gözlərindədir şeirin, elmin güzgüsü?
Sədrimiz öz yerində, mən bir azca yüksəkdə,
Uca söz kürsüsündən qəlbimi söyləməkdə!
Sədrimiz təcrübəli, mən bir az dəli, qaynar,
Yumruqlarım düyümlü, sözümdə şimşək oynar.
Hər bir cümləm bükülü qanımın dalğasına,
Güldəstətək atıram zalın tən ortasına.
Salon diqqət kəsilmiş, mövzu: dil təmizliyi
Yazarlardan tələbim – sözdə qızılgül iyi!
Dilin qızıl yatağı, hikmət xəzinələri,
Açılmamış, açılmış lüğət xəzinələri.
Cingiltili samitin igid, cəsur xilqəti,
Qanadsız kar samitə qanad verən cürəti!
Maraqlıdır: sən demə dilin ovsunu varmış:
Deyən qanadlıdırsa söz də qanadlanarmış!
Yazıq – fağır sözlərin fağır bir sahibi var,
Qəhrəman sözü ancaq qəhrəman ürək doğar!
Elə ki, söz söyləyən xain, fitnəkar olur,
Nitqində cingiltili samit dönüb kar olur.
Bu incə mətləbləri açıram birərbirər,
Maraqlanır deyəsən nitqimi dinləyənlər.
246
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Birdən təsadüfənmi, ya qəsdən, bilərəkdən
“Yazıçılar birliyi” – bu söz qopur ürəkdən.
Sədr zəngi basaraq dərhal saxlayır məni,
Başlayır öz boyundan uzun mühazirəni!
Xəlil Rza! Cibində qızıl bir kitabça var.
rəngi lalə, ərğəvan,
“Birlik” yox, “İttifaqdır” orda aşkar yazılan!
Neçə ki, daşıyırsan o qızıl kitabçanı,
öz xalqını gör, tanı.
Başqa səmtə əyilmə!
tanı Azərbaycanı!
Özün bilirsən ki, mən Fikrəti də sevirəm,
Ustad Namiq Kamalı, Hamidi də sevirəm.
Sevirəm qızıl saçlı, ala gözlü Hikməti,
Onun arxasındakı üsyankar məmləkəti.
Çox böyükdür o yurda məhəbbətim, rəğbətim,
Ancaq türk deyilik biz, bunu əzbər bilin siz.
Heç vaxt türk olmamışıq. Azərbaycanlıyıq biz!
Gördü ona inanan, hələ əl çalan da var,
Natiq bir az da qızdı, car çəkdi açıq, aşkar:
Rza Xəlil! Bunu bil:
İstanbul başdanbaşa al qırmızı geysə də,
Ankaranın, İzmirin kommunist bayraqları
Ulduzlara dəysə də, yenə türk deyilik biz.
Bu şəksiz həqiqəti dərk et şəksiz, şübhəsiz.
...Salon dəniz dalğalı, mən kürsüdə sal qaya,
Ayaqlarım kök atıb yeraltı bir dünyaya.
Açsam ovuclarımı min kəhkəşan görünər,
Alaqaranlıq salon çilçıraqban görünər.
Salon tüğyan içində, mən qranit, sal qaya,
Varlığımı vermişəm bəlkə ulduza, aya.
Bu kəmnəfəs salondan min qat geniş dünyaya!
Gözləyirəm nitqini haçan bitirər sədr?
Dostları ilə paylaş: |