Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə46/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   42   43   44   45   46   47   48   49   ...   113

237

Fabriklərdə dəzgahların çaqqaçakı – mənim haqqım,

Bircə budur təsəllim ki, sağdır körpəm, anam, xalqım.

Çəkicimin zərbəsindən od sıçrayır gecələrə,

Dönür göydə parıl­parıl ulduzlara, qönçələrə.

Sağda taxıl xəzinəsi, solda pambıq çıraqbanı,

Öndə qara qızıl nəhri, dalda çənlər – neft ümmanı.

Bəs umduğum, gözlədiyim hanı, hanı?..

Gözlərimin işığını, ürəyimin şirəsini,

Bal yuxumu, var­yoxumu,

Hər şeyimi bəxş edirəm insanlığa,

Can qoyuram milyard tonu misqal­misqal yığa­yığa.

Mən – Atlantam, mən – Tanrıyam. Qəlbim dolu, əlim boşdur.

Xoşbəxt olsun təki aləm... Mənə elə bu da xoşdur.

Raketlərə qanad verən öz əlimdi,

Bu dünyanın özülüyəm, dünya mənim özülümdü.

Soba mənim pak nəfəsim, ulduzlardan gəlir səsim,

Bəs nə üçün səadətim doğram­doğram, kəsim­kəsim?!

Kürəyimdə tər şırımı, daim əkin­biçindəyəm,

İldırımın, qasırğanın, leysanların içindəyəm.

Bəşəriyyət qarşısında əla verdim imtahanı,

Bəs o mənə vəd olunan üfüq hanı, hanı, hanı?!



1984


238

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



YER ALTINDA YATAN GÖVHƏR

Fəxrəddinimizin vəfatı günü

şair qardaşımız Qasım Qasımzadəyə təsəlli

AĞLASIN

Nə qədər amansız, qara bir xəbər!

Sellənsin gözümdə yaşım ağlasın.

Tıxansın köksümə hıçqırıq, qəhər,

Od tutsun kirpiyim, qaşım ağlasın.

Mən onu görmüşdüm Xəzər boyunda,

Cüt gözüm qalmışdı sərvər boyunda.

Bir heykəl yaşardı o ər boyunda,

Yazım qışa döndü, qışım ağlasın.

FƏXRƏDDİN! Gənc alim, gənc ərəbşünas!

Təpərdə arslandı, saflıqda almaz.

Yanaram, qəbrəcən yaram sağalmaz,

Üstümdə torpağım, daşım ağlasın.

Övlad itkisindən bükülən Qasım,

Gəl, səni balam tək bağrıma basım.

Sakit hönkürtünə mən qulaq asım,

Gəl, verək baş­başa, başım ağlasın.

Özüm də bilmirəm daha mən nəyəm,

Sınıq bir kamanam, qırıq bir neyəm.

Qanadı qırılmış Qasımzadəyəm,

Dağılan diqqətim, huşum ağlasın.

Qaraqaş, qaragöz, cürətli, məğrur!

Deyirdin dağlarla boyaboy durur.



239

Zəkası işıq, nur, varlığı büllur,

Qırılan kotanım, xışım ağlasın.

Qələmi, kağızı, kitab­dəftəri

Özündən ömürlü... ömür ötəri.

Nə tez yandı, söndü o dan ülkəri!

Ölüm peşimansa, çaşıb ağlasın.

Ay mənim sultanım, ay mənim paşam!

Dözürəm, bəlkə də ürəyi daşam.

Bütün ömrüm boyu dərdə qardaşam,

Vuruldu səmada quşum ağlasın.

Deyirdim: ­ Alınmaz qalam – Fəxrəddin!

­ Salam, doğan günəş! Salam, Fəxrəddin!

Bir ordu əvəzi balam Fəxrəddin!

Qəlbimdə bir ordu, qoşun ağlasın.

Tabut nur içində, çiçək içində,

Tabut bir laləzar, özgə biçimdə.

Bir kədər dənizi yaşar içimdə,

Misrama misralar qoşun, ağlasın.

Ağıllı, mehriban, hündürboy, uca,

ana öpmüşdü onu doyunca,

Nə ata baxmışdı başında taca,

Gün batdı, qaralan qaşım ağlasın.

Öləndən sonra da, oğlum, gözəlsən,

Bu gündən torpağın altında ləlsən.

Yata bilsəm, barı yuxuma gəl sən,

Oyaq qəm... başımdan aşıb ağlasın.

Elə bil dünəndi mübarək toyun,

Toqquşan qədəhlər, çal­çağır, oyun.

O tarı, o sazı bir yana qoyun.

Tarçı fikrə getsin, aşıq ağlasın.



240

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Ah, görən səadət nə üçün kəmdir?

Yeganə təsəllim bir cüt nəvəmdir.

Gəlin! Toxta bir az, göylər də nəmdir,

Qıyma bizə baxıb, uşaq ağlasın.



1984

YADİGAR NƏYİ QALDI?

Getdi... nəyi qaldı deyim yadigar?

Bir cüt qızıl telli balası qaldı.

Gözlər o gözlərdi, qaşlar o qaşlar,

Üzlərdə üzünün lalası qaldı.

Duz­çörək kəsmişdi neçə insanla,

Kamala yetmişdi halal ad­sanla.

Axmışdı ruhuna nur damla­damla,

Gözlərdə o nurun aynası qaldı.

Göydən ələnsə də qar aram­aram,

Gəlib məzarına çələng qoyaram.

­ Fəxrəddin! – deyəndə vüqar duyaram

Köksümdə mətanət qalası qaldı.

Kişi yaşayıbsa alnında qürur,

O, torpağın deyil, torpaq onundur.

Ey Kəpəz, ey Qoşqar, heykəl kimi dur,

Onun dağlar boyda arxası qaldı.

Keçəcək nəsildən nəslə soyadı,

Bakıdır, Təbrizdir qolu, qanadı.

Duyarsan, hayanda çəkilsə adı,

Cahanda ən gözəl sədası qaldı.

İnsanı əməli, işi tanıdır,

Ürəyi yaşadan eşq ünvanıdır.



241

Dünya Fəxrəddinlər gülüstanıdır,

Fəzada planet adası qaldı.

Sənəti ərəbcə qonuşan diktor,

Yenə Beyrut göyü gurlayır gur­gur.

Zülməti doğrayan ildırım odur,

Orda ciyərinin parası qaldı.

Çətindir sənəti şeir yazanın,

Kökü qanımdadır hər bir misranın.

Ona qoşma qoşan Xəlil Rzanın

Bağrında bir qardaş yarası qaldı.

1984

SƏN MƏNƏ QÜDRƏT VER

Bakının Türkan qəsəbəsində

yaşayanlara həsr edirəm

Elə ki, nədənsə, kimdənsə bezdim,

Elə ki, sinəmdə tövşüdü ürək,

Mən səni aradım, mən səni gəzdim,

Yüz alaq içində bir bənövşə tək.

Sənsən taleyimin uca Şah dağı.

Sən mənə qüdrət ver, Türkan torpağı!

Düşsəm avtobusdan bir axşam çağı,

Bir az ləng gedərəm... ləng... aram­aram.

Qollarım bəlkə də nənə qurşağı,

Səni Xəzərlə bir qucaqlayaram.

Yayın qızmarında adi havanı

Buzlu şərbət kimi içərəm, inan.

Mənə bircə əsim mehini qıysan,




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə