Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə42/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

217

Mikrafon gurlayır... Natiqlər odlu,

Atəş içindədir ürəyim, canım.

Duyuram, yüksəlir... öz keçmişindən

Qüvvət, qüdrət alan Azərbaycanım!

Səadət rənginə boyanmış kimi

Baxın qar nuruna boyananlara.

Fəxri qarovulda dayanmış kimi

Heykəlin yanında dayananlara!

İkicə nəfərdi cəlb edən məni,

Biri başıaçıq, biri kepkalı.

Biri yola salıb yüz qərinəni,

Biri yetmişində naşı, kal qalıb.

İgidin yanında ağciyər, nadan

Gizlədib başını. Sorma, nə işdir?

O, daim çəkinib qardan, borandan,

O, daim həyatda baş girləmişdir.

Titrəyir, qorxur ki, üşüyə, dona,

Qalın peysərinə yağa soyuq qar.

Əgər utanmasa girər yüz dona,

Kepkanın üstündən panama qoyar.

Oğlum, nədir vətən, soruş, söyləyim,

Bir az gec olsa da oyanmağımız.

Hətta ildırımlar enəcək gündə

Dahilər yanında, tarix önündə

Bizim başıaçıq dayanmağımız!



Türkan, 21 fevral 1980


218

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



İKİ FƏSLİN AYRICINDA

Dizlər girdən düşür, gözlər işıqdan,

Sifət də əvvəlki yar­yaraşıqdan. –

Büzüşüb yatmaq da bir az xoş gəlir,

Dərin yuxularda ürək dincəlir.

Sanki min qovğadan çıxmış bir aslan

Sakit yer axtarır, sakit bir məkan.

Qısalır deyəsən...

 

ekvator kimi



Bir vaxt uzun olan yollarım mənim.

Bükülür elə bil dörd okeanda

Dünən avar çəkən qollarım mənim.

Sanki iki fəslin ayrıcındayam,

Yazım heç solmamış, gəl deyir payız.

Cismim qocalığın, canım gəncliyin.

Qocalıq vəfalı, gənclik vəfasız.

Bir şair soruşur: “biləydim barı,

Niyə çox sevirlər vəfasızları?!”.

Lakin qəribədir: elə ki, dəyir

Burnuma dünyanın bahar qoxusu,

Qanımda yenidən təlatümlənir

Sel­sel, dəniz­dəniz məhəbbət, arzu.

Bir gözəl qarşımda cilvələnəndə

Sönən gözlərimə nur, işıq gəlir.

Hardasa bir türkü, nəğmə dinəndə

Dodağa əvvəlki qımışıq gəlir.

Yaz gəlir, cahana yaraşıq gəlir.

Çiçək dəniz­dəniz, gül ada­ada.

Pirani dünyanı növcavan görüb

Deyəsən könlüm də cavanlaşmada.

Ovuc qabar­qabar, əl cadar­cadar,

İçərim atəşli, əlim soyuqdur.



219

Qocalmış ceyrana bənzər üzümün

Pələng ürəyimdən xəbəri yoxdur.

Silkəyir Təbrizi qeyrət, ləyaqət,

Dəmir addımına göz qoyuram mən.

Nə üçün tez getdi ağ saçlı Səhənd?

Səhəndi az qala qınayıram mən.

Vətənin gəncliyi yaxınlaşırsa,

Qocalar səngəri tərk edə bilməz.

Yandır nəfəsinlə, sönübsə odun,

Qocalıq atəşi daha müqəddəs!

Yaz gəlir... güllərin qız qoxusunu

Göndərir az qala on bir iqlimə.

Bulaq gözlərdəki eşqin ovsunu

Dirilik gətirir bütün aləmə.

Milyard bahar görüb bu yer, bu ay, gün,

Çiçək dəryasıdır yenə çöl, bayır.

Bəs niyə görəsən insan ömrünün

Baharı getdimi, bir də qayıtmır?!

Burax, bu fəlsəfə səni sıxmasın,

Görünür, tükənir cismin növbəsi.

Təki bu dünyada əldən çıxmasın

Ruhun, təfəkkürün çiçəklənməsi!

Nə tunca bənzərik, nə lay dəmirə,

Bizim beynimizdə yüz kəhkəşan var.

Yarıda qırılan nakam bir ömrə

Yüz kişi ömrünü sığışdıran var.

Ürəyim bəsləyir eşq ümmanını,

İdrakım günəşə göndərir işıq.

Yaxşı ki, həyatın hər bir anını

Yüyənli at kimi cilovlamışıq!



220

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Cismin qocalırkən ruhun gənc isə

Yol vermə ürəyin yetim ahına.

Bahar bir mövsümə bağlıdır ancaq,

Sən iki eraya, yetmiş cahana.

Damarlarındakı son damlanı da

Dünyaya verməkdir dincliyin sənin.

Qocalmış əlinə qələm götür ki,

Keçsin miz dalına gəncliyin sənin.



Bakı, 1980

AZ İŞLƏNƏN SÖZLƏR

Yenə şeirimin üstdə düyünlənmiş yumruğun –

Xəzinənin üstündə başını dik qaldıran

bir əfi ilan kimi.

Əlyazmanı açırsan cinayət açan kimi.

Sən qaşqabaqlı, tutqun, baxışında zəhrimar.

Mənsə stol başından indicə qalxdığımdan

Gözlərimdə gülüş var.

Neyləmişəm, de görək?

Göz qoyuram, baxıram mənə tanış xəttinə.

Şeirimi neçə yerdən yaralamış xəttinə.

Misraların altından neçə cızıq çəkmisən,

Böyründə quş qoymusan, başında turp əkmisən.

Aha, bildim dərdini, kim səni cinlədib, kim?

Az işlənən sözləri çox işlətmək şakərim!

Məgər buna görə də qanqaralıq salarlar?

Bunca dilxor olarlar?



221

Mən “işıqfor” deyirəm, sənsə bir az başqa cür.

Bəlkə sənin dediyin daha doğma, dürüstdür?

Mən “ilnamə” deyirəm, sən də farsca: “salnamə”.

Kimdir kəsən dilini? Kimdir tutan əlini?

İstədiyin kimi yaz, ya da car çək aləmə,

Qoy yarışsın meydanda “ilnamə”ylə “salnamə”.

“Əlaqədar” deyirsən, “əlaqəli” deyirəm,

sənin yad şəkilçini

Öz doğma şəkilçimə qurban verib yeyirəm.

Kin, nifrət püskürürsən,

Şeirimdə “kurqan” sözü, “kapkan” sözü görəndə.

Doğma sözümdü bunlar, ey gözübağlı bəndə.

Mən “çimərlik” sözünü ilk dəfə işlədəndə,

Qarnına sancı doldu neçin ləpədöyəndə?

Sən mənə zəng edəndə sandım nizə udmusan,

Xörək, çörək yerinə əqrəb, gürzə udmusan.

Qəsdin başqadı bəlkə?

Ləkə vurmaqdı səyin, mərdə namərd bir ləkə!

Nər­nər nərildəyərək ucadan bağırırdın,

Hiddətindən az qala naqilləri qırırdın.

Kimsə eşitsin deyə göbəyini yırtırdın.

“Biz qoymarıq pozalar Azərbaycan dilini!”

De, anlayan oldumu yarımnadan dilini?

Bir “malades” aldınmı?

Rütbən qaldırıldımı?

Yetər, xalası göyçək, indi başqadı növbə,

İndi pislik, dargözlük, satqınlıq güllələnir.

Söykəyirik divara, güllə dəyməmiş gedir,

İstədiyin yerə gir.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə