Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə40/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   36   37   38   39   40   41   42   43   ...   113

207

Üzəcəm Altunsu limanınadək.

Qanadım altında Xəzər balam tək.

Köhlən dalğaları halaybahalay yenə də içəcəm beş­altı gilə.

Necə ki, bir zaman Rövşən – Koroğlu

Suyundan içmişdi Qoşabulağın.

Sonra mavilikdən çıxıb sakitcə

Gəlib uzanacam yay günəşinin

Tavasında bişən qumda, quruda,

Ya bizim Türkanda, ya Altunsuda!

Qaşımdan, saçımdan düşən damcılar,

O nurlu damcılar, o şən damcılar.

Quma hopan kimi dönəcək gülə.

Qəfildən Yer üzü bahar olacaq,

Dünya gül ətrindən xumar olacaq.

Hardasa hayqıran məğrur şəlalə

Mənə bəxş edəcək qəhqəhəsini.

Hardasa ucalan vüqarlı dağlar

Mənə bəxş edəcək dağ qüvvəsini.

Qartallar – gərilmiş qanadlarını,

Ulduzlar – nurunu, çaylar – səsini,

Kainat hüdudsuz möcüzəsini.

Ekvator xəttinin dostu, şəriki –

Cüt qolum qucacaq Qərb ilə Şərqi.

Qalxacam ayağa qıs­qıvraq, mətin.

Bütün təbiətin qüvvəti məndə.

Kor ölüm, dolaşma həndəvərimdə.

Mən milyon­milyonam, sən isə təksən.

Hardayam? Buludda, suda, quruda,

Heç bu ovcumdakı qızıl qumu da

Sən məndən ayıra bilməyəcəksən!

Türkan, 24 aprel 1980



208

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



SƏSİN GƏLSİN, TƏBRİZİM!

Sənə çatmaq həsrəti yenə vurub başıma,

Nəbzim kimi döyünür ürəyimdə, canımda.

Qarşımda dalğatutan?

Özüm antena kimi dayanmışam yanında.

Sağa, sola bururam radionun milini,

Kirpiyin ucu boyda ümidimin telini.

Mən səni axtarıram növ­növ səslər içində,

Doğmalığı gəzirəm yad nəfəslər içində.

Səsin gəlsin, Təbrizim!

Türkan, Xəzər yaxası. Burda hər tərəf açıq.

İstəsən şüaların tut ucundan, göyə çıx.

Burda hər tərəf açıq.

Nə zavod gurultusu, nə fabrik uğultusu.

Burnumun ucu göynər,

Sən hansı dalğadasan, doğma Təbriz qoxusu!

Səni tapmaq həsrəti,

Heç olmasa səsini göydən qapmaq həsrəti

Məni dartıb gətirmiş bu saf, tənha guşəyə.

Barı bir ovuc su səp yanan səhra ürəyə,

Səsin gəlsin, Təbrizim!

Mənə öylə gəlir ki, sənə kəmənd atırlar.

Sənin bulaq səsinə bəzən çamur qatırlar.

Yerdə gedən döyüşlər qalxıb çıxıb göyə də.

Vurur dalğa vuranlar orta, qısa dalğanı.

Qırır dalğa qıranlar, uzun, uca dalğanı.

Sən ki ülvilikdəsən, ey dərdimin loğmanı!

Dəridən çıxır onlar.

Susdurmaq üçün səni, boğmaq üçün səsini!

Tanımışıq çoxunu,

Onlar sənə tuşlayıb həmişə ilk oxunu.

Ruhu candan qoparan qəmli bir marş oxunur:

“...Ey şəhid, ey şəhid,

Xuni tu iftixar...”

Səninmi səsindi bu?



209

Bəs niyə özgə dildi, canım­gözüm, Təbrizim?!

O qədər doğmasan ki,

Hətta yadlar dilində doğmalığın bilinir.

Radionu az qala söykəyirəm köksümə,

Dinlədikcə səsini işıq gəlir gözümə.

Nəfəsindən güc alır qolum, qanadım, dilim.

Bəs niyə özgə dildə, canım, gözüm, Təbrizim?!

Hələ tamam olmamış XX əsrdə

Beş yol ayağa qalxan, imdada gələn də sən,

Həmişə ön cərgədə qanı tökülən də sən.

Tankların qarşısına bellə, yabayla çıxan,

Nərildəyən topları yalın əliylə yıxan,

Köynəyini həmişə oddan toxuyan da sən,

Özünə özgə dildə şərqi oxuyan da sən.

“Ey şəhid, ey şəhid, Xuni tu iftixar...”

Sənə şəhid deyənlər, sənə igid deyənlər,

Bu gününü qaraldıb, keçmişini öyənlər.

Boğazından çıxarıb son tikəni yeyənlər

Mən qorxuram əl ata, beyninə, qəlbinə də.

Qəlbimizdən savayı nədir varımız bizim?

Səsin gəlsin, Təbrizim!

Səsin gəlsin vüqarla! Bir az bərkdən, ucadan!

Səsin gəlsin zavoddan, çöldən, bağdan, bağçadan.

Səsin gəlsin ucadan!

Mən istərəm səsindən ildırımlar güc alsın!

Yalnız daş minarən yox, millətlər sırasında

sənin başın ucalsın!

Təkcə azan səsi yox, döyüş marşın ucalsın!

Fəxr edim ki, o tayda həm güclüyəm, həm mətin.

Mən də bir övladıyam üzüağ bir millətin!

Səsin gəlsin, Təbrizim, öz avazın, öz səsin!

Yandırsın daş qəfəsi, söksün beton məhbəsi

Haqq, ədalət uğrunda alov tutan nəfəsin!

Bərkdən danış, əzizim, səsinin möhtacıyam.

Yurdu vahid görməyin, yurdu xoşbəxt görməyin

təşnəsiyəm, acıyam!



210

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Danış, ucadan danış!

Dinləmək üçün səni,

Dünyanın bu başından o başına inan ki, ayaqyalın

gedərəm.


Növbənöv əngəlləri, ziyilli məftilləri

dırnağımla didərəm, dişlərimlə kəsərəm.

Həsrətə də dözərəm, hicrana da dözərəm.

Nə qəm, vüsal yubansın,

təki gözlərimizdə vüsal ümidi yansın!

Neçə min səs içində səsini axtardığım

Mehribanım, əzizim!

Danış, nəhrlər axsın,

geniş yollara çıxsın

mənim cığırım, izim.

 

Səsin gəlsin, Təbrizim!



 

Səsin gəlsin, Təbrizim!



Türkan, 4 mayıs 1980

MƏN UÇURAM!

Tufan çıxsa qabağıma, mənə verir qüvvətini,

Fırtınalar – cürətini, ildırımlar ­ sürətini.

Yağış yağır, qar ələnir aram­aram.

Mən uçuram!

Aparıram yüz illəri, min illəri qanadımda,

Vətənimin qüdrəti var iradəmdə, inadımda!

Tər süzülür kürəyimdən... Mən uçuram!

Od sıçrayır bəbəyimdən... Mən uçuram!

Qanadlarım ipəkdən yox, poladdandır,

Canım, cismim zirehdən yox, səbatdandır!



211

­ Uçma! – deyir – bəzən ağıl, ürək sözə baxmır, uçur,

Mən özümdən qüvvətliyəm, mən özümdən güclü, məğrur!

Fırtınadan, ya qəzadan qorxummu var zərrə qədər?

Dəmirləşən yumruğumu aça bilər hansı kədər?

Hərdən könül pıçıldayır: qat gecənə gündüzünü,

Rəqib yoxsa şair gərək ötüb keçsin öz­özünü.

Həkim deyir: ­ Unutma ki, sən xəstəsən, şəkərin var.

Həkim bilmir, sap­sağlamam, qanadlanmaq şakərim var!

Ürək – səma, beyin – günəş, addımlarım güclü, mətin.

Pəhrizimə, iradəmə təslim olsun diabetim.

Cismin gücü tükənəndə, qanadlansın ruhun gücü,

Sevinc, fərəh qəhət olsa, alovlansın ahın gücü.

Kimdir bizə qanad verən? Məgər yalnız bədənimiz?

Könül adlı qalamız var. Könül – ilkin vətənimiz.

Maskaları cıra­cıra, zəncirləri qıra­qıra,

cəbhələri yara­yara, çoxlarını yora­yora,

Ekvatoru quca­quca, mən uçuram ürəyimin arxasınca!

Səbatsızlar səbat alsın... Mən uçuram!

Qanadsızlar qanad alsın... Mən uçuram!

Kimliyimi soran olsa, nə günəşəm, nə də ayam.

Günəşdən də ucadayam!

Fələkdən də ucadayam! Mən uçuram!

Türkan, 18 iyun 1980



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə