Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə43/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   39   40   41   42   43   44   45   46   ...   113

222

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

İndi yadlar önündə sülənmək güllələnir,

Şəkilçini, hecanı, sözü yabançılardan

 dilənmək güllələnir.

Əlyazmamı bəri ver, get,

 bağrını qurd yesin.

Günəş misralarıma kirli əllər dəyməsin!!!



1980

BİR CÜT GÖYƏRÇİN KİMİ

­ Əlvida, gedən il!.. Salam, gələn il!

Bir cüt göyərçindir könlüm elə bil.

Biri keçən günə qoşulub gedir,

O biri sabahın öz əlindədir.

Əlvida, ötən il!

Nə qədər yaxınsan, diqqət yetir bir:

“Köhnə il” deməyə ürəyim gəlmir.

Bir gözümdə şadlıq, birində qəmsən.

Qanıma qarışmış mübarizəmsən.

Sənin gözlərindən öpəsiyəm mən,

Başına qar gülü səpəsiyəm mən.

Əlvida, gedən il, salam gələn il!

Bir cüt göyərçindir könlüm elə bil...

Yeni il! Qar gətir, tərtəmiz bir qar.

Ağarsın ağappaq bağçalar, bağlar.

Bürünsün ağappaq bir səadətə

Yaxınlar, uzaqlar, dərəlar, dağlar.

Yeni yüksəlişim, yeni ilim, gəl!

Hələ dərmədiyim qərənfilim, gəl!

Hələ bircə günlük körpəmsən mənim,

Dənizəm, köksümdə ləpəmsən mənim.




223

Sənə körpəm dedim, boy at, igid ol,

Ey dağlar dalında sökülən danım!

Bütün düyümləri açmağa məsul,

Dönməz qəhrəmanım, ər pəhləvanım!

Gəl, tarix – hökmdar... tacı səndədir,

Zaman kələfinin ucu səndədir.

Miladın, hicrinin, neçə eranın

Adları arxivdə, gücü səndədir.

Yeni il! Kölgəyə nur kəməndi at,

Dünyaya təptəzə yar­yaraşıq ver.

Yatan vicdanları silkələ, oyat,

Görməyən gözlərə nur ver, işıq ver.

Yeni il, cəsur ol, inqilabçı ol

Baltanı qaldırıb dibdən vura bil!

Şərin köklərini elə doğra ki,

Bir də gərnəşməsin o qanlı qatil.

Düymələr hökmündən qurtulsun bəşər,

Günəş sönə bilər bir səhv ucundan.

Asılsın deyirəm hərb istəyənlər

Mənim nifrətimin dar ağacından!

Gəl... ayırd eləyək napakdan pakı,

Cılız adamlardan dağ adamları.

İşıqlı sözlərin arxasındakı

Gizli zülmətləri dağıdanları.

Qıy vuraq, hər səddi devirməliyik.

Cansız ulduzlara can verməliyik.

Biz ümid toxumlu Yer kürəsini

Cahan gülzarına çevirməliyik!

1981



224

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



MƏMMƏD ARAZA

Mən səni görmüşəm, tunc yumruqların

Yerlərə, göylərə hökm eləyəndə.

Qarlı Ərzurumdan əngin Xəzərə

Can atan, hayqıran Araz axarı

Sənin ürəyindən yol istəyəndə!

Mən səni görmüşəm söz sərkərdəsi:

Alovlu, qüdrətli, cürətli, mətin.

Bu gün addımların bir azca ürkək,

Üfüqlər aşmağın bir azca çətin.

Dayanıb silirsən alın tərini.

Mən səni görmüşəm: od ciyərlərin,

Alov ciyərlərin tələb edəndə

Bütün yer üzünün küləklərini!

Dinləyib şeirini pıçıldamışam:

Xalqımın sənətkar oğludur Araz.

Xalqımın yaralı bağrıdır Araz.

Cəsur oğullara qiymət verməkdə

Ah, xalqım deyəsən gecikir bir az.

Qınamaq olarmı? Bəlkə də olmaz.

Kimsə çörəyini daşdan çıxarır,

Bizim Odlar yurdu odun içindən.

Əkindən, biçindən ayılmır başı.

Diş­dırnaqla yarır qayanı, daşı.

Dəmirdən od alır, dənizdən işıq.

Traktor dizləri, kotan əlləri

Şumlayır çölləri ciyərinədək.

Səpir səhralara dən ətək­ətək.

Körpülər yaradır göyqurşağı tək.

Dağ çayından qüdrətli kəmərləri partladan

Neftin hər bir damlası



225

Zavodlara sığmayan pambığın hər əlçimi

 

uğrunda döyüş gedir.



Zəhmət səngərindədir.

Ənlik, kirşan yerinə

Maşın təkərlərindən qopan tozu, torpağı

Camalında hiss edən gəlinlərə fikir ver,

Bu Vətənin oduna yanmaq yarışındadır.

Xalq səngər başındadır.

Haqq­nahaq cəngində susmayanların,

Qəhrəman fikrini qısmayanların

Geciksə qiyməti, qınama... dərk et,

Get... Əlincə çayı yaxasına çıx:

Gurhagurla gələn çay daşlarından

Özünə ev tikir gəlin, bəy oğlan.

Əmək meydanından, iş meydanından

Döyüş meydanından xeyli uzaqda

Hardasa dumanlı bir guşəlik var.

Ora kim yığışır? Beş­üç günü dar.

Birinci səngərdə vuruşanların

Hünər çələngini oğurlayanlar!

Darıxma, fikirləş, yanarkən nəfəs

Zəka hər yetəndən tac uma bilməz!

Özü yerin, göyün tacidarıdır.

Körpüdür, üstündən nəsillər keçir,

Bulaqdır, suyundan təşnələr içir.

Qışın qucağında ruh baharıdır.

Zəkaya, zəhmətə qiymət verməkdə

Kimsə gecikərsə, özün gecikmə.

Aydan işıq umur göy gecə yarı.

Zülmətdən işığa, dərədən dağa

Xalqı kim çıxarır? Xalq oğulları!



226

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Hər misran hədəfə sərrast dəyən ox,

Hünərdir işıqlı zirvələr aşmaq.

Həyatın mənası çələngmidir? Yox,

Gözəl yaşamaqdır, gözəl yaşamaq!

Öz ilhamın versin güc, qüdrət sənə,

Qələm, qılınc tutan əl sustalmasın.

Nə qəm, borclu qalsın qoy qismət sənə,

Təki cəmiyyətə borcun qalmasın!



Türkan, 5 iyul 1982

MİN BİR DƏRDİN DƏRMANI

­ Möcüzə bir dərmanı tapdım... kəşf etdim bu gün,

Özüm üçün, xalq üçün.

Sən o dərmanı tapsan... inan, loğman olarsan.

Dönüb buz baltasına,

Cismən sağlam olarsan, ruhən sağlam olarsan.

Yer üzündə ən gözəl, şux bir qızı alarsan,

İstəsən, ulduzlarda gedib qonaq qalarsan.

Adicə duz­çörəyin yağ, bal kimi dadlanar.

Qanadlanar, atlanar çiynindən şəlalələr.

Güldanına sübh çağı özü gələr lalələr.

Dərman deyil, qüdrətdir sənin hər addımında.

Mənəvi bir qılıncdı bədən adlanan qında.

Onu tapsan, üzünə gecə vaxtı gün düşər,

Bütün bədxahlarının kələfi düyün düşər.

Onsuz insan oğlunun cismi vardır, canı yox.

Nədir adı?

­ CƏSURLUQ!



Bakı, 27 yanvar 1982


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə