Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə44/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   40   41   42   43   44   45   46   47   ...   113

227

DƏNƏ GƏLƏN TOYUQLAR

Evimizə gəlmişəm, başımın dostlarıyla.

Şadlanır Susay anam: ­ Xoş gəlmisiz, ay bala!

Qurbandır dostlarına bütün xoruz­beçəmiz.

Dənə gələn, gəlməyən toyuğumuz, cücəmiz.

Şadlanır Susay anam,

Günəş anam, ay anam.

Sığmır evə­eşiyə. Gedir, təzədən gəlir.

Ətəkləri paraşüt, ətəyində dən gəlir.

­ Ay İlqar, qoyma aşsın o çil xoruz çəpəri.

Ağzını döndər bəri.

Qoyma, qaçdı... qoyma, güd.

­ Düd! Düd! Düd! Düd!

Vallah, billah bəs etmir ikisi bir nəfərə.

Yazıxırlar, azırlar.

Çəpərləri aşırlar. Çaşırlar, dolaşırlar.

Vaxt olur, bircə sıxma dən üstə dalaşırlar.

Bir­birilə didişir,

Al qana bulaşırlar.

Ay Gülbahar, ay gəlin, ocaq keçir, bunu üt.

­ Düt! Düt! Düt! Düt!

Gör necə yürüyürlər. Tamaşadır hərəsi.

Yaz beçəsi qaçır, heyf... gəlir payız fərəsi.

Eşələnir küllükdə çinadanı boş fərə,

Ları xoruz, ac xoruz, yoluq fərə, loş fərə.

­ Gəlin, dən yeyin bir az, qapılar gəzənlərim.

Burnuyla təzək eşən, eşməkdən bezənlərim!

Qaçıb təziyənlərim, arpadan küsənlərim!

Oğurluq, ya doğurluq... qarın otaranlarım!

Oğlumun dostlarının




228

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qurbanı olanlarım!

“Bismillah!” de, ay İlqar, döndər üzün qibləyə.

Vallah bircəsini də qoymaram bu süfrəyə.

Yu başını, təmiz yu... Yazıq necə çırpınır.

Necə də qəşəng imiş başındakı papılı.

Dən səpir Susay anam, ətəkləri paraşüt.

Toyuq qanırmı öyüd: ­ Düd! Düd! Düd! Düd!

Səpir həndəvərinə ovuc­ovuc arpanı.

Əl atıb birdən tutur uzunboyun çolpanı.

Göy çəməni qızardır qırmızı qan, isti qan.

Axan kimi qaralır yaşıllığın üstə qan.

Dalıram bu lövhəyə, aparır xəyal məni.

Açıq­aşkar görürəm.

Addımbaşı qurulan yüz­yüz toru, tələni.

Çoxu gözləyir dəni... Azı görür tələni.

Düşür, dalbadal düşür

Kimi sərvət toruna, kimi şöhrət toruna.

Ömrü boyu gəzsə də hey qoruna­qoruna,

Günlərin bir günündə düşür qəflət toruna.

...Dən səpir Susay anam, birdən nurlanır üzü:

Nə yaxşı gəldi çıxdı bu dəyirman xoruzu.

Pipiyi qan qırmızı... bəsidir bir qazanın.

İlqar balam, sən canın.

Bu yoluğa toxunma, qoy bir azca dirçəlsin,

Kökəlsin, cana gəlsin.

Rəhm edir yoluqlara mənim rəhimdil anam.

İnsafına qurbanam, insaflı, adil anam.

Radionun milini, azca bururam yana,

Efirdə cürbəcür səs...

Döşüyür neçə diktor. Boğaz yırtır, hayqırır.




229

Tövşüyür neçə diktor.

həpsi tələ, həpsi tor.

Uzaqlarda buludlar. Yarı nur, yarı kölgə.

ABŞ dən səpir yenə, Tehran ram ola bəlkə.

Tehran dən səpir yenə, Təbriz xam ola bəlkə.

Düşünürəm.... Dolaşır ildırımlar qanımda

Bu hüdudsuz, bu dibsiz fəza okeanında

Yer kürəsi az qala nəhəng tora oxşayır.

Ekvator biləyində, min­min qandal daşıyır.

Sərhədlərin altında zəlzələlər yaşayır.

Təyyarələr, qatarlar harasa dən daşıyır.

...Neçin sildi gözünü görəsən Susay anam?

Bircə toyuğun başı kəsiləndə ah çəkən

Dözməyən Susay anam!

Görəsən bilirmi ki, yer üzündə nə qədər

İnsafsızlar yaşayır?!

Toyuğun yox, bir xalqın başını kəsmək üçün

Cürbəcür dən daşıyır.

İlqar yuyur bıçağı, silib qoyur kənara.

Torpaq atır üstünə qana batmış otların.

Bircə qan ləkəsinə dözə bilməyən uşaq

Görəsən bilirmi ki, elə indi... hardasa

Dünyanın sinəsində insan qanı göllənir.

Növbənöv... gizli­aşkar bəşər qanı sellənir.

Anam ocaq başında... eyni açıq, üzü şən.

Düşünürmü görəsən

Hayandasa indicə səpir kimsə başqa dən.

Dəndən kar aşmayanda,

Bomba çıxır cibindən, raket çıxır cibindən!

Maskalanıb, vaxt olur, maskasını götürür,

Çolpanı yox, bir yurdu içəriyə ötürür.




230

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Əmr edir aram­aram:

Dən ye! Əgər yeməsən, bil ki, səninlə varam.

Dən yeməsən, yurdunu tanklar ilə şumlaram!

Toplar ilə şumlaram!

Dən yeməsən, dənlərəm ayıq oğullarını!

Tələ qıran, tor kəsən sayıq oğullarını!

...Siz ey dövlətim, varım –

Siz ey bu salondakı əziz oxucularım!

Mənim zərim, gövhərim –

Bayaqdan bu şeirimə diqqət kəsilənlərim!

Görürəm, qaranlıqda alovdur gözləriniz.

Hardansa səda gəlir, hardansa dəvət, öyüd:

Düd! Düd! Düd! Düd!

Sakit dinləmirsiniz.

Kaman kimi, yay kimi gərilir hissləriniz.

Mənə açıq deyin siz:

İşdir, dən səpən olsa, dənə gələrmisiniz?!

Türkan, 1983

ALİM DÜŞÜNCƏLƏRİ

Söndürüb çırağı girdi yatağa,

Gördü yata bilmir, uyuya bilmir.

Köksün qayasına çırpılan dalğa

Qabarır, çəkilir, bir an dincəlmir.

Otaq zil qaranlıq, beyin işıqlı!

Başının üstündə ağ ipək pərdə.

Açsa pəncərəni, baxsa göylərə,

Ulduzlar görünər ənginliklərdə.

Ulduzlar parıl­parıl,

Ulduzlar bərəl­bərəl.



231

Hər ulduzu yandırıb sanki qələm tutan əl,

Hər ulduz – can yanğısı, ürək adlı bir məşəl.

Canın şirəsini, gözün nurunu

İçdikcə içən.

Daşlaşan, qocalan, mirvariləşən

Zərrələr sayrışır hardasa şan­şan.

Odur, saman yolu­gümüş kəhkəşan

Göyü tən ortadan bölüb gedir düz,

Xəzərin üstündə beş qardaş ulduz.

Odur, lap ucada xeyli qəlbidə

Nizami ulduzu – bütün bürclərin

Fövqündə dayanan ən parlaq çıraq!

Xaqani ulduzu – bütün mərdləri

Sahildən tufana səsləyən mayak!

Nəsimi ulduzu – keşməkeşlərin

Ovcunda yetişən sədəf – ağappaq.

Könül, yardım elə, bu sirri açaq,

Bəşərə nə qədər ülkər verib gör

Gül yarpağı boyda bu kiçik torpaq?!

Bəs neçin saralmış üzlər var hələ?

Bəs neçin kölgəli gözlər var hələ?

Neçin o dan yeri qızıl dan deyil?

Neçin dirəyimiz qızıldan deyil?

Göylər ruhumuzun xəritəsidir,

Göylər əzmimizə ən parlaq dəlil.

Bəs neçin görəsən Səhənd, ya Qoşqar

Hələ özü boyda cəvahir deyil!

Bəs neçin görəsən Ərk qalasının

Zol­zol, şırım­şırım, qanlı köksünü

Gürşadlar, sellər də soyuda bilmir,

Fikirlər ümmandır... geri çəkilmir.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə