Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə41/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   37   38   39   40   41   42   43   44   ...   113

212

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



***

Hardan gəlib çıxdı kəmfürsət mərəz,

Mənim ki, qanımda dərya gücü var.

Həkim... dava­dərman... ehtiyat, pəhriz...

Axı qismətimdə arslan bürcü var,

Qanımda, canımda dərya gücü var!

Bəs niyə arabir bədən üşüyür,

Gedir... gec qayıdır iradə, dözüm.

Yoxuşu qalxanda ürək tövşüyür,

Oxuyub yazanda tor görür gözüm.

Gedir... gec qayıdır iradə, dözüm.

Sustalan qollara, zəif əllərə

Qüvvət istəyirəm, güc istəyirəm.

Təşnə ciyərlərə sübh havasından,

Coşan qasırğanın hər dalğasından.

Xərac istəyirəm, bac istəyirəm.

Üzümdə, alnımda tər damla­damla,

Bədən əldən gedir... Könül – bahadır.

Yox, mənim qranit addımlarımla

Hələ qara sədlər yarılmalıdır!

Qüvvət istəyirəm... dərədən dağa

Kəmənd atanların ər vüqarından.

Bağlı zindanları dağıdıb çıxan

Şirboğan mərdlərin şah damarından!

Qüvvət istəyirəm... səhralarımın

Sonu görünməyən ənginliyindən.

Cildi – on iki min öküz dərisi

Ulu tariximin zənginliyindən!

Xəzər dənizində arslan ağızlı

Fırtına nərəsi gərəkdir mənə.




213

Bu durmaz, dayanmaz Yer kürəsinin

Fırlanma qüvvəsi gərəkdir mənə.

Ulduzlar doğulur, ulduzlar ölür,

Qoy gəlib sığınsın göy içərimə.

Min­min, milyon­milyon gənc ulduzların

Gözündən od gərək bəbəklərimə!

Hardan gəlib çıxdı kəmfürsət mərəz,

Mən gərək çiynimdə dağlar qaldırım.

Borc alıb, aparıb qanadlarımı,

Qaytarsın borcunu yüz min ildırım!

Təbiət sağlamdır, təbiət mətin.

Mən şah damarıyam bu təbiətin.

Yağışda, günəşdə çimən qüvvətin

Rəngindən, ətrindən ayrılmaq çətin.

Gecəylə gündüzün ayrıcındayam,

Çiynimə qonmağa ayla gün gərək!

Hələ əldə qələm, iş başındayam,

Dənizlər köksümdə döyünsün gərək!

Türkan, 5 oktyabr 1980

MİNDƏ BİR

 - ...Bu xəstəliyə tutulanlardan heç tam sağalanı olurmu?

 - Mində biri! - deyə həkim cavab verdi.

 - O mində bir elə mənəm! - dedim.

Canım həkim, gözüm həkim,

Düzdü sənin sözün, həkim!

Bu dünyadan kam alanlar, qəhrəmanlar mində birdir.

Mərdlər, ərlər, hünərvərlər, bəxtəvərlər mində birdir.

Elə mənəm o mində bir.




214

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Zirehlənmiş iradəmlə hələ güclü, hələ sağam.

Mərəz bir əjdaha olsa,

Onu polad caynağımla boğacağam!

Büdrəməyə, sustalmağa nə haqqım var, nə də vaxtım.

Xəzərimin ortasında al qırmızı dan yeridir mənim baxtım!

Azərbaycan – sonsuz ümman, onun sahil qayası – mən.

Qranit, sal qayası mən!

Odur, döyüş gəmiləri üzüb gəlir üzü bəri.

Nəfəsimdir bu dənizin yelkən qovan küləkləri.

Şəlaləyəm, hələ gərək min ürəkdə bəstələnim.

Haqqım yoxdur xəstələnim!

Bayrağımı Savalanın zirvəsinə sancmalıyam!

Yol bağlansa, lağım atıb yeraltı yol açmalıyam!

Qanadlarım zəncirlənsə ürəyimlə uçmalıyam!

Canım həkim, gözüm həkim, dinlə, canda qalmasın ox.

Sən hər şeyi görə bildin, bircə mənim ruhumu yox.

H

2

O deyil yalnız fırtınalar doğan dəniz.



Bədən əldən gedərkən də bir ümmandır ürəyimiz.

Qarşımdadır dalğatutan, Təbrizimi dinləyirəm.

Elə bil ki, öz qəlbimi, öz nəbzimi dinləyirəm.

Nəfəsindən, nəğməsindən qüvvət gəlir ürəyimə.

Hər cümləsi, hər hecası işıq verir bəbəyimə.

Sən əlində fonendoskop baxdın açıq kürəyimə.

­ Nəfəs alın!

­ ...


­ Nəfəs alın!


215

Endi, qalxdı nəfəstutan gah aşağı, gah yuxarı,

Mən bilmədim, kirəclənib, ya sağdı qan damarları.

Ancaq gözəl bilirəm ki, dəmirdəndi sınırlarım.

Milyon qəlbə qan daşıyır “Araz” adlı şah damarım.

Canım həkim, gözüm həkim.

Düz söylədin,

 

bu dünyada qəhrəmanlar mində birdir.



El dərdini dağ çiynində daşıyanlar mində birdir.

Bir gün qəbrim qazılanda, heyrətlənmə yansa qəbir.

Mində birin baş daşı da məşəlləşir.

1980

BAŞIAÇIQ DAYANAN KİŞİ

Nəsimi heykəli açılır, oğlum,

Bu gün azadlıq ver göyərçinlərə.

Qəfəslər, məhbəslər dağıdan şair

Qoy bir az fəxr ilə baxsın şəhərə.

Bu gün azadlıq ver göyərçinlərə!

Nizami küçəsi qol tək uzanıb

Vurğun küçəsini qucduğu yerdə

Nəsimi heykəli dalğın dayanıb.

Açıb yaxasını sevincə, dərdə.

Vurğun küçəsini qucduğu yerdə.

Gəncədən, Hələbdən, Qazaxdan gələn,

Üç əsri yüksəldib uzaqdan gələn

Üç şair elə bil qucaqlaşırlar.

Bəlkə də Vətənə heykəl kimi yox,

Adi insan kimi, bir oğul kimi

Qovuşmaq qəsdilə meydan açırlar.



216

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

İzdiham ləngərli, cərgələr də sıx,

İnsan dənizidir dörd yol ayrıcı.

Əlimdən bərk yapış. Bəlkə yanaşdıq,

Bəlkə görə bildik qədəmindəki

Yüz­yüz gülçəmbəri, gülü, gültacı

Günəş, sağ əlində işıq qayçısı

Baxın, gəlib kəsir ipək qaytanı.

Ağ örtük içindən, bəyaz buluddan

Çıxır nur heykəli, şəfəq dastanı!

Qırışsız alnında al şəfəqli dan,

Dalda zəncirləmi bağlanmış əli?

Asıldı Hələbdə dar ağacından,

Ucaldı Bakıda altun heykəli!

Zərə, dürrə dönür, odur, anbaan

Açıq sinəsini qar döyə­döyə.

On dördüncü əsr basdı başından,

İyirminci əsr yüksəldir göyə.

Oğlum, əziz balam, fikir ver göyə,

Neçin qanadlanıb uçmursan, neçin?

Üç böyük şairin ruhudu bəlkə,

Süzür mavilikdə üç ağ göyərçin!

Qar yağır... bəlkə də gümüşdü, zərdi,

Bürüyür dünyanı bəyaz çiçəklər.

Bəs neçin hayqıran təkcə Xəzərdi?

Bəs neçin yubanır yolda mələklər?

O gün şair qanı istədi torpaq,

Şair “Buyur” dedi – rədd etmək çətin.

Başından keçdi ki, başsız qalmayaq,

Ruhu sarsılmasın bəşəriyyətin!



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə