Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə37/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   33   34   35   36   37   38   39   40   ...   113

192

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



İLHAM

Elə ki, ilhamım əlimdən çıxır,

Məni dörd tərəfdən bu dünya sıxır.

Azır fikirlərim dumanda, çəndə,

Oyanır bu zaman bir şübhə məndə.

Görünür hardasa büdrəmişəm mən,

Qüdrətim kəm olub, cəsarətim kəm.

Nifrətə, lənətə layiq olana

Bəlkə də dilucu tərif demişəm.

Hardasa ucadan bağırmalıydım,

Qaynar nəfəsimi qısmışam yəqin.

Burnu ovulmalı bir qudurğanın

Önündən çəkilib susmuşam yəqin.

Ömrün dəmirləşən qanunları var:

Mərdin qarşısında dağ da əyilir.

Yalnız sona kimi cəsur olanlar

İlhamın gözünə dik baxa bilir.

Təmizlik uğrunda vuruşlardayıq,

Mətanət gündəlik işdə yoxlanır.

Dünyanın hüsnündə bircə ləkəyə

Sənətkar dözürsə, sənət oxlanır.

Sən kimsən? Qafiyə, vəzn köləsi, ­

Qəlbində xalqının qanı axmasa.

Min­min dərd odunun barı bircəsi

Səni yandırmasa, səni yaxmasa.

Bu gün yardım istər öz şairindən

Mərdlik ucbatından dara düşənlər.

Özündən min dəfə böyük bir dağı

Dişlə, dırnaq ilə söküb eşənlər.



193

Sən kor qalacaqsan, işıq almasan

Nigaran gözlərdən axan ziyadan,

Bütün şöhrətini, səadətini

Ömrünü istəyən poeziyadan.

Yox, böyük şeiriyyət evdə yaranmır,

Yaranır döyüşün ön səngərində.

Şairdən dirilik suyu istəyən

Təşnə igidlərin ciyərlərində.

Dağılır sonuncu hörümçək toru,

Dumanlar dünyadan çəkilib gedir.

Şair gözlərinin işığı, nuru

Ağ günlər uğrunda mübarizədir.

Atıl qaynağına çarpışmaların,

Şər adlı gürzənin gözünə mil çək.

Məşələ bənzəyir şair həyatı,

Yanıb kül olmaqdan qorxmasın gərək!

Çarpış! Unutma ki, göz boyda işıq

Göy boyda zülməti əridə bilər.

Haqqın bir çınqısı ton­ton yalanı

Silib, yer üzündən məhv edə bilər.

Şeir dedikləri bir dağ bulağı...

Daşdan nə cür çıxır... özün halısan.

Şeirin bulaq kimi saf olsun deyə,

Özün də, görünür, dağ olmalısan!

Sentyabr, 1978



194

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



TƏK QALANDA

Hamı köçdü, getdi. Tənəklər çılpaq.

Ballanır, saralır son zingilələr.

Son uru neməti kimlər dadacaq?

Bir də bu bağlara haçaq girərlər?

Həsrətdən üzülür son zingilələr.

Təkcə mənim könlüm çənsiz, dumansız,

Məgər macalmı var qüssələnməyə?

Qarşımda sapsarı kəhrəba payız.

Mənimmi bu gözəl, qızıl saçlı qız?

Qoymaram hüsnünə səmumlar dəyə.

Daimi, vəfalı yaraqdaşlarım –

Uzun dəstəkli bel, ovxarlı balta.

Mətin, dəyanətli iş yoldaşlarım

Əmrimə müntəzir əlimin altda.

Çayırlı torpağı, kəltən kəsəyi

Arıdıb, əridib ələyən mənəm.

Tənək qollarını qızıl qumlara

Körpə uşaq kimi bələyən mənəm.

Dünən gürşad düşdü. Qoy düşsün, nə qəm,

Qoy lap selov gəlsin. Getməyəcəyəm!

Çovğun vıyıldasın qoy sübhə kimi,

Bacarsa, çıxartsın ciyərlərimi.

Dəysin bir­birinə xəzri, gilavar.

Çöl qış... içərimiz bahardır, bahar.

Təkəm bu sahildə. Xəzər kimi tək.

Bağban tək qalanda qorxmasın gərək.

Bağı təkbaşına qoruya bilsin.

Nazlı söyüdləri əzizləyərək,

Saçını ehmalca daraya bilsin.




195

Badamı, püstəni qaynata kimi

Bu bağdan o bağa gəlin köçürsün.

Nar su istəyəndə öz ürəyini

Nar kimi sıxaraq ona içirsin.

O kimdir təklikdən şikayətlənən?

Bəli, tək igidin çiyni dağ gərək.

Dostlar tərk edəndə öz səngərini,

Dostun da yerinə çarpışmaq gərək.

Qışda bircə gülü sən gülüstan bil,

Təkləri yad elə tək qalanda sən.

Kişinin təkliyi faciə deyil,

Təki içəridən təklənməyəsən.

Sel­su. Balta sınıb. Əynim­başım yaş.

Dönürəm mənzilə qaralanda qaş.

Alovlar ocaqdan, bacadan yüksək,

Nə qədər dadlıymış cirəduz, çörək.

Bağbanlıq! Zor sənət! Sorumlu – məsul!

Asanmı qorumaq bəhrəni, barı?

Bağları fələyə tapşırmaq olmaz,

Fələk bərbad edir abadlıqları.

Təkmisən? Öndəki çırağa bax sən,

Çıraq yandıranlar tarixdə min­min.

Hansı naqildənsə işıq gələrsə,

Demək, davamısan sən o naqilin.

Ulduz tabaq­tabaq, Xəzər ləngərli,

Qayalar döşündə aylı bir aləm...

Uca sərvlərlə, ulduzlarla bir

Bir sahil bağının keşiyindəyəm.

Oktyabr, 1978



196

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



MƏN – AZƏRBAYCANAM!

Danışır Təbriz radiosu

Dinləyin, dinləyin, mən bir kamanam,

Şərqin sinəsindən qopan fəqanam!

Uzaq əsrlərin dərinliyindən

Sabaha üz qoyan sonsuz karvanam.

Ovcu qabar­qabar, ciyəri təşnə,

Günəşi ardınca çəkən sarbanam.

Bu qoca dünyanın tən ortasında

Bülbülü susmayan bir gülüstanam.

Sovqatı, bəxşişi açıq sinidə,

Ağzının sonuncu tikəsini də

Dosta bağışlayan, düşmənə verən

Dumanlı Təbrizəm, çənli Zəncanam.

Hər şeyi alınıb tükənsə belə,

Eşqi tükənməyən Azərbaycanam!

Dinləyin, dinləyin, mən bir kamanam.

Dağ­daşı yandıran aham, amanam!

Bir vaxt Albaniya dedilər mənə,

Dağlardan vüqarlı alpam, alpanam.

Neçə Keyxosrovun açıq döyüşdə

Brilyant tacını bomboş qoyanam.

Rüstəm Zal öldürdü öz Söhrabını,

Söhrabam, mən onu bağışlayanam.

Təkcə öz dibinə işıq salmayan,

Hamıya nur verən şamam, şamdanam!

Dinlə, qoca dünya, ey mənim anam:

Min yol öldürülən, yenə ölməyən,

Əzəli, əbədi Azərbaycanam!

Xaqanim xaqandan qaçıb gələndə

Açdı mənə dedi ürək sirrini.

“Xəmsə”də parlayan beş ülkərilə



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə