Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə34/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

177

Bayıl qayaları Ərk qalasının

Kim bilir, bəlkə də bir parçasıdır.

Zeytun ağacları uzaqda gömgöy,

Mənimsə qəlbimdə qardaş kədəri.

Söyüdlə, zeytunla, çinarla birgə

Göyərir Bakıda Təbriz dərdləri.

­ Qapılar kip örtülü, pəncərələr qırovlu,

Bayırda çovğun, boran, mənim canım alovlu.

Birdən laybalay açdı külək pəncərələri.

Ayparanın gözündə isti göz yaşı dən­dən,

Yapışdı iki əlli Lalənin yuyənindən.

­ Xurcunun gözündəki əlcəkləri gey! ­ dedi.

Tifillərə baxanda könlüm, gözüm göynədi.

­ Axı hara gedirsən? Qoyma bizi tək, ata!

Götür bizi tərkinə, səninlə gedək, ata!

Göyərmiş əllərimi hovxurdum nəfəsimlə,

Əlcəkləri geyməyə əlim gəlmədi ancaq.

Gərginlik buz bağlamış naqilləri qırırdı,

Ürəyimdə şübhələr, ümidlər hıçqırırdı.

Tavanda damcılar. Yoxsul koma dar.

Qış. İstilik uman tifillər – quzu.

Nə evdə beş günlük ehtiyat ruzi,

Nə canı qızdıran bir yaxşı paltar,

Təkcə ümid qaldı məndən yadigar.

“Ürək dedikləri bir parça ətdir.

Bəs onu yaşadan hansı qüvvətdir?

Bir ümid, bir arzu, bir məhəbbətdir,

Mən o məhəbbətdən nişan gətirdim”.



178

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Sıxdım soyuq yüyəni qızışan əllərimdə,

Gizli hıçqırıqları ram etdim içərimdə:

­ Ömrüm­günüm, can sənin, can Səlcuq əmanəti.

Can Oqtay əmanəti!

Qoru bu yazıqları, bir də bətnindəkini.

Oğlan olsa, adını mütləq Azər qoyarsan.

Qız da olsa, adını mütləq Azər qoyarsan.

İndi Azər ayıdır, qanlı, qadalı çağdır,

Azərbaycan bu oddan üzüağ çıxacaqdır.

Dönəcəyəm mən geri,

Yenə tən böləcəyik hər sevinci, kədəri.

İşdi, dönməsəm geri,

Ürəyimdə qalarsa arzu mənim, kam mənim,

Qorxma, unutmaz sizi xalqım, partiyam mənim.

Əsgəriyəm, gedirəm mən onu qorumağa,

And içmişəm Laləmin dırnağında sıxılan

Bu müqəddəs torpağa.

Təbriz. Şaxta. Dekabr. Budaqlarda sırsıra.

Hədələyir Təbrizi düşmən – qanlı qasırğa.

Süngüsü gürzə gözlü amerikalı zabitlər,

Tankları əjdaha tək nərildəyən ingilis,

Bir də dişi zəhərli Qəvam – məkrli iblis.

Fəqət qol­qola vermiş dağ kimiydik onda biz,

İstəsəydik onda biz, “Qəsri­Qacar”la birgə,

Şahdağı yerli­dibli, kökündən qoparardıq.

Süngü kimi itiydik, al şüalar kimi sıx.

Al, bu şəkillərə bax,

Könlümdə nisgil, maraq

Alıram, baxıram bir də onlara.

Tüfəngi gülləli, gülləsiz... Ancaq

Gözü atəş dolu qəhrəmanlara.



179

Saqqallı. Sərt üzlü. Səngərli. Sakit.

Səngərlər – azadlıq eşqilə dolu.

Səngərlər – alovlu döyüş meydanı

Hər izi, cığırı istiqlal yolu.

­ Təbrizin radiosu var səsilə bağırır,

ucadan çağırırdı:

­ Siz, ey damarlarında yurd sevgisi coşanlar!

Bu gün bütün gündoğan sizə dikib gözünü,

Buludlardan qoruyaq Təbrizin gündüzünü.

Dükanların alnında al­qırmızı şüarlar,

Divarlarda xalılar, hərəsi bir laləzar.

Lalələr arasında ilmə­ilmə yazılar:

“Biz qalib gələcəyik!”

Buna xalq inanırdı

Buna yaralı dağlar, daşlar da inanırdı,

Bəbəkləri yandıran yaşlar da inanırdı.

Küçələrdə ən doğma şərqilər səslənirdi,

Şərqilərə uyuşan addım səsləri birdi.

“Ey ana yurdumun gülü, gülşəni.

Sən doğma qoynunda böyütdün məni.

Dünyalar durduqca sevərəm səni,

İzzətim, şövkətim, gülüm Təbrizim”.

Sənin oğulların ucaboy, mətin,

Sənin qızlarından ayrılmaq çətin.

İsti qucağısan mehrin, ülfətin,

Əyil, göz yaşını silim, Təbrizim.

“Mən qurbanam sənin şirin dilinə,

Böyük tarixinə, şanlı elinə.

Qoymaram xar dəysin qızılgülünə,

Yuvanda açılıb dilim, Təbrizim”.



180

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Biz bu inamla getdik, Təbrizdən ayrılanda.

Getdik ki, tufan olaq, mətin duraq meydanda.

Getdik, od kimi iti, külək kimi çaparaq,

Londonun caynağını

Ərdəbilin, Tehranın boğazından qoparaq.

Getdik ki, bulud ilə bayrağımız döyüşsün,

Qara şuma dönüncə torpağımız döyüşsün.

Yeri gəlsə, çəkilək ormanlara, dağlara,

Əsla güzəşt etməyək qansız qurumsaqlara.

Bəs nə üçün atlılar yüyənləri boşladı?

Təbrizdə susan nəğmə Ərdəbildə başladı.

Qəmlər dənizidir bu kiçik könlüm,

Məni qorxutmayır nə qan, nə ölüm,

Hazıram, uğrunda min kərə ölüm,

Şirvanım, Muğanım, Milim, Təbrizim.

Bəs neçin süzülür gözlərdən yaşlar?

Bəs neçin əyilib vüqarlı başlar?

Laləmin gözündə yaş almaz­almaz,

Sərhəddən at ilə sovuşmaq olmaz.

Öpdüm gözlərindən, qucdum boynunu.

Necə insan kimi ağlayarmış at,

Gilə danə­danə, yaş qotaz­qotaz.

Dolandım başına, döndüm başına,

Söykəndi alnıma atın qaşqası.

İri gözlərinin büllur yaşına

Tab edə bilməzdi bəlkə başqası.

­ Ata, hara gedirsən, qoyma bizi tək, ata!

Götür bizi tərkinə, səninlə gedək, ata!

Mən onda bildim ki, öpüb qucduğum

Təkcə bir at deyil, vətəndir, eldir.

Gözlərdən ki, axır yaş gildir­gildir,



181

Yaş deyil, bəlkə də danışan dildir,

Nigaran qoyduğum dilsiz tifildir.

O pələng qüvvətli, maral sinəli

Hündür, ucaboy at necə kiçilmiş.

Qara bayraq kimi sallanıb teli,

Sanki sahibinə kəfən biçilmiş.

Qış. Şaxta. Dekabr. Sırsıra. Külək.

Boranın şiddəti sovurur qarı.

Küləklər əlində qar ələk­vələk,

İliyə işləyir vıyıltıları.

Mən ki, illər boyu yaraq gəzmişəm.

Zülmətdən çıxmağa çıraq gəzmişəm.

Əllərimdə silah, gözlərimdə qəm.

Donub, açılmayıb əlim, Təbrizim.

Ölsəm, məzarımı burda qazın siz,

Köksümün üstündə gurlasın dəniz,

Döyüş başlananda xəbər veriniz,

Yenidən dünyaya gəlim, Təbrizim!

1971

XƏZƏRDƏN BİR GÖRÜNÜŞ

Alıb aparır məni maviliklər dan üzü,

Şehli yollar dolaşır yalın ayaqlarıma.

Dəniz görünmür. Ancaq duzlu, yodlu, yosunlu

Dəniz qoxusu dəyir təşnə dodaqlarıma.

Addımlarım dağıdır biyanların ətrini,

Tünd qırmızı gül açan tikanların ətrini.

Şüaların davamı kirpiklərim uzanır,

İçir ulu göylərin şüa­şüa sətrini.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə