Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə49/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   45   46   47   48   49   50   51   52   ...   113

252

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Mənim əsrim sona yetir.

Səmaforda yaşıl işıq,

“Uğur”! deyən sarı bayraq...

Sürət böyük, mənzil yaxın...

Əsrimizin bu çağında

Mən bir müjdə sorağında,

Mən muştuluq gözləyirəm.

Qarşıda bir yeni era...

  O qüdrəti dağ başından səsləyirəm

 

İlk gününü, ilk anını



 

Gözlərimin giləsində,

 

ürəyimin pərdəsində,



Dərin­dərin guşəsində bəsləyirəm, gözləyirəm.

Sən deyirsən: ­ Gözətdəmə! Öldürülüb.

Mən deyirəm: ­ Dipdiridir.

  Bəlkə ton­ton saxsı içrə

 

Təkcə qalan mirvaridir.



Sən deyirsən: Gəmiriblər, sümürüblər.

  Çox didilib, çox talanıb.

 

Dönə­dönə şaqqalanıb,



 

Neçə yerə parçalanıb.

Mən deyirəm: ­ Kül altında qalan qordu,

  Gözlərimdə yanan nurdu.

 

Yalnız Araz, ya Kür deyil,



 

Ərzi qucan ekvatordu məmləkətim.

Mən yıxılsam, yetim qalar bəşər, yetim!

Bitib gedir iyirminci...

 

Mən gözləyən gəlir, odur!



 

Məğrur,


 

cəsur, büllur

 

və nur...



Mən istəyən gəlir, odur!

 

Hər nəbzimdə nəbzi vurur.




253

Bu gəlişi görməyənlər

 

bir də baxsın gözlərimə,



 

Mənəm onun şah damarı.

Mən – sabaham!

 

Mən­üçüncü minilliyin qanadları!



Gəlir, odur!

 

Ayaqları Himalayda,



 

Əli çatır Kamçatkaya, Trakaya.

Başı qarlı Savalandı,

 

Köksü ­ Qobi.



 

XƏLİL RZA – çarpan qəlbi.

Qanımdadır Qara dəniz, Baykal, Xəzər.

 

Volqa – mənim alnımda tər.



 

Həm Buxara, həm Səmərqənd

 

Ətəyimdə bir əlçim zər.



Sən deyirsən: ­ Havalanma!

Kəmnəfəsdir, o kəmnəfəs.

Mən deyirəm: neçə­neçə uluslara

 

öz qanını bağışlayan



 

dahi millət ölə bilməz!

Get, dolan gəl Almaniyanı,

 

İtaliyanı, Fransanı...



Silkəmədi, oyatmadı gör hansını?

O dənizdən bir damladır

 

Roma, Romul qardaşları –



 

qurd döşündən süd əmənlər.

Mən canavar olmasam da,

 

qurd ürəyi yemiş ərəm.



Üç qitəni birləşdirən bir məhvərəm!

Üç qitəyə toxum səpən ölə bilməz.

 

Nə yarımcan, nə kəmnəfəs...



 

Nəfəssizlər nəfəsiyəm!

Xam metaldan polad yapan

 

alov, atəş kürəsiyəm!



Mən – üçüncü minilliyəm!

 

qulağını gen­gen açsın qəlbi karlar:




254

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Heçcə biri qalmayacaq

öyə­öyə azadlığı

qəbrə qoyan qəsbkarlar,

Dişlərinin dibinəcən silahlanmış davakarlar.

baxar korlar –

öz torpağı ola­ola,

yad torpağa əl uzadan haramxorlar.

Nəfsi diri, özü ölü gorbagorlar.

Heçcə biri qalmayacaq:

əsrə ləkə, ərzə ləkə –

Gizli, aşkar müstəmləkə.

Gözdə titə, kirpikdə his –

Sərhəd, dövlət, milis, xəbis,

taxtabiti, fateh, dustaq...

Heçcə biri qalmayacaq.

Mən – üçüncü minilliyəm,

hökmüm qəti, andım qəti!

Mən yardıma səsləyirəm

hər nəfəri, hər milləti.

Hər fitnəni yuvasında haqlamalı!

Yalnız mətbu sözləri yox,

ürəkləri, şüurları,

şüuraltı düşüncəni yoxlamalı!

Millətləri udmaq üçün gizli nəqşə çəkənləri

rüsvayçılıq divarına,

boş məzara mıxlamalı!

Bu məsləkin havasıyla

yaşa dolur Azərbaycan!

Zirvələrdən üzü bəri

gəlir məğrur Azərbaycan!

Gəlir cəsur Azərbaycan!

Nur və büllur Azərbaycan!

Dar gözlərin görmədiyi

tamam yeni Azərbaycan!

Varlığımda od yerinə

gəzən qanım Azərbaycan!




255

Acgözlərə, zalımlara

 

yağı, qənim Azərbaycan!



Ey yolkəsən, çəkil, rədd ol!

 

Açır yolu Azərbaycan!



 

Böyük, ulu Azərbaycan!

 

Mənim qanım kibi dəli,



 

Dəli­dolu Azərbaycan!

Köhlənimə çata bilər kimin atı

 

Gözlərimdə ulduzlanır Azərbaycan kainatı.



Heçcə biri qalmayacaq:

 

dolu cibli boşboğazlar.



 

Peysəri kal, beyni cazlar,

 

azkən çoxlar, çoxkən azlar.



Sübhə qədər xosunlaşan sürü­sürü yerlibazlar.

Heçcə biri qalmayacaq:

 

dartınanlar, sülənənlər.



Bu rütbədən o rütbəyə sürünənlər.

Ən mötəbər iş başında əqrəb boyda görünənlər.

Qalmayacaq heçcə biri:

 

zəli adam,



 

nökər roman,

 

kölə şeir.



Bir məruzə cildi geymiş haray­həşir.

 

Ölkələrə tank yeridən həşəratlar



 

qan üstünə maska çəkən deputatlar.

Mənim əsrim sona yetir,

 

zaman gəlir, yeni zaman.



 

Cahan doğur, yeni cahan.

Qupquru zoğlar içindən

 

qalxır cavan Azərbaycan,



 

yaşıl fidan Azərbaycan!

Sən mənə bax, ora baxma, ey yarımcan,

 

mən özüməm yeni era,



 

tamam yeni Azərbaycan!



Dəvəçi-Türkan, 18 iyul, 1986-1990


256

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



***

Daldım zirehlənmiş sal qayalara,

Yüz­yüz pəhləvanın sinəsidirmi?

Göz qoy qayadakı şahin­şonqara

Bir cüt... məhəbbətin töhfəsidirmi?

Yol salıb dağların tən ortasından

Əsrikçay parlayır ağ şərid kimi.

Sağında, solunda zəngin bir orman

Rəssamın ən gözəl lövhəsidirmi?

Zoğallı, cevizli, heyvalı, narlı,

Barlı bağçalarda payız iqlimi.

Əsrik Cırdaxan ki, bu qədər varlı...

Dünyanın ən ülvi guşəsidirmi?

Dedim: ­ şair Məstan, çox da öyünmə,

Cüt qaya bitsə də çiynin yerində.

Bu ana təbiət sən tək şairi

Doğmaya bilməzdi günün birində.

Məstan pıçıldadı: ­ neyləmişik ki?

Bu nadir təbiət çox şeyə qadir...

Bizdən cəsurunu, bizdən pakını,

Bizdən güclüsünü yetirəcəkdir.

Bakı, 12 qasım 1986

BAĞINDA SÜLEYMAN RÜSTƏMLƏ SÖHBƏT

Dörd tərəfdən hasarlı, dörd tərəfdən qapalı

Bu bağ qəfəs kimidir güllər, ağaclar üçün.

Keçdim dar qapısından, dinlədim ağsaqqalı,

Gördüm əsir əlləri bəlkə tükənmiş gücü.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə