Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə48/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   44   45   46   47   48   49   50   51   ...   113

247

Nitqinin məğzi nədir?

Nişan vermək istəyir bəlkə məni kiməsə?

Burdadımı o kimsə? Burdadımı şeytanlar?

Günəş kimi Cavidə dünən çamur atanlar?

Müşfiqin qollarını arxasında çatanlar!

Sədr bitirmək bilmir, bərk açılıb gül ağzı.

Qaralamaq istəyir ağappaq bir kağızı.

Ağzında köpüklənən bir yal boydaca dildi.

Kürsüdəki sal qaya Müşfiq deyil, Xəlildi.

Müşfiq ruhlu Xəlildi.

Əlindəki süd kimi o ağappaq varağa,

Tavanda ağ şanı tək bərq vuran çilçirağa,

Al günəşə açılmış geniş pəncərələrə,

Dalğası Türküstanda ləngər vuran Xəzərə,

Natəvan yaylığının yelənindəki zərə,

Planetə, bəşərə hər bir telilə bağlı

Cavid ruhlu Xəlildi!

Sədr nişan verirdi onun kim olduğunu,

Yusif Vəzir mülkünə sakin doğuldunu!

Sədr üyüdüb tökür yüngül, ağır sözləri,

Mən qulaq asmıram yox, mən başqa aləmdəyəm.

Divardakı şəkildən çıxır yoldaş Nizami,

Az qalıram yeriyəm, hüzurunda baş əyəm.

Qoltuğunda tərcüməm, “Sirlər xəzinəsi” var.

Kəsafəti doğrayır ildırımlı misralar:

“­ Dağ kimi ucalmışdı bir zaman Türk dövləti

Sarmışdı məmləkəti ədaləti, şəfqəti.

Sən yıxdın o şöhrəti, batdı getdi o ad­san.

Demək sən türk deyilsən, yağmaçı bir hindusan”.

O kimdir Elbrusdan uca görünür başı?

Məhəmməd Füzulidir Nizamiylə yanaşı.

“Ol səbəbdən farsi ləfzi ilə çoxdur nəzm kim,

Nəzmi­nazik türki ləfzilə ikən düşvar olur.




248

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,

Növbahar olcaq tikəndən bərgi­gül izhar olur.”

Qarasaqqal, ortaboy, bir azca solğun, arıq,

Ələkbər Sabir gəlir, bütün varlığı – işıq.

Sözləri ildırımı ovxalayan sal qaya.

“Türk qəzeti versə də əqlə ziya...”

Gözlərində gözlüyü, əlində zərli əsa

Cavidmidir əyləşib o son cərgədə susan?

“Bir zaman kişnəyəndə Türkün atı,

Qırılardı bir ölkənin kanatı!”

Şəhriyardırmı duran dahilər cərgəsində,

Ürəyimin nəbzidir çarpan hər kəlməsində:

“Türkün dili tək sevgili, ehsaslı dil olmaz!

Başqa dili qatsan ədəbiyyat əsl olmaz!”

Sədr üyüdüb tökür ağır­yüngül sözünü.

Sədr açıb ağzını, sədr yumub gözünü.

Bitirdi, mənə baxdı, gördü lap açıq­aşkar,

Xitabət kürsüsündə natiq deyil, qılınc var.

­ Söz mənimdir! – söylədim, ­ kəsmə reqlamentimi

Gözəl tanıyıram mən soyumu, millətimi.

Vaxtımın bitməyinə üç dəqiqə var hələ,

Çoxdan parçalanıbdır sənin qurduğun tələ.

Nizaminin əlilə, Füzulinin əlilə!

Gör neçə illər keçir həmin o gündən bəri,

Hərdən mənə yönəlir yenə sədrin nəzəri.

Ancaq yaman qocalmış... bir az ləngdi işləri.

Qoparıb yırta bilmir, tökülüb ön dişləri.

Mən yenə kürsüdəyəm. Mən kürsüdə – sal qaya.

Varlığımı vermişəm ərzə, ülkərə, aya.

O kəmnəfəs salondan min qat geniş dünyaya!



Türkan, 1985


249

GÖZÜN AYDIN, ŞEYXZADƏ!

“Məqsud Şeyxzadənin poeziyası və

Azərbaycan – özbək ədəbi əlaqələrinin aktual 

problemləri” əsərinin müdafiəsində düşüncələr

Gözün aydın, Şeyxzadə, bayramındır bu gün sənin!

Akademi... elmi şura... bu toy sənin, düyün sənin!

Ağ divarda iri şəklin... divardan da keçən nurun,

İri gözlük arxasında qəmli gözlər bir az yorğun.

Sal qaya tək çiyinlərin əzəmətli, hündür, uca.

Qayıtmısan Bakımıza qartal kimi uça­uça.

Sən getmişdin bu diyardan sısqa, sütül bir gənc ikən.

Yerdən göyə boy atmısan, qayıtmısan mətin, möhkəm.

Gözün aydın, Şeyxzadə, bayramındır bu gün sənin,

Gül qomları dalğa­dalğa... bu toy sənin, düyün sənin!

Sən anmısan bu günləri yəqin yaxşı, yaman gündə.

Təkadamlıq kamerada başına su damarkən də.

Güldəstələr bükülmüşdür ürəklərin pərdəsinə.

Elmi şura müntəzirdir səs verməyə sənə, mənə.

Opponentlər üzü nurlu... kürsüdədir odur biri.

Səni sıxan zəncirləri parçalayır elmin şiri.

Gözün aydın, Şeyxzadə, maneələr sökülmüşdür.

Cığataydan Ağdaşacan yoluna gül tökülmüşdür.

Sən Bakıya sığışmadın... Sən Bakıda bir az kövrək,

Sən Daşkənddə daşdan çıxdın

ağappaq bir fəvvarə tək.




250

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Nəzər yetir bu salonun hər gəncinə, qocasına.

Özbəkistan qanadlanıb Azərbaycan dünyasına.

Uçub gəlmiş doğmaların, əzizlərin, qardaşların.

Elmi, şeiri təmsil edən təndaşların, yoldaşların.

Sən bir polad körpüsənmiş Bakı­Daşkənd arasında.

Sən işıqsan, sən fərəhsən gözümüzün qarasında.

Sanıram ki, ön cərgədə əyləşibdir müdrik, ciddi

Qılıncını qına qoymuş Cəlaləddin Mənquberdi.

Ram edərək ağrısını, ulduzların arasından

Uluğbəy də gəlib bura, qan axsa da yarasından.

Ağ çalmalı Əlişir də dağlar aşa­aşa gəlib,

Saqqalından işıq daman Füzuliylə qoşa gəlib.

Gözün aydın, Şeyxzadə, halalındır bu təntənə,

Sən qaynayıb qarışmısan cahan boyda bir vətənə.

Ya günəşdir, ya da Xəzər əlimdəki qızıl badə,

Masabəyi sən özünsən, gözün aydın, Şeyxzadə!



1985

İRADƏ

Nə qolunda qüvvətin, nə dizində girin var.

Qocalmış pələng kimi yorğun­arğın halında.

Sürünsən də, bir təhər qalx ayağa, səddi yar,

Var gücünü toplayıb əyləş stol dalında.

Qüvvət deyil, amaldır yaşadan hər insanı,

Gücün çatdı­çatmadı sahmana sal masanı.



251

Şüa bir qələm götür, dan yeri tək ağ vərəq.

­ Axı qələm tutmağa sağlam barmaqlar gərək.

Barmaqlar dəlik­deşik,

Barmaqların al qanı şüşə borucuqlarda.

Qalınlaşmış anketin xəzan yarpaqlarında.

­ Qorxma, yəqin hardasa hələ sağdır qoca şir.

Deşik­deşik olsa da, beş barmaq səninkidir.

Büksən dönər yumruğa... Əlində qələm mələr.

­ Yazıq qələm neyləsin, ürəkdə yoxsa təpər.

­ Qorxma, mənə qulaq as.

O ağappaq kağıza bircə “Anam” sözü yaz!

O ağappaq kağıza “Azərbaycan” sözü yaz!

O qızıl dan yerinə “öz balanam” sözü yaz!

Birdən duyacaqsan ki, yavaş­yavaş gedir qış,

Yavaş­yavaş gəlir yaz.

Hansı gizli bir odsa donmuş qanı isidir.

Bir səs deyəcək sənə: ­ Atma qələmi, oğlum,

Söz qoşan qələm deyil, kişi iradəsidir.

Türkan, 6 nisan 1985

GƏLİR BÖYÜK AZƏRBAYCAN

Mənim əsrim sona yetir.

Od kövşəyib, alov udan

yüz vaqonlu qatar sanki

polad relslər üzərində

şaqqıldaya­şaqqıldaya,

tüstü, duman yaya­yaya

yaxınlaşır son mənzilə.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə