Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə57/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   53   54   55   56   57   58   59   60   ...   113

291

Girir qılığına Nazarbayevin,

Girir arxasına Rafaellinin.

Min­min sifəti var təpəgöz divin,

Haça ürəklinin, haça dillinin.

Girir arxasına Rafaellinin.

İnanma millətbaz dələduzlara,

Rütbədən rütbəyə sürünənlərə.

Çoxu qulbeçədir tox donuzlara,

Üzdə adam kimi görünənlərə,

Rütbədən rütbəyə sürünənlərə.

Yalnız Ulu Türkə ­ Xəlil Rzaya,

Yalnız öz ruhuna inamın olsun!

Ey arslan ürəklim, dönmə quzuya,

Qələbə ən böyük məramın olsun.

Yalnız öz ruhuna inamın olsun!

Güllə tükənərsə avtomatında,

Baxışın güllədir, əsirgəmə, vur!

Tankın büdrəyərsə əlin altında,

Tankdan, raketdən də güclü qardaşım,

Vur, fateh külünü göylərə sovur.

Baxışın güllədir, əsirgəmə, vur!

Südəmər balamın ağ boğazında

Göy ləkələr qoyub o beyni çopur.

Dön qaynar polada ilan ağzında,

Vur, ölən daşnakdır, adam deyil, vur!

Daşnak – planetə ən böyük yağı,

Ayağı altında vulkan olmalı!

“Dənizdən dənizə...” deyən alçağı

Boğmağa ildırım, ümman olmalı.

Ayağı altında vulkan olmalı!



292

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Çağırır Zəngəzur: ­ Zərbəni bərk vur!

Səngərdə möhkəm dur!.. Çağırır Göyçə.

Laçınım, Xocalım, Kərkicahanım,

Turşsu, Şuşa adlı sonsuz cahanım

Natəmiz əllərdə talan gülqönçə...

Çağırır ox kimi minarələri,

Müqəddəs heykəli devrilənlərim.

Yıxılan baş daşı, məzarı, qəbri

Nəbatat bağına çevrilənlərim.

Müqəddəs heykəli devrilənlərim.

“İntiqam!” qışqırır yaralı dağlar,

Qanları çaylara qarışanlarım.

Dağılan tifaqlar, sönmüş ocaqlar,

Şikəst taleyilə barışanlarım,

Qanları çaylara qarışanlarım.

“İntiqam!” qışqırır yaralı çaylar –

Zarıslı, Xəlfəli, Xaçınçay, Tərtər.

Çaylara nə söylər ulduzlar, aylar:

Qul kimi sürünmək ölümdən betər!

Qalıbsa canında bircə damla qan,

İnanma saxtakar sülhbazlara sən.

Şuşadan, Laçından əl çəkən, inan,

Kor olur, əl çəkir iki gözündən!

İnanma, saxtakar sülhbazlara sən.

Əgər ölməyibsə eşqin, qeyrətin,

Vur, ölən daşnakdır, zərbəni bərk vur!

Odur ilk düşməni bəşəriyyətin.

Yırtıcı nifrətim düşməni qovur,

Gəbərən daşnakdır, adam deyil, vur!

Bakı, 3 sentyabr 1992



293

QAYALAR ŞAHİD OLSUN!

Köksü, çiyni zirehli,

 

sərt, ucaboy, ağırbaş



Qayalar arasında

 

gəzirəm yavaş­yavaş.



Başımda od fikirlər,

 

əlimdə bir soyuq daş,



 

gəzirəm yavaş­yavaş.

Düşüncəmdə bir sual:

 

bizimkilərin sayı?



Dolaş o tay, bu tayı.

Öyrən o tay, bu tayı.

Hesabla, gör neçədir

 

bizimkilərin sayı.



Ürəyimdə gülürəm

 

Özüm öz sualıma.



“Get, hələ xamisən hənuz”

hələ uşaqsan, bala!

Öyünmək istəyirsən...

Millətin sanıyla yox,

 

Siqləti, qüdrətilə



 

Fəxr eləmək gərəkdir.

Millət – milyon köksdə vahid ürək deməkdir!

Hesabla, gör çoxmudur

 

o sal qayalar kimi



 

söykənməli oğullar?!

Hesabla, gör nə qədər

sözdə “Vətən!” söyləyən

vətən dəyyusları var.

Qoparaq dargözləri,

Ataq ürəksizləri,

Silək məsləksizləri

 

ölkənin ayağından,



 

görək nə qalır onda.




294

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Rədd ol – buqələmun tək

gündə yüz rəng alanlar!

Rədd ol – hörümçək kimi

tor qurub qan soranlar!

Rədd ol ­ yalnız kürsüdə

el dərdinə qalanlar.

Yalnız öz arvadının

yanında ər olanlar!

Bu günəş ölkəsində

bataqlıq yaradanlar,

Təfəkkürü qoturlar!

“Baş” sayılan boşların

keçəl, küçəl müavini!

Qopardaq stolundan

müasir Maviyəni.

Bir santi şöhrət üçün

ləhləyib axşam­səhər,

Vəzifəsi üstündə

əsim­əsim əsənlər.

Rüşvətlə can bəsləyən,

pambıqla baş kəsənlər.

Üstü bərli­bəzəkli,

içi təzək kimilər.

Xalqının sinəsində

qansız xərçəng kimilər...

Hələ kül olmamışlar

onlar mənim odumdan.

Kürsüyə dartınırlar

Vətən, millət adından,

Partiya, xalq adından.

“...şeir... gəncliyə qayğı...”

yağlı sözləri əzbər.

Ancaq imkanı olsa

gəncliyi güllələyər.

Yırtılmamış maskası

hələ heç bir əsərdə!




295

Ayağı burda,

özü

on doqquzuncu əsrdə.



Budur sənin yurddaşın!

Bunamı güvənib sən,

Gecə­gündüz odlanıb

­ Araz!


­ Təbriz! – deyirsən!

Dəb düşdü bir arada

“Azər”, “Azəri” sözü.

Şadlandırmaq istədi

guya qəzetlər bizi...

Mən çırpıram bu sözü

maskalanmış üzlərə.

Mən nifrət bəsləyirəm

saxtakarın dilində

odu keçmiş sözlərə.

Mən nifrət bəsləyirəm

çiçəyə də, gülə də –

namərdlərin əlində.

Mən nifrət bəsləyirəm

hətta aya, günə də –

onların mənzilində!

Ey təmkinli qayalar!

Səbrin böyükdür sənin,

Bu vətənbaz hərzələr,

İnsanvari gürzələr

çiynində yükdür sənin.

Səbrin böyükdür sənin

sərt duruşlu qayalar!

Sinə dağları çarpaz,

ağır başlı qayalar!

Bu dünyaya gəldiyin

on doqquz min ildə sən,

Nə qədər goreşənlər

və aslanlar görmüsən.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə