Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə54/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   50   51   52   53   54   55   56   57   ...   113

278

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qırxıncıdan?

Nə fərqi?

Hələ heç doğulmamış qorxuludur qorxaqlar.

Bütün cinayətlərdə qorxağın barmağı var.

Sənin kimilərini süpürməsək cahandan.

İnan, bir də qayıdar bəlkə o qırğın, o qan.

Sənə xitab etməyi ar bilsəm də özümə,

Gərək davam eləyim başladığım sözümə.

Dinlə: hər halda səndən beş­altı yaş böyüyəm.

Ərzin ən böyük çayı Nilə bənzəyən Türkəm.

Azərbaycan Türküyəm, bu soyun şah budağı.

Neçə­neçə eranın köksümdədir qaynağı.

Ərzin buz laylarını əridən qüdrət mənəm.

Daş dövrünü yaşayan, tunc dövrünü yaşayan,

Dəmir dövründə polad əridən hikmət mənəm.

Avropanı oyatdı Atillanın qılıncı

O qılıncı Füzuli qələminə çevirən

Cürət, ləyaqət mənəm.

Raketlərin anası arabanı kəşf edən,

Nə qədər uluslara: yunanlara, ruslara,

Tunquslara, lehlərə, almanlara, çexlərə

Min­min sözü bəxş edən bəşər atası Türkəm!

Qulaq as ey əqli kəm:

Məndən başlanır tarix.

Tarix qədər qocaman, tarix qədər müdrikəm.

Türkəm, neçə millətə öz qanımı vermişəm.

Dənizlər bətnimdədir, ümmanımı vermişəm.

Get dolan Kamçatkanı, Alyaskaya gedib çat.

Amerikaya kəmənd at, orda rişəm var mənim.

Dillərini araşdır,

Öz doğmaca balamdır qədim hindular mənim.

Mən cığır yox, tarixin kəhkəşan tək yoluyam

Dədə Qorqud, Alpamış, Manasam, Koroğluyam.



279

Şeirin, elmin, rübabın ilk bahar nəsimiyəm.

Türküstanda Fərabi, İraqda Nəsimiyəm.

Bir qanadım Nəvai, o biri Yunus Əmrə.

Öyrən, hansı məqamda endim səmadan yerə.

Neçə millətin saçı əllərimlə darandı.

İohan, İvan sözləri

Bizim “Xan”dan yarandı.

Uluq – Oleq qardaşdır, bəs Uğur – İqor necə?

Bunlar nə tapmacadır, nə ovsun, nə bilməcə.

Volqa – İrtış, Yenisey, Qızılirmaq – qollarım

Ərzin şah damarıdır mənim döyüş yollarım.

Yox, biganə qalmadım nə xeyirə, nə şərə.

Mən “Çelovek” sözünü bəxş elədim bəşərə.

Sınırlanma boş yerə,

Türkə qarşı tuşlanmış casuslar görmüşəm mən.

Bulanlıqkən durulmuş.

Öyrənərkən ayılıb özü Türkə vurulmuş.

Türkəm!

Bircə həyatım yetmiş dəniz yelkənim



Sən get anandan öyrən kimdən qazanmış səni…

1992

AĞI

Təbrizimin məzarına qədim Təbriz şəhərindən,

ustad Şəhriyarın qəbrindən torpaq

gətirmiş şairimiz Qardaşxana

Məqbərənə gül düzərəm,

Gülüm Təbrizim, Təbrizim!

Doğrudanmı Səni tapdı

Ölüm, Təbrizim, Təbrizim?!



280

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Gözlərində nur təbəssüm,

Üzünə söykənsin üzüm.

Həsrətinə nə cür dözüm,

Balam – Təbrizim, Təbrizim!

Səməndərsən, od köynəkli,

Şir ürəkli, lay kürəkli.

Gözlərimdə Təbriz şəkli,

Naləm – Təbrizim, Təbrizim!

Köksünə baş qoyub bahar,

Məzar demə, məzar – gülzar.

Bu sərgidir, ya laləzar,

Laləm, Təbrizim, Təbrizim!

Getmə, öpüm izlərindən,

Bükülməyən dizlərindən.

Qoy saçılçın gözlərimdən

Selim, Təbrizim, Təbrizim!

Qibləgahım, zirvəm, dağım!

Dağ sinəmdə çarpaz dağım.

Varlı bağım, od­ocağım,

Külüm, Təbrizim, Təbrizim!

De, hardasan? Şah taxtında, ­

Ərşin ən yüksək qatında!

Göynər tabutun altında

Əlim, Təbrizim, Təbrizim!

Köynəyində qan ərğvan,

Mələr atan: ­ Can balam, can!

Yanar odda Azərbaycan, ­

Elim, Təbrizim, Təbrizim!

Neçin susdun? Bir gülümsə,

Bülbülüm, qızılgülümsən.




281

Xan Kəpəzim, Göygölümsən,

Gölüm, Təbrizim, Təbrizim!

Ömrün­günün mübarizə,

Sənsiz nə cür baxım ərzə?

Parça­parça, rizə­rizə

Könlüm, Təbrizim, Təbrizim!

Məzar qonşuların yüz­yüz –

Namiq, Elşad, Aydın, Gündüz.

Yerdə qalmaz bu qan sözsüz,

Zülüm, Təbrizim, Təbrizim!

Qaranlıqda pak məşəlim,

Gülşən qəbri bənövşəlim!

Döz, yanına mən də gəlim,

Gəlim, Təbrizim, Təbrizim!

Kremlin çaynağı iti,

Daşnaklar – köpəyi, iti!

Göstər, mən də cinayəti

Bilim, Təbrizim, Təbrizim!

İçimizdə gizlənib şər,

Özü alçaq, cildi bəşər.

Oyan, ərzə şölən düşər,

Şöləm, Təbrizim, Təbrizim!

Mən atanam, söylə mənə:

Ötəri nə, əbədi nə?

Səcdə qılsın məbədinə

Aləm, Təbrizim, Təbrizim!

Sevincin, başda tacın var,

Türkayın var, Gültacın var.

Milyon qardaşın, bacın var.




282

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Mən qoymaram, solmaz bahar,

Solan Təbrizim, Təbrizim!

Səninkidir nur büsatı –

Yerin üstü, göyün altı.

Qanad çal, gəz kainatı,

Dolan, Təbrizim, Təbrizim!

Nur saç karvan yolu kibi,

Atanın cüt qolu kibi.

Gözlərimə dolu kibi

Dolan Təbrizim, Təbrizim!

Pak alnının təri dən­dən,

Şığıdınmı səngərindən?

Yatma, hər gün dan yerindən

Boylan, Təbrizim, Təbrizim!

Yıxılmadın köhlən atdan,

Odmu saçdın avtomatdan?

Həyatımı bu həyatdan

Alan Təbrizim, Təbrizim!

Könüldaşın – susan nəğmə,

Canım qurban gözü nəmə.

Məni dibsiz cəhənnəmə

Salan Təbrizim, Təbrizim!

Qanlı köksü dəlik­deşik,

Xocalıda bir qəsr tik.

Ey cahanda həmişəlik

Qalan Təbrizim, Təbrizim!

Qundaqdakı südəməri

Kimdi yırtan diri­diri?

Kimdi əsrin vəhşiləri

Balam Təbrizim, Təbrizim!




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə