Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə29/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
91 
Şair özünü zahidlərlə müqaisə edir. Allah Yusifləri Züley-
xalarla imtahana çəkir. Züleyxaların ğözəlliyi və eşqi qarşısında 
hər kəs duruş gətirə bilməz, bu imtahandan üzü ağ çıxa bilməz. 
Zahidlər bu hikməti Qurandan öyrəndikləri üçün zühdə qapılırlar. 
Racinin nəsibi (misdağı) arizi-canan oldu. Şairin sinəsi bir məsləki-
ürfan viranəsidir ki, eşqin tilsimi də, həqq sirri də orada tapılır.  
Aşiqi-şüunati-zühurati-həqayiq,  
Əlhəq genə bu məsləki-ürfanda tapıldı.  
Sinəmdə əyan oldu tilsimati-məhəbbət 
Bir gəncdü məxfi ki, bu viranda tapıldı. 
Qurani-Kərimin yalnız “Nəml” surəsində iki dəfə “bismillah” 
deyilir. Bir qayda olaraq surənin əvvəlində və 30-cu ayəsində. Sü-
leymandan (ə.s) gələn məktub haqqında tabeliyində olanlara Bil-
qeyis belə deyir: “İnnəhu min Süleyman və innəhü bismillahir-
rəhmanirrəhim”. (Bu məktub Süleymandandır və o bismillahla 
başlayır.) Bu qissə Raci şerində belə səslənir: 
Tutub xət səfheyi-ruxsaru alun, qaşların, guya,  
İki bismillaha bənzər yazılmış sureyi-”Nəmlə.” 
Şair sevgilisini Süleymandan məktub alıb imana gələn Bil-
qeyisəmi bənzədir? Və ya Nəsimi kimi Yaradanın isimlərini yarat-
dıqlarının cizgilərində oxumaqmı istəyir? Müəmmalı sualların ca-
vabı sonrakı beytlərdə aşkarlanır.  
Nəzər et səfheyi-ruyində xalu xəttə, ey zahid,  
Rümuzi-eşqi dərk eylə, bu Qurani-mütərcimlə.
212
  
Racinin müasiri Səyid Əzim Şirvani də 
Rümuzi-eşqinin dərk etməmiş mənasını Seyyid,  
Gedib meyxanalar içrə laübali-meyküsar olma.
213
  
–deyərkən rəmzlərlə  danışdıqlarını,  “bu quş dilini”  (Nəsi-
mi) dərk etməyin asan olmadığı, bunun açarının Quranda oldu-
                                                           
212
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 75 
213
  Şirvani S.Ə. Qəzəllər.  Bakı, 1960, səh. 25 


Sədrəddin Hüseyn 
92
 
ğu qənaətində olmuşlar. “Nəml” surəsilə bağlı beytdən çıxan nə-
ticə odur ki, şair sələfləri kimi insanı Allahın kainat kitabının mü-
kəmməl bir səhifəsi kimi görür və ondakı mənaları oxumağa ça-
lışırlar. Çünki “…bütün (rəmzi-metoforik) elementlər ilahi təcəllanı 
(teogonik sublimasiyanı, Allahın varlıq elementlərində təcəllisi-
ni) inikas edir.”
214
 “La ilahə illəllah” rədifli qəzəlində bu məsələ 
açıq və kəskin şəkildə qoyulur. Bələ ki, hürufilər kimi insanın üzün-
də Yaradanın isimlərini oxuyır.  
Səni görən bilü bir Tarıni cəmalında 
Yazıbla bəs deyəsən, La ilahə illəllah!
215
  
Sonrakı beytdə üzünü görəndə yüz təsbeh “La ilahə illəllah” 
deməsəm, lənətə gəlim deməklə hər varlığın Xaliqi təsdiqlədiyini 
bildirir. Bu fikir o qədər dərinləşdirilir, sevgilisini o qədər iləhiləş-
dirir ki, az qala şirkə düşür və 
Hər yerdə yüzün görsə düşər səcdəyə Raci,  
Kafər deyü kim, eyləyə inkar namazı  
– deyir. Bəzən həddi o qədər keçir ki, yarın xalını Həcərə bənzə-
dərək onu öpənin hacı olacağına şübhə etmir: 
Xalın qoy öpüm, ta yetişim həddi kəmalə,  
Hər kim Həcəri öpsə ona həcı deyirlər. 
Lirik mənin sevğilisinə məftunluğu o qədərdir ki, “Məxluqa 
xaliq demək mümkün olsaydı, sənə Rəbbim deyərdim”, demək-
dən çəkinmir.  
Deyərdim mən sənə Rəbbimsən ey bimislü bihəmta 
Deməklik mümkün olsaydı əğər məxluqa xaliqdür. (Səni bu 
hüsni-cəmal içrə görüb, Qorxdular haq deməyə dönüb insan de-
dilər. İş Nəsimi) 
                                                           
214
  Seyfəddin Rzasoy. Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi. 
Bakı: Elm və təhsil, 2015 səh. 68 
215
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).Bakı: Sabah,1992, səh. 24 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
93 
Deməli, eşqin, məhəbbətin bir anlamı tanıdığına, bildiyinə 
qarşı meyildirsə, onun dərəcəsi hər zərrə vücudunda adının zikr 
edilməsi və nəhayət ona qovuşmaq istəyi, ondan “dərman istə-
mək” anıdır. Vücudun vəhdətdə, cüzvün külldə əriməsi, onunla 
bütövləşməsi məqamıdır.  
Eşqində dolanbac yollardan keçən Raci də Həqqə qovuş-
manın can verməklə mümkün olduğunu dərk edir və “Can ver-
mək, üzün görmək əgər olsa müyəssər, Çox nəflü sevdadu bu, sev-
da gərək olsun” deyərək “Mən”in mənlikdən çıxıb “Sən”ləşməsi 
qənaətinə gəlir: 
Sən ilə böylə doldu cəm, ey sənəm,  
Həqiqətlə baxsan əgər, mən sənəm.
216
  
Bununla belə, bəşəri eşq də unudulmamış, müxtəlif forma-
da ilahi eşqlə birgə ədəbiyyatın əsas mövzusu olmuşdur. Özünü 
“Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin” de-
yən Nizaminin mənəvi varisi sayan, iliyinə qədər ilahi eşqə müb-
təla olan, “ağrını sevən” Füzuli belə, “Qəmim pünhan tutardım 
mən, dedilər yarə qıl rövşən, Desəm ol bivəfa bilməm inanarmı, 
inanamazmi?” deyəndə ilahi eşq fəzasından dünyəvi məhəbbətə 
enir. Əgər enməsə, ilahi eşqində “bivəfalıq” aramalı olurdu; bu 
da Füzuli üçün mümkünsüz idi. Halbuki Füzulidəki ilahi eşq ol-
masaydı, onun Məcnunu İbn Salam öləndən sonra öz Leylisini 
qəbul edər, adamların biri olub, adam kimi yaşayırdı. Leylinin bu 
rəddi heç də Məcnunun əldən düşməsi və ya “hər şeyin öz vaxtı” 
fikri  ilə  bağlı  deyildi.  Ədəbiyyatşünas  Yaşar  Qarayevin  fikrincə 
“…Sözün geniş, simvolik mənasında Leyli və Məcnun bir-birinə 
yox, …ikisi birlikdə “mütləq hüsnə” aşiqdirlər, məhz zirvəyə-ka-
millik, mərifət və həqiqət mərtəbəsinə yetəndə Leyli və Məcnun 
bir-birinə, ikisi birlikdə Tanrıya yetişirlər.”
217
 Başqa sözlə, “İnsanın 
                                                           
216
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).                                                       
Bakı: Sabah,1992, səh. 56, 63, 248, 250 
217
  Qarayev Yaşar. Füzulinin Tanrı sevgisi // “Cahan”  jurnalı. Bakı, 2000, səh. 17 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə