Азярбайъан республикасы дахили ишляр назирлийи


Təşkilatçılıq mədəniyyətinin daxili tərəfi



Yüklə 364,84 Kb.
səhifə28/29
tarix23.12.2023
ölçüsü364,84 Kb.
#156561
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   29
dioda terbiyevi ve ideoloji isin teskili ixtisasartirma

Təşkilatçılıq mədəniyyətinin daxili tərəfi rəhbərlik və tabeçi prinsiplərinin qoyulması, qrup təşkilat daxilində əməkdaşların qayda və davranışlara riayət etməsi, onların işə qəbulu, digər vəzifələrə irəli çəkilməsi, işdən azad olunmaları və s. ilə bağlıdır.
Təşkilatçılıq mədəniyyətinin zahiri cəhəti isə kollektivin ictimai missiyasının hansı yollar və vasitələrlə həyata keçirilməsinin müəyyənləşdirilməsi ilə bağlıdır.
Kollektivin təşkilatçılıq mədəniyyəti iki amildən asılıdır:

    • Onun daxili və xarici amillərə oriyentasiyalanması;

    • Nəzarət sahəsində prinsipiallığı və çevikliyi.

Təşkilatçılıq mədəniyyətinin yaradılmasında rəhbərliyin gücü əsasən heyətin ixtisasartırmasına yönəldilməli, vətəndaşların tələblərinə diqqətli münasibət artırılmalı, təşkilat yaxud qrupa çətin, mürəkkəb, ziddiyyətli mübarizə şəraitində, daim dəyişən xarici şəraitə tez adaptasiyaya istiqamətlənməlidir.
Təşkilati mədəniyyətin elementlərinə aiddir:
1. Mədəniyyət – təşkilatın effektivliyində mühüm amildir;
2. Təşkilatın mədəniyyəti - təşkilatda işin yerinə yetirilməsi yolları və insanlara münasibətin xarakteridir;
3. Hər bir təşkilat tipinin öz ideya, əqidə və ənənələri var; onlar xarici göstəricilər, atmosfer və iş metodlarıdır;
4. Təşkilatın mədəniyyətinə aşağıdakı faktorlar təsir edir: mənşəy, mülkiyyət növü, texnologiyalar, əlamətdar hadisələr;
5. Təşkilat mədəniyyətini əmələ gətirən ideya, əqidə və ənənələrdən ibarət olan təşkilat mədəniyyəti daha çox aşkar olunmur, çox şey sübutsuz qəbul edilir və az hallarda şübhə altına alınır;
Burada əsas yeri təşkilatın dəyər və normaları, prinsipləri, mədəni siyasəti və fəlsəfəsindən ibarət məqsədlərinin məcmuu olan işgüzar əqidəsi tutur. Təşkilati mədəniyyətin mühüm göstəricilərindən biri təşkilatın etik aurasını ifadə edən ünsiyyət dilidir. Bu prinsiplər təşkilatın rəhbərliyinin istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə hərəkət və fəaliyyətində nümayiş etdirdiyi və qoruduğu mədəni ənənələrində əks olunmalıdır. Bu ənənələrin innovasiyalı fəaliyyətlə təkrarlanması həm təşkilatın həyat fəaliyyətinin varisliyi, həm də onun proqressiv inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Hər bir təşkilat mədəniyyəti tipi çox zaman özündə həmin mədəni dəyər və idarəetmə texnologiyalarını ifadə edən liderin idarəetmə mədəniyyətini əks etdirir.

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə