Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə26/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

• Bütün türkl
ərin tərcümanı 

81
 ~ 
 
H.X.Qaradağı,  Qoridə  A.O.Çernyayevski və  S.Vəlibəyov, Tiflisdə 
M.H.Qayıbov  və  Ə.Axundzadə,  Teymurxanşurada  M.Ə.Talıbov, 
Peterburqda  Ə.Haqverdiyev  və  b. ilə  yaradıcılıq  əlaqələri diqqəti 
c
əlb edir». («Tərcüman»: Dildə, fikirdə, işdə birlik» məqaləsindən. 
«Ədəbiyyat qəzeti», № 26, 6 iyul 2001).  
«
Qaspiralınin ölüm xəbəri  Rusiyanın  müsəlmanlar  yaşayan 
bütün vilay
ətlərində  olduğu  kimi,  Azərbaycanda da dərin kədər 
doğurdu.  Qəzetlərin həmin günlərdə  çıxan  saylarında  bu  böyük 
şəxsiyyət haqqında  müxtəlif səciyyəli  yazılara  və  matəm 
t
ədbirlərinin təsvirinə  geniş  yer  ayrılmışdı.  O  zaman  Bakıda  nəşr 
olunan «B
əsirət» qəzeti N.Nərimanovun  «Bağçasarayda  imtahan 
meydanı» məqaləsini dərc etdi (13 sentyabr 1914, № 21). «İqbal» 
q
əzeti isə  sentyabrın  14-də  çıxan  nömrəsini demək olar ki, 
bütövlükd
ə  İsmayıl  bəyə  həsr  etmişdi.  Qəzetin ikinci səhifəsində 
başda  İsmayıl  bəyin  portreti,  sağ  və  sol tərəflərində  Sənətulla 
İbrahimovun  «Yasi-əzim: böyük və  tarixi milli matəm», Xəlil 
İbrahimovun  «Uful»,  Hüseyn  Rzanın  «İsmayıl  bəy vəfat etdi» 
m
əqalələri, Məhəmməd  Hadinin  «Böyük  İsmayıl  bəy»  şeiri 
verilmişdi.  Bir  gün  əvvəl Təzəpir məscidində  keçirilən və  Zeynal 
b
əy Səlimxanov tərəfindən maliyyələşdirilən matəm yığıncağından 
reportaj d
ərc olunmuşdu. 
Mat
əm günlərində nəşrə başlayan «Dirilik» jurnalının birinci 
sayında İsmayıl bəy Qaspiralıyə xüsusi yer ayrılmışdı. Jurnalın üz 
qabığında  və  6-cı  səhifəsində  böyük millət xadiminin portreti, 
«Ustadi-
əzim  İsmayıl  bəy»  adlandırılan  «Türk  Yurdu» 
m
əcmuəsindən  götürülmüş  tərcümeyi-halı  və  Əlabbas  Müznibin 
«Sevgili  atamız  İsmayıl  bəy»  şeiri  verilmişdi».  («Türk  yurdunun 
yolbaşçısı» məqaləsindən. «Xalq qəzeti», 17 oktyabr 1996). 


• Abid  Tahirli
 

82
 ~ 
 
«Volqaboyunda,  Krımda,  Orta  Asiyada  milli  ədəbiyyatın 
ir
əliləyişinə  xidmət göstərən  yazıçılarla  yanaşı  Qafqazda  yazıb-
yaradan Sultan M
əcid Qənizadə, Nəriman Nərimanov, Əbdülssəlam 
Axundzad
ə və Axund Yusif Talıbzadə haqqında portret oçerk dərc 
etmişdi.  Bu  Rusiyanın  islam  türk  xalqlarının  yeni  dövr  vahid 
ədəbiyyat tarixini yaratmaq sahəsində ilk əməli addım və örnək idi. 
Burada t
əməli M.F.Axundov tərəfindən qoyulan realist sənət və 
onun yaradıcıları əhatə olunmuşdu. Haqqında söz gedən ədəbiyyat 
bütövlükd
ə  Azərbaycan modeli əsasında  yaranmışdı».  («Qaspiralı 
v
ə Azərbaycan» məqaləsindən. «Ulduz» jurnalı, 1992, № 9-10). 
«T
ərcüman» (1883-1918) XIX əsrin sonu, XX əsrin 
əvvəlində  Rusiya müsəlmanları  mühitində  nəşr  edilən qəzet və 
jurnalların  ən  uzunömürlüsü,  geniş  miqyasda  yayılanı  və  ən çox 
oxunanı  olmuşdur.  O,  bir  il  iki  ay  «Ziyayi-Qafqasiyə», səkkiz il 
yarım  «Kəşkül»,  bir  il  doqquz  ay  «Şərqi-Rus», 1905-ci il 
inqilabından  sonra  Qafqazda,  Krımda,  Volqaboyunda,  Türkistanda 
çıxan müxtəlif məsləkli dövri mətbuat orqanları («Həyat», «İrşad», 
«Tanq», «Molla N
əsrəddin», «Vətən xadimi», «Nur», «Azad xalq», 
«Yıldız»,  «Əl-əsəri-Əl-cədid»,  «Əl-islah»,  «Fikir»,  «İdil»,  «Dan 
yıldızı», «Vaxt» və s.) ilə paralel fəaliyyət göstərmişdir. 1891-ci ilin 
oktyabrında  «Kəşkül»ün  bağlanmasından  1903-cü  ilin  martında 
«Şərqi-Rus»un nəşrə başlamasına qədər təxminən 12 il «Tərcüman» 
Rusiya imperiya
sının  müsəlman  əhalisinə  məxsus yeganə  qəzet 
olmuşdur. 
Qazan,  Orenburq,  Qarasubazar,  Bağçasaray,  Uralsk,  Sibir 
tatarları  kimi  Cənubi Qafqaz türklərinin həyatı,  əliqələmli 
Az
ərbaycan  ziyalılarının  fəaliyyəti həmişə  böyük  Krım 
«murza»sının diqqət mərkəzində idi. 


• Bütün türkl
ərin tərcümanı 

83
 ~ 
 
«T
ərcüman»ın redaktoru kimi fəaliyyət göstərdiyi otuz bir il 
ərzində Azərbaycan həyatında elə bir əlamətdar hadisə olmamışdır 
ki,  İsmayıl  bəy ona münasibət bildirməsin və  elə  az-çox  tanınan 
ziyalı  yox  idi  ki,  qəzetdə  adını  zikr  etməsin.  İllər bir-birini  əvəz 
edir,  ictimai  fikrin  inkişafında  təzə  meyllər  əmələ  gəldikcə,  ədəbi 
h
ərəkata yeni qüvvələr cəlb  olunduqca  İsmayıl  bəyi  əhatə  edən 
adamların  tərkibi dəyişir,  qələm  savaşında  «nozuhur»  adlar 
s
əslənirdi. Ötən  əsrin 80-90-cı  illərində  böyük millət xadimi 
«q
ərbliləşmək», müasir Avropa elmlərini müsəlman-türk xalqlarına 
öz ana dill
ərində  öyrətmək  ideyasını  meydana  qoyub,  bunu  xalq 
h
əyatına  tətbiq etmək  uğrunda  mübarizə  apararkən, o, «üsuli-
c
ədid»i özünə  məslək  seçib  xalqın  maariflənməsi yolunda böyük 
s
əylə  çalışan  Səid və  Cəlal Ünsizadə  qardaşları,  Əbdüssəlam 
Axundzad
ə,  Molla  Hüseyn  Qayıbov,  Səfərəli bəy Vəlibəyov, 
Firudin b
əy Köçərli, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, 
M
əhəmməd  Tağı  Sidqi  Səfərov və  başqaları  ilə  sıx  əlaqə 
saxlamışdı.  Ədib  bunların  ictimai  fikrin  oyanışı,  siyasi  şüurun 
yüks
əlişi  və  milli mədəniyyətin dirçəlişi  sahəsində  xidmətlərini 
q
əzetdə  vaxtaşırı  işıqlandırıb  təbliğ  etməklə  müasir tərəqqi 
ideyalarının 
inkişafına 
misilsiz 
xidmət göstərmişdir». 
(«İ.Qaspiralınin  Ə.Hüseynzadəyə  «Açıq məktubu» məqaləsindən. 
«Ədəbiyyat qəzeti», 17 iyul 1992). 
«İsmayıl bəy Qaspiralı 1906-cı ilin 7 aprelində Tiflisdə nəşrə 
başlayan  «Molla  Nəsrəddin»  jurnalını  Azərbaycan mətbuatı 
tarixind
ə  orijinal hadisə,  Rusiyanın,  Türk-müsəlman  xalqlarının 
ədəbiyyatında satira və  yumorun dirçəlişinə  və  inkişafına  təkan 
ver
ən və  kömək edən yeni istiqamət kimi bəyənib təqdir etdi. 
«T
ərcüman»da verilmiş müxtəlif səpkili materiallardan görünür ki, 
jurnal f
əaliyyətə başladığı gündən İ.Qaspiralınin diqqət mərkəzində 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə