461
sonra dəyişib Məmmədsəlim etmişlər və mən Əzrayılın siyahısına
Məmmədkazım kimi düşmüşəm, Əzrayıl Məmmədkazımı axtarır,
məndən uzaqdır.
Bir dəfə kim isə tribunadan tənqid edirdi, deyirdi ki, onun
büründüyü əbanın - peyğəmbər əbasının altında çox şey gizlənib,
bilmirsiniz. Tənqid ciddi və qərəzli idi, kəskin məcraya yönəlməkdə
idi. Elə həmin anda Məmmədsəlim müəllim: - Yaxşı, əbanın altındakı-
ları gördün, düş aşağı, - dedi və kəskin gülüş doğuran, yerinə düşən bu
sözlər çıxışın bitməsinə səbəb oldu.
Mən inanmıram ki, Məmmədsəlim müəllimin yer üzündə bir
nəfərə söz borcu ola.
Mən inanmıram ki, yer üzündə Məmmədsəlim müəllimdən
inciyən ola. Olsa da, günah özündə olar.
İnsan əbədi deyil. İnsan yalnız başqalarının qəlbində əbədiləşə
bilər. Respublikamızın elə bir guşəsi yoxdur ki, orada Məmmədsəlim
müəllimin yetirmələri, tələbələri, dostları olmasın. Onların hər birinin
qəlbində Məmmədsəlim müəllimdən bir zərrə var.
Biz var olduqca öz gözəl siması ilə Məmmədsəlim müəllim də
bizim qəlbimizdə yaşayacaq.
Ruhu şad olsun!..
15. 01. 93
462
ÖMRÜN DAVAMINI RUHLAR YAŞAYIR
Ə. DƏMİRÇİZADƏ - 85
Sular elə bulanıb, başımız elə qarışdırılıb ki, az qala, var-
lığımızı da unutmuşuq...
7 aprel - şənbə günü sağ-salamat yola saldıq, 9 aprel - bazar
ertəsi dəfn olundu.
Şənbə günü saat 15-də kommunistlərə Çin haqqında MK-nın
gizli məktubu oxunurdu. Professor ön cərgədə - qapıya yaxın otur-
muşdu. Məktubun oxunuşu çox çəkmədi, çıxdıq. Nə isə bir halsızlıq
hiss edirdim professorda:
- Maşınla gedək, - dedim.
- Yox, hava yaxşıdır, Bilalınan söhbət edə-edə gedəcəyik, -
dedi.
Yol boyu durub dincəlir, parkda otururlar, parkdan qalxıb evə
gəlir, televizora baxa-baxa halı pisləşir, təcili yardım gəlsə də, kömək
edə bilmirlər: - ”Bax, dayandı... Dayandı...” deyə-deyə, ürəyini tutub
gözlərini əbədi yumur. Qədim Vedalarda günəş şüalarının
tərkibindəki zərrələrlə müqayisə edilən can bədəni tərk edənə qədər
şüuru özündə olur.
O vaxtdan professor tez-tez yuxuma girərdi. Bəzən qış papağı
ilə yalnız sifəti yadımda qalardı. Bəzən külrəngi yarımqol köynəkdə.
Nədənsə, yuxularımda professoru həmişə bir qədər yüksəkdə görürəm
- ekranlarda olduğu kimi...
Elə adamlar var ki, yuxuma girəndə mütləq zərər çəkirəm,
bilirəm ki, gündüz sözsüz bir qan-qaralıq olacaq. Lakin Dəmirçizadə
ilə yuxuda görüşlərim ən ümidli, inamlı günlərə çevrilib. Yuxuda ol-
duğum ən rahat və xoş dəqiqələrdə professorla görüşmüşəm. Ayılanda
da xoş təəssüratla ayılmışam və düşünmüşəm ki, gündüz nə isə fərəhli
bir hadisə baş verəcək.
Xeyli vaxt idi, professorla ”görüşmürdüm.” Avqustun ilk ge-
cələrindən biri idi. Səhərə yaxın. Yenə professor bir qədər yuxarıda
dayanmışdı. Mən onu sinədən yuxarı görürdüm. Çox qəribədir - mən
onunla heç vaxt danışmadığım kimi danışdım:
- Çoxdandır görmürəm Sizi. Evdə nə var, nə yox?
- Suyumuz yaman bulanıb, - dedi. Deyəsən, bu sözləri bir də
təkrar etdi. Hiss elədim ki, nəsə bir çarə axtarır. Amma yenə də
gülümsəyirdi. İstədim deyəm ki, suyu durultmaq üçün təzə cihaz ixtira
ediblər. Amma könlümdə vuruşdurdum ki, bu cihaz çox bahadır; həm
463
də suyu durultmaq üçün tam etibarlıdırmı?. . Bir şey demədim.
Ayıldım və fikrə getdim: ”Suyumuz yaman bulanıb.” Nəyə
işarə edirdi professor? İndiki şəraitdə nəyi nəzərdə tutmamaq olar ki?
Geyinən kimi, professorun biblioqrafiyasına baxdım. Mən onun vəfat
tarixini bilirdim, doğum tarixini unutmuşdum: halbuki unutmamalıy-
dım, 60 illiyində yalnız Azərbaycan alimlərinə deyil, İttifaqın
görkəmli türkoloqlarına, bir sıra xarici alimlərə dəvətnaməni mənim
xəttim ilə yazdırmışdı. Baxdım: doğum tarixi 7 iyul 1909-cu il.
Anlamağa başlayırdım: professorun anadan olmasının 85, vəfatının 15
illiyi idi və apreldə vəfatını qeyd etmədiyimiz kimi, iyulda da 85 illiy-
ini yada salmamışıq. Sular o qədər bulanıb, başımız o qədər qarışıb ki,
tərbiyə və təhsil verənimizi unutmuşuq. Professor bütün iyulu da
dözüb, səbr edib, avqusta keçəndə əbədi zərrə qəlbimizə girib, bizi
oyadıb.
Qitada deyilir ki, ”mötəbər şəxslərlə hesablaşmadan görülən iş
özbaşına fəaliyyətdir” və özbaşına fəaliyyət çox zaman səmərəsiz olur.
Tələbəlik illərini nəzərə almasaq, 62-ci ildən 79-cu ilədək Əbdüləzəl
Məmməd oğlu Dəmirçizadənin rəhbərliyi altında, onun qeyd və
göstərişlərini dinləyərək, bilik və təcrübəsindən, davranış tərzindən
öyrənərək fəaliyyət göstərmişəm, ona görə də mən bu mötəbər şəxsi
heç vaxt unutmamalıyam, 18 il müddətində, demək olar ki, hər gün
görüşdüyümüz bu böyük şəxsiyyət haqqında bir neçə məqalə yazsam
da, yenə bəzi xatirə-detalları yada salmağa borcluyam.
Ə.Dəmirçizadə qüsursuz şəxsiyyət idi. Həqiqi alim, gözəl
müəllim, yorulmaz təşkilatçı, təvazökar insan idi.
Ə.Dəmirçizadə dilçiliyin dialektologiya müstəsna olmaqla,
bütün sahələrinə dair ilk ən yaxşı tədqiqatların müəllifi idi. Dil tarixi,
fonetika, morfologiya, sintaksis, etimologiya, üslubiyyat, ədəbi
tələffüz məsələlərinə dair geniş tədqiqat aparan şəxs onun tutarlı yazı-
larını nəzərə almadan keçinə bilməz. Bədii dil sahəsində tədqiqləri bir
məktəb idi. Lakin bizim bu cəhalət dünyasında hər yeni əsəri meydana
çıxarkən paxıllıq, həsəd və riyakarlığın müqaviməti ilə qarşılaşırdı.
”Azərbaycan dilinin tarixi” adlı monumental əsəri 48-ci ildə işıq üzü
görməyə başlamamış, güllələnmişdi. Elə bil, professor belə şeylərə
alışmışdı. Türkologiyada yeni hadisə kimi qiymətləndirilən
”Azərbaycan dilinin üslubiyyatı” kitabı meydana çıxan kimi (1962),
ilk cümləsindən məntiqsizlik və qərəz aşkar olan iftira dolu məqalə
buraxdılar. Professor eşitdi, söhbət zamanı kafedrada dedi: ”Mən
yazmışam. Kim nə cür başa düşür-düşsün.” Və məlum oldu ki, profes-
sor heç o məqaləni oxumayıb, oxumaq fikrində də deyil. ”Müasir