467
yəqin ki, keşməkeşli 30-cu illər, Çobanzadəli günlər yadına düşdü...
Professorda güclü dil duyumu vardı. Yüksək nəzəri hazırlıqla
yanaşı, faktların təhlilində böyük ustalıq qazanmışdı. Birdən kafedrada
mübahisə düşəndə sintaksisin bu və ya digər məsələsi ilə bağlı elə
mühakimələr yürüdürdü ki, heyrətdə qalırdım. Halbuki professor
sintaksisdən çoxdan ayrılmışdı və həmin sahələrin tədqiqatçıları artıq
başqaları idi.
Professorun ümumi imtahan götürmə metodundan başa
düşürdüm ki, tələbəni imtahanla imtahana çəkmək lazım deyil, tələbə
mühazirəni dinləyibsə, məşğələlərdə iştirak edibsə, ümumi anlayışı
varsa, deməli, mənbə və materiallara bələddir, incəlikləri öyrənmək
üçün imkanları var. Çox zaman sualı özü danışar, tələbəyə axırda
”yaxşı” yazardı, soruşanda: ”İmtahanda da öyrənməsi gec deyil”
deyərdi. Bir dəfə imtahanıma gəlmişdi. Tələbələr yaxşı qiymətlər
alırdılar. Kəsilən yox idi. Xeyli oturdu, çıxanda hər ehtimala qarşı ye-
nə dedi:
- Bilirsən də, Sovet hökuməti üçlük buraxır (barmaqları ilə üç
göstərdi), ikilik buraxmır.
Mən professoru başa düşürdüm və o tərbiyə ilə indi də
bilməyəni saxlamaqda çətinlik çəkirəm.
Professor ömrü boyu heç kimə borclu qalmamış, elmi
mübahisələr prosesində, elmi yazılarında bilik, istək və iradəsini
həyata keçirməkdən çəkinməmişdir. ”Azərbaycan dilinin üslubiyyatı”
əsərinin əlyazması nazirliyin tədris-metodiki şurasında geniş müzakirə
olunur. ADU-nun dosenti Əbdülhəmid Bağırov özü danışırdı ki,
yoldaşların göstərişi ilə o, kitabın əleyhinə uzun-uzadı tənqidi məruzə
edib. Kitabın əleyhinə danışıb və 40 dəqiqəyə qədər onu ”tənqid”
edib, sonra başqaları da düşüb üstünə və kitabın çapını məsləhət
bilməyiblər. Professor durub araxçınını düzəldir: ”Özünüz bilin, mən
yazmışam” deyib çıxır. Şura üzvləri də çıxırlar. Köhnə Marks bağında
”Maarif” nəşriyyatının direktoru Hamid Qasımzadə təsadüfən onlara
rast gəlir:
- Sizi təbrik edirəm, dilə dair bir yaxşı kitab da çap etdik, - de-
yib ”Azərbaycan dilinin üslubiyyatı” kitabının ilk nüsxəsini onlara
göstərir. Beləcə professor çox zaman öz əleyhdarlarını qabaqlayardı.
Bu hal canlı müzakirə və mübahisələrə də aid idi.
Son vaxtlar əzgin və tutqun görünürdü. Dərdini heç kimə
deməzdi. Aprelin 3-də elmi konfransda da (Şəhər Milis Şöbəsinin
yanındakı binada – Ketsxoveli küçəsində idik) bir qədər əsəbi danışdı.
Frazeologiyadan rus dilində məruzə edən Yelena Georgiyevna Kovro-
468
vanı elə rus dilində kəskin tənqid etdi. Çıxanda yoxlamaq üçün dedim:
- Yaxşı havadır, yəqin gəzə-gəzə gedəcəksiniz?
Şəki şivəsini andıran bir intonasiya ilə:
- Bəs sən nəyinən gedirsən? – dedi.
- Maşınla, - dedim.
- Onda gedək.
Oturduq. Əvvəllər etdiyi bir zarafatını təkrar elədi:
- Hələ yaxşı sürücü olmamısan (”Sürücü” sözünü qəsdən ey-
hamla tələffüz etdi), - qabaq şüşənin altını göstərdi: - Buraları
şəkillərlə bəzəməmisən.
Maşından düşüb, söhbət edə-edə mənzilinə - ikinci mərtəbəyə
qalxdıq. Oturmadım. Xudahafizləşib ayrılanda bir xahiş də elədim:
- Professor, Yunis müəllimin (Yunis Məmmədovun) bir kitabı
var, çap eləmək istəyir, utanır sizə deməyə (hərdən yoldaşdar mənə
ərk eləyirdilər).
- Redaktə et, burax, - dedi. Ayrıldıq.
Demə, bu bizim ondan son xahişimiz imiş. Professor, çox
güman ki, həmin günlərdə mikro infarkt imiş və bunu mədə-bağırsaq
ağrıları zənn edib ayaq üstə keçirirmiş. 7 apreldə Çin haqqında məktub
oxunandan sonra onu yola salarkən daha üzgün gördüm. Professor
”Azərbaycan ədəbi dilinin tarixi” kitabı üzərində sürətlə işləmişdi.
Bərk yorulmuşdu. Belə yorğun günlərində ağır bir hadisə ilə üzləşməli
olur: üst mərtəbəyə od düşür və alov peçin bacasından professorun
kitabxanasına soxulmağa başlayır. Professor ”Bəs mənim kitablarım?”
deyə-deyə həyəcan içində ora-bura zəng vurur. Yanğını söndürürlər,
amma yorğunluq və həyəcan öz işini görür, əbədi zərrənin çıxması
üçün ürək damarlarını zədələyir, parçalayır...
Anadan olmasının 85, vəfatının 15 illiyi günlərində professor
yenə yüksəkdə görünür. Onun müqəddəs ruhu yenə bizim
fəaliyyətimizə nəzarət edir...
1994
avqust
469
KƏRBƏLAYI İSMAYIL AĞIRLIĞI VƏ YAXUD FƏRMAN
KƏRİMZADƏNİ XATIRLARKƏN
*
Hər dəfə yadıma düşəndə ”FƏRMAH KƏRİMZADƏ” adında
bir KƏRBƏLAYI İSMAYIL ağırlığı duyuram. ”Qəmlo, mən haqq-
salamı tapdalaya bilmərəm” - deyən Kərbəlayının müdrik kəlmələri
Fərmanın öz daxilindən gəlirdi, onun özünün bu dünyanın haqq-
salamına münasibəti idi...
Bu həyatın anlaşılmaz sirləri var. 80-ci illərin əvvəllərində
qəfil bir hadisə ilə XVI yüzilliyin el şairi Qurbani düşüncələrimə ha-
kim kəsildi... Qeyri-ixtiyari daim bu sahədə axtarışdayam. Xüsusən
QURBANİ - İSMAYIL münasibətlərinə aludəlik bəzən məndə o
dərəcə güclənir ki, az qala, özümü müridlər arasında hiss edirəm. Dü-
şünürəm ki, Qurbaninin və İsmayılın ruhu 500 il yatıb, indi oyanıb,
bizi də oyadıb - Fərmanı da, məni də. Məni Fərmana bağlayan nə ol-
du? Axı ”Xudafərin körpüsü”nü oxuyub haqqında ürək dolusu ya-
zanda mən heç Fərmanla tanış deyildim. Fikirləşirəm ki, Qurbani ilə
İsmayılın ruhu bizi yaxınlaşdırıb. Yaşıdım kimi, Fərman mənim
bəxtimə düşən yazıçı imiş (sonralar bildim ki, bizim təvəllüd tariximiz
də tam eyni imiş – 3 mart 1937). Yaxın duyğu və düşüncələrimiz bizi
birləşdirməliymiş. Şah İsmayıl haqqında romanlarını oxuduqca hiss
edirəm ki, bunları Fərman demir, bunlar mənim dilimdən qopur. İs-
mayıl haqqında Fərmanın dediyi hər bir xoş söz mənim ürəyimdən
qopan sözlərdir.
Düşünürəm ki, onun romanları haqqında məqalələrim çap ol-
unandan az sonra bir bahar çağı ”Ulduz” jurnalı redaksiyası qarşısında
(Yazıçılar birliyinin yerləşdiyi binanın birinci mərtəbəsinin önündə)
köhnə dostlar kimi qucaqlaşıb tanış olanda bu tarix, tarixə baxışımız,
duyğu və düşüncələrimizin uyğunluğu bizi bağlamış imiş.
Bizim ədəbiyyat və eləcə də mülki tariximizdə bir çox dövlət
xadimləri çox vaxt saxtalaşdırılıb: Bu proses 30-cu illərdə daha güclü
olub, indi də müəyyən dərəcə davam etməkdədir. Başqaları öz ağıllı
hakimlərinə heykəl qoyur, biz keçmiş ağıllı və cəsur dövlət
başçılarımızın ağıllı işlərini də bəzən pis qələmə veririk.
**
*
Âÿôàòûíûí áåø èëè.
**
Áó ïðîñåñ «Ñÿíÿò äöøöíúÿëÿðè»íè éåíèäÿí ÷àïà ùàçûðëàäûüûì èíäèêè âàõòäà
äà äàâàì åòìÿêäÿäèð âÿ ÷îõ ïèñ úÿùÿò áèð äÿ áóäóð êè, Øàù Èñìàéûëûí âàõòèëÿ
ýþðäöéö èøëÿðèí ìàùèééÿòèíè áàøà äöøìÿéÿíëÿð ÷îõäóð. Øàù Èñìàéûë ùå÷ êèìÿ
áèð ãàðûø òîðïàã âåðìÿìèø, ÿêñèíÿ, Àçÿðáàéúàíà íÿ ãÿäÿð ÿðàçè áèðëÿøäèðìèø-
Dostları ilə paylaş: |