473
BU GÜNÜN BAŞLANĞICI
ŞIXƏLİ QURBANOV - 70
Təbiət ona cəmi 42 illik cismani ömür bəxş etdi. İctimai-si-
yasi, elmi, ədəbi-bədii fəaliyyətinin gur bulaq kimi qaynamağa ba-
şladığı vaxt birdən-birə yol qurtardı, hər şey bitdi...
Həyatı bizim Pedaqoji Universitetlə sıx bağlı idi.
Müharibənin ilk illərində orta məktəbi bitirib. Azərbaycan
Dövlət Pedaqoji Universitetinin ana dili və ədəbiyyat fakültəsinə daxil
olub. Könüllü cəbhəyə gedib. Cəbhədən qayıtdıqdan sonra ana dili və
ədəbiyyat fakültəsinin II kursuna bərpa olunub (30 avqust 1947-ci il).
Fakültəni fərqlənmə diplomu ilə bitirib (29 iyun 1951-ci il). Bir neçə
ay sonra Azərbaycan ədəbiyyatı kafedrasına qayıdıb, professor Mi-
kayıl Rəfilinin rəhbərliyi ilə əyani aspiranturada elmi yaradıcılığa ba-
şlayıb (17 oktyabr 1951-ci il). 1956-cı ildə namizədlik, 1964-cü ildə
doktorluq dissertasiyası müdafiə edib...
Bunlar Şıxəli Qurban oğlu Qurbanovun bəzi avtobioqrafiya
faktlarıdır. Çoxşaxəli yaradıcılıq yolu keçmiş, elmi, publisist əsərləri,
monoqrafiyaları ilə yanaşı, şeirlər, hekayələr, novellalar, komediyalar
yazmışdır. Həm də görkəmli ictimai-siyasi xadim idi.
Bunlardan əlavə, Şıxəli Qurbanov üçün çox əziz olan bir
fəaliyyət sahəsi də vardı: pedaqoji iş, müəllimlik fəaliyyəti.
Daha çox gözə görünən, bəlkə də həyat idealı olan elmi-bədii
yaradıcılığı, ictimai fəaliyyəti heç vaxt onu pedaqoji işdən ayıra
bilməmişdir.
1954-cü ilin 15 oktyabrında nazirliyin məktubu ilə Azərbay-
can ədəbiyyatı kafedrasına müəllim təyin edilərkən beşillik stajından
aydın olur ki, o, tələbəlik illərində də, aspirantura dövründə də
pedaqoji işlə məşğul imiş. 1954-cü ildə Pedaqoji Universitetə müəllim
təyin olunanda Azərbaycan KP Bakı Komitəsi təbliğat və təşviqat
şöbəsinin müdiri idi.
Şıxəli Qurbanov 1956-1957-ci illərdə Bakı şəhəri Voroşilov
(indiki Səbael) rayon partiya komitəsinin birinci katibi idi. Bu illərdə
o, pedaqoji fəaliyyətini davam etdirir, Pedaqoji İnstitutda bizə rus ədə-
biyyatından dərs deyirdi.
Bu illəri daha yaxşı xatırlayıram. Şıxəli müəllim təşkilati işin
çoxluğundan bəzən dərsə gələ bilmirdi. Amma heç vaxt dərsləri boş
keçməzdi. O, gələ bilməyəcəyi barədə vaxtında kafedraya xəbər verir,
Kamal Qəhrəmanov onu əvəz edirdi. Biz onu təəssüflə gözləyərdik.
474
İmkan olan kimi, Şıxəli müəllim özü gələrdi. Gözəl qaməti
vardı. Qara qaşları, nüfuzedici qaynar qara gözləri, son dərəcə
mütənasib sifəti... Səliqəli geyimi. Baxmaqdan doymaq olmurdu.
”İqor polku dastanı”, Çexovun yaradıcılığı barədə
mühazirələri indi də yadımdadır. Auditoriyada tribuna ilə qapı aras-
ında var-gəl edə-edə mühazirə oxuyar, biz yazardıq. Arabir əli ilə sa-
çlarını geri darayar, səlis və dolğun cümlələrlə mövzunu tədricən
çözələyərdi. Dastanın tapılması, nəşrləri, əlyazmasının yanması,
itməsi barədə sadaladığı fakt və rəqəmlər güclü hafizəsinə bizdə dərin
rəğbət yaradırdı. Çexovun adını mühazirə ahəngi ilə ”Çexıv” şəklində
bir qədər uzun ”ı” ilə tələffüz edərdi və biz bir müddət onun bu cür
tələffüzünü təqlid etmişik.
III kursda oxuyarkən - 1958-ci ildə Şıxəli müəllimin rəhbərliyi
ilə kurs işi yazmışam. Bu günə qədər saxladığım həmin dəftərin
üzərində, təəssüf ki, Şıxəli müəllimin qeydi yoxdur.
1965-ci ilin sonları idi. Ədəbiyyat İnstitutuna getmişdim.
Koridorda opponentim Kamran Məmmədovu gözləyirdim. Şıxəli
müəllim barmaqları arasında papiros, fikirli-fikirli koridorda qoyul-
muş telefona yanaşdı, gözucu salamlaşdı və papiros tutduğu bar-
maqları ilə nömrəni yığdı, lakin cavab gəlmədi. Hiss edirdim ki, fikri
tamam başqa yerdədir. Düşünürdüm ki, fikrində hansı pyesinsə dialo-
qlarını qurur. Bir neçə dəfə nömrəni yığsa da, danışa bilmədi, eləcə
fikirli-fikirli şöbəyə qayıtdı. Bu illər onun musiqili komediyalarının
dalbadal səhnəyə qoyulduğu illər idi.
Bu dövrdə o, Ədəbiyyat İnstitutunda adi şöbə müdiri işləsə də,
Moskvadan gələn nüfuzlu nümayəndələr qarşısında, geniş yığıncaqda
çıxış edərək, ”İcazə verin, tariximizi özümüz yazaq” sözləri ilə şöhrət
qazanmışdı, ziyalılar arasında onun bu cəsarəti fərəhlə qeyd edilirdi.
İndi mən o illəri və Şıxəlini düşünərkən onu da düşünürəm ki,
bizim bu gözəl Vətənimizin qəribə taleyi olub. Tale elə gətirib ki,
Azərbaycan daim imperiyalar tərkibində olub. Özününkü olsa da,
Manna da, Maday da qədim tipik imperiyalar idi. Əhəmənilər, Sasani-
lər, Atabəylər dövründə də, monqol istilası zamanı da Azərbaycan im-
periyalardan xilas ola bilməyib. Hətta I Şah İsmayılın Səfəvilər döv-
lətində mərkəzi hakimiyyət azərbaycanlılara məxsus olsa da, Azə-
rbaycan imperiya tərkibində idi. XVIII əsrin sonlarında, XIX əsrin
əvvəllərində isə Azərbaycan İran və rus imperiyaları arasında bö-
lüşdürüldü.
Azərbaycan bəlkə də ilk dəfə 1918-1920-ci illər arasında müs-
təqillik şərbətini daddı. Bu illəri bizim elmi və bədii ədəbiyyatda yaxın
475
vaxtlara qədər hərcmərclik dövrü kimi səciyyələndirmişlər. Sovet
dövləti Azərbaycanın müstəqillik qanadlarını tez qırdı, müstəqil re-
spublika özünü ələ ala bilməmiş, müstəqillikdən məhrum oldu. Vətən
müharibəsi araya düşdü. 37-ci ilin qorxusu və dəhşətli müharibə
müstəqillik arzuları üzərinə qara pərdə çəkdi.
Xalq tədricən dirçəlməyə başladı. 56-cı ildə İ.V.Stalinin
şəxsiyyətinə N.S.Xruşşovun vurduğu zərbə Sovet dövlətinə vurulan
ilk zərbə oldu. Həmin gündən müstəqillik arzuları yenidən cücərməyə,
göyərməyə başladı.
Lakin indi bu arzular qorxmuş və qorxudulmuş köhnə nəsildə
deyil, yeni, qüdrətli gənclikdə üzə çıxırdı.
Bu günün, indiki müstəqilliyin başlanğıcı o gündəndir.
Müstəqilliyə aparan yolun başlanğıcında 60-cılar
ədəbiyyatından danışarkən Şıxəli Qurbanov birinci olmalıdır.
Başqalarının yaradıcılığında qığılcım şəklində görünə bilən mübarizə
ruhu Şıxəlidə ildırım kimi çaxırdı: ”İcazə verin, tariximizi özümüz
yazaq!”
Şıxəlinin təşkil etdiyi görünməmiş bir təntənə ilə keçirilən
Novruz şənlikləri bir çox zəncir həlqələrinin qırılmasına səbəb oldu.
Ədəbiyyat İnstitutunda görüşümüzdən az sonra Şıxəli
müəllimi qiyabi dil-ədəbiyyat fakültəsinə dövlət imtahan komissiyası-
nın sədri dəvət etdilər.
İmtahan komissiyasının üzvləri Ə.Dəmirçizadə, K.Qəhrəma-
nov, P.Əfəndiyev, A.Məhərrəmov, İ.Babayev və başqaları idi. Mən
katib idim.
Müəllimi prof. Ə.Dəmirçizadə ilə birlikdə imtahan götürdüyü
üçün fəxr etdiyini bildirdi, tələbələrə uğurlar arzulayıb işə başladı.
O zamanlar imtahanlar obyektiv və normal keçirdi. Hələ hər
şey pozulmamışdı. Komissiya zəif tələbələrə güzəşt etmirdi.
Ə.Dəmirçizadə də, Şıxəli də bu cür tələbələrə adi həyati suallar verir,
onları çıxarmağa çalışırdılar. Bəzən ən ibtidai suallara cavab verə
bilmirdilər. Bu hal Şıxəli müəllimi heyrətləndirir, hərdən
əsəbiləşdirirdi. İmtahanların birində 5-6 nəfərə ”qeyri-kafi” verildi.
Şıxəli müəllim komissiya üzvlərinə üz tutub, qiymətləri onlardan bir-
inin elan etməsini xahiş etdi. Tələbələrin onun dilindən ”qeyri-kafi”
eşitmələrini istəmirdi. Heç kəs razı olmadı. Şıxəli müəllim əlacsız ay-
ağa durdu, qayğı və məzəmmətlə tələbələri danladı, bədahətən əslində
çox səmimi bir nitq söyləyib qiymətləri oxudu və dərhal çıxdı.
İmtahanlardan birində yaşlı bir tələbəyə qiymət vermirdilər.
”Kitab üzü açmayıb” deyirdilər. Şıxəli müəllim xeyli israr etdi, ”Gö-
Dostları ilə paylaş: |