464
Azərbaycan dili” dərsliyi çapdan çıxanda da zorla qüsurlar axtaranlar
vardı. Tərkib hissələri zəncir kimi bağlı olan, fonetika hissəsi nitq zən-
cirinin həlqəciklərini başa düşməyə geniş imkan verən bu kitab
haqqında mən də rəy çap etdirmişdim. Avtobusla yol gedirdik.
Görkəmli dilçi alim İsmayıl Əfəndiyevin dəfn günü idi. Professorla
diz-dizə oturmuşduq. Danışmırdıq. Nə düşündüsə, birdən: ”Sən elə
başa düşürsən, onlar da elə” dedi. Rəyləri deyirdi, dünyanın xır-
dalıqlarına bələd olan müdriklər kimi xəfif güldü. Amma buna gülüş
demək olmazdı.
Vəziyyət yavaş-yavaş dəyişirdi. Sovet hökuməti zəiflədikcə,
daxildən çürüdükcə əyri yollarla dirçələnlər çoxalır və ”bu yolda” ən-
gəl olan ağır şəxsiyyətləri yoldan götürməyə çalışırdılar. Professoru,
yüz dəfə haqqı ola-ola, akademik olmağa qoymadılar. İmzasız mək-
tublar yazdılar - özünə yaxın adamlar: müxbir üzv seçiləndə bir neçə
ay üzvlük haqqını vaxtında verməyib! - yazdılar və bundan da istifadə
etdilər. Kitablarının çapına mane olurdular. ”Azərbaycan ədəbi dilinin
tarixi” kitabının nəşrini xeyli gecikdirdilər. O böyüklükdə alim, o
böyük insan elə acizləşmişdi ki, tez-tez mənə deyirdi: ”İmrana de, o
kitabı tez çap eləsin.” Elə bil, nə isə duymuşdu. Mən o vaxtlar İmran
Abbasovla (”Maarif” nəşriyyatında şöbə müdiri) tez-tez görüşürdüm.
Hər dəfə İmrana dedikcə bildirirdi ki, kitabın çapı ondan asılı deyil,
amma ikinci hissəni versin ki, onu da şöbə çapa hazırlasın. Bu sözləri
çatdıranda professor deyirdi ki, birinci hissəni görməyincə, ikinci
hissəni işləyə bilməyəcək. Əslində isə ikinci hissəni işləmək professor
üçün çətin deyildi - illərdən bəri toplanmış zəngin yazılarını sistemə
salıb makinaya verməli idi. Professor aşkar görürdü ki, kitaba mane
olurlar. Əsəbiliyi hiss olunurdu. Axır ki, heç o kitabı əməlli görmədi,
əliuzalı getdi...
Professor son dərəcə namuslu, təmiz, saf bir insan idi. 18 il
müddətində bir şəxsin əleyhinə onun bir kəlmə yersiz sözünü, qeybəti-
ni eşitmədim.
Akad. M. Şirəliyevlə tez-tez görüşməli olurdum və o hər dəfə
Dəmirçizadədən narazılıqla danışırdı. Deyirdim: ”Professor, sizi al-
dadırlar, yaltaqlar sizə düz məlumat gətirmirlər, mən hələ bir dəfə nə
evdə, nə də işdə Dəmirçizadənin sizin əleyhinizə, Muxtar müəllimin
əleyhinə bir söz dediyinin şahidi olmamışam. Sizi aldadırlar.
Dəmirçizadə ümumi yığıncaq və müzakirələrdə nəyi tənqid edirsə,
onunla da kifayətlənir.”
Doğrudan da, belə idi. Professor yalnız elmi müzakirə zamanı
bu və ya başqa bir alimi tənqid edərdi, bununla da qurtarardı, qeybətlə
465
işi yox idi.
Sonralar M.Şirəliyev Dəmirçizadə haqqında danışmaq
istədikdə dərhal üzümə baxar, ”indi sən etiraz edəcəksən”,- deyərdi.
Və daha sonralar o yerə gətirdim ki, bir dəfə, nəhayət, həqiqi peş-
manlıqla: ”Biz Dəmirçizadə kimi alimi akademik olmağa qoymadıq,”
- dedi.
-Çox sağ olun, professor! – dedim. – Axır ki həqiqəti etiraf et-
diniz.
Gec idi. Dəmirçizadə akademik olsa da, olmasa da, onu gələ-
cəyə titulları yox, əsərləri aparır və onun əsərləri dövrün dil və
təfəkkür mənzərəsinin nümunəvi ifadəçiləridir.
Dəmirçizadə təbiətən bir qədər utancaq idi. Mən bir dəfə də
onun dilindən ədəbdən kənar bir söz eşitmədim. Bərkdən danışmazdı.
Bərkdən güldüyünü görməmişdim. Ən gülməli hallarda iki dəfə xəfif
gülüşü eşidilərdi. Yığıncaqlarda danışdıqdan dərhal sonra boğaz
damarlarına qan gələr, damarlar bir qədər qızarardı. Amma həmişə
şirin yumor qatardı danışığına. Üzü daim təbəssüm saçardı.
Professor zəhmətlə böyümüşdü, ağır, əzablı, lakin fərəhli bir
yol keçmişdi, övladdan, uşaqdan yarımasa da, kitablarını övlad kimi
sevir, onlarla fərəhlənirdi; və çox şükür ki, hər şeyin, o cümlədən ki-
tabların da qiymətdən düşdüyü indiki dövrü görmədi. Öz işində son
dərəcə səliqəli idi. Zəhmətdən yorulmazdı. 70 yaşına aprel-iyul aras-
ındakı üç ay qalırdı, amma professor bir dəfə dərsini başqasına tapşır-
mamış və ya dərsdən qalmamışdı. Elmi işləri vaxtında və səbrlə,
təmkinlə müzakirə edər, birinci öz əsərinin müzakirəsini təşkil edərdi.
Hər şeyin pozulduğu indiki dövrdə kafedra müdirlərinin dərslərə get-
diyi yadıma gəlmir, amma professor tez-tez açıq dərslər təşkil edər,
özü təklikdə dərslərə gedərdi.
Bir dəfə praktik məşğələ dərsimə gəldilər. Necə oldusa, az
sonra mühazirəmə gəlmişdilər. Müzakirə zamanı yoldaşlardan biri
qeyd etdi ki, mən praktik məşğələdə oturmuşam, mühazirə zamanı
axıradək gəzmişəm. Professor dedi ki, ”fel hərəkət deməkdir” – möv-
zum feldən idi. Professor rəsmi açıq dərslərlə kifayətlənmirdi. Yenə
həmin günlərdə bir gün dərsə gedirdim, dedi: ”- Mən də gedim, qulaq
asım.” Axıra qədər qulaq asdı. Mövzu ”Xüsusiləşmələr” idi. Mən bir
az da həvəslənib daha çox məlumat verməyə çalışdım. Çıxanda pro-
fessor dedi ki, çox kənara çıxırsan. Mən bu sözlərlə xeyli müddət razı-
laşmamışam. Amma indi başa düşürəm ki, biz hər şeyi birdən
tələbələrin başına yeritmək istəyirik, bildiyimizin hamısını birnəfəsə
öyrətmək istəyirik.
466
Professor elmi seminarlar keçirir, başqa ali məktəb və institut-
ların əməkdaşlarını da dəvət edirdi. Bu müzakirələr adətən mübahisəli
keçirdi, lakin professor axırda müzakirəni təmkin və ustalıqla ye-
kunlaşdırardı. Özü də başqa şəhərlərə konfranslara gedirdi. Gərək ki,
62-ci il idi. Leninqrada konfransa getmişdi. Gəldi, kafedrada
təəssüratını danışdı. Dedi ki, Stalinin ”Marksizm və dilçilik
məsələləri” kitabını müzakirə edirdilər, tənqidə çalışırdılar (yuxarı-
ların göstərişi ilə), amma elə bir şey tapa bilmədilər, əsas nöqsan onu
göstərdilər ki, Stalin lüğət tərkibini iki hissəyə bölür, birini ”əsas lüğət
fondu” adlandırır, o birinə ad tapmayıb.
Amma bu konfrans professorun özünə təsir etmişdi, o, bundan
sonrakı yazılarında lüğət tərkibindən danışarkən onu ”lüğət tərkibinin
əsas hissəsi”, ”lüğət tərkibinin əlavə hissəsi” kimi iki hissəyə ayırırdı.
Professor bir də Mirəli Seyidovun bu konfransdakı
məruzəsindən danışır, Mirəlinin erməniləri necə ifşa etdiyini ləzzətlə
qeyd edirdi. Professorun dediklərindən aydın oldu ki, Mirəli
məruzəsində hansı məsələdəsə erməniləri ifşa edir. Ermənilər düşürlər
Mirəlinin üstünə, lakin Mirəli bunu gözləyirmiş, ona görə də əsas
faktları gizləmiş imiş. Axırda yenidən çıxış edir, yeni kəskin faktlarla
erməniləri susdurur.
Biz professorla pərdəli dolanırdıq, artıq söz deməz, artıq
hərəkət eləməzdik. Hər dəfə kafedraya girəndə şagird kimi ayağa
durardıq və bu ehtiramı axıra qədər davam etdirmişik. Professor özü
hazırcavab idi, hazırcavablığı sevirdi. Böyük yığıncaqlarda arabir rep-
likası eşidilərdi. Arabir mən də kafedrada sərhədi aşardım, lakin
acığına gəlməzdi. Bir dəfə sentyabrın axırı və ya oktyabrın əvvəli idi -
elmi işlərin qrafikini hazırladı, kafedrada bir-bir məruzə vaxtımızı elan
etdi. Tez idi, sözünü qurtaranda dedim: - Professor, onda bizim mövz-
ularımızı da yadımıza salsa idiniz, yaxşı olardı.
Elə bil, yoldaşlar himə bənd imişlər - bir gurultu, bir şaqqıltı
qopdu, professor özü də gülümsəyə-gülümsəyə bizə qoşuldu. Amma
gələn həftə birinci öz əsərini gətirdi.
Bir dəfə kafedra iclasının sonunda dedim:
- Professor, bəs deyirdiniz, ”Trafaret Şura qızları”
(”Ədəbiyyat” qəzeti, 1936) adlı məqalə sizindir, onun müəllifi ”Zye-
bil” imiş ki?
Sualımın bir zarafat olduğunu anlamamış deyildi. Yenə gü-
lümsədi: ”Zyebil” italyanca ”dəmirçi” deməkdir, - dedi.
Mən arxivdə işləyərkən rast gəldiyim bu məqalənin üzünü çı-
xartdırmışdım. Bir nüsxə professora verdim. Yazısına heyrətlə baxdı:
Dostları ilə paylaş: |