470
Lakin Fərman hay-küyü sevmirdi. Onun tarixə aydın baxışı
vardı. Tarixi hadisələri bədii yolla düzgün mənalandırmağı bacarırdı.
Tarixi duyğusu güclü və aydın idi: insan hansı zamanın övladı olur-
olsun, yaxşı və pis cəhətləri ilə insandır. Kərbəlayı İsmayıl da belədir,
Şah İsmayıl da. Kərbəlayı ona görə sevilir ki, yazıçı təxəyyülü ilə sax-
talaşdırılmayıb, təbii və orijinal obrazdır. Romanın yazıldığı dövrdə
”İndi də bu qolxoz oyununu atıblar ortalığa” kimi sözlər işlətmək
cəsarət tələb edirdi.
Biz tarixdən, ədəbiyyatdan solğun şəkildə bilirdik ki, İsmayıl
böyük çətinliklərlə hakimiyyətə gəlib. Lakin Fərman son dərəcə zən-
gin tarixi-bədii faktlar əsasında bizə göstərdi ki, İsmayılın çətinlikləri
biz düşünən kimi olmayıb, daha çətin olub və yeganə pöhrəni zəmanə
hakimlərindən ZAMAH özü xilas edib, saxlayıb. Yetişdirdiyi tarixi
vəzifəni onun öhdəsinə buraxmaq üçün. İsmayıl bu ideyanı şərəflə
həyata keçirirdi. Və babaların vahid batin əqidəsini - Azərbaycan tor-
paqlarının, Azərbaycan mədəniyyəti və dilinin birliyi ideyasını böyük
cəsarət və qəhrəmanlıqla həyata keçirdi. Fərman öz qiymətli romanı
ilə XVI yüzilliyin erkən çağında ölkəmizin ərazisində hər sahədə
özünü göstərən bu yüksəlişi böyük sənətkarlıqla canlandıra bildi.
İnsan təbiət etibarilə düzlüyə, doğruluğa, möhkəm qaydalara,
intizama meyillidir. Fərman Şah İsmayıl obrazını yaratdı və biz İsma-
yılın şəxsində gördük ki, mənəvi saflıq, qətilik, ədalət, vətən sevgisi,
vətən və xalq qayğısı, sənət eşqi ictimai quruluşdan, onun hansı
pilləsində olmaqdan asılı deyil. Çox şairlərimiz olub, lakin Nizami
zirvəsi hələ heç kəsə nəsib olmayıb. Çox dövlət başçılarımız olub,
lakin ölkəni içəridən didib-parçalayan, məhv edən yaramaz qüvvələrə
amansız münasibət heç kəsdə İsmayıl qədər olmayıb. ”Vətəni qoruyar-
lar vətən olar” deyə rüşvətxoru aldığı rüşvətlə birgə dar ağacından as-
dırıb. Şahlıq taxtında rahat oturmayıb ki, düşmən onun ölkəsinin
sərhədlərində at oynadar. İndi bizə İsmayıl əqidəsi, İsmayıl cəsarəti,
İsmayıl saflığı gərəkdir. Vətən bunlardan ötrü ölür. Eşq olsun Fərmana
ki, belə bir obrazla özünü əbədiləşdirdi!
Az vaxt ərzindəki tanışlığımız əsasında mən hiss etmişdim ki,
Fərman hər deyilənə məhəl qoymur, bilavasitə özü axtarır, öyrənir, öz
duyğu və düşüncələrini qələmə alır. ”Xudafərin körpüsü” haqqında
yazılarımdan sonra bir gün oturub ikilikdə romanı müzakirə edirdik.
Hiss etmişdim ki, Fərman ərəb əlifbası ilə fars və Azərbaycan
äèð. Áó èøëÿðèí ìöãàáèëèíäÿ îíà ãîéóëàí ùåéêÿëÿ, ÿëåéùèíÿ äàíûøûëàí ñþùáÿò-
ëÿðÿ áàõ! (Ìöÿëëèô)
471
dillərində yazılmış bir çox materialları oxuyub, istifadə edib.
İzafətlərdə və xüsusi adlarda qüsurlar müşahidə edilirdi. Bunları
söylədikcə, Fərman şirin-şirin, dupduru gülüşləri ilə ”düzdür”,
”düzəlməlidir” deyirdi. ”Çaldıran döyüşü”nü də əlyazmasında redaktə
etdim, iradlarla razılaşdı, amma sonra baxdım ki, öz üslubuna məxsus
heç nəyi düzəltməyib və düşündüm ki, düz eləyib. Amma bir məsələ
barəsində söhbət salanda dikəldi və ciddiləşdi: ”Nə cür olur ki, aləmə
möcüzə kimi səs salan, hər tərəfdən dəstəsinə axın-axın müridlər yığı-
lan İsmayıl Xudafərindən keçib 13-14 yaşlarında öz dəstəsi ilə Şirvana
üz tutur, burada, bu körpünün – Xudafərinin düz ağzında yerləşən Diri
kəndinin camaatı, İsmayılı ”pirim”, ”mürşüdüm”deyə daim əzizləyən
Qurbani öz sazı, sözü ilə onun qarşısını çıxmır?” Mən bu sözləri
deyəndə dikəldi, papirosunu eşə-eşə əlini başına apardı. ”Əsərin
ardında, toy məclisində bunları xatırlatmaq lazımdır”, - dedim.
Fərman razılaşdı və bu vədinə əməl etdi. ”Çaldıran döyü-
şü”ndə Qurbaninin ilk bədii obrazı yarandı. Onu da deyim ki, Qurbani
ilə bağlı bir çox epizodlar yazıçı istedadının məhsulu kimi, son dərəcə
təbii və təsirlidir.
İlk məqalələrimdən birində onun məcazlar sisteminə xüsusi
fikir vermişdim. Simvollar, rəmzlər Fərmanda çox güclüdür. Körpə
İsmayıl anasına deyəndə ki, ”Sən məni Savalana kimi apar, ətəyinə
çatdır, zirvəsinə özüm qalxacam”, - gənc ana ilə yanaşı, oxucunu da
qəhər boğur. Fərman döyüşqabağı buludların qarşılaşması ilə az qala
həqiqi döyüş mənzərəsi yaradırdı. Balaca İsmayıl qızıl güllər arasında
elə təsvir edilir ki, az qala bu güllərin ətrini duyursan.
Fərmanın şirin yumoru vardı. ”Murad görürdü ki, bu, çox ən-
drabadi şeydir” kimi cümlələrə rast gələndə sətirlər arasında
Fərmanın özünün də ləzzətlə gülümsədiyini hiss edirsən. Qalanın
ətrafına dolanan yolu nəhəng pəhlivanın atdığı kəməndə bənzətməklə
yaddan çıxmaz mənzərə yaradırdı.
Fərman söz oyunu ilə vaxt keçirən sənətkar deyildi. Kəlmə-
ləri, cümlələri dolu idi. Etnik və etnoqrafik xüsusiyyətlərin təsviri,
xalq ifadə tərzindən istifadə ustalığı əsərlərinə bir müdriklik gətirirdi.
Bir sözlə, öz qələmi ilə rəng fırçasının işini görürdü. ”Sənətkarın
qüdrəti” məqaləmdən xoşu gəlirdi. Burada mən hələ ətraflı tədqiqat
aparmadan ”Xudafərin körpüsü”nün dilindəki
ən qabarıq
xüsusiyyətləri qeyd etməyə çalışmışdım. Hər görüşəndə deyirdi ki, bu
yazını tez-tez oxuyuram və ləzzət alıram. Mənə elə gəlirdi ki, mənim
yazımdan çox, bu məqalədə toplanmış öz qüvvətli ifadələrindən ləzzət
alırdı.
472
Həm də layiq olduğu, yaxşı hekayə və povestləri olduğu
halda, Fərman haqqında az yazılmışdı. Tanışsız-bilişsiz, xahişsiz-min-
nətsiz meydana çıxan bu yazılar ona qol-qanad verirdi.
Fərmanın romanları hadisələr romanıdır. Romanları oxuduqca
tarixi keçmişimizin zəngin qəhrəmanlıq səhnələri, at üstündə qılınc
vuran, nəhəng düşmənə sinə gərən pəhlivanlar gözümüz önündə
canlanır. Ona görə də bu əsərlər kino sənəti üçün zəngin və hazır ma-
terialdır. Xalq öz misilsiz qəhrəmanını, şair oğlünü ekranlarda görmək
istəyir. Fərmanın bu dilogiyası əsasında çoxseriyalı filmlər çəkmək
olar. Təkcə ”Nənə Sara xatun, baba Uzun Həsən, ata Şeyx Heydər”
parçası ayrıca bir filmin mövzusudur.
Bu Fərmansız günlərdə Fərman yadıma düşdükcə düşünürəm
ki, Şah İsmayıldan sonrakı neçə yüzillik ətalətdən sonra xalqımızın ən
qanlı-qadalı günlərinin birində, 37-ci ildə, bu ilin qurbanları olan
böyük yazıçılarımızdan birinin əvəzi kimi Fərman doğulmalıymış,
çətin və mürəkkəb bir zamanda Şah İsmayıl kimi ölməz obrazları ilə
milli özünüdərkin parlaq nümunəsini yaratmalıymış, xalqımızın
ümumi ayılma və dirçəlişinə, müstəqillik və xoşbəxt həyat uğrunda
mübarizəsinə kömək etməliymiş və bu yolda öz canını qurban
verməliymiş...
Bu xalq yaşadıqca onun qəhrəmanlıqlarla dolu tarixi də
yaşayacaq, İsmayılı da, Kərbəlayısı da, Fərmanı da!
1994
mart
Dostları ilə paylaş: |