479
”Xaqani də düz eləmədi” - bu sözlər indi də qulağımdadır - Rəfili bizi
tərbiyə edirdi - böyüyə hörmət lazımdır.
Rəfili bizə iki fəndən dərs dedi. ”Ədəbiyyatşünaslığa giriş”i
dedi, imtahan götürdü. ”Qədim Azərbaycan ədəbiyyatı”nı başa çatdıra
bilmədi. Nəzəriyyə ona coşub-daşmağa imkan vermirdi. Onun natiqlik
məharəti ”Qədim Azərbaycan ədəbiyyatı”nda üzə çıxırdı, lakin söz
deməli olduğu yerdə - Nizamidə cəmiyyət təbiətin əli ilə onun dilini
bağladı.
Biz başa düşmürdük. Görünür, şəkər çox əziyyət verirdi. O
vaxt üçüncü mərtəbədə - indi filologiya fakültəsinin dərs keçdiyi audi-
toriyaların qarşısındakı böyük dəhlizdə, pəncərələrin altında su
kranları vardı, yay, qış buz kimi şollar suyu axırdı. Təəccüb edirdik:
qışın soyuğunda, şaxtasında qrafini buz kimi su ilə doldurub
kafedraya qoyurdular və professor dəhşətli bir yanğı ilə stəkan-stəkan
su içirdi. Nə yemişdi, nə yandırırdı?. .
Sonralar başa düşdük ki, o yox, şəkər onu yeyirmiş.
H.Araslının 8-ci sinif üçün ”Ədəbiyyat” dərsliyinin
müzakirəsini təşkil etmişdi. Stol arxasında Həmid müəllim sakit-sakit
oturmuşdu. Sağ tərəfdə Mikayıl Rəfili. Dosent İmran Babayev məruzə
edirdi. İmran müəllim Xaqanidən danışarkən: ”Xaqanini tədris planın-
dan çıxarmaq istəyirlər” dedikdə, Rəfili yerindən qalxa-qalxa:
- Qələt eləyirlər, - dedi, stolun başına hərlənib (qrafin stolun o
biri başında idi), bir stəkan su töküb içdi, keçib yerində oturdu.
İndi Mikayıl Rəfilini xatırlayanda mən bir pedaqoq kimi
özümüzdə böyük çatışmazlıqlar olduğunu görürəm. Biz yaxşı halda
bütün 90 dəqiqə müddətində yalnız mövzu ilə məşğul oluruq. Rəfili
xüsusən seminar məşğələlərində epizodik şəkildə, yeri gəldikcə elə
sözlər danışır, elə misallar çəkirdi ki, onları xatırladıqca Rəfili odunun
şərarələrini, cəhalətlə təkbətək vuruşan bu böyük alimin can yanğısını
xatırlamış oluruq.
Rəfili bir od idi, bir atəş idi. Hara düşürdü, oranı yandırırdı.
Paxıllarını, əleyhdarlarını daha çox yandırırdı. Böyük təfəkkür sahibi
kimi, şübhəsiz, heç kəs onunla üzbəüz dura bilməzdi. Akademik
Məmməd Arif istedadlı gənclərin bir çoxunu ədəbiyyat aləminə
Rəfilinin necə gətirdiyini böyük səmimiyyətlə etiraf edir və onun iste-
dadı barədə yazırdı: ”Ondakı qavrayış, mənimsəmə qabiliyyəti dağ
seli kimi güclü idi. O qədər güclü idi ki, onun qarşısında bəzən obyek-
tiv tənqidi münasibət sarsılırdı.”
1936-cı ilin aprelində ”Pravda” qəzetində ”Naturalizm və for-
malizm əleyhinə” adlı məqalə dərc olunur. S.Vurğunun giriş nitqi ilə
480
məqalə üç gün müzakirə edilir. Qantəmiri naturalizmdə, H.Cavidi
daha çox formalizmdə təqsirləndirirlər. Yığıncaqda Ə.Nazim,
Ə.Hidayət, H.Mehdi, T.Şahbazi, S.Hüseyn, C.Xəndan, A.Faruq,
M.Ənvər, O.Sarıvəlli, Mir Cəlal, S.Rəhman və başqaları çıxış edirlər.
Axıra yaxın çıxış edən M.Rəfilinin nitqindən aydın olur ki, əksəriyyət
naturalizmin mahiyyətini anlamamışdır: ”... bizim ədəbi əsərlərdə
ədəbdən xaric, əxlaqdan xaric bir təsvir, bir söz, bir söyüş işlədilirsə,
bəzi yoldaşlar bunu naturalizm adlandırırlar. Halbuki bu naturalizm
üçün heç də xarakterik bir xassə deyildir. Bu, naturalizmi başa
düşməmək, onu son dərəcə sadələşdirmək, onu təhrif etmək
deməkdir.”
Rəfilinin istedadı vardı və o, böyük zəka sahibi idi. Lakin
Rəfilini Rəfili edən onun zəhməti, elmə, sənətə, poeziyaya sonsuz
marağı idi. Moskva həyatını yüksək qiymətləndirirdi. Hələ Moskvaya
getməmiş, şeir, tənqid, tərcümə sahəsində çox gənc ikən geniş
fəaliyyət göstərən Rəfili böyük teatr salonlarına, böyük auditoriyalara
düşənə qədər bu dünyadan ”xəbərsizliyini” qeyd edirdi:
”O vaxta qədər nə bilirdik? Bildiyimiz:
Ay Dadaş,
Atma daş,
Mən yaralıyam,
Şəkinin, Şirvanın
Mən maralıyam -
kimi misralar idi”, - deyər, gülümsərdi.
Yüksək məntiqi, natiqlik məharəti, hədsiz qavrama imkanları,
böyük hafizə Rəfili kimi adamları böyük qürur sahibi etməli idi.
Həqiqətən də qürurlu idi. Bu cəhətdən onu heç kimə bənzədə
bilmirəm. Dünya ədəbiyyatı xəzinəsinə bələd olma səviyyəsi onun iç
dünyasında mənəvi yüksəklik yaradırdı. Niyə deyirdi, nə üçün deyirdi
bilmirəm, amma deyirdi: ”Bu saat da küçədən keçəndə ehtiyat edirəm
ki, filankəsin adamları xəncəri soxar böyrünə.”
İndi o dövrdən yaddaşımda qalan bir sıra faktları
ümumiləşdirdikdə az qalıram deyəm ki, Rəfili bütün aləmlə təkbətək
mübarizədə imiş. Cəmiyyət bu hərtərəfli istedad sahibinin
ərköyünlüyünə yumorla yanaşmaq, ona kömək etmək əvəzinə, kin-
küdurətlə yanaşırmış. Buna görə də Rəfili tək imiş - pələng kimi bütün
cəngəlliyi yarıb keçmək istəyirmiş. İnsan sinəsi buna dözməzdi.
Rəfili həqiqi şair idi, qəlbindən keçənləri yazırdı, kino-po-
481
emalar, mənzum romanlar başlamışdı. Yeniliyə meyli, marağı göz qa-
bağında idi, Məmməd Arifin qeyd etdiyi kimi, səhv etməkdən qorx-
murdu. Lakin, görünür, ölçülü-biçili adamlar bu coşqunluğu qəbul edə
bilmirdilər.
Poeziyasında yeniliyin pafosu aydın duyulmaqdadır. Ayrı-ayrı
şeirlərində axıcılıq və gözəllik də var, yeni fikir, orijinal quruluş da.
Bir dəfə dedi ki, bütün gecəni yatmayıb bir şeir yazmışdım.
Səhəri həmin şeri dostum və adaşım Mikayıla oxudum (Mikayıl Müş-
fiqi deyirdi). Mikayıl dinləyib ciddiləşdi və gözlərini üzümə zilləyərək
dedi:
- Mikayıl, bir də oxu!
Oxudum. Mikayıl sərtləşdi, dedi ki, bu şeir mənimdir, mən bu
şeri çoxdan yazmışam. İnanmırsan, qulaq as, - deyib şeri əzbər
söylədi. Mən çox pərt oldum. Necə ola bilər ki, bütün gecəni yatmayıb
şeir yazasan, başqasınınkı ola?
Bərk tutulduğumu görüb güldü və dedi:
- Zarafat edirəm, Mikayıl. Şeir sənindir, gözəl şeir olduğu
üçün ilk oxunuşdan əzbərləyə bildim.
Şair ola bilərdi, həm də yaxşı şair ola bilərdi. Lakin Rəfili mə-
dəniyyət tariximizdə ədəbiyyatşünas alim, tənqidçi və tərcüməçi kimi
əbədi iz qoydu.
Ömrünün sonuna qədər çarpışmada olub. Bir gün kafedrasının
önündən keçirdim, laborantların bərk həyəcan içərisində olduğunu
gördüm. Soruşdum, dedilər ki, Rəfilinin qəzetdə məqaləsi çıxıb.
- Lap yaxşı, bəs nə üçün belə həyəcan içərisindəsiniz?
Dedilər:
- İndi mətbuatda hər tərəfdən düşəcəklər üstünə, kişini
əsəbiləşdirəcəklər. Xəstədir.
Rəfili gərək ki, N.Vəzirovun ”Müsibəti-Fəxrəddin” faciəsi
haqqında məqalə yazmışdı, ədəbiyyatımızda faciə janrının ilk
nümunəsi kimi qeyd edilən bu əsərin faciə janrının tələbləri baxımın-
dan zəif olduğunu söyləyirdi. Bir gün dərsdə dedi ki, faciə ”Tiran
Edip” dir. Əsərin qəhrəmanı bəlalardan qaçmaq istəyir, lakin fəlakət
ondan əl çəkmir, daim onu izləyir və əsərin qəhrəmanı o faciələri
yaşamalı olur. Lakin Fəxrəddin düşməni olduğunu bilə-bilə, gedib
bağçada oturur, Rüstəm bəyin nökərləri də onu asanlıqla güllə ilə vu-
rurlar. Fəxrəddin ölməyə də bilərdi, vəziyyət çıxılmaz deyildi.
Düşünürəm ki, bu da təbiətin bir sirridir ki, mən, adi bir
tələbə, bu söhbətləri eşitməli olmuşam, həyatımızın Rəfili ilə,
Rəfilinin həyatı ilə kəsişdiyi bu üç ilin müddətində yaddaşıma xeyli
Dostları ilə paylaş: |