452
yenidir, bəzi budaq cümlələr isə ilk dəfə dərinləşdirilmiş və
genişləndirilmişdir.
* * *
Professorun şəxsiyyətinə və əsərlərinə nəzər saldıqda belə bir
təsəvvür yaranır ki, elə bil, Azərbaycan dili onun şəxsində öz böyük
tədqiqatçısını gözləyirmiş və elə bil, professor Dəmirçizadə bunu
duymuş, bu duyğu ilə hər tərəfə qol-qanad açmış, onun ilkin ehtiyac-
larını öz zəhmət və istedadı, yuxusuz gecələri hesabına ödəməyi özünə
borc bilmişdir.
İndi o yoxdur, lakin qiymətli əsərləri əlimizdə, məhəbbəti
qəlbimizdədir.
Kafedrası ilə əbədi vidalaşmazdan üç gün əvvəl yanaşı otur-
muşduq. Elmi işlərin müzakirəsi idi. Stolunun siyirməsini azacıq geri
çəkib onun qələmini götürdüm. Lakin qələm yazmadı, yerinə qoydum.
Bir qədər sonra yana çevrildikdə heyrətləndim: o həmin qələmlə bütöv
bir səhifəni doldurmaq üzrə idi. İclasın gedişi, məruzələrin keyfiyyəti
barədə qeydlər edirdi. Mən bir anlıq diqqətlə baxdım: onun qələmi ağ
vərəq üzərində yerin tərkinə işləyən kotan kimi dərin şırımlar açmışdı.
Bu yazını heç cür pozmaq olmazdı. Onun yazısı sənətkar dəmirçi
əməyinin məhsulu olan əbədi abidələr kimi idi, pozulmazdı...
- Professor, - dedim, mən nə qədər çalışdımsa bu qələmlə heç
nə yaza bilmədim. Siz necə yazdınız?
Bir an üzümə baxıb gülümsədi və təbəssümlə dedi:
- Baxır kimin əlindədir...
Düşündüm ki, doğru deyir. Bu qələmlə hər kəs yaza bilməzdi.
Bu qələmin öz sahibi vardı. Onun sahibi bizim əziz professor idi –
D Ə M İ R Ç İ Z A D Ə !
1981
453
MAARİF VƏ ZƏHMƏT YOLÇUSU
Sübhün sərin mehinin havanı tərpətməyə başladığı vaxt onun
necə qalxıb geyindiyini, qapını necə açıb çıxdığını bilməzdik. Bir də
görərdik ki, o, dağlardan qayıdır, - qucağı bal qoxulu çiçəklərlə dolu...
İstisuyun uca dağlarına qalxmaqda onunla ayaqlaşa bilməzdik.
Bu dağlarda bir dəfə töyşüdüyünü görmədik. Turşsuda kabab yedik.
Sonra o soyunub buz kimi çayda üzməyə başlayanda az qala bizi
titrətmə tutdu. Geyinib gülə-gülə yenidən süfrəyə yaxınlaşdı:
- Həkim deyir ki, gözlərimdə təzyiq var, ona görə də çox
yemək olmaz. - Zərif yumorla sözünə davam etdi: - Xüsusən isti ha-
vada. Cavan oğlan, neçə ki hava istiləşməyib, o kababdan beş-on şiş
də qoyun...
Onunla yenidən görüşəndə on beş il əvvəlki bu hadisə niyə
birdən-birə yadıma düşdü?
Əlif müəllim heç dəyişməmişdi. Səs həmin səs idi, - şaqraq,
gur və mehriban! Həmin cəldlik, həmin sağlamlıq, həmin mehriban
sima! İştah da ki, göz dəyməsin... Fərq yalnız bunda idi ki, Kəlbəcər
dağlarında yox, Bakının ən hündür yeri sayılan Yasamalda –
Musabəyov qəsəbəsindəki evində görüşürdük.
Yemək bir qədər seyrələn kimi soruşdum:
- Əlif müəllim, ən çox nəyi sevirsiniz?
- Şeri, - deyə bu sualı çoxdan gözləyirmiş kimi cəld cavab
verdi.
- Bəs fizika?
- O mənim ixtisasımdır.
- Özünüzü necə hiss edirsiniz?
- Pis deyiləm. Elə bil, dünən-srağa gün idi 75-i sizinlə birlikdə
qeyd etdiyimiz. İndi də səksəni yola salıram. Yavaş-yavaş yaşım ya-
rıdan keçir.
Əlif müəllim anadan olanda əsrimiz iki yaşında olub. Lakin
səmimiyyət və mehribanlıq timsalı olan bu adamda hələ gəncliyindən
davam edib gələn şirin bir yumor vardı. Onun yuxarıdakı sözləri də
yumorsuz deyildi. Bununla yanaşı, o sözlərdə bir həqiqət də vardı:
Əlif müəllim çox sağlamdır, hələ mən onun xəstəlikdən şikayətləndi-
yini eşitməmişəm.
- Deyirlər, sağlamlığın mühüm bir səbəbi fiziki əməkdir...
- Düz deyirlər və buna heç kəs şübhə etməməlidir. Lap kiçik
yaşlarımdan maldarlıqla, əkinçiliklə məşğul olmuşam, xışın
dəstəyindən yapışmışam, çobanlıq eləmişəm. Müəllim işlədiyim 55
454
ilin ərzində beli, yabanı, dəhrəni, baltanı, orağı, dəryazı əlimdən yerə
qoymamışam. Onu da deyim ki, müəllim olmağıma baxmayaraq,
fiziki işdə heç kəs mənimlə bacarmazdı. Müharibə illəri idi.
Gəncədəki Klara Setkin adına Beynəlmiləl Pedaqoji Texnikumun di-
rektoru olduğum zaman bizə bir kolxoz təhkim edilmişdi. Kolxozun
zəmisini bir-iki il bizim kollektiv biçib-döydü. O zaman biçinçilikdə
heç kəs mənimlə yarışa bilmirdi. Hətta bir gün raykom katibi və bir
staxanovçu mənimlə yarışa girdi, amma uduzdular. Raykom katibi
gördüklərini kino-jurnala çəkdirdi. Jurnala tamaşa edən cəbhədəki
tələbələrimdən neçə-neçə təbrik məktubu aldım. Mən indinin özündə
də bağda işləməkdən ləzzət alıram.
O, kitab rəfindəki qovluqlardan birini açıb ”Kommunist”
qəzetinin 1944-cü il 5 avqust tarixli nömrəsində bir yeri göstərdi. Bu,
Ali Baş Komandanın – Stalinin təşəkkür məktubu idi:
”Əlif Əhmədov yoldaşa.
”Azərbaycan müəllimi” tank dəstəsi yaradılması üçün 12
min manat nəqd pul və 41530 manatlıq dövlət istiqraz vərəqəsi top-
lamış Klara Setkin adına Kirovabad Pedaqoji Məktəbi
müəllimlərinə, tələbələrinə qardaşlıq salamı və Qızıl Ordunun
təşəkkürünü yetirmənizi rica edirəm.”
- Əlif müəllim, birinci dəfə məktəbə ayaq basdığınız vaxtdan
neçə il keçir?
- 70. 1912-ci ildə Soltanlıda rus-tatar məktəbi açılanda mən 9-
10 yaşlarında idim. Həmin ildən məktəbə getmişəm. Dörd il oxu-
muşam. Yaxşı oxuduğum üçün iki il sinifdən-sinfə imtahansız
keçirildim.
- İlk məktəb günlərindən yadınızda nə qalıb?
- Əsas dərslərimiz rus dilində idi. Çarın şərəfinə dualar
öyrənirdik, şəriət dərsi keçirdik, qur’an oxuyurduq. Amma hesab və
rəsm dərsləri məni daha çox maraqlandırırdı. Bir dəfə şəkil
çəkmişdim, adama oxşayırdı. Heç yadımdan çıxmır, kəndimizin ağ-
saqqalları baxıb deyirdilər: ”Kərəminə şükür, ay allah, bircə canı
yoxdur”. Camaat məktəblə çox maraqlanırdı. Biz də həvəslə oxuyur-
duq. Cahan müharibəsi getdikcə vəziyyəti pisləşdirirdi. Dörd il oxu-
muşdum ki, məktəb bağlandı. Biz bir də 1920-ci ildə kitab üzü
gördük.
- Əlif müəllim, bəs müəllimliyə nə vaxt başlamısınız?
- SSRİ-nin təşkil olunduğu il. Məktəbdə xidmətçi işləyirdim.
Bir gün Cəbrayıl qəza maarif şöbəsinin müdiri Bəhram Yeqanlı və baş
inspektoru Abdulla bəy Məlik-Aslanov bizə gəlmişdi. Stolun üstündə
Dostları ilə paylaş: |