446
”Abşeron”dan gələn xəstələrə ”Günəşli”də diqqətlə qulluq edildiyi
kimi, mədə-bağırsaq, qaraciyər, öd yolları xəstəliklərinin müalicəsi
işində ”Günəşli”də istirahət edənlər qonşu sanatoriyanın tibb
işçilərinin, xüsusilə də Minayə Tağıyeva, Şövkət Məmmədova, Kimya
Qarayeva və başqalarının xidmətini, yəqin ki, unutmayacaqlar.
”Günəşli” nöqsansız da deyildir. Burada günəşin isti şüalarla
yeri qızdırmadığı günlərdə klubun və bəzi korpusların soyuqluğundan
şikayətlər də eşidilir. Boğaz, burun, qulaq və göz həkimləri yoxdur və
ya bu sahələrlə bağlı kabinetlərdə avadanlıq, dərman və preparatlar
çatışmır. Buna görə də bəzən həkim tapşırıqları kağız üzərində qalır.
Bəzən döşək ağları vaxtında dəyişdirilmir. Güman edirik ki, sanatori-
yanın öz kollektivinə də aydın olan bu cür çatışmazlıqları aradan
qaldırmaq çətin olmayacaqdır.
Təəssüratımız sanatoriyanın adı kimi işıqlıdır. Biz sanatoriya-
nın yeni texnika və müalicə üsulları ilə daha çox təmin edilməsini
arzulayır və bu sahədə sanatoriya kollektivinə uğurlar diləyirik.
18. 11. 78.
447
Ə. DƏMİRÇİZADƏ VƏ MÜASİR ƏDƏBİ DİLİMİZ
*
Ə. DƏMİRÇİZADƏ — 70
Biz onu beləcə görmüşdük. Asta-asta daxil olar, sakit-sakit sö-
zə başlardı... Gəlişi ilə ayağa durardıq. Bu ehtiramı özü qazanmışdı;
geniş qəlbi, təmkin və iradəsi, hüdudsuz biliyi ilə...
Böyük auditoriyada hər kəs öz qəlbindən keçənlərə cavab al-
sın deyə, tapşırardı ki, sualları yazıb xitabət kürsüsünün üstünə qoyaq.
Gənc qəlblərdən qopan suallara bir-bir cavab verməmiş, mühazirəni
davam etdirməzdi. Dəlillərinin tutarı və məntiqi güclü idi, ona görə də
mübahisəni davam etdirməyə ehtiyac olmazdı.
25 il əvvəl bizim nəsil onun auditoriyasına daxil olanda əlli
yaşına 3-4 il qalırdı. Lakin gümüşü saçlar, təbəssüm dolu xırda gözlər,
nurlu və mehriban çöhrə, geniş alın, mil-mil araqçın, asta yeriş o
vaxtdan beynimizə həkk olub. Düz əlli il Pedaqoji İnstitutun koridor-
ları ilə addımlamış, auditoriyalarda nəsil-nəsil tələbələrə ana dilinin
sirlərindən söhbət açmışdır. İllərlə ayaq döydüyü pillələr onun ömür
pillələri ilə qovuşmuşdu. Söhbətləri bəzən dilin müasir sərhədləri ilə
məhdudlaşar, bəzən üç min il keçmişə yol açardı.
O söhbətlər, o geyim, o yeriş, o mehriban sifət hamıya tanış
idi. Min adamın arasında seçilərdi professor Dəmirçizadə!
Bəzən üzündə bir utancaqlıq sezilərdi. Lakin sözə başlayanda,
elə bil, ilhama gələrdi ustad.
Bu ilham onda gənclikdən vardı, gənclik illərinin yadigarı idi.
Amma bizə elə gələrdi ki, o heç gənc olmayıb. Dünyaya elə bu cür, bu
müdrik görkəmdə, sənətinin kamil bilicisi, həqiqi professor kimi gəlib.
Lakin ömür kitabını vərəqlədikcə, uşaqlıq illərindən başlayaraq, onun
şöhrətinin mayasını şərəfli əməkdə, zəhmətlə istedadın vəhdətində
görürük.
70 yaşına iki aydan az qalmışdı, lakin zəhmətdən yorulduğunu
görməmişdik. Nəslən də zəhmətkeş idi - dəmirçi ailəsində doğul-
muşdu. Əsl familiyası Rəsulov idi, atasının sənət adını özünə familiya
götürmüşdü - müəllimi məşhur Çobanzadə kimi.
O, əslən dil tarixçisi idi. Qədim və çətin yazıları onun qədər
sürətlə oxuyub təhlil etmək, dəqiq nəticələr çıxarmaq cəmiyyətdə na-
dir hallarda özünü göstərən xoşbəxt təsadüflərdəndir. Əgər diqqətini
təkcə dil tarixinə versə idi, onun gördüyü işi bir kollektiv uzun müddət
*
Éóáèëåéèíäÿ ìÿðóçÿ.
448
görə bilməzdi. Lakin o, çoxşaxəli, çoxbudaqlı bir yaradıcılıq yolu
keçmişdir. Şeirlər, hekayələr, tənqidi məqalələr və bədii oçerklər
müəllifi kimi yaradıcılığa başlamış, görkəmli dilçi alim kimi
Azərbaycan mədəniyyəti tarixində özünü əbədiləşdirmişdir.
Əsl çoxşaxəlilik onun dilşünaslıq yaradıcılığına məxsusdur. O,
Azərbaycan dilçiliyinin yalnız bir sahəsi ilə deyil, əksər sahələri ilə
məşğul olmuşdur. Həm də xoşbəxt taleyi bununla şərtlənir ki, bu sa-
hələrin sadəcə tədqiqatçısı olmamış, bünövrə daşını, möhkəm özülünü
öz əlilə qoymuşdur. Ədəbi dil tarixi, tarixi qrammatika, etimologiya,
orfoepiya, fonetika, sintaksis və s. sahələrə dair ilk sanballı və tutarlı
əsərlər onun qələmindən çıxmışdır.
Müasir Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində xidmətləri
böyükdür. 1929-cu ildə yazdığı ”Hamınız yeni əlifba ilə savadlanınız”
adlı məqaləsindən başlayaraq, ömrünün sonuna qədər müasir ədəbi
dilimizin müxtəlif problemləri ardıcıl olaraq onun düşüncəsinə hakim
olmuşdur. Əlifba, orfoqrafiya, ədəbi tələffüz, leksikologiya, fonetika,
morfologiya, sintaksis məsələlərinin elmi müzakirələrində mərkəzi
mövqe tutmuşdur.
Son 20-30 ildə ”Müasir Azərbaycan dili” fənnindən dərs
deməsə də, çətin, mürəkkəb və mübahisəli dil faktlarını elə həssaslıqla
izah edərdi ki, bu sahənin incə məsələlərinə necə dərindən bələd
olduğuna heyran qalmamaq olmazdı.
Professorun 40-cı illər yaradıcılığı son dərəcə zəngin və
əhatəli olmuşdur.
Bu illərdə o elə məqalələr yazmışdır ki, bunlar onun gələcək
işinin proqramını təşkil etmişdir; elə əsərlər yaratmışdır ki, sonrakı
dövrlərdə onları yalnız təkmilləşdirməli olmuşdur; elə əsərlər çap et-
dirmişdir ki, bunlar onun əsas qənaətini bildirmiş, həmin sahələrin
sonrakı inkişafını başqalarının ixtiyarına buraxmışdır.
Faktlara diqqət yetirək.
”Azərbaycan ədəbi tələffüzünün əsasları” adlı ilk məqaləni o
yazmış (1944), 60-cı illərdə bu sahədəki tədqiqatını dərinləşdirərək
”Azərbaycan dili orfoepiyasının əsasları” (1969) kitabını çap etdir-
mişdir.
Azərbaycan dili fonetik sisteminin tədqiqinə həsr olunmuş ilk
böyük məqaləni o yazmış (1947) və sonralar təkmilləşdirmək və zən-
ginləşdirmək yolu ilə onu qiymətli bir monoqrafiyaya çevirmişdir:
”Müasir Azərbaycan dilinin fonetikası” (1960). Məlumdur ki, bu əsər
Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüş dörd cildlik ”Mü-
asir Azərbaycan dili” dərsliyinin birinci cildidir. ”Tədqiqlər”də orfo-