443
əsrdə bu məsələ birnömrəli məsələlərdəndir. Əsəb, ürək, qan-damar
xəstəliklərinin müalicəsi üçün sanatoriyanın xeyli imkanı və şəraiti
var: narzan, yod-brom vannaları, dörd kameralı vannalar əsəblərin
müalicəsi, qan təzyiqinin normal hala salınması, ürəyin fəaliyyətinin
qaydaya düşməsi üçün ilkin müalicə üsullarından sayılır. Müəyyən
vaxt ərzində həkim məsləhəti ilə hər kəs lazımi vanna qəbul edə bilir.
Əsəb sisteminin, ətraf - periferik sinirlərin, ürək və qan-damar
xəstəliklərinin elektriklə müalicəsindən burada ustalıqla istifadə edilir.
Fizioterapiya üsulları ilə müalicə sanatoriyada əsas müalicə üsulların-
dandır. Geniş və səliqəli müalicə korpusunun bir tərəfində xəstələrin
qollarına, qıçlarına, kürək və sinə-qarın nahiyəsinə isti parafin və ya
müalicə mastikası çəkilir. İlk günlər təzə xəstələrə bu müalicə üsulu
bir qədər çirkli və çətin görünür, lakin əzələ, bel-oma sümüyü, qara
ciyər, mədə-bağırsaq ağrılarının, oynaq xəstəliklərinin müalicəsində,
yüngülləşməsində böyük köməyini başa düşən xəstələr sonrakı
günlərdə birinci növbədə bura can atırlar. Bu sahədə buradakı tibb
işçilərinin, xüsusən Xalidə Musayevanın xəstələrə münasibətinin,
diqqət və qayğıkeşliyinin rolu çox böyükdür. Tibb bacısı X.Musayeva
xəstələrə elə həssaslıq və səmimiyyətlə xidmət edir ki, sanatoriya
haqqında rəy və təkliflər kitabında yazıldığı kimi, həqiqətən belə
işçilərdən ”ayrılmaq istəmirsən, onlarla mədəni söhbət etmək və ağıllı
məsləhətlər almaq istəyirsən.” Bu sözləri elektriklə müalicə
şöbəsindəki Zəkiyyə Zeynalova, Səkinə Zöhrabova, qeydiyyatçı
Mahirə Əliyeva, 7-8-ci korpusların tibb bacısı Pirayə Hüseynova
haqqında da eyni səmimiyyətlə, eyni ürəklə demək olar. 24 gün
ərzində sanatoriyada istirahət edən ruslar, tatarlar, qazaxlar, özbəklər,
ermənilər, gürcülər, azərbaycanlılar və başqa millətlərin
nümayəndələri onların səmimiyyətindən, işgüzarlığından son dərəcə
razı qalırlar. Ümumiyyətlə, bu sözləri sanatoriyanın əksər tibb işçiləri
haqqında demək olar. Lakin bu da gizli deyildir ki, sanatoriyaya
təsadüfi düşmüş xidmətçilər və tibb işçiləri də vardır...
Baş həkim Q.Həsənov nisbətən yenidir və az vaxt ərzində
xeyli iş görmüşdür. Onu hər gün səhərdən axşama qədər sanatoriyanın
inzibati və təsərrüfat işləri ilə məşğul olan görərsən. Abadlıq işləri
aparılır.
Pəhriz həkimi, əməkdar həkim Minaxanım Babayeva imkan
daxilində xörəklərin daha keyfiyyətli olmasına, yeməkxanada ümumi
intizama ciddi nəzarət edir. Xörəkpaylayanlar qonaqları səmimiyyətlə
yola salırlar.
Sanatoriyanın həkimlərindən G.Kərimov,
İ.Əhmədov,
444
İ.Abdullayev, M.Məmmədov və başqaları öz işlərində çox
məsuliyyətlidur. Onların çoxu həqiqi tibbi vasitələrlə yanaşı, xəstələri
həkim üçün zəruri olan inamlı tədbirlər və şirin dil ilə müalicə edirlər.
Həkim Hüseyn Mirzəyev isə ”Günəşli”nin günəşi kimi,
xəstələrin qəlbinə nur saçır. Təkcə ”Günəşli”də deyil, qonşu ”Abşe-
ron” sanatoriyasında istirahət edənlər də onu yaxşı tanıyırlar. O,
”Günəşli”də bir nömrəli korpusun həkimi olmaqla yanaşı, ”Günəşli”,
”Abşeron” sanatoriyaları və onların nəzdindəki pansionatın, ”Bakılı”
sanatoriyasının əsəb xəstəlikləri üzrə baş məsləhətçisidir.
Kapitan H.Mirzəyev uzun illərdir ki, bu sanatoriyada xidmət
edir. 1941-ci ildə tibb institutunu bitirən kimi ordu sıralarına getmiş,
cəbhədən qayıtdıqdan sonra - 1946-cı ildən, yəni ”Günəşli” sanatorii-
yası təşkil olunduğu vaxtdan burada fəaliyyətə başlamışdır. Onun
qəlbi, həyatı uzun müddətdir ki, bu sanatoriya ilə bağlıdır, onunla
birlikdə döyünür, yaşayır. İki il burada ordinator vəzifəsində işləmiş,
1946-cı ildən 1972-ci ilə qədər sanatoriyanın iki şöbəsindən birinə
rəhbərlik etmişdir. Bir müddət baş həkimin müalicə işləri üzrə müav-
ini olmuşdur. Lakin onu həmişə öz sənəti düşündürmüş, həkimlik sə-
nəti özünə çəkmiş, o öz praktik işindən - bilavasitə insanlara şəfa
vermək, öz əlləri ilə yoxlamaq, müayinə və müalicə etmək, ağır xəstə-
ləri sevindirmək, güldürmək və özü də sevinmək işindən ləzzət al-
mışdır. Tanıyanlar bilir ki, həkim yalnız bu işlə nəfəs alır, bu sənət ona
ruh və qida verir. Bəzən heyrət edirsən: həkim yorulmaq bilmir, is-
tirahət yadına düşmür; sanki onun istirahəti də xəstələrlə söhbətdə
təmin olunur...
Budur, bu gün Hüseyn müəllim növbətçidir, gecə də iş
növbəsində olmalıdır. İş vaxtı qurtarır. Həkimlər istirahətə gedirlər.
Yəqin ki, indi o da istirahət otağındadır, dincəlir. Lakin ağır xəstə var,
həkimi narahat etmək lazımdır. Tibb bacısı istər-istəməz qapını döyür.
Səs yoxdur, yorğun həkim nə ağır yatır!? ..
Bir də nə görürsən? İstirahət nədir? Həkim o biri tərəfdə, ciddi
müalicəyə ehtiyacı olan xəstələrlə söhbətdə imiş, onlarla daha ətraflı
məşğul olmaq üçün fürsətdən istifadə edirmiş. İllərdən bəri onu tanı-
yan tibb bacıları da bu cür yanılırlar, onu istirahət otağına göndərib
sonra xəstələrlə söhbətdə görürlər.
Hüseyn Mirzəyevin səbrinə, təmkininə heyrət edirsən. İnsan
nə qədər zəhmətkeş olarmış! Bir nömrəli korpusa - həkim Hüseyn
Mirzəyevin qəbuluna nə vaxt girmək istəsən, növbə görərsən. Hətta
bəzən növbədəkilər xeyli vaxt itirməli olurlar. Lakin heç kəs darıxmır,
heç kəs gileylənmir. Köhnələr tanıyır, yeni gələnlər isə öyrənmiş olur-
445
lar ki, bu növbə onların xeyrinədir; həkim heç kəsi başdan eləmək
istəmir, o hər kəsin xəstəlik tarixini, şikayətlərini böyük səbr və
təmkinlə dinləyir, mülayim və mehriban suallarla onu danışdırır və
yalnız bundan sonra bilavasitə müayinə başlanır, dəqiq təəssüratdan
sonra həkim diaqnoz üzrə müalicələr təyin edir. Şübhəsiz, iş bununla
da qurtarmır. Analizlər və sonrakı müşahidələr həkimin qənaətini
dəqiqləşdirir, xəstəni inandırır, xəstəliyin müalicəsi uğurla nəticələnir.
Sanatoriyanın rəy və təkliflər kitabının son bir neçə ilə dair material-
larını nəzərdən keçirdikdə, müxtəlif millətlərin nümayəndələrinin,
uzaq və yaxın adamların həkim Hüseyn haqqında aramsız
minnətdarlıq yazılarından qəlbin iftixarla döyünür. Tbilisidən əmək
əlili Qalina Nikolayevnanın qeydlərindən bir parça təəssürat üçün da-
ha səciyyəvidir: ”Məni son dərəcə arxayın və diqqətlə müayinə etdiyi,
çox nəzakətlə hər şeyi soruşub öyrəndikdən sonra müalicələr təyin
etdiyi üçün həkim Hüseyn Salman oğlu Mirzəyevə hədsiz minnətdar
olduğumu bildirirəm.” Qeydlər içərisində sanki onları ikinci dəfə dün-
yaya gətirdiyi üçün həkimə minnətdarlıq edənlər çoxdur; bütün
həkimləri onun kimi tələbkar, təmkinli və sevimli görmək istəyənlər
çoxdur. Həkim həqiqətən həssas bir qəlbə malikdir, son dərəcə
diqqətli və nəzakətlidir. Onun sakit və mülayim təbiəti, inamlı danışığı
ən ağır xəstələrin qəlbini ümid nuru ilə doldurur. Gözəl ürəyi onun
mehriban simasını daha da gözəlləşdirir. Belə bir insanla həmişə
ünsiyyətdə olmaq istəyirsən, az sonra ondan ayrılacağına təəssüf-
lənirsən...
Kapitan Hüseyn Mirzəyev partiya və hökumətimizin ona ver-
diyi qiyməti bütün varlığı ilə doğruldur. O, 1963-cü ildən respub-
likamızın əməkdar həkimidir. 1964-cü ildə Azərbaycan SSR Ali
Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir. 1961-ci ildə aldığı Şərəf
nişanı ordeni onun şərəfli həyatını təmsil edir. Həkimin insanlara
məhəbbətlə döyünən odlu sinəsini bəzəyən medallar çoxdur...
”Günəşli” bir dünyaya bənzəyir: bir tərəfdən boşalır, bir
tərəfdən dolur; hər gün sanatoriyada istirahət və müalicədə olanların
bir qismi gedir, başqaları gəlir. Lakin həkimlərin mehriban siması,
şəfalı əlləri, sanatoriya kollektivinin işgüzarlığı və qonaqpərvərliyi bu
dünyanın, bu aləmin daimi yaddaşı kimi, onu həmişə müşayiət edir.
”Günəşli”nin mühüm üstünlüklərindən biri də onun ”Abşe-
ron” sanatoriyası ilə əlbir işləməsidir. Bir çox hallarda mədə-bağırsaq
xəstəlikləri əsəb pozğunluğu, əsəb pozğunluğu isə mədə-bağırsaq xəs-
təlikləri ilə bağlı olur. Ona görə də sanatoriyaların əlbir işləməsinə
həqiqətən böyük ehtiyac var və bu ehtiyac müəyyən dərəcədə ödənilir.
Dostları ilə paylaş: |