449
qrafiyaya aid verdiyi qeydləri təkmilləşdirərək bu dərsliyin xüsusi
fəslinə çevirmişdir.
”Sifət” bəhsinə dair ilk orijinal əsəri o yazmış (1947), sonralar
təkmilləşdirmişdir (1961).
Hələ 1940-cı ildə ”Qrammatikada formalizm qalıqları
əleyhinə”, ”Sintaksisi elmi əsaslar üzərində qurmalı” məqalələri ilə
çıxış edən Dəmirçizadə 40-cı illərin sonlarında dalbadal ”Qovuşuq
cümlələr” (1947), ”Mürəkkəb cümlələr” (I məqalə 1947, II -1948), ”...
sadə cümlələr” (1950), ”Kratkaə qrammatika sovremennoqo azer-
baydjanskoqo əzıka” (1950) məqalələrini, ”Müasir Azərbaycan dili
(cümlə üzvləri)” (1947) kitabını yazıb çap etdirmişdir.
Unutmaq olmaz ki, bunlar onun yaradıcılığının bir sahəsidir;
ən böyük əsərini həmin illərdə dil tarixinə həsr etmişdir.
Bu illərdə onun yaradıcılığında dərin tədqiqatçılıqla yanaşı,
böyük cəsarət duyulur. Professor çox böyük enerji ilə Azərbaycan
dilinə məxsus qanunauyğunluqların kəşfinə başlayır. Həm də aydın
duyulan cəhət budur ki, o, başqa dillərin qaydalarına əsaslanmır, dilin
öz xüsusiyyətlərindən çıxış edir, yalnız dil faktlarına əsaslanmağa çal-
ışır. Tədqiqlərindən aydın görünən bu cəhətə özü də arabir işarələr
etmişdir. Cümlə üzvləri haqqında kitabında yazır:
”... biz imkan daxilində cümlə quruluşuna tarixilik əsasında
yanaşdıq. Dilimizin bugünkü inkişaf pilləsinin və bu pillədəki
xüsusiyyətlərini azəri dilinin özünməxsus bir qanuniyyət əsasında
tədqiq etdik. Buna görə də bizim tədqiqatımız nəticəsində bəzi dillərin
nəhvindən fərqlənən məxsusi qayda və xüsusiyyətlər meydana çıxdı.
Bu fərqli cəhətlər oxucuları şübhəyə salmamalıdır. Çünki bunların
hamısı dilin öz daxili xüsusiyyətləridir.”
Onun yazılarında: ”... bu üzvlərə ”çevrilmiş üzv” adı verməyi
daha münasib bildik” (19); ”Biz belə üzvləri xüsusiləşmiş üzv ad-
landırırıq” və s. tipli qeydlər çoxdur. Bu illərdə onun üslubu bu cür
formalaşır. Məsələnin ümumi həllində tutduğu mövqeyi demirik.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonrakı dövrdə,
xüsusən son 30 il müddətində dilimizin fonetik sistemi, lüğət tərkibi
və qrammatik quruluşunun hərtərəfli tədqiqi əsasında qiymətli elmi
əsərlər, namizədlik və doktorluq dissertasiyaları, dəyərli monoqrafiya-
lar yaranmışdır. O özü Azərbaycan dilçiliyini ”inqilab meyvəsi” ad-
landırırdı. Qısa müddətdə əldə edilmiş nailiyyətləri ədəbi dilimizin
minillik tarixinin heç bir dövrü ilə müqayisə etmək olmaz. Dilimizin
tarixinin, müasir dilin quruluşunun, dialekt və şivələrimizin
öyrənilməsi, ali məktəblər üçün ilk dərsliklərin yaradılması, həcmli
450
qiymətli tədqiqat
əsərləri bizim dövrün nailiyyətləridir.
Ə.Dəmirçizadənin ”Müasir Azərbaycan dilinin fonetikası” kitabı bu
nailiyyətlərin önündə gedən, dilçiliyimizin qızıl fonduna daxil olan
əsərlərdəndir. İlk variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif
eksperiment əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş
və sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir.
Bu əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi
olaraq bir-birindən doğur. Ona görə də əsərin bölmələri böyük bir
zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri kimi bir-biri
ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə tərzinin çətinliyindən
danışılır. Bunlar ifadə tərzində çətinlik deyil, mühakimə və təfəkkür
zənginliyidir. Bu xüsusiyyət onun əsərlərinin çoxunda özünü göstərir.
Prof.Ə.Dəmirçizadə fonetika, orfoepiya, orfoqrafiya sahəsində
əsərlərini yenidən işləyərək 1972-ci ildə dərslik şəklinə salmış və dörd
cildlik”Müasir Azərbaycan dili” dərsliyinin birinci cildi kimi nəşr et-
dirmişdir.
Onun 1969-cu ildə çap etdirdiyi ”Azərbaycan dili orfoepiyası-
nın əsasları” kitabından orfoepik normalar haqqında kifayət qədər
məlumat almaq mümkündür. Ümumiyyətlə tələffüz və xüsusən orfo-
epik tələffüz, ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri,
tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüz və s.
haqqında professorun qeydləri yeni və orijinaldır. Vahid tələffüz qay-
dalarına əməl etməyin zəruriliyi hələ hamıya eyni dərəcədə aydın ol-
madığından bu əsər yalnız dar ixtisas sahibləri üçün deyil, hər bir
mədəni şəxs üçün faydalıdır. Ədəbi və mədəni tələffüz vərdişlərinin
yayılma və inkişafında, düzgün tələffüz normalarının təlim və
tədrisində bu əsərin mühüm rolu vardır.
Ə. Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət
tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda imkan və
bacarığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı təkcə elmi-nəzəri
məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş auditoriyalarda da, yığ-
cam fərdi söhbətlər zamanı da yersiz işlədilən əcnəbi sözə etirazını
bildirmədən keçməzdi. Biz ”həştad” dedikcə o bizi ”səksən”ə öyrət-
mişdir. O, milli dilə münasibətdə bizim cəmiyyətin, bizim quruluşun
verdiyi imkanlardan səmərəli istifadəni təbliğ edərdi. Ə.Dəmirçizadə
həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət tərkibinin
tədqiqi məsələləri ilə məşğul olmuşdur. ”Dilin lüğət tərkibi haqqında...
”(1952), ”Müasir Azərbaycan dilinin əsas lüğət tərkibi və qrammatik
quruluşu” (1965), ”Azərbaycan dilinin üslubiyyatı” adlı kitablarının
müəyyən bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr
451
etmişdir. O bu əsərlərində söz və məna, sözün lüğəvi və qrammatik
mənası, lüğət tərkibi, lüğət tərkibinin əsas və əlavə hissələri, onların
hər birinin ümumi zəruri və xususi xarakter əlamətləri barədə
fikirlərini diqqətlə ümumiləşdirməyə çalışmışdır. Lüğət tərkibinin ink-
işaf və zənginləşmə qaydalarını öyrənmək üçün bu əsərlərdən kifayət
qədər məlumat almaq mümkündür.
O, dilin qrammatik quruluşu - morfologiya və xüsusən
sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsində böyük iş gör-
müşdür. Digər sahələrdə olduğu kimi, burada da fikir və mülahizələri
orijinaldır. Dilimizin sintaktik quruluşunun tədqiqinə aid yazılarında
onun orijinal dəsti-xətti daha aydın görünür. O, qrammatik quruluşun
ümumi məsələləri ilə ayrıca məşğul olmuş, dilin qrammatik quru-
luşunun təşəkkülü, morfem - morfologiya, sözün tərkibi və quruluşu
kimi məsələləri ətraflı şərh etmiş, dilin milli orijinallığının qorunub
saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən
keçirərək onu dilin əsəb sistemi kimi qiymətləndirmişdir.
Ə.Dəmirçizadənin sifət haqqında qeyd və mülahizələri öz ori-
jinallığı ilə diqqəti cəlb edir. Onun bu barədə fikri prinsip etibarilə
dilçiliyimizdə sifət haqqında yazılmış bütün əsərlərdən, demək olar ki,
fərqlənir. Leksik-qrammatik mənanı və morfoloji əlaməti birinci, sin-
taktik vəzifəni ikinci plana çəkməklə, o, sifətə, bir nitq hissəsi kimi,
daha sabit mövqedən yanaşmışdır. İndi onun mövqeyi çoxları tərə-
findən təqdir edilməkdədir. Bu hal sifət dərəcələrinin bölgüsünə
münasibətdə də özünü göstərir.
Onun müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif
sahələrinə dair əsərlərini bir yerə yığsaq, böyük bir kitab alınar: ”Mü-
asir Azərbaycan dilində sadə cümlələr. ” (1950), ”Qovuşuq cümlələr”
(1947), ”Azərbaycan dilində uzlaşma” (1950), ”Mübtədanın sualları
haqqında”(1955), ”Mürəkkəb cümlələr” (1947), (1948) və s.
məqalələrinin hər biri kiçik bir monoqrafiyanı andırır. ”Müasir
Azərbaycan dili (cümlə üzvləri)” (1947) kitabını da bura əlavə etsək,
ümumi mənzərə tamamlanmış olur. Bu əsərlərdə sintaksisin, demək
olar ki, bütün əsas məsələləri əhatə edilmişdir. O, cümlənin məqsəd və
intonasiyaya görə növlərini ilk dəfə geniş şəkildə işləyərək, prinsip ki-
mi məqsədlə avazlanmanı birgə götürməyi məsləhət görmüşdür. ”Qo-
vuşuq cümlələr” adı altında həmcins üzvlü cümlələri tədqiq etmişdir.
Ə.Dəmirçizadə ilk dəfə tabesiz və tabeli mürəkkəb cümlələrin
oxşar və fərqli cəhətlərini nəzərdən keçirərək, budaq cümlələri
çevrilmiş və müstəqil cümlələr adı altında iki növə ayırmışdır. Burada
bəzi budaq cümlələr (nəticə b. c. və s.) haqqında məlumat tamamilə
Dostları ilə paylaş: |