440
ışıqları möcüzə kimi görünürdü. Damımızın üstünə çıxıb onların
ardınca həsrətlə baxardım. İndi Həsən Həsənov tarixçi alimdir, müdrik
el ağsaqqalıdır; Əşrəf Hüseynov məşhur riyaziyyatçıdır, akademikdir;
əməkdar müəllim Əlif Əhmədov V.İ.Lenin adına APİ-nin dosentidir;
Əli Hacıyev təqaüdçü, Alışan Mahmudov kolxozçudur. Şirin Allah-
verdiyev məktəbin direktorluğundan cəbhəyə getdi və bir daha geri
qayıtmadı. Cəbrayıl rayonunda ilk dəfə əməkdar müəllim adına layiq
görülmüş Hüseyn Əliyev az yaşadı... Vaxt nə tez gəlib keçdi!. .
Mənalı-mənalı üzümə baxıb sözünə davam elədi: - Yalnız 21-
ci ildə məktəbə gedə bildim. Sinif yoldaşlarım - Allahverdi, Dadaş,
Məhəmməd, Rzaqulu yaxşı yadımdadır. Müəllimimiz Lətif
Əhmədovun şirin dərslərini indi də unuda bilmirəm. Sonralar o, Lenin
ordeni ilə təltif edildikdə nə qədər sevindim!
Sözünə bir qədər ara verib pıçıldadı: - Qaryagindəki 2-ci
dərəcəli pedaqoji təmayüllü məktəb... Burada da yaxşı müəllimlərimiz
var idi. 1928-ci ildə həmin məktəbi bitirib müəllimliyə başlayanda çox
gənc idim. Vaxt keçdi. Zəmanə ali təhsil tələb elədi. Otuz üçüncü ildə
V.İ.Lenin adına APİ-nin tarix fakültəsinə daxil olanda bu bina təzəcə
istifadəyə verilmiş, üç il sonra - mən institutu bitirən ili orta məktəbə
çevrilmişdi. Neçə-neçə nəsillərə xidmət etdi. Bəzən darısqallığından
şikayətləndiksə də, onlarca alim və mütəxəssisin beşiyi kimi bizi
fərəhləndirdi. Qismət belə imiş, şagirdlərlə görüşümün 47-ci ilinə yeni
binada qədəm qoymalıyam. Amma atalar yaxşı deyib: ”Bir gün duz-
çörək yediyin yerə qırx gün salam ver.”
Bütün həyatını gəncliyin tərbiyəsi işinə həsr etmiş Fərman
müəllim, özü barədə deyil, həmişə olduğu kimi, yenə də müəllimləri,
dostları, sinif yoldaşları, eli, obası barədə düşünürdü.
1912-ci ildən dörd sinifli rus-tatar (Azərbaycan - red. )
məktəbi kimi fəaliyyətə başlamış Soltanlı kənd məktəbi qonşu Tinli,
Qovuşutlu, Qumlax, Xələfli, Sirik, Dağtumas, Şahvəlli, Veysəlli,
Hovuslu, Kavdar, Əmirvarlı, Məzrə, Sarıcalı, Şıxalıağalı, Şükürbəyli,
Mərcanlı, Maralyan və sair kəndlərdən gələn gənclərin təhsilində mü-
hüm rol oynamışdır. İndi bu kəndlərin bir qismində orta məktəb
açılmış, bir qisminin gəncləri orta təhsilini yenə də burada tamamlayır.
Keçən dərs ilində məktəbi 158 nəfər bitirmişdir. 1974-cü ildə mə-
zunlardan 25 nəfəri ali məktəblərə daxil olmuşdur.
Bəli, son dərəcə fərəhli hadisədir: Soltanlı kənd orta məktəbi
yeni üslubda tikilmiş min nəfərlik yaraşıqlı bir binaya köçür. Elə buna
görə də məktəbə əlavə olaraq ali təhsilini yenicə bitirmiş on nəfər gənc
müəllim göndərilmişdir.
441
İlk zəngə az qalır. Yeni binanın qarşısında böyük bir təntənə
var. Cərgə ilə düzülmüş oktyabryatların, pioner və komsomolçuların
üzündə sevinc duyulur. Valideynlər, kəndin ağsaqqalları, məktəbin 60
nəfərdən çox üzvü olan müəllim kollektivi, qonşu məktəblərin nü-
mayəndələri, rayonun partiya və maarif işçiləri, məktəbin bəzi məzun-
ları buraya toplaşmışdır. Təntənəli nitqlər bir-birini əvəz edir. Arabir
pioner şeypuru bu təntənəni daha da gücləndirir. Bunlar məktəblilərin,
xüsusən ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şa- girdlərinin
hafizəsində silinməz izlər buraxır.
Yavaş-yavaş mikrofona yaxınlaşan yorulmaz maarif xadimi
Fərman Əhmədov müəllim və şagirdləri, Soltanlının zəhmət adam-
larını partiya və hökumətə böyük minnətdarlıq hissi ilə bir daha təbrik
edərək deyir:
- İndi biz ikiqat artıq işləməli, daha çox çalışmalıyıq. Yeni bi-
nada iş yeni tələbat əsasında qurulmalıdır. Dünya gör-götür dün-
yasıdır. Balalarımız bizdən öyrənirlər. Ağ divara hansı rəngi çəksən,
tutar. Onların gələcəyi bizdən asılıdır. Əmək itməz. Zəhmət izsiz yox
olmaz. Zəhmət çəkməliyik ki, hər il bahar gələndə onun bəhrəsi bizi
fərəhləndirsin. Zəhmətimizi görməsələr, zəhməti sevməzlər. Şam kimi
yanmasaq, beyinləri nurlandıra bilmərik. Bir buğda əkməsək, min
buğda biçə bilmərik. Günəş öz şüasını heç kəsdən əsirgəməz. Müəllim
də günəş kimi olmalıdır. Nümunəvi tərbiyə verməsək, nümunəvi
tərbiyəçi yetişdirə bilmərik. Məktəbimizin məzunları içərisində
görkəmli alimlər, mühəndislər, həkimlər, tərbiyəçilər çoxdur. Yeni
bina bizim üçün daha uğurlu olacaqdır. Məsəl güldür, söz çiçək, -
demişlər. Laçın qalada balalar, od ocaqda yanar, gül güllükdə bitər.
Sizi bir daha təbrik edirəm! Yeni binada hamınıza uğur arzu-
layıram!
Onun bu sözləri bizim də qəlbimizdəndir...
1974
442
”GÜNƏŞLİ” TƏƏSSÜRATIMIZ
Sanatoriya da bir dünya kimidir: ”bir yandan boşalır, bir yan-
dan dolur.” Hər gün xidmətçilər onlarca yeni qonağa mehribanlıqla
yer verir, hər gün onlarca adam əziz dost kimi xudahafizləşib sanatori-
ya kollektivindən ayrılır, yeni ruh, yeni qüvvə ilə işə qayıdır. Az vaxt
ərzində tərkib tamamilə dəyişir - gələnlər gedir, onların əvəzində
yeniləri gəlir; lakin bir şey, bir cəhət dəyişmir, istirahətdə olanlara
qayğılı xoş münasibət, mədəni və tibbi xidmət işi sabit qalır...
Mərdəkandakı ”Günəşli” sanatoriyasında bir növbədə 500-ə
qədər adam istirahət edə bilir. Son illərdə sanatoriya xeyli böyümüş və
genişlənmişdir. İstirahətə gələnlər bir-birinə yaxın tikilmiş səkkiz
müxtəlif korpusda yerləşdirilir. Hər korpusun xidmətçisi, tibb bacısı
və həkimi vardır. Ümumi yeməkxana sanatoriya şəhərciyinin
mərkəzindədir. Yeməkxananın səliqə-sahmanına xüsusi fikir verilir.
Bura günün eyni saatlarında üç dəfə - səhər, günorta və axşam dolur,
boşalır. İstirahətdə olanlara mədəni xidmət işi yaxşı qurulmuşdur:
yeməkxananın üstünə - ikinci mərtəbəyə nə vaxt qalxsan, nərd, dom-
ino oynayanların, şahmatçıların yarışının şahidi olarsan. Burada
televizor işləyir, kitabxana daim açıq olur. Bir mərtəbə yuxarıda isə
rəqs salonu və böyük klub yerləşir. Burada hər axşam milli və
beynəlmiləl mahnılar, rəqslər ifa edilir. Müxtəlif millətlərin
nümayəndələri rəqs saatını səbirsizliklə gözləyirlər. Klubda, demək
olar ki, hər axşam yeni film nümayiş etdirilir. Uzaqdan gələnlər
ekskursiyalara aparılır. Abşeronun qədim abidələri və görməli yerləri
ilə tanış edilirlər.
Sanatoriyanın gözəl bağı, həyəti var. Gediş-gəliş yollarının,
hovuzların ətrafındakı təmizlik və səliqə Mərdəkanın saf təbiətində,
təmiz havasında xüsusən səhərlər istirahət və müalicənin təsirini qat-
qat artırır. Bu bağda, bu havada gəzmək təbii bir müalicə vasitəsi
kimi, burada olanları daha çox razı salır.
Sanatoriyanın bir üstünlüyü də budur ki, sən burada ölkəmizin
hər yerindən - Şərqi Sibirdən, Volqaboyundan, Orta Asiyadan, Mər-
kəzi qaratorpaq zonalarından, Şimali Qafqazdan gəlmiş adamlarla
tanış ola bilərsən; onların məişəti, təsərrüfatı, adət və ənənələri səni
maraqlandırırsa, bilavasitə söhbət edib öyrənə bilərsən. Bunun üçün
bəzən xüsusi səyə də ehtiyac olmur: hər gün bir otaqda qaldığın, bir
stol ətrafında nahar etdiyin adamla ünsiyyətdə olmaq kifayətdir...
Sanatoriyada əsas məsələ istirahət və müalicədir - əsəb, ürək,
qan-damar xəstəliklərinin müalicəsi. Məlumdur ki, xüsusən bizim
Dostları ilə paylaş: |