437
dilindən - bu cür söhbətlər nisbi xarakter daşıyır. Rus dilində işlənən
sözlərin böyük bir qisminin kökü türk dillərində başqa fonetik
dəyişmə ilə işlənməkdədir. Biz ”bulut” deyirik, ruslar ”oblako” - hər
ikisində ”BL” elementi eyni kökün qalığıdır. Biz ”de”, ingilislər ”tel”,
biz getmək, ingilislər ”to go”, ruslar xoditğ deyirlər - kök birdir: Vax-
tınızı almıram, bu, ayrı bir söhbətin mövzusudur. Odur ki dillərə ya-
bançı bir şey kimi baxmağın mənası yoxdur. Hər hansı dildən alın-
masından asılı olmayaraq, gələcəyi varsa, xalq bilir və işlədirsə, o sözə
toxunmaq düzgün deyil, onu ”yenilik” adına başqa bir sözlə əvəz
etmək olmaz və bu cür hallar həm dövlət nəzarətində olmalı, həm də
ictimaiyyət tərəfindən pislənməlidir. Deyəsən, yordum sizi.
- Xoşdur. Amma mən də bu fikirdəyəm ki, hələlik
söhbətimizi burada bitirək. Ürək sözlərinizi gizləmədiyiniz üçün çox
sağ olun. Qarşıdan gələn bayram münasibətilə Sizi təbrik edirəm...
- Hansı bayram?
- Novruz bayramı.
- Hə, Novruz müqəddəs bayramdır, həqiqi bayramdır. Biz Sovet
hakimiyyətinin ən güclü illərində də bayram deyəndə novruzu bilirdik.
Amma indi sizə deyim ki, ”bayram” sözü bizə sevinc yox, çox vaxt
kədər gətirir. Nə qədər bayram olar? Bayramlar haqqında Azərbaycan
respublikası qanununda (27 oktyabr 1992-ci il) on müxtəlif bayram qeyl
olunmuş (1Yanvar -Yeni il; 8 Mart - Qadınlar günü; Novruz bayramı -
iki gün; 28 May - Respublika günü; 9 Oktyabr - Silahlı Qüvvələr günü;
18 Oktyabr - Dövlət müstəqilliyi günü; 17 Noyabr - Milli dirçəliş günü;
31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü; Qurban bay-
ramı; Ramazan bayramı) və bunların hamısı qeyri-iş günü sayılır. Ac bir
ölkədə bu qədər bayrama nə ehtiyac var? Bunların bir qismi müqəddəs
bayramdır, qeyri-iş günü kimi keçirilə bilər. Lakin müharibə odu-alovu
içərisində olan bir ölkə üçün həmrəylik günü, ramazan bayramı, qurban
bayramı, milli dirçəliş günü bütün işlək müəssisələrin dayandırılmasının
kimə xeyri var? Silahlı qüvvələr günü, 8 Mart da daxil olmaqla bunları
təntənəli qeyd edib işləmək olmazmı? Dini bayram günlərində dindar-
ları işdən azad etmək kifayət etməzmi? İntizam pozulur. Tərbiyə işinə,
yəni ictimai işə səhlənkar münasibət yaranır. Mən heç bir işgüzar ada-
mın bu qədər bayramı təqdir etdiyini görməmişəm. Belə hallarda idarə
və müəssisə rəhbərləri tabeliyində olanları başına yığıb deməlidir ki,
əzizlərim, doğrudur, bayramdır, amma biz azğın düşmənlə çarpış-
madayıq, silah istehsal etməliyik, məhsul istehsal etməliyik, biz
dişimizlə-dırnağımızla çalışıb ölkəni çətinlikdən çıxarmalıyıq. Biz hər
təsadüfdə bayram eləməli yox, 10 saat, 12 saat işləməliyik. Gələcək
438
nəsillər üçün, övladlarımızın görə billəcəyi xoş günlər üçün işləməliyik.
Sizə və bütün jurnal-qəzet əməkdaşlarına novruzla gələn bu
yeni il xoş müjdələr gətirsin! Vətən torpağı düşmənlərdən təmizlənsin!
Azərbaycan dilində xoş nəğmələr oxuyaq! Azərbaycan musiqisi Şuşa-
dan bütün keçmiş Cavanşir mahalına, Azərbaycana yayılsın! Qəlbimiz
açılsın, üzümüz gülsün.
- Sağ olun. Bunlar qəlbində Şah İsmayıl təpərindən bir zərrə
olan hər bir azərbaycanlının arzusudur.
1995
XATİRƏLƏR
ÇIXIŞLAR
SİZƏ UĞUR ARZULAYIRAM!
Əksəriyyəti ikimərtəbəli evlərdən ibarət olan Soltanlı kəndinin
cənub-şərq hissəsində, yaşayış evlərindən azca aralıda böyük bir bina
var. Çölünün suvağı hələ tamamilə qurumamış, əlavə korpusda işlər
qurtarmamışdır. Ətrafı açıqlıqdır. İçərisindən təzə tikinti material-
larının qoxusu çəkilməyib.
Bura məktəbdir - Soltanlı kənd orta məktəbi. Bu ilin sentyabr
ayından başlayaraq hər gün burada yüzlərcə gənc oğlan və qızın şən,
şaqraq səsləri zəng səslərinə qarışır. Geniş və işıqlı sinif otaqlarında
dərs keçilir. Gənc leninçilər məktəbin iri foyesindən keçərək siniflərə
daxil olur, dərs qurtardıqdan sonra dəstə-dəstə kəndə qayıdırlar.
Kəndin gündoğan tərəfində, köhnə Hajaxundlu yurdlarının
439
yaxınlığında, iri yaşıl ağaclar arasında kiçik koridordan və on balaca
otaqdan ibarət başqa bir bina da var. Divarlarının suvağı çox yerdən
uçub-töküldüyündən ağ fonda qara ləkələr uzaqdan görünür. İçəridə
divarlar köpəşiyib, kiçik bir təkan divarın böyük bir hissəsinin uçub
tökülməsinə səbəb olar. Saysız-hesabsız nəsillərin ayaq izlərini gör-
müş döşəmə, axır ki, candan düşmüş, nazilmiş, aralanmış, çox yerdən
uçub dağılmışdır. Düyünləri çıxmış döşəmə taxtaları arasından rütubət
qalxır.
Bura da məktəbdir. 40 ildən artıq bir vaxtda kəndin camaatı
məktəb deyə bura üz tutmuşdur. Lakin indi burada şagird səsləri
eşidilmir. Müəllimlər yaşıl söyüd ağaclarının altında əyləşib dərsə ba-
şlamaq üçün zəng səslərini gözləmir. Qolunda qırmızı olan növbətçi
görünmür. Xidmətçi qadın içəriyə girib-çıxmır. Bina, adi dərs
vaxtlarında yaranan sükutdan fərqi olaraq, əbədi sükut içərisindədir.
Məktəb yeni binaya köçmüş, köhnə bina sanki zamanın
vəfasızlığından məyus olmuşdur.
... Koridorda ayaq səsləri eşidilir. Köhnə bina ilə
xudahafizləşmə mərasimi başa çatır. Əksəriyyəti vaxtilə bu məktəbi
bitirmiş gənclərdən ibarət olan müəllimlər həyətə çıxaraq bir anlıq
ayaq saxlayıb ətrafı nəzərdən keçirir və yavaş-yavaş uzaqlaşırlar. Bir
nəfərin hamıdan arxada, aramla, dərin düşüncələr içərisində, qeyri-
ixtiyari könülsüz addımları nəzəri daha çox cəlb edir. O, məktəbin
qocaman müəllimlərindən Fərman Əhmədovdur. Ömrünün çoxu bu
məktəblə bağlıdır. Yeni bina onun nəzərində əvəzsiz mükafat olsa da,
ali məktəb auditoriyaları kimi geniş və işıqlı sinif otaqları, fənn
kabinetləri, təzə avadanlıq onda gənclik eşqi ilə işləmək arzusu oyatsa
da, hiss olunur ki, köhnə ”dostdan” ayrılmaq onun üçün asan deyil.
Hansı qüvvə isə onu geriyə çəkir, bu yerlərdən aralanmağa qoymur.
- Nə düşünürsünüz? Bəlkə 46 illik pedaqoji fəaliyyətinizin
böyük bir dövründə öz eviniz kimi hər gün girib-çıxdığınız bu kori-
dordan, bu sinif otaqlarından ayrılmaq sizin üçün çətindir? Bəlkə şəxsi
həyatınızla bağlı olan yığın-yığın xatirələr sizi buradan ayrılmağa
qoymur?
Əvvəlcə mənə elə gəldi ki, o bu sözləri eşitmir. Dərin düşün-
cələr fikrini uzaqlara aparmışdı. Başını qaldırıb, ağır-ağır sözə başladı:
- 1916-cı ilin söhbətidir, - dedi. - Onda mənim 5-6 yaşım
olardı. Hələ o vaxt bu bina yox idi. ”Aşağı oba” deyilən yerdə, kiçik
bir damda dərs keçirdilər. Həsən, Əşrəf, Əlif, Şirin, Əli, Hüseyn, Alı-
şan hər gün bizim evin yanından keçib dərsə gedirdilər. 3-4 il idi ki,
oxuyurdular. Hərdən ayaq saxlayıb məni hirsləndirirdilər. Rusca dan-