BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar
elmlər seriyası
2011
UOT 070 (091)
AZƏRBAYCAN PUBLЭSЭSTЭKASINDA MЭLLЭ MƏDƏNЭYYƏT
MƏSƏLƏLƏRЭ (1900-1920-CЭ ЭLLƏR)
U.F.FƏRZƏLЭYEVA
Bakэ Dцvlət Universiteti
ulvina@rambler.ru
Məqalədə 1900-1920-ci illərdə yeni ruhlu, yeni düşüncəli ziyalılarımızın Azərbaycanın
milli mədəniyyətinin inkişafı, bu mədəniyyəti mənəvi aşınmadan qorumaq, ona qarşı düşmən
hücumlarını dəf etmək, digər tərəfdən isə həmin mədəniyyətin dünya, xüsusilə Qərb və rus
mədəniyyəti ilə fəal təmasının yaranması uğrunda mübarizəsi göstərilmişdir. XX əsrin əv-
vəllərinə təsadüf edən Azərbaycan milli-mədəni intibah hərəkatı dövründə uzun illər mət-
buatın gündəmindən düşməyən Avropa mədəniyyətinə münasibətdə fərqli mövqelər, plüralist
baxışlar əks olunmuşdur.
Açar sözlər: milli mədəniyyət, özünüdərk, publisistika, milli şüur, əxlaq, dirçəliş,
mədəni intibah, maarifçilik.
XIX əsrin sonlarında Azərbaycanda Qərbi Avropa demokratik fikrinin
ilk sədaları eşidilir, bu təsir nəticəsində Azərbaycanın sosial-iqtisadi və siyasi
həyatında baş verən dəyişikliklər eyni zamanda xalqın həm də mədəni həya-
tında ciddi yeniləşmə əmələ gətirir, həqiqi mənada milli oyanışa, milli intibaha
səbəb olurdu. Həmin vaxt keçmiş dövrün mənəvi durğunluqlarına, fikir əta-
lətinə məhkum edilmiş geniş xalq kütlələri oyanmağa, özünüdərk etməyə
başlayırdı. Milli intibah, demokratik əhval-ruhiyyəli ziyalıların yetişməsi ilə
xarakterizə olunan yeni dövrdə mədəniyyətin təşəkkülü və inkişafı zərurətə
çevrilmişdi. Milli-mənəvi həyatın dəyişilməsi uzun vaxt tələb edən mürəkkəb
proses olduğundan, ölkədə yerli feodal dairələr və onların ideologiyaları
feodal teokratik qaydaları saxlamaq məqsədilə yeni mədəniyyətin təşəkkülünə,
hər şeydən əvvəl, xalqın maariflənməsinə, Qərbi Avropa və rus mədəniyyəti
nailiyyətlərinin Azərbaycanda yayılmasına ciddi müqavimət göstərir, bunu
xalqın milli-mənəvi dəyərlərinin dağılması, milli xüsusiyyət və ənənələrin
məhvi kimi qələmə verirdilər. XIX əsrin sonlarında yeni mədəniyyət uğrunda
mübarizə cəmiyyətin qabaqcıl qüvvələri ilə feodal-klerikal qüvvələr arasında
kəskin ideya mübarizəsi şəraitində getmişdir. Həmin dövrdə Azərbaycan
cəmiyyətində formalaşan mədəniyyət getdikcə aydın, ümummilli səciyyə alır,
247
bu da öz növbəsində milli mənlik şüurunun inkişafına, milli birliyin möhkəm-
lənməsinə xidmət edirdi. Tarixi keçmişə maraq, milli ləyaqət hissi, milli dil,
milli özünüdərketmə, vətən və vətənpərvərlik, milli-mənəvi irsə münasibət,
xalqın taleyi, gələcəyi mədəni tərəqqinin ən aktual məsələləri kimi qarşıda
dururdu. Maarifçilik ideyalarının yayılması ilə əlaqədar Azərbaycan mədəniy-
yətində demokratik fikir güclənirdi. Maarifçilik mədəniyyətin bütün sahələrinə
ədəbiyyat, incəsənət, əxlaq və s.-nin inkişafına yeni istiqamət verməklə mədə-
niyyətin strukturunda getdikcə radikal dəyişikliklər əmələ gətirirdi.
“Mədəniyyət insan şüurunu, fərd, cəmiyyət və dövlətin həyat, məişət və
fəaliyyətini, texnologiyaları, istehsal və maddi vasitələri, iqtisadiyyat və
siyasət, həyat tərzi, ənənələr, millət və xalqların adətləri və mədəni irsi, milli
və bəşəri ruhi dəyərlər, hüquqi, etik və estetik normaları, ictimai və beynəlxalq
münasibətləri əhatə edir” [11; 15].
Mədəniyyətin inkişafında aparıcı qüvvə ziyalılardır. XIX əsrin ikinci ya-
rısı və XX əsrin əvvəlləri Azərbaycanın çoxəsrlik tarixinə milli şüurun və milli
mədəniyyətin yaradılması dövrü kimi daxil oldu. Bu prosesdə Azərbaycan zi-
yalıları, maarifçiləri və humanistlərinin görkəmli nümayəndələrindən –
M.F.Axundov, A.Bakıxanov, H.Zərdabi, N.Vəzirov, Ə.Haqverdiyev, S.M.Qə-
nizadə, Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.M.Topçubaşov, C.Məmmədquluzadə,
M.Ə.Sabir, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, N.Nərimanov və başqaları mühüm
rol oynadılar. Onlar ənənəvi Azərbaycan mədəniyyətinə dünya mədəniyyətinin
tərəqqipərvər ideyalarının üzvi şəkildə daxil edilməsi hesabına milli mədə-
niyyətin inkişafını təmin edirdilər.
Bu prosesin mühüm hərəkətverici qüvvəsi kimi, tərəqqipərvər Azərbay-
can publisistləri ”Əkinçi”, “Ziya”, “Həyat”, “İrşad”, Tərəqqi”, “Açıq söz”
qəzetlərində, “Kəşkül”, “Füyuzat”, “Şəlalə”, “Molla Nəsrəddin” jurnallarında
və digər nəşrlərdə çıxışlar edir, Azərbaycan milli mədəniyyətinin formalaş-
masında əhəmiyyətli rol oynayardılar.
XX əsrin əvvəllərinə təsadüf edən Azərbaycan milli-mədəni intibah
hərəkatı dövründə uzun illər ərzində bu mövzu mətbuatın gündəmindən düş-
məmiş, bu məsələ ətrafında çox qızğın müzakirələr açılmışdır. Qərbin texno-
gen mədəniyyət sahələrində Şərqdən üstünlüyünün etirafından başlayan, elmi-
texniki və hərbi-iqtisadi sahələrdəki böhranın səbəbləri ətrafındakı mübahisə
və çarpışmalardan doğan, ən nəhayət dünyanın tarazlığı pozulmuş iki qütbü
arasındakı müvazinəti saxlamaq uğrundakı səy və cəhdlərin nəticəsi kimi mey-
dana çıxan modernləşmə, müasirləşmə, avropalaşma hərəkatları uzun zaman
Şərq cəmiyyətlərini bürümüş, ictimai həyata ciddi nüfuz etmişdir. İctimai
düşüncəyə çeşidli adlar və vasitələrlə, həm də müxtəlif səviyyələrdə təsir
göstərən bu nəzəriyyələrin ideya sahibləri heç şübhəsiz ayrı-ayrı şəxsiyyətlər,
mütəfəkkirlər olmuşdur.
Avropa mədəniyyətinə münasibətdə fərqli mövqelər, plüralist baxışlar
Azərbaycan mədəni-ictimai mühitində əsasən XX əsrin əvvəllərində meydana
çıxır. 1905-ci ildə “Həyat” qəzetinin ilk nömrəsində gedən “Qəzetimizin məs-
248
ləki” adlı baş məqalədən başlayaraq “avropalaşmaq” (müasirləşmək) barədə
konsepsiyasını təkmilləşdirir. Əli bəyin ortaya qoyduğu konsepsiya sonralar
qısa olaraq “türkləşmək, islamlaşmaq, avropalaşmaq” şəklində formulə edil-
mişdir. Ə.Hüseynzadə milli tərəqqi proqramını yalnız “avropalaşmaq”la bitir-
məmiş, bu məsələdə vacib və daha əfsəl şərtlər kimi, milli (etnopsixoloji, mə-
dəni-tarixi və s.) və dini (mənəvi-əxlaqi) ənənələrin dirçəldilməsini labüd bil-
mişdir. Çünki onun fikrincə, “türkün irtidad edib firəngləşməsi, firənglərin,
yaxud mürtədlərin tərəqqisi deməkdir; yoxsa türk və müsəlman tərəqqisi de-
mək deyildir” [8]. Əli bəy milli simasını itirən bir mədəniyyətin yaşarlılığına
inanmır və xalqının özgün xüsusiyyətlərinin hər vəchlə qorunub saxlanmasını
istəyirdi: “Biz arzu ediriz ki, bizim tərəqqimizə baxıldıqda, rus rəiyyəti bulu-
nan türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar deyinilsin, yoxsa türklər,
müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar deyinilməsin” [8].
Bir sıra ziyalılar inkişaf etməyin avropalaşmaqdan ibarət olduğunu
düşünürdülərsə, başqa nüfuzlu zümrə – din xadimləri tərəfindən bu yol büsbü-
tün inkar edilirdi: “Birincilər, dini-mübini-islamın ruhuna vaqif olmayaraq, öz
zövq və həvəslərinə müvafiq bir halətdə qaldığını xəvahiş edirlər. İkincilər isə
zənn edirlər ki, islamda mədəniyyətə, tərəqqi və təkamülə xidmət edəcək bir
şey yoxdur. Avropa cəhətindən əsən bütün yellər, hətta zəhərli yellər belə şəfa
bəxşdir...Nə böyük yanlışlıq…” [8].
Qərb mədəniyyətini, həyatını ən çox ideallaşdıranlar romantik ədiblər
idilər. “romantiklərin dünya müharibəsinə qədər Qərb həyatına, Qərb mədə-
niyyətinə, maarifinə, ədəbiyyatına, fəlsəfəsinə romantik münasibət, hədsiz
heyranlıq vardı” [4].
Əli bəy xalqların mənəvi dünyasını, ruhunu ifadə edən həqiqi mədəniy-
yətlə texniki sivilizasiyanın fərqini yaxşı anlayırdı. O görürdü ki, Avropa yeni
dövrdə xristianlığın mənəvi imperativlərindən yavaş-yavaş əl çəkərək klassik
mədəniyyətini qeyb etməkdə və daha çox maddi-texniki tərəqqiyə uymaqda-
dır. Qərb aləmində materializmin, ateizmin meydana gəlməsini onun mənəvi
mədəniyyətinin iflasını hazırlayan simptomlar hesab etdiyindəndir ki, o, bu
yeni təlimlərə ehtiyatlı yanaşmağı məsləhət görürdü – yuxarıda gördüyümüz
kimi, bunlara dərindən agah olmadan aludə cəhdlərini böyük yanlışlıq sayırdı.
Ə.Hüseynzadə Avropa mədəniyyətinə yiyələnərkən əsas diqqəti milli
müəyyənliyi, özgürlüyü itirməmək məsələsinə yönəldir. O inanır ki, yad
ənənələrin seçimsiz, kor-koranə qəbulu heç zaman müsbət nəticə verə bilməz.
Əli bəy deyirdi ki: “Türklər Qərb mədəniyyətlərinin din və qövmiyyətlərə
deyil, bütün bəşəriyyətə aid əsaslarını, həm də islam dininə uyğunlaşdırmaqla
qəbul etməlidirlər” [7].
Tədqiqatçılar Türkiyə və Azərbaycan ziyalılarını müasirləşməyə münasi-
bətləri baxımından üç qrupa ayırırlar. Birincilərə mühafizəkarlar aiddir.
Kənardan ruhi-mənəvi dəyərlərimizə yabançı olan heç bir mədəniyyət idxalını
qəbul etməyən bu mövqe sahibləri, Qərb mədəniyyətinin mənimsənilməsilə
din-imanın, milli-mənəvi dəyərlərin əldən gedəcəyini iddia edirdilər. Məsələn,
249
çağdaş Türkiyə mütəfəkkirlərindən Cəmil Meriç mövzuya dair kəskin mühafi-
zəkar mövqeyi ilə fərqlənmişdir. O, hətta elmi-fəlsəfi əsərlərində Ş.C.Əfqani
və Ə.Ağaoğlunu ifrat qərbçi fikirləri səbəbindən ittiham etmişdir.
İkincilərə ifrat qərbçilər daxildir ki, bu mövqe sahibləri qərb mədəniyyə-
tinin istisnasız olaraq, bütün yönləri ilə qəbul olunmasını təbliğ edirdilər. Gör-
kəmli mütəfəkkir Ə.Ağaoğlu da məhz ifrat qərbçi mövqeyi ilə fərqlənmişdir.
O, “Üç mədəniyyət” əsərində yazırdı ki, bəziləri Avropa mədəniyyətinin
mənimsənilməsində nöqsanlı və qəbuledilməz tərəflərdən qurtulmaq niyyəti
ilə o mədəniyyətin süzgəcdən keçirilməsini istəyirlər. Halbuki, “Bir mədəniy-
yət zümrəsi bölünməz bir bütündür. Parçalana bilməz. Qalibiyyət və üstünlüyü
qazanan onun bütünlüyüdür”. Ə.Ağaoğlunun fikrincə Avropa mədəniyyəti yal-
nız elm və texnikası ilə deyil – bütünlüyü, ümumi əlamətləri, xüsusiyyətləri,
bütün nöqsanları və fəzilətləri ilə qələbə çalmışdır [3;10-11).
Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə kimi üçüncü mövqe tərəfdarlarının
fikrincə isə, elmi-texniki tərəqqi nailiyyətlər, mədəni yeniliklər mənimsənil-
məli, ruhi-mənəvi dəyərlərimiz mühafizə edilməlidir. Problemə bu günün
elmi-tənqidi fikri ilə yanaşsaq, şübhəsiz ki, hər üç mövqeyin müəyyən haqq
qazandırılası tərəflərini görə bilərik. Amma qaçılmaz bir gerçəkliyə çevrilmiş
mədəni inteqrasiya və qloballaşma meyarlarından çıxış edərkən üçüncülərin
mövqeyi praktik baxımdan özünü daha çox təsdiqləyir.
XX əsrin əvvəllərində yeni ruhlu, yeni düşüncəli milli-yaradıcı ziyalılar
bir tərəfdən, Azərbaycan mədəniyyətinin milli müstəqilliyi, yeni tarixi mərhə-
lədəki adət-ənənələrlə davam və inkişafı uğrunda mübarizə aparır, bu mədə-
niyyəti mənəvi aşınmadan qoruyur, ona qarşı düşmən hücumlarını dəf edir, di-
gər tərəfdən isə həmin mədəniyyətin dünya, xüsusilə Qərb və rus mədəniyyəti
ilə fəal təmasının yaranmasına böyük səy göstərirdilər. Həqiqətən, bu dövrdə
«bütünlükdə milli mütərəqqi mətbuat və teatr, mətbuat və pedaqoji fikir,
tərcümə, tənqid və estetika birlikdə intibah və realizm uğrunda mübarizənin
ideoloji və ideya-təşkilatı işin fəal cəbbəxanasına çevrilmişdi» [10; 126].
XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və ədəbi fikri yeni mər-
hələyə daxil olur, milli mədəniyyətin islahı, çağdaş ənənələrin formalaşması
mühüm vəzifə sayılırdı. Ümummilli inkişafın əsas istiqamətləri həmin vəzifə-
lərdən asılı idi və bu işi görənlərin sırasında Əhmədbəy Ağaoğlunun özünə-
məxsus xidmətləri var. O, Azərbaycan mədəniyyətinin inkişafını dünya ədə-
biyyatı ilə əlaqədə görür, Avropa və rus ədəbiyyatı, habelə antik yunan ədəbiy-
yatı klassiklərinin irsini tərcümə etməklə oradakı bədii-estetik məziyyətləri
mənimsəməyi vacib bilirdi. Elə buna görədir ki, Homer, Esxil, Sofokll, Jan Jak
Russo, Kant, Puşkin, Tolstoy kimi dahilərin əsərlərinə Ə.Ağaoğlu tez-tez
müraciət edir, onların əsərlərində əksini tapan ictimai-mədəni və əxlaqi-
mənəvi məsələlərə, habelə siyasi-fəlsəfi mülahizələrə tənqidi yazılarında
aydınlıq gətirməyə çalışırdı.
Mədəniyyət problemi dünyanın tarixi prosesinin bilavasitə törəməsi və
nəticəsidir. Mədəniyyət elə bir fenomendir ki, onu ictimai həyatın digər
250
sahələrindən ayırmaq, təcrid olunmuş şəkildə düşünmək mümkün deyildir.
Mədəniyyət, ən geniş mənada, insanın həyat fəaliyyətinin bütün əsas sferaları-
nı - maddi istehsalı, sosial-siyasi münasibətləri, mənəvi inkişaf sahəsini, məi-
şəti, insanlar arasındakı qarşılıqlı əlaqələri səciyyələndirir. Azərbaycan mütə-
fəkkirlərinin əsərlərində dil və mədəniyyət anlayışları ən geniş mənada işlə-
dilərək, bəşəri və xüsusilə də milli xarakterli hadisə kimi dəyərləndirilir.
M.B.Məhəmmədzadə bu haqdakı qənaətlərini belə bir tərzdə ümumiləşdirir ki,
“Bəşər mədəniyyəti milli mədəniyyətlərin məcmusundan ibarətdir. Millətlər
müstəqil olmadıqca milli mədəniyyətlərini mühafizə edə bilməzlər, buna görə
də bəşər mədəniyyəti qüsurlu olar. Həyati-bəşər təbiətlə mübarizədən ibarətdir.
Mədəniyyəti-bəşəriyyə bu mübarizələrdən hasilolma qənimətdir. Məqsədi-bəşər
mədəniyyəti-bəşəriyyəni daha ziyadə təmin etmək və onun feyzini daha ziyadə
ümumiləşdirməkdir. Mədəniyyəti-bəşəriyyə isə milli harsların (kültürlərin)
iştirakından və gözəlliklərinin məcmusundan hasil olma bir yekundur. Mədəniy-
yətin təmini, insanların cəmaətliklə yaşaması ancaq mədəni hökumət təsisi ilə
mümkündür. Mədəniyyəti-bəşəriyyə milli kültürlərin məcmusundan ibarət ikən,
ən müvafiq və ən təbii dövlətin də milli dövlət olması aşkardır” [12;61].
Dünya kulturoloji fikrinin müxtəlif tərifləri ilə müqayisəli təhlil aparan-
da, bu mütəfəkkirlərin mədəniyyətə dair milli-ideoloji mövqeyi daha qabarıq
görünür. Milli diriliyi bütünlüklə mədəniyyətə bağlayan M.Ə.Rəsulzadə ya-
zırdı: “Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir
yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz dirilyi ilə
özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə edir ki, bir
millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini
deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil edir” [13; 462].
Azərbaycan kulturoloji fikrini çoxsaylı əsərləri ilə zənginləşdirən Əh-
məd bəy Ağaoğlu yaradıcılığında da mədəniyyət ən geniş aspektlərdən şərh
edilir. Belə ki, o, mədəniyyəti daha geniş, bütün tərifləri içinə alan və bu kəl-
məyə ən geniş mənanı verən “həyat tərzi” kimi qəbul edərək “Üç mədəniyyət”
əsərində yazır: “Mədəniyyət demək - həyat tərzi deməkdir. Bir şərtlə ki, bura-
da həyat qavramının özü ən geniş və hərtərəfli bir məna daşımalı, həyatın bü-
tün sahə və tərəflərini, maddi və mənəvi hadisələrini özündə ehtiva etməlidir.
Belə olan halda mədəniyyət düşüncə və axtarış tərzindən başlayaraq, geyiniş
şəklinə qədər həyatın bütün təzahürlərini, hadisələrini əhatə etmiş olur” [3;3-4].
M.Ə.Rəsulzadə millətin formalaşmasında mədəniyyətin, adət və ənənə-
lərin roluna toxunaraq bunu, millətin birləşməsi səbəblərindən biri kimi qiy-
mətləndirir: “Xalq arasında bəzilərinin adət və ənənələrə biganə yanaşması,
onu “ne kulturnu” adlandırıb dəyişdirmək istəməsi, xonça və şamları yol-
kalarla əvəz etməsi, uşağın anasıyla rusca danışması və onların bundan bəhrə-
lənməsi və s. doğru deyil: “Təsəvvur ediniz dediyim uşağın halını: dil açıb
anasıyla rusca danışmış. Atası mağazadan gələndə yenə onu rusca dindirmiş:
həyətdə yoldaşlarını rus görmuş, onlarla o dildə söhbət etmiş, oyun oynarkən
rus oyunlarını oynamış, məktəbdə dəxi eyni tərbiyəyə tabe olmuş. Bayramlar-
251
da yolka bəzəyib ətrafına da dönüb-dolaşmış, ən axırı da məlumdur ki, daxili
Rusiya şəhərlərinin birində ali tərbiyə alıb “obrazovannı” olacaq. Fəqət böylə
bir “obrazovannı”dan bizim “neobrazovannı” millət nə gözləyə bilər və o özü
istərsə “millətinə” nə kimi fayda yetirə bilər? Heç nə!” [5].
M.Ə.Rəsulzadə “Dirilik nədir?” məqaləsində mədəniyyət anlayışına
fəlsəfi baxımdan yanaşmışdır. Onun fikrincə, mədəniyyət bəşəriyyətlə təbiətin
davasından qazanılan qənimətdir. Hər hansı millət daha bacarıqlı və daha
qüvvətlidirsə, o millət təbiətdən aldığı qənimətdən daha çox istifadə edir.
Tərəqqini anlamayan, mədəniyyətdən xəbərsiz olan millətlərin öhdəsinə ancaq
işləmək düşür. Onlar nə qədər işləsələr də, zəhmətlərinin bəhrəsini görmürlər.
“Gördüyümüz mədəniyyət, içində bulunduğumuz ümran iştə bəşəriyyətin tə-
biətlə etdiyi dəvalardan aldığı qənimətlərdir. Hər hankı millət ki, təbiətə qarşı
icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən
alınan qənimətdən də daha ziyadə istifadə edir, hələ yalnız bununla qalmayıb
dünyanın nemətlərini təqsim edərkən diri millətlər özlərinə hər kəsdən ziyadə
pay çıxarırlar...” [5].
M.Ə.Rəsulzadə «Milli dirilik» silsilə məqalələrinin birinci hissəsində
mədəniyyətin kökündən daha geniş yazmışdır: “Əgər dil millətin zahiri və
batinidirsə, daxili aləminin ifadəçisidirsə, yaşadığı həyat, keçirdiyi tarix, uzun
illər ərzində qazandığı adət-ənənə təməl daşıdır. Buna görədir ki, ayrı-ayrı
xalqların mədəniyyəti bir-birindən fərqlənir. Buna görədir ki, hər xalqın mədə-
niyyəti özlüyündə müstəsna əhəmiyyət kəsb edir. Rəsulzadənin fikrincə, milli
mədəniyyətlərə qiymət vermək qeyri-mümkündür. Ona görə ki, milli mədəniy-
yət əvəzsizdir, təkrarolunmazdır. Milli mədəniyyətin təşəkkülü üçün müqəd-
dəm şərt sərbəstlikdir. Millət öz mədəniyyətini inkişaf etdirməkdə sərbəst ol-
malıdır” [5].
M.Ə.Rəsulzadənin nəzərində Avropa mədəniyyəti ən yetkin, ən müasir
mədəniyyətdir. Bu mədəniyyətin milliliyə xətər gətirməyən cəhətlərini götür-
mək günün tələbindən doğan zərurətdir. Hər hansı mədəniyyət günü-gündən
irəli gedirsə, digər mədəniyyətlərlə qarşılıqlı ünsiyyətə girib zamanın tələbinə
cavab verirsə, o mədəniyyət bütün xəta-bəlalardan sovuşacaqdır.
M.Ə.Rəsulzadə milli mədəniyyətdən tamamilə kənara çıxıb müasirləş-
mək adı ilə avropalaşmağın da əleyhinədir. Onun fikrincə, bir millətin hansısa
bir millətin bir surətinə çevrilmək istəyi düzgün deyil: «Bir zaman vardı ki, biz
daima Qərbə bənzəmək istər, sənət ilə və musiqimizdə avropalıları kor-koranə
təqlid edərdik. Fəqət bu təqlid məəttəəssüf tamamilə avropalılar içində
münhəm olub da yox olmaqdan ibarət olardı. Hətta indi də bir çox hallarımız
böylədir. Fəqət «Nicat»ın «Şərq gecəsi»ndə tərtib etdiyi proqram göstərdi ki,
avropalıları təqlid etməni yavaş-yavaş öyrəniyoruz. Avropalılardan sənətə race
olan xüsuslarda ancaq şəkil və tərtibi almalıyıq, yoxsa məna ilə ruh milli
qalmalıdır. Vəilla vücuda gətirəcəyimiz ədəbiyyat, musiqi və sənət gülünc bir
hal almış olar. Millilikdən çıxar, başqalarının natəmam bir kopiyası olar» [13].
252
M.Ə.Rəsulzadə insanların adət-ənənələrində, əxlaqi dəyərlərində milli,
dini bayramların yerini də düzgün müəyyənləşdirirdi. O, hər bir millətin
ədəbiyyatında, incəsənətində mühüm yer tutan mərasimlərə, bayramlara xüsusi
diqqət yetirirdi. «Novruz münasibətilə» məqaləsində milli mədəniyyətdəki
bəzi çatışmazlıqlara baxmayaraq bundan irəliyə doğru addımlar atıldığını da
göstərirdi: «… yavaş-yavaş iflic halından çıxıyoruz». Mədəniyyətimiz sənəti-
vücud hasil etməyə başlayır, ruhumuz da, vücudumuz da sağalıyor [9].
Yusif Vəzir Çəmənzəminli də xalqın tərəqqisində mədəniyyətə mühüm
yer ayırırdı. O, Rusiya - Yaponiya müharibəsindən sonra Şimali Azərbaycanda
maarif və mədəniyyət uğrunda mübarizənin geniş vüsət aldığını göstərir və bu
hərəkatın kökünü Rusiyanın bu müharibədən məğlub çıxmasında görürdü.
Y.V.Çəmənzəminli milli ədəbiyyat və musiqi qarşısında bir sıra tələblər
qoyurdu: “Milli qayələrimizə iman etməliyik! Müvəffəqiyyətə çatmaq üçün
yeni ədəbiyyat və yeni musiqi əmələ gətirməliyik. Ədəbiyyat məslək doğuran,
ruh qüvvətləndirən və uca fikirlər törədən gərək olsun. Bir tərəfdən köhnəliyi-
mizi zəmin, o biri tərəfdən də yeni qayələr yaratmalıdır. Şeir ibarəbazlığından
düşüb el malı olmalıdır, məzmunu bilmərrə dəyişilməlidir. Yeni üfüqlərdən
yeni yıldızlar doğdurmalıdır” [2].
Ömər Faiq Nemanzadə isə mütləqiyyətin xalqın mədəniyyətini inkişaf
etdirməsinə imkan vermədiyini təəssüflə qeyd edirdi: “Hər hansı təşəbbüsü
beşiyindəcə boğur. İnsaf edilsin, zamanın böylə bir vəqtində 25-30 milyon biz
Rusiya türklərinin milli mədəniyyətimiz adına hansı bir idarəmiz, hansı bir
təşkilatımız var?” [1].
Qeyd edilənlər XX əsrin əvvəllərində görkəmli ziyalıların, publisistlərin
ölkədə hökm sürən cəhalətin aradan qaldırılması naminə milli dirçəliş yollarını
müəyyənləşdirməkdə mədəniyyət anlamına düzgün yanaşdıqlarını və Azərbay-
can xalqının tərəqqipərvər inkişafında mədəniyyətin həlledici rolunu təsdiq edir.
Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəniy-
yətinin zənginləşməsində XX əsrin əvvəlləri məhsuldar bir mərhələ kimi özü-
nəməxsus yer tutmuşdur. Bu dövr tarixi - ictimai şəraiti, xüsusiyyətləri ilə
fərqləndiyindən istər-istəməz xalqın mədəniyyətinin inkişafında dərin izlər
buraxmışdır. Əsrin əvvəllərində milli maarifpərvər qüvvələrin mədəni inkişaf
uğrundakı mübariz fəaliyyətləri, həyata keçirdikləri tədbirlər Azərbaycan
mədəniyyətinin dirçəldilməsinə ciddi təkan vermişdir.
ƏDƏBİYYAT
1.
“Açıq söz” qəzeti, Bakı, 1915, №44.
2.
“Açıq söz” qəzeti, Bakı, 1916, № 238.
3.
Ağaoğlu A. Üç medeniyet. İstanbul: Milli Eğitim Basımevi, 1972, 146 s.
4.
Cəfər M. Seçilmiş əsərləri. 2 cilddə, II c., Bakı: Azərnəşr, 1974, 378 s.
5.
“Dirilik” jurnalı, Bakı, 1914, №1.
6.
Ələkbərov F. Məhəmməd Əmin Rəsulzadənin dьnyagцrьюь. Bakэ: Elm, 2007, 270 s.
7.
“Füyuzat” jurnalэ, Bakı, 1907, №19.
8.
“Həyat” qəzeti, Bakı, 1905, №1.
253
9.
“İqbal” qəzeti, Bakı, 1914, № 885.
10.
Qarayev Y. Poeziya və nəsr. Bakı: Yazıçı, 1979, s.126
11.
Məmmədov F. Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi. Bakı: Çıraq,
2006, 235 s.
12.
Məhəmmədzadə M.B. Azərbaycan türk mətbuatı. Bakı Universiteti nəşriyyatı, 2004, 83 s.
13.
Rəsulzadə M.Ə. Əsərləri (1909-1914), 2 cilddə, II c., Bakı: Şirvannəşr, 2001, 528 s.
ВОПРОСЫ НАЦИОНАЛЬНОЙ КУЛЬТУРЫ
В АЗЕРБАЙДЖАНСКОЙ ПУБЛИЦИСТИКЕ
(1900-1920 гг.)
У.Ф.ФАРЗАЛИЕВА
РЕЗЮМЕ
В статье рассматривается борьба прогрессивной азербайджанской интеллигенции
в 1900-1920-х годах за развитие национальной культуры и ее защиту от духовной дегра-
дации, рассказывается о противостоянии передовых представителей азербайджанской
интеллигенции вражеским нападкам на наши культурные ценности, а также о том, как
они способствовали активным отношениям национальной культуры с мировой, особен-
но западной и русской культурой. В публикации также отражены плюралистические
взгляды и различные позиции по отношению к европейской культуре, которые в начале
ХХ века – в период движения азербайджанского национально-культурного возрождения
долгие годы оставались на повестке дня местной печати.
Ключевые слова: национальная культура, самопознание, публицистика, нацио-
нальное сознание, нравственность, культурное возрождение, просвещение
THE PROBLEMS OF NATIONAL CULTURE IN AZERBAIJAN PUBLICISM
(YEARS OF 1900-1920)
U.F.FARZALIYEVA
SUMMARY
The article presents the struggle of our intellectuals with new spirit and thinking in the
years of 1900-1920 about the development of culture, the protection of this culture from
spiritual attack repulsing it from the attack of enemies and at the same time creation of its
active contact with Western and Russian culture. Some different positions and pluralist views
towards the European culture at the beginning of the XX century during the period of national
and cultural renaissance movement, are elucidated in the presented article.
Key words: national culture, selfconsideration, publicism, national consciousness,
moral, revival, cultural renaissance, enlightenment
254
Document Outline - 1996-cı il ərzində NATO-nun tərkibində heç bir dəyişiklik baş vermədi. Lakin yeni üzvlərin NATO-ya qəbul edilməsi sahəsində hazırlıq işləri davam etməkdə idi. 1996-cı ilin iyulun 10-da ATƏT-in Parlament Assambleyası Stok holm şəhərində xüsusi bəyanat qəbul edərək bildirdi ki, NATO-nun geniş lən məsi və Avropada tam təhlükəsizliyin təmin edilməsinin əsas şərtlərindən bi ridir və bununla da Parlament Assambleyası ATƏT-in Təhlükəsizlik Şu ra sı nın yaradılması haqqında Rusiyanın təşəbbüsünü rədd etmiş oldu (7, 65).
- İyul ayının 23-də ABŞ konqresi Polşanın, Çexoslovakiyanın və Macarıs ta nın NATO-ya daxil olması üçün hazırlıq işlərinə kömək məqsədilə 60 mil yon dollar yardım ayrılması planını bəyəndi və hətta Ukraynanı, Moldavi yanı, Baltikyanı ölkələri NATO-ya daxil olmağa dəvət etdi (7, 69).
- Artıq faktlar göstərirdi ki, Vaşinqton NATO-nun genişlənməsində israr lı dır və Rusiya bu işdə ona heç bir maneçilik törələ bilməyəcək. Rusiyanın növbəti Xarici İşlər Naziri Yevgeni Primakovun belə bir ifadəsi həmin şəraiti açıq ifadə edirdi ki, bizim Şimali Atlantika Alyansının genişlənməsinə veto qoymaq hüququmuz və ixtiyarımız yoxdur, lakin biz öz milli maraqlarımızı ciddi-cəhdlə qorumalı və öz təhlükəsizliyimiz haqqında ciddi düşünməliyik.
- Bütövlükdə, 1996-cı ildə baş vermiş hadisələr Rusiya ilə Qərb ölkələri arasında münasibətlərin xeyli pisləşdiyini, gərginlik dərəcəsinin artdığını sübut edirdi. Belə xoşagəlməz gərginlik vəziyyətinin aradan qaldırılması məqsədilə ABŞ hökuməti 1997-ci ilin əvvəllərində bir sıra fəal addımlar atdı. O cüm lə dən ABŞ-ın yeni Dövlət Katibi Madlen Olbrayt Moskvada Y.Primakovla bir sıra məsləhətləşmələr apardı. Bundan əlavə, NATO-nun Baş katibi Xavyer Salananın Moskvaya gəlməsi də münasibətlərin yaxşılaşdırılması niyyətlərinin güclənməsindən xəbər verirdi. Hər iki nüfuzlu Qərb diplomatı Moskvaya NATO – Rusiya sazişinin hazırlanması sahəsində işləri sürətləndirməyi təklif etdi və onların fikrincə, bu saziş bir növ NATO-nun Şərqə doğru genişlənməsi siyasətini müəyyən qədər kompensasiya etmiş olardı. Eyni zamanda «16+1» formulası əsasında Brüssel şəhərində Rusiya Federasiyası və NATO arasında daimi kontakt yaradılmasını təmin etmək də təklif edilmişdi və bunun real laş ma sı Rusiyaya NATO çərçivəsi daxilində Avropa Təhlükəsizliyi nüvə stra te gi ya sının planlaşdırılması, sülhməramlı qüvvələrin fəaliyyəti ilə əlaqədar olan bütün məsələlərin müzakirəsində iştirak etmək hüququ vermiş olurdu (8; 2, 2).
- Bu məsələ ətrafında 1997-ci ilin yanvar-aprel aylarında aparılmış in ten siv danışıqlar bağlı qapılar arxasında gedirdi və siyasi icmalçılar belə qənaətə gəlmişdilər ki, danışıqların xeyli müddət davam etməsinə baxma ya raq, hər hansı bir irəliləyişə nail olmaq baş tutmamışdı. Danışıqların məhz belə nəti cə siz keçməsi ilk növbədə Kremlin mövqeləri ilə əlaqədar idi və Moskva NATO-nun Şərqə doğru genişlənməsi siyasətinin tam əleyhinə olub bu mə sə lə də heç bir kompromisə getmək niyyətində deyildi.
- Moskva hətta Brüsseli bu sahədəki planlarını dəyişməyə vadar etmək üçün açıq təzyiqlərdən belə çəkinmirdi. Həmin vaxt bəzi rus siyasətçilərinin nüvə silahından imtina etmək öhdəliyinə yenidən baxmağa çağırışlar etməsi də gö rünür, Moskvanın bu istiqamətdə atacağı yeni addımlara işarəyə bənzəyirdi. Məsələn, 1997-ci ilin fevralında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ka tibi İvan Rıbkin bildirmişdi ki, bizim «qabaqlayıcı atom zərbəsi» endirmək ide yasından imtina etməkdə israrlı olmağımızın heç bir mənası yoxdur. Məhz hə min günlərdə Rusiya Dövlət Dumasında vitse-spiker S.Baburin başda ol maq la anti - NATO qrupu yaradılmışdı. Bu qrupa dumanın partiya frak si ya la rı nı və deputat qruplarını təmsil edən 200 deputat daxil idi. S.Baburin hətta belə bir bəyanat da vermişdi ki, Rusiya bu gün nüvə silahını işlətməmək haq qın da götürdüyü öhdəliyə sədaqətli qalmağa borclu deyil (2, 168).
- Çünki NATO rəhbərliyi qəti şəkildə bəyan etdi ki, bu məsələ 1997-ci ilin iyu lunda NATO Şurasının sessiyasında tam şəkildə həll edilmişdir. Mayın əvvə lində artıq Moskvada anlatdılar ki, Şimali Atlantika blokunu öz plan la rın dan daşındırmaq mümkün deyil və bu istiqamətdə Rusiyanın bütün səyləri uğursuz olmuşdur. Yalnız bundan sonra Moskva kompromis yoluna keçmək və bu zaman Qərbdən bir sıra güzəştlər qopararaq, NATO siyasətinin mənfi nəticələrini minimuma endirmək niyyətində idi.
- 1997-ci ilin mayın sonunda aparılmış gərgin danışıqlardan sonra Rusiya və Şimali Atlantika bloku arasında kompromis saziş variantını işləyib hazır la maq mümkün oldu. Bu, Rusiya və NATO arasında əsas saziş aktı və ya dəqiq desək, «Rusiya Federasiyası və Şimali Atlantika Müqaviləsi Təşkilatı» ara sın da qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik haqqında əsas aktın im za lanması demək idi (9, 1).
- 1997-ci ilin mayın 27-də Parisdə imzalanan və son dərəcə mühüm əhə miy yət kəsb edən bu sənəd böyük tarixi əhəmiyyətə malik idi. Fransa prezi den ti Jak Şirakın təbirincə desək, dünənki düşmənlər arasında mövcud olan qarşıdurma məntiqinin yerini bərabər hüquqlu tərəfdaşların əməkdaşlığı erası tutacaqdır. J. Şirak xüsusi olaraq qeyd edirdi ki, bu sənədin imzalanması ona görə baş tutdu ki, həm Rusiya, həm də NATO çox ciddi dəyişikliklər dövrü yaşayırlar, xüsusilə Rusiya demokratiya və islahatlara doğru öz seçimini etmişdir (7, 58).
- B.Yeltsinin dediyi kimi, Rusiya prezidentinin, NATO-nun Baş Katibi Xav yer Salananın, habelə Şimali Atlantika blokunun üzvü olan 16 ölkə rəhbə ri nin imzaladıqları bu sənəddə ən sadə suallara belə cavab verilmişdir. Bunlar içərisində nüvə silahlarını yerləşdirməmək və buna doğru aparıb çıxa ra caq ki, heç bir hərəkətə yol verməmək, qitədə ağır silahların azaldılması haq qın da bir gə razılığın əldə edilməsi, Rusiya yaxınlığında NATO hərbi qüvv əl ə ri nin dai mi əsaslarla fəaliyyət göstərən hərbi bazalarının yerləş diril mə mə si haqqın da öh dəlik qəbul edilməsi daha mühüm əhəmiyyət kəsb edirdi. B.Yelt sin bil di rir di ki, bütün bunlar o deməkdir ki, biz bir-birimizin ma raq la rı na zərbə vurma maq haqqında razılığa gələ bilmişik. Rusiya prezidenti bunu əlavə edirdi ki, Rusiya və Alyans arasında məsləhətləşmələr və əməkdaşlıq mexa niz mi ya ra dılır və bu, bərabərhüquqlu əsaslarla bizim maraqlarımızı əhatə edən təhlü kə sizlik və sabitliklə bağlı olan bütün məsələlər üzrə müzakirələr apar maq və birgə qərarlar qəbul etməyimizə imkan verir (4, 2).
- Əsas sənədin bütün məzmununun nəzərdən keçirilməsindən sonra belə bir ifadəni xüsusilə qeyd etmək lazımdır ki, Rusiya Federasiyası bir tərəfdən və Şimali Atlantika hərbi blokundan sonra Rusiya və NATO möhkəm qarşılıq lı öhdəliyi yüksək siyasi səviyyədə qəbul etdikdən sonra qarşılıqlı əməkdaşlığa əsas lanan demokratiya və təhlükəsizlik şəraitində Avroatlantika regionunda möhkəm və hərtərəfli birgə səy göstərəcəklər. Məhz bu ifadə gələcək birgə fəaliyyətin başlıca məqsədini ifadə edərək bu yüksək səviyyəli sənədin xarak te rini ifadə edir (9, 2).
- Beləliklə, Rusiya prezidenti və Rusiya hökuməti bu sənədin imzalanması ilə NATO ilə gələcək birgə əməkdaşlıq məsələlərinə rəsmən öz münasibətini müəy yən etmiş oldu. Lakin məlum səbəblər üzündən bu sənəd müxalifəti təmin etmirdi. Xüsusilə, müxalifətyönümlü partiyaların liderlərini əsas belə bir ifadə ciddi narazı salırdı ki, Rusiya demokratik cəmiyyət qurmaqda və öz siya si və iqtisadi transformasiyasını davam etdirməkdədir. Bu narahatlıq və nara zılıq isə öz milli təhlükəsizlik konsepsiyasını inkişaf etdirməyi və öz hərbi doktrinasına yenidən baxaraq, onu yeni reallıqların formalaşdığı şəraitdə təh lü kə siz liyin təmin olunmasına yönəltməyi sürətləndirirdi. Əsas sənədin şərtlə ri n də ki öhdəliklərə sözsüz əməl etmək niyyətində olan Rusiya öz silahlı qüvvə lə ri nin ixtisar edilməsi üçün çox geniş addımlar addımlar atdı, Mərkəzi və Şərqi Av ropadan, habelə Pribaltikadan öz qoşunlarını indiyədək görün mə miş bir miqyasda çıxarmış, malik olduğu bütün nüvə silahlarını öz milli əra zi lə ri da xi li nə gətirib yerləşdirmişdi. Rusiya, həmçinin, BMT və ATƏT siya sə ti ni dəs tək ləmək məqsədilə sülhməramlı əməliyyatlarda, habelə dünyanın müx tə lif rayon larında konflikt vəziyyətlərin nizamlanmasında yaxından iştirak edir di (10, 122).
-
- H.R.SHAMIYEVA
Dostları ilə paylaş: |