Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   ...   11   12   13   14   15   16   17   18   19

25

  

  №4  |  OKTYABR 



2013

cümlələrdən  qaçmaq  lazımdır  –  məhkəmə 

qərarlarının  böyük  əksəriyyəti  konkret  şəxslər 

arasında  konkret  problemi  həll  etmək  məqsədi 

daşıyır  və  məchul  cümlələrin  çox  olması  heç  də 

yaxşı praktika deyil.

Yuxarıda  qeyd  etdiyimiz  2-ci  qayda  –  mətni 

başlamaq  –  məhkəmə  qərarlarında  çox  mühüm 

əhəmiyyət  kəsb  edir,  hərçənd  bu  qayda  prak-

tikada  nadir  hallarda  tətbiq  olunur.    Bir  qayda 

olaraq,  məhkəmə  qərarı  qərarın  qısa  xülasəsi  ilə 

başlamalıdır.  Misal üçün, “A B-yə qarşı filan-filan 



əsaslarla  iddia  qaldırmışdır.    Məhkəmə  iddianı  təmin 

edir, çünki....”.  Sonra daha ətraflı yazmaq olar.

Bu  məqamda  sizin  diqqətinizi  ABŞ  Ali 

Məhkəməsinin 

geniş 


müzakirə 

olunan 


qərarlarından  birinə  çəkmək  istərdim.    Qərarın 

adı: United States v. Windsor.

8

 Öncədən qeyd edim 



ki,  qərarın  mövzusu  hörmətli  oxucular  üçün  o 

qədər  də  maraqlı  görünməyə  bilər.    Ancaq  əsas, 

əlbəttə  ki,  qərarın  yazılışıdır.    Biz  də  diqqətimizi 

buna yönəldəcəyik.  Bu qərarı seçməkdə məqsəd 

isə onun nisbətən daha yeni olmasıdır.

Məhkəmənin  qərarına  baxsaq,  görərik  ki, 

qərardan  əvvəl  məhkəmə  qərarın  xülasəsini  – 

onun qısa formasını verir.  Sonra məhkəmə qərarın 

bütöv  mətnini  təqdim  edir.    Qərar

9

  özü  bu  qısa 



abzasla başlayır:

Nyu-Yorkun rezidentləri olan iki qadın 2007-

ci  ildə  Kanadanın  Ontario  vilayətində  qanuna 

uyğun olaraq evlənmişlər.  Edit Vindzor və Tea 

Spayer  evlərinə,  Nyu-Yorka  qayıtmışlar.    2009-

cu  ildə  Spayer  dünyasını  dəyişən  zaman bütün 

mülkünü  Vindzora  vərəsə  etmişdir.    Vindzor 

sağ  qalan  həyat  yoldaşına  tətbiq  edilən  vergi 

azadolmaları  üçün  müraciət  etmişdir.    Ancaq 

onun  müraciətindən  imtina  etmişlər  –  bu  im-

tina  federal  qanun  olan  “Evliliyin  Müdafiəsi” 

Qanununa  uyğun  olaraq  verilmişdir;  bu  Qa-

nun  eyni  cinsdən  olan  partnyoru  [yəni  həyat 

yoldaşını  -  əlavə  müəllifindir]  bu  federal  qanu-

nun məqsədləri üçün “həyat yoldaşı” tərifindən 

istisna  edir.

10

  Vindzor  vergini  ödəmiş,  sonra 



isə  bu  maddənin  konstitusiyaya  uyğunluğunu 

mübahisələndirmişdir. ABŞ Dairə Məhkəməsi və 

Apelyasiya Məhkəməsi qanunun bu maddəsinin 

konstitusiyaya  uyğun  olmadığını  qət  etmiş  və 

Birləşmiş  Ştatlara  ödənilmiş  vergiləri  Vind-

zora qaytarmağı əmr etmişdir.  Bu məhkəmə işi 

icraatına qəbul edir və indi qərarları Vindzorun 

xeyrinə olaraq, qüvvədə saxlayır.

Biz bu başlanğıc abzasdan (i) işin qısa faktlarını, 

(ii)  hüquqi  sualı  və  (iii)  məhkəmənin  qərarını 

öyrəndik.    Hamısı  çox  qısa  və  aydın  formada. 

Diqqət  edin,  məhkəmə  demək  olar  ki,  bütün 

cümlələri  məlum  formada  qurmuşdur  –  iki  şəxs 

evlənmiş,  onlar  Nyu-Yorka  dönmüşlər,  Vind-

zor  vergi  azadolması  üçün  müraciət  etmişdir 

və  s.  Məhkəmə  yalnız  bir  cümləni  məchul  for-

mada  qurmuşdur  –  “onun  müraciətindən  imtina 

etmişlər”.    Aydındır  ki,  imtinanı  ABŞ-ın  vergi 

orqanları  etmişdir    və  bəlkə  də,  bu  cümləni  də 

məlum  formada  qurmaq  olardı.  Ancaq  digər 

cümlələr yaxşı qurulduğundan, bu cümlə ümumi 

keyfiyyətə çox təsir etmir.  

Nəhayət,  məhkəmə  son  qərarının  da  nədən 

ibarət  olduğunu  qeyd  edir  –  qanunun  maddəsi 

konstitusiyaya uyğun deyildir. Məhkəmə qərarının 

səbəbini qeyd etmir.  Hesab edirik ki, səbəbin (və 

ya  əsaslandırmanın)  bu  cür  başlanğıc  abzaslarda 

qeyd olunması məqsədəuyğundur.  Çox güman ki, 

burada qeyd olunmamağın səbəbi əsaslandırmanın 

kifayət qədər mürəkkəb olmasıdır.  

nЯ eTmЯl

İ?

Bir çox mütəxəssislər bunları deyir: “Öyrənməli, 



sonra isə daim təcrübədə tətbiq etməli”.  

Hesab edirəm ki, hüquqi yazı ölkəmizin hüquq 

fakültələrində  tədris  olunmalıdır.    Özü  də  birin-

ci  ildən.    Əlbəttə  ki,  tədris  müasir  hüquqi  yazı 

praktikasından agah olan və onu öz fəaliyyətində 

tətbiq  edən  şəxslərə  həvalə  edilməlidir.  Əks  hal-

da,  hüquqi  yazının  tədrisi  formallıqdan  uzaq 

getməyəcəkdir.  

Praktiki fəaliyyətlə məşğul olan hüquqşünaslar 

və xüsusən də hakimlər və onların katibləri üçün 

bu sahədə təlimlər təşkil olunmalıdır.

8

 570 U.S. ___ (2013) (DocketNo. 12-307) 



9

 Burada biz “qərar” dedikdə çoxluğun qərarına istinad edirik. Bu iş üzrə son qərar Ali Məhkəmənin 9 hakimindən5 hakimins təsdiqi ilə qəbul olunmuşdur.  4 hakim 

xüsusi rəydə qalmışlar.

10

 Tərcümənin bu hissəsi bir qədər Azərbaycan dili qrammatikası qaydalarına uyğun gəlməyə bilər – biz bu cür tərcümə etməyə məcbur olduq.  Burada Məhkəmə 



demək istəyir ki, qanunda “həyat yoldaşı” sözlərinin tərifi verilmişdir, və qanunda açıqca qeyd olunur ki, eyni cinsdən olan ər-arvad bu təriflə əhatə olunmular; 

mahiyyət etibarı ilə qanun onlara tətbiq olunmur.




26

Bakы 


HUQUQ

 

Jurnalы



XXI  əsrdə  dünyanın  daha  çox  qloballaşması, 

ölkələrarası  əlaqələrin  güclənməsi,  müxtəlif 

ölkələrin iqtisadiyyatının kapital idxal və ixracından, 

nəticə etibarilə bir-birindən daha çox asılı olmasına 

səbəb  olmuşdur.  Ölkələrin  iqtisadiyyatında  öz 

sözünü  deyən  kapital  axımı,  başqa  sözlə  desək, 

investisiya  axımı  nədir,  nə  ilə  xarakterizə  edilir? 

Kapital idxal və ixracı xüsusi tənzimlənməyə ehti-

yac  duyurmu?  Bütün  bu  suallara  aşağıda  cavab 

verməyə çalışacağam.

Gündəlik  həyatımızda  “investisiya”,  “xa-

rici  investisiya”,  “investisiya  müqaviləsi”  kimi 

terminlərlə tez-tez qarşılaşırıq. Bəs investisiya nədir 

və  nələri  əhatə  edir? Azərbaycan  Respublikasının 

“İnvestisiya fəaliyyəti haqqında” Qanununun

1

 1-ci 



maddəsi investisiya anlayışına daxil olan vəsait və 

sərvətlərin siyahısını ehtiva etsə də, konkret olaraq 

“investisiya” termininə anlayış nəzərdə tutmur. 

“İnvestisiya” termini kapital axımını xarakterizə 

edir.  Tarixən  bu  kapital  axımı  müstəmləkəçi 

ölkələrin  öz  koloniyalarına  gəlir  əldə  etmək 

məqsədi  ilə  maliyyə  vəsaiti  qoyması  və  yaxud 

ticarətlə  məşğul  olması  ilə  eyniləşdirilmişdir.  Belə 

kapital  axımı  XVI-XVII  yüzilliklərdə  yaranmış, 

zaman  keçdikcə  daha  mühüm  əhəmiyyət  kəsb 

etməyə  başlamışdır.  Beləliklə,  bu  cür  kapital 

axımının  hüquqi  cəhətdən  tənzimlənməsinə  də 

ehtiyac  yaranmışdır.  Buna  səbəb  isə  müstəqillik 

qazanan keçmiş müstəmləkə ölkələrinin bu ölkələrə 

qoyulmuş  maliyyə  vəsaitlərini  və  digər  sərvətləri 

müsadirə etməsi olmuşdur. Beləliklə, xüsusi hüquqi 

vasitələrin formalaşdırılması zərurətə çevrilmişdir. 

Bu cür hüquqi vasitələrə misal olaraq, ikitərəfli və 

çoxtərəfli  investisiya  müqavilələrini  misal  göstərə 

bilərik. 

Təəssüf  ki,  hüquq  ədəbiyyatlarında  “inves-

tisiya”  termininin  ümumi  qəbul  olunmuş  anlayışı 

yoxdur. ICSID Konvensiyasının 25-ci maddəsi (In-

ternational  Center  on  Settlement  of  Investment 

Disputes)  İnvestisiya  Mübahisələrinin  Həlli  üzrə 

Beynəlxalq  Mərkəzin  (ICSID)  səlahiyyətinə  ancaq 

birbaşa  olaraq  investisiyanın  mahiyyətindən  irəli 

gələn mübahisələrin (“any dispute arising directly 

out  of  investment”)  aid  olduğunu  vurğulasa  da, 

“investisiya” termininin anlayışı barədə susur.

2

İnvestisiyalar 



üzrə 

ilkin 


beynəlxalq 

müqavilələrdə  investisiya  terminindən  istifadə 

edilməsə  də,  “xarici  mülkiyyət”  (“foreign  pro-

perty”) anlayışı ilə kapital idxalı və uzun müddət 

ölkədə rezident olan xaricilərin əmlakı nəzərdə tu-

tulurdu.


3

Hazırkı  İkitərəfli  İnvestisiya  Müqavilələri  in-

vestisiyaya  tərif  verərkən  bir  qayda  olaraq,  qeyri-

məhdud  anlayışlardan  istifadə  edir,  məsələn: 

“istənilən növ əmlak”. İİM, eyni zamanda “istənilən 

növ əmlak” anlayışına daxil olan əmlak siyahısını 

da nəzərdə tutur.

4

Belə  tipik  quruluşa  malik  olan  müqavilələrdən 



biri Alman Model İkitərəfli İnvestisiya Müqaviləsidir 

(bundan  sonra  Model  İİM).  Bu  müqavilənin  1-ci 

maddəsi aşağıdakıları müəyyən edir:

“İnvestisiya  istənilən  növ  əmlakı  ehtiva  edir, 

konkret olaraq,

(I) Daşınar və daşınmaz əmlak, ipoteka və gi-

rovdan irəli gələn tələb hüquqları;

(II) Şirkətlərin səhmləri və şirkətin gəlirlərinə 

tələb hüququ yaradan digər sənədlər;

(III) Pul tələbi və ya sazişə uyğun olaraq, iqti-

sadi dəyərə malik olan icra etmək hüquqları;

(IV)  Əqli  mülkiyyət  hüquqları,  konkret 

olaraq,  müəlliflik  hüquqları,  patentlər,  sənaye 

nümunələri,  əmtəə  nişanları,  ticari  adlar,  ticarət 

və  biznes  sirləri,  texniki  proses,  “know-how”  və 

işgüzar nüfuz;

azяrbaycanыn model 

İkitяrяfli 

İnvestisiya mцqavilяsi (İİm) 

necя olmalыdыr?

gцnel Hacыyeva

Hamburq Universitetinin magistr mяzunu 

(LL.M)

1

 İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu



2

 Recent Developments in the Definition of Investment in International Investment Agreements,  Mahnaz Malik, International Institute for Sustainable Develop-

ment. Səh, 9

3

 OECD, Definition of Investor and Investment in İntenational İnvestment Agreements,  səh 47



4

 Recent Developments in the Definition of Investment in International Investment Agreements,  Mahnaz Malik, International Institute for Sustainable Develop-

ment, səh  2



Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə