PANİKA POZUNTUSU
42
Özləm üçün xüsusi bir təhlükə yoxdur. Düz başa düşdüm?
– Bəli, həkim də bunu demişdi. Genetik faktorlar başqa faktorlar-
la birləşəndə təhlükə yaranır.
Barış bəy bir az fikirli, ancaq bir az rahatlanmış səslə:
–Bəlkə məndə ayrılıq vahiməsi, vahiməyə qarşı həssaslıq, şəxsi
xarakterim, acı hadisələr hamısı birləşib və xəstələnməyimə səbəb
olub, – dedi.
– Məncə də, – dedi Zeynəb xanım, – bu dediklərin düzdür. Bir
tərəfdən dolanışıq çətinliyi, bir tərəfdən nəqliyyat problemləri, bir
tərəfdən işinə çox önəm verməyin və çox vaxt ayırmağın, şəxsi key-
fiyyətlərin... Bunların hamısı birlikdə səni psixi olaraq yormuş ola
bilər.
– Təşəkkür edirəm Zeynəb, əzizim. İndi suallarımın cavabları
mənim üçün daha aydın oldu.
– Barış, artıq yataqmı? Yatıb dincəlsən, yaxşı olar.
Barış bəy gülümsəyib:
–Oldu, canım, – dedi. – Yaxşı olar.
Bu axşam ilk dəfə idi ki, gülümsəyirdi.
43
4
Panika pozuntusunun müalicəsi və xəstənin qohumu
olmaq
Barış bəy ikinci gəlişində sanki özünü daha rahat hiss edirdi. Xanı-
mıyla birlikdə gəlmişdilər. Gözləmə salonu bir az daha doğma gəldi.
Müalicəsinin gələcəyi ilə bağlı daha ümidli idi. Özü sağalmaq istəyir-
di, həyat yoldaşı ona dəstək olurdu, həkim kifayət qədər diqqət göstə-
rirdi. Bilirdi, nəticə müsbət olacaq.
Keçən həftə olduğu kimi həkim yenə onları xoş təbəssümlə qarşı-
ladı.
– Xoş gəlmisiniz, – dedi, – bu bir həftə necə keçdi, Barış bəy?
– Elə də pis olmadı, – Barış bəy sakit bir səslə cavab verdi. – Bir
dəfə panika tutması oldu. Sanki əvvəlkilərdən bir az daha yüngül idi
və sanki daha qısa sürdü. Pis hesab olunan şey odur ki, fiziki əhval-ru-
hiyyəmə daha çox fikir verirəm və davamlı olaraq bir panika tutması-
nın olacağı barədə fikriləşirəm.
– Gələcək görüşlərimizdə bunları və həll yollarını müzakirə edə-
cəyik. Davranışınızda diqqətinizi çəkən hər hansı bir dəyişiklik baş
veribmi?
– İlk panika tutmasının olduğu ağacın yanından bu həftə keçə bil-
mədim, onun qarşısındakı səki ilə getdim.
– Niyə başqa səkiyə keçdiniz?
– O ağacın yanından keçsəm, sanki yenidən bir panika tutması ola-
caqmış kimi bir hissə və fikrə qapıldım. Bundan qorxdum.
Həkim başını yellədi:
– Haqlısınız. Panika tutması keçirənlərdə nəyi isə xatırladan ob-
yektlər yeni bir panika tutmasını yarada bilər. Həmin obyektlərdən
uzaq gəzmə hərəkətləri adətən tez-tez rast gəlinən haldır. Lakin bu
məsələnin həlli deyil. Heç kim sizi o səki ilə getməyə məcbur edə bil-
məz. Başqa bir panika tutmasından qaçmaq cəhdi nəticəsində daha
əvvəl panika tutmasının olduğu yerlərdən və ya vəziyyətlərdən uzaq
olmağı öyrənirsiniz. Bu, daimi xarakter ala bilər və sizi evdən çölə çıxa
bilməyəcək bacarıqsız bir adama çevirə bilər. Bu vəziyyət aqorafobiya
adlanır.
– Aqorafobiya nədir?
PANİKA POZUNTUSUNUN MÜALİCƏSİ VƏ XƏSTƏNİN QOHUMU OLMAQ
PANİKA POZUNTUSU
44
– Aqorafobiya sözünün mənası açıq məkan qorxusu deməkdir.
Daha düzgün tərifini belə verə bilərik: İnsanın özünü qorxu və təh-
lükə içində hiss etdiyi, asanlıqla qaçıb xilas ola bilməyəcəyini düşün-
düyü yerlərdə və hallarda keçirdiyi hissdir. Buna görə də insan elə yer-
lərdən və elə vəziyyətlərdən uzaq olmağa çalışır. Məsələn, izdihamlı
bir hipermarketdə, təyyarədə, tək qalanda, açıq məkanda, növbədə
gözləyəndə, qatara minəndə və bu kimi hallarda. Bir panika tutması
daim bu hallardan dərhal qaçma davranışını formalaşdırır. Vaxt keç-
dikcə insanın ünsiyyət sahəsi daralır və sərəncamında ancaq evi qala
bilər, o evə bağlı vəziyyətə düşər. Belə bir vəziyyət həyatı son dərə-
cə daraldır. Bu məsələdə vacib olan məqam odur ki, insan bu hallarla
qarşılaşmadan onların öhdəsindən necə gələ biləcəyini öyrənə bilmir.
– Məndə də aqorafobiya varmı? – deyə Barış bəy soruşdu.
– Bunu siz də deyə bilərsiniz, xeyr, sizdə aqorafobiya yoxdur. Lakin
müalicə olmasanız, gələcəkdə yarana bilər. İndi qaldığımız yerdən da-
vam edək. Keçən həftə axırda müalicələrdən danışmağa başlamışdıq.
Müalicəylə əlaqədar olaraq nə soruşmaq istəyirsiniz?
Barış bəy cavabında:
– Həkim, keçən həftə müalicənin orta hesabla neçə müddət davam
edəcəyi, görüşlərin intervalı haqqında məlumat vermişdiniz. Qeyd et-
mişdiniz ki, medikamentoz müalicəsi ilə yanaşı, psixoterapiyanın da
tətbiqi ən yaxşı nəticəni verən metoddur. Ümumiyyətlə müalicənin
hansı faydaları olacaq, ümid nəyədir?
Həkim beynindəki fikirləri sanki sahmana salaraq bir anlıq düşün-
dü:
– Bunlar iki əsas metoddur. Bu metodlarla yanaşı vahimə səviy-
yəsini azaltmağa kömək edəcək əlavə müalicələr barədə də məlumat
verəcəyəm.
Əvvəlcə dərmanlardan başlayaq. Dərmanlardan gözlədiyimiz fay-
da panika tutmasının qarşısını almaqdır. Həqiqətən də panika tutma-
sının qarşısının alınmasında dərmanların xeyri olur. Xüsusilə başlan-
ğıcda panika tutmasını dəf etmək üçün dərmandan mütləq istifadə
etmək lazımdır. Lakin dərmanlar tək başına daimi yaxşılaşmanı təmin
etməyəcək. Uzun müddətli müalicələrdə dərmanlarla əlaqədar üç
məsələ əhəmiyyət daşıyır:
Birincisi, daimi yaxşılaşma üçün dərmanların təsiri mübahisəlidir.
45
İkincisi, dərmanlar panika tutmasının altında yatan səbəblərə təsir
edə bilmir.
Üçüncüsü, dərmanlar panika tutması ilə mübarizədə sizin məsu-
liyyətinizi və cəsarətinizi artırmır.
–Buna görə də təkbaşına dərmandan istifadə müalicə üçün kifayət
etmir, – Barış bəy dedi.
– Bəli, bir tərəfdən dərmandan istifadə mütləq vacibdir və faydalı-
dır, bununla yanaşı uzun müddətli istifadədə təsirinin az olduğu fik-
rinə qapıla bilərsiniz və bu da özünüzə olan inama mənfi təsir edər.
O vaxta qədər susan Zeynəb xanım:
–Keçən həftə vaxt çatmadığı üçün danışa bilmədik. Hansı dər-
manlardan istifadə edilir? Bunların kənar təsirləri nələrdir? Məsələn,
bu dərmanlar asılılıq yaradırmı? Təsiri necə olur? – deyə soruşdu.
– Panik pozuntusunda əsasən istifadə edilən dərman qrupu anti-
depressantlardır. Ən çox istifadə edilən alt qruplar serotonin vasitəsilə
təsir edənlər (serotoninin geriyə tutulmasının selektiv inhibitoru –
SSRİ) və MAO (monoaminoksidaza) inhibitorlarıdır. SSRİ qrupun-
dakı dərmanlar ən çox istifadə olunan dərman preparatlarıdır. Bu dər-
manlar vahimə, əhval-ruhiyyə və aqressiv davranışları aradan qaldırır.
Əgər düşünsək ki, panika tutması simptomları da əsasən vahimə simp-
tomlarıdır, o zaman bunun necə təsir etdiyi aydın ola bilər. Türkiyə-
də klassik MAO inhibitorları olmadığı üçün onlardan bəhs etməyə-
cəyəm. Bunlardan başqa vahiməni aradan qaldırmaq üçün müxtəlif
dərman vasitələrindən və vahimələrin bədəndəki fiziki əlamətlərinə
əsasən dərman preparatlarından istifadə edilə bilər. Hər dərmanın az–
çox kənar təsiri vardır. Bu kənar təsirlərin müşahidə olunma ehtimalı
və dərəcəsi adamdan-adama dəyişə bilər. Əvvəlcə qeyd etməliyik ki,
antidepressantlar asılılıq yaratmır, lakin kənar təsirlərin səbəb olduğu
narahatedici əlamətlər zamanla azalır və xəstəni narahat etmir. Anti-
depressantların ən çox müşahidə olunan kənar təsirləri arasında bi-
rinci həftədə vahimələrin artması, baş ağrısı, iştah və yuxu pozuntusu,
cinsi funksiyaların pozulmasını qeyd etmək lazımdır. Keçən həftə sizə
yazdığım dərmanın insanın gündəlik işlərinin icrasına elə də ciddi tə-
siri olmamalıdır.
Həkim bir az nəfəsini dərib, deyəcəyi sözlərin daha təsirli olmasını
istəyirmiş kimi bir az gözlədi:
PANİKA POZUNTUSUNUN MÜALİCƏSİ VƏ XƏSTƏNİN QOHUMU OLMAQ
Dostları ilə paylaş: |