PANİKA POZUNTUSU
122
ki, sistemli şəkildə laqeydləşdirmə işində vahimə yaradan vəziyyətlə-
rin siyahısını tərtib etmək və dərəcələrinə görə qruplaşdırmaq yaxşı
olar. Bu siyahıdakı vəziyyətlərin sizdə vahimə yaratma və sizə təsir
etmə səviyyəsinə 0–10 və ya 0–100 arasında ballarla qiymətləndirə
bilərsiniz. Siyahı bu vəziyyətləri daha aydın bir şəkildə görməyiniz və
həftəlik dəyişiklikləri müşahidə etməyiniz baxımından faydalı olacaq-
dır. Siz sistematik laqeydləşdirməni tətbiq edərkən şəxsi xarakterinizi,
fiziki və psixi vəziyyətinizi, yaşadığınız simptomları nəzərə alaraq ən
əlverişli kombinasiyadan istifadə edə bilərsiniz. Bu metodlar sizə ən
çox kömək edən və sizin ən asan tətbiq edə biləcəyiniz metodlar ol-
malıdır.
Vahimə yaradan vəziyyətlər üçün bunları misal verə bilərik:
– Təkbaşına məktəbə getmək,
– Evdə tək qalmaq,
– Qələbəlik yerlərə girmək,
– Nəqliyyat hərəkətinin sıx olduğu yerdə avtomobili idarə etmək.
Bu gün sonuncu olaraq çətinlik yaradan problemli sahələr barədə
danışacağıq. Güman edirəm, siz ikiniz də bunları bilirsiniz, hər hansı
səhvin olmaması üçün qısaca bəhs edəcəyəm. Panika pozuntusu olan-
ların çoxunda hər zaman olmasa da, çox vaxt panik tutmasını artıran
faktorlar təzahür edə bilər. Bunlardan başqa hər insana xas stress-
li həyat hadisələri ola bilər. Məsələn, ailəylə, işlə, iqtisadi vəziyyətlə
əlaqədar. Hər kəs gündəlik həyatın bu problemləriylə məşğul olmaq
məcburiyyətindədir. Problemləri ələ almaq forması və onları dəf etmə
bacarığı adamdan adama dəyişə bilər. Bunun yeganə yolu da yoxdur.
Burada sizə dəf etmənin ümumi müsbət və mənfi yollarından bəhs
edəcəyəm. Bunun sizi maraqlandıran tərəfi odur ki, bu problemlər
həll olunmadıqda çarəsizlik hissinin yaranmasına səbəb olur və bu
da panika əlamətlərini daha da pisləşdirir. Bunlar həll ediləndə kiçik
problemlərin böyüyərək panika tutmasını pisləşdirməsinin qarşısı alı-
nır. Bu səbəblə gündəlik həyatın problemlərini müvafiq şəkildə həll
etmək lazımdır. Müəyyən addımlar növbə ilə tətbiq edilərsə, problem
həll oluna bilər:
1. mərhələ: Problemi bilmək və müəyyən etmək,
123
2. mərhələ: Göstəriciləri araşdırmaq və məlumatları toplamaq,
3. mərhələ: Problemin səciyyəvi xüsusiyyətlərinı müəyyənləşdir-
mək,
4. mərhələ: Həll variantlarını müəyyən etmək,
5. mərhələ: Tətbiq olunacaq metod və ya planı müəyyənləşdirmək,
6. mərhələ: Planı tətbiq etmək,
7. mərhələ: Qiymətləndirmək.
Bir problemlə qarşılaşdığınızda onu ətraflı şəkildə öyrənmək və
xüsusiyyətlərini bilmək lazımdır. Problemi aydın və dəqiq təsəvvür
edəndə onun həlli yolları nəzərdən keçirilir. Mümkün olduğu qədər
çoxsaylı həll yolları tapmağa çalışmaq lazımdır. Bu ehtimallar arasın-
da, zəninizcə, ən yaxşı həlli təmin edən bir və ya bir neçə yol seçilir.
Seçilən həll variantı ən əlverişli vaxtda tətbiq olunur. Nəticə nəzərdən
keçirilir. İstənilən nəticə əldə olundumu? Əgər əldə olundusa hər şey
qaydasındadır. Nəticə istənilən kimi deyilsə, yenidən əvvələ qayıdıb
bu mərhələlər bir daha nəzərdən keçirmək lazımdır.
İnsanlar bir problemlə üzləşdikdə hər zaman həll yolu tapmağa ça-
lışmazlar. Bəzən hamımız effekti olmayan, yararsız yollara əl atarıq:
– Problemi qəbul etməmək, görməməzlikdən gəlmək,
– Problemlə bağlı çətinlik çəkmək, lakin bir şey etməmək,
– Həlli başqalarından gözləmək,
– Siqaret və ya içkiyə əl atmaq,
– Alın yazısı deyib, təvəkkül etmək.
Elə sizin də qeyd edəcəyiniz kimi, bunlar problemin həlliylə əlaqə-
dar şeylər deyil. Bunlar əksinə problemi və onun təsirlərini daha da
artıra bilər.
İndiyə qədər sizin özünüzə kömək mövzusunda edə biləcəyiniz iş-
lərlə bağlı proqramdan bəhs etdik. Bundan sonrakı həftələrdə müxtə-
lif müalicə variantlarını, özünüzü qorumaq, panika tutmalarının qar-
şısının alınması kimi məsələləri nəzərdən keçirəcəyik.
Barış bəy, bu günkü ev tapşırığınız bütün metodları bütövlükdə
nəzərdən keçirmək, onların arasından sizin üçün ən faydalı olanlarını
müəyyənləşdirib tətbiq etmək olacaq.
PANİKAYA QALİB GƏLMƏYƏ BAŞLAYIN
PANİKA POZUNTUSU
124
11
Əlavə müalicələr
Həkim bu həftəki müzakirə mövzularını nəzərdən keçirmişdi. Ar-
tıq Barış bəyi və Zeynəb xanımı çağıra bilərdi.
– İndiyə qədər müzakirə etdiyimiz məlumat və metodların hamı-
sını bütövlükdə araşdırdıqda belə yekunlaşdıra bilərik: Panika pozun-
tusu sizin yaşadığınız bir pozuntudur, ona görə də məsuliyyət sizin
üzərinizə düşür, nəzarət sizdə olmalıdır; o sizi öldürməyəcək və ya
dəli etməyəcək, o, sizə zərər vurmayacaq, nəhayətdə o keçib gedəcək,
dərman və psixoterapiya ən yaxşı müalicə kombinasiyasıdır: SİZ BA-
CARARSINIZ!
– Sizin vəziyyətinizi anlayan və ya panika tutması keçirdiyinizi
bilən insanlar sizə bəzi həll yollarını təklif edə bilərlər. Barış bəy belə
bir vəziyyətlə qarşılaşdınızmı?
– Vəziyyətimi çox adam bilmir. Ancaq qaynanam, öz anam, atam
və qardaşlarım, bir neçə dostum. Hamısı xoş niyyətlə kömək etməyə
çalışdı, yol göstərdi.
– Necə kömək etməyə çalışdılar?
– İlk vaxtlarda “Fikir vermə”, “O barədə düşünmə, “Ona fikir ver-
mə keçib gedər” və s. kimi məsləhətləri çox eşitdim.
– Faydası oldumu?
– Xeyr, olmadı. Mən deyəndə ki, bunların bir xeyri yoxdur, mən-
dən asılı deyil, istəmirəm mənə belə şeylər desinlər, bu məsləhətlərin
ardı gəlmədi. Bundan başqa bitki çayları təklif edənlər oldu. Bunun
infarkt ola biləcəyini deyib dərhal kardioloqa müraciət etməyi təklif
edən də tapıldı. Xoşbəxtlikdən vaxt itirmədən kardioloqa və sizə mü-
raciət etmişdik. Bunları izah etdikdən sonra təkliflər tamamilə dayan-
dı “, – dedi Barış bəy.
– Hər kəs, əlbəttə ki, kömək etməyə çalışır. Bəzən insanlar müxtəlif
variantlar axtarırlar. Bu variantların bəzisi faydasız və zərərsiz, bəzilə-
ri qismən faydalı və zərərsiz, bəziləri də faydasız və zərərli ola bilər.
Ağlınızda panika tutması ilə əlaqədar hər hansı bir qaranlıq məqamın
qalmaması üçün çalışacağam ki, bu həftə və gələn həftə bütün məlu-
matları verim.
Dostları ilə paylaş: |