20
8
Daha geniş məkan əldə etmək üçün
binanın konstruksiyasında dəyişiklik
etmək qeyri-mümkündür. Buna görə
də əlimizdə olan məkanlardan ağıllı
istifadə etməli, proqramlarımızı binanın
konstruksiyasına uyğun qaydada təşkil
etməli olduq.
Əgər binanı proqramlara görə
dəyişdirə bilmirsənsə, proqramı binaya
uyğunlaşdırmalısan.”
Torsten Reitler
“Bina doğrudan çox nəhəngdir –1400
kv. metr sahəsi var, ancaq çox sayda kiçik
otaqlara bölünmüşdür. Biz isə bir otağa
yerləşə biləcək insanların sayının çox
olmasını istərdik. Ümumilikdə 1200
insanı qəbul edə bilərik. Ancaq binada
bu qədər insanın eyni zamanda yığışa
biləcəyi otaq yoxdur.
Unikallıq elə budur – biz eyni zamanda
müxtəlif tədbirlər keçirə bilərik. Bir
otaqda teatr tamaşası göstərə, ikincidə
musiqili tədbirlər keçirə bilərik,
üçüncü otaq isə mütaliə üçün istifadə
oluna bilər. Bu, bir tərəfdən əlverişli
olsa da, məkan məhdudiyyəti ciddi
əngələ çevrilir – konsertlərə ancaq 300
tamaşaçı dəvət edə bilirik.
Biz çıxış yolu olaraq binanı tam istifadə
etməyə imkan verən tədbirlərin
keçirilməsinə qərar verdik. Belə ki,
binada dövrə vursanız bir gecədə həm
radio musiqisi, həm hard rok, həm
də texno musiqisi altında rəqs edə
bilərsiniz; bu kiçik festivala bənzəyir.
Əgər siz elektronika otağındasınızsa
ağır metal musiqisi mərtəbəsindəki səsi
qətiyyən eşitmirsiniz. Otaqlar tamamilə
təcrid olunmuşdur, ancaq istəsəniz
gedib onu da görə bilərsiniz. Divarlar
daşdan hörülüb və qalınlığı 3 metrdir.
Bir tərəfdə məhdudiyyət, digər tərəfdə isə unikal
xüsusiyyət.
proqramın binaya
uyğunlaşdırılması
“Moritzbastei” mədəniyyət mərkəzi, Leypsiq
21
22
Əvvəl müxtəlif təşkilatlardan,
əsasən də mədəniyyət sahəsinin
nümayəndələrindən, o cümlədən
musiqiçilər və rəssamlardan ibarət bir
şəbəkə vardı və onlar şəhərdə yaradıcılıq
studiyası açmaq arzusunda idi. Onlar
Pekarna-nı da belə mədəniyyət
mərkəzlərindən birinə çevirmək
istəyirdi. 1992-ci il idi.
Memarlıq studiyalarından birinin
hazırladığı eskiz layihəsi rekonstruksiya
işlərinin başlaması üçün kifayət
edirdi. Ancaq çox keçmədən işləri
dayandırmağa məcbur olduq, çünki
həmin dövr siyasi təlatümlər vaxtı idi
və körpülərin tikilməsi siyasi baxımdan
daha vacib hesab edilirdi.
Bir dəfə 1994-cü ildə kompleksə bahalı
maşınlarda kimlərinsə gəldiyindən və
ərazidə ölçmə işləri aparıldığından xəbər
tutduq. Bir nəfər bunu görmüşdü və
bizə xəbər vermişdi. Bizi kompleksi zəbt
etməyə vadar edən əsas səbəb də elə bu
oldu. Biz onu qorumaq, onun nəzərdə
tutduğumuz məqsədə uyğun vəziyyətdə
qalacağına əmin olmaq istəyirdik.
Borut Venzel
Bizim üçün təkanverici qüvvə istifadə etməyə
hazırlaşdığımız məkanın yox olma təhlükəsi idi.
9
zəbt etmək zamanı
“Pekarna magdalenske mreže”, mədəniyyət mərkəzi, Slovakiyanın Maribor şəhəri
23
24
“Fabrika mədəni məzmunu özü satın
alır və özü yaradır. Nə maliyyə fondları,
nə də sponsorlarla əlaqələrimiz yoxdur.
Bizim mədəniyyət fabrikimiz çətir
rolunu oynayır. İcarədarlarımız var və
otaqları icarə haqqı müqabilində onların
ixtiyarına veririk. İcarə haqqı yüksək
deyil və əslində bu məbləğ yaradıcı
istehsalat üçün xüsusi güzəşt sayıla
bilər. Qazandığımız vəsait maaşların və
vergilərin ödənilməsinə, binalarda cari
təmir işlərinin aparılmasına, sərgilərin
təşkilinə və keçirilməsinə kifayət
edir. Biz tamamilə müstəqil fəaliyyət
göstəririk və başqalarının maliyyə
yardımına ehtiyacımız yoxdur.
Mənim üçün pul qazanmaq və
qazandığım pulu necə xərcləyəcəyim
barədə qərar qəbul etmək kimdənsə
pul dilənmək üçün minlərlə ərizə
blankı doldurmaqdan daha asandır.
Əminliklə deyə bilərəm ki, mənə 10
saat vaxt versələr həmin müddəti qrant
almaq üçün ərizə doldurmağa deyil,
özüm üçün pul qazanmağa sərf edərəm.
Avropa panklarının müqəddəs prinsipi
budur – Hər şeyi özün et — DIY (Do it
yourself). Bilirəm ki, qrant almaq üçün
nəinki minlərlə blank doldurmalı, həm
də verilən pulları necə, nəyə xərclədiyim
barədə minlərlə hesabat yazmalıyam. Bu
mənim üçün çətin məsələdir.
Asya Filippova
10
qrantsız
“Fabrika” Yaradıcı istehsalat Mərkəzi, Moskva
25
26
11
dəyərlər yaradanlara qədər hamının
yaradıcı sahəyə münasibətini dəyişmək
lazım idi. Bu çox çətin məsələ idi, ancaq,
gördüyünüz kimi, öhdəsindən gəldik.
Aqata Etmanoviç
“Bizim fəaliyyətimizin əsasında özəl
sektorla dövlət sektoru arasında
əməkdaşlıq dayanır. “Fabryka” iki
QHT (“Chorea” teatrı və “Lodz”
incəsənət mərkəzi) ilə Lodz şəhəri
arasında bağlanmış müqavilə əsasında
yaradılmışdır. Biz bələdiyyə təşkilatı
kimi qeydiyyatdan keçmişik.
“Art_İnkubator” layihəsinin
reallaşdırılması Aİ struktur fondları
tərəfindən maliyyələşdirilmişdir.
Maraqlıdır ki, qrant mədəniyyətə,
mədəni irsin mühafizəsinə və ya
turizmə aid kanalla deyil, sahibkarlıq
fəaliyyətinin inkişafına çalışan
mənbələrdən əldə edildi. Layihə üçün
lazım olan əlavə vəsaiti Lodz şəhərinin
bələdiyyəsi təmin etdi. “Fabryka” bir
təsərrüfat vahidinə çevrilə bilmək
üçün öz fəaliyyət konsepsiyasını
dəyişdirməli, yenidən təşkilatlanmalı və
yeni funksiyaların yerinə yetirilməsinə
başlamalı oldu. Bu, son dərəcə unikal,
ancaq unikal olduğu qədər də çətin
proses idi. Rəsmi şəxsləri yeni modelə
az da olsa inandırmaq və vəsait qoymağa
(özü də külli miqdarda!) razı salmaq
lazım idi. Bunun üçün isə, qrant
alanlardan tutmuş iqtisadi və sosial
Digər sektorların özünüidarəetmə sahəsində əldə
etdiyi təcrübədən faydalanmaq mədəni fəaliyyətin
maliyyələşdirilməsi baxımından yeni imkanlar yaradır.
özəl və dövlət sektorlarının
əməkdaşlığı
Polşanın Lodz şəhərindəki “Fabryka Sztuki” incəsənət mərkəzi
Dostları ilə paylaş: |