Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə56/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

   
178  
 
A       a 
unutmaq olmaz ki, “bir inci saflığı varsa da suda, artıq içiləndə dərd 
olur o da”. 
8.
 
Hüquq tərbiyəsinə aid fikirlər. 
Şairin  “ədalətli  cəmiyyət”  konsepsiyasının  mərkəzində  duran 
başlıca ideya budur ki, ideal cəmiyyətin yaradılması birinci növbədə 
ölkə başçısının ədalətli, şahın qanun deyil, qanunların şah olmasın-
dan asılıdır. Şair öyrədir ki: 
-
 
ən  gözəl  cəmiyyət  qanunların  şahlıq  etdiyi,  haqq  -  ədalət 
tərəzisinin düzgün işlədiyi cəmiyyətdir
-
 
ədalətli  cəmiyyət  və  hüquqi  dövlət  quruculuğu  birinci  növ-
bədə ölkə başçısından, “adil hökmdar”dan asılıdır; 
-
 
ölkə başçısı birinci növbədə öz ədaləti ilə bütün vətəndaşlara 
nümunə olmalıdır; 
-
 
ən varlı və ən qüdrətli hökmdarlar yalnız “ədalətli ölkə baş-
çısı” adını qazanmaqla əbədiyyətə qovuşa bilərlər; 
-
 
qanunlara  hörmət  və  əməl  etmək  vəzifəsindən  və  mənsə-
bindən  asılı  olmayaraq  hamı  üçün  eyni  dərəcədə  vacibdir;  qanun-
çuluğu  pozan,  haqsızlığa  yol  verən  hər  bir  kəs  kimliyindən  asılı 
olmayaraq, layiq olduğu cəzanı almalıdır; 
-
 
öz  səhvini  başa  düşüb  dərindən  peşmançılıq  keçirənlərin 
günahı “adil hökmdar” tərəfindən əfv edilə bilər. 
Qeyd  olunan  mühazirəyə  aid  aşağıdakı  mövzularda  sərbəst 
işlər təklif olunur: 
1.
 
N.Gəncəvinin “kamil insan” konsepsiyası. 
2.
 
Təhsil, təlim və tərbiyənin ümumi məsələləri ilə bağlı Niza-
minin fikir və ideyaları. 
3.
 
N.Gəncəvi şəxsiyyətin formalaşmasına təsir göstərən amil-
lər haqqında. 
4.
 
Ağıl  tərbiyəsinin  mahiyyəti  və  əhəmiyyətli  ilə  bağlı 
N.Gəncəvinin fikirləri. 
5.
 
“Xəmsə”də vətənpərvərlik tərbiyəsi məsələləri. 
6.
 
Nizami poeziyasında insanpərvərlik ideyaları. 
7.
 
Dostluq və yoldaşlıq haqqında Nizaminin fikirləri. 


   
179  
 
A       a 
8.
 
Sadəlik  və  təvazökarlıq  “Xəmsə”də  əsas  əxlaqi  keyfiyyət-
lərdən biri kimi. 
9.
 
N.Gəncəvi  poeziyasında  namusluluq  və  halallıq  haqqında 
fikirlər. 
10.
 
Əməksevərlik – Nizamiyə görə mühüm əxlaqi keyfiyyətdir. 
11.
 
N.Gəncəvi  poeziyasında  ağıl,  əxlaq  və  əmək  tərbiyəsinin 
qarşılıqlı əlaqəsi. 
12.
 
“Xəmsə”də əməyə məhəbbət və əmək adamlarına hörmət 
məsələləri. 
13.
 
N.Gəncəvi poeziyasında estetik tərbiyə məsələləri. 
14.
 
İnsanın mənəvi gözəlliyi barədə N.Gəncəvinin fikirləri. 
15.
 
Nizami poeziyasında təbiət – gözəlliyin başlıca mənbələ-
rindən biri kimi. 
16.
 
N.Gəncəvi  estetik  tərbiyənin  qüdrətli  vasitələrindən  biri 
kimi musiqinin rolu haqqında. 
17.
 
İnsanın fiziki kamilliyi haqqında Nizaminin fikirləri. 
18.
 
N.Gəncəvi fiziki keyfiyyət və bacarıqlar haqqında. 
19.
 
Fiziki tərbiyənin vasitələri haqqında N.Gəncəvinin fikirləri. 
20.
 
“Xəmsə”də iqtisadi tərbiyə məsələləri. 
21.
 
N.Gəncəvinin ekoloji tərbiyə ilə bağlı fikir və ideyaları. 
22.
 
Nizaminin  hüquq  tərbiyəsi  ilə  bağlı  fikirləri  –  “ədalətli 
cəmiyyət” konsepsiyasının tərkib hissəsi kimi. 
Sərbəst  işlərin  yerinə  yetirilməsi  üçün  müəllim  mühazirədə 
qeyd  etdiyi  elmi-pedaqoji  ədəbiyyatla  yanaşı,  “Xəmsə”nin  yeni 
nəşrindən (107, 108, 109. 110, 111) istifadə etməyi məsləhət görür. 
Ali  pedaqoji  məktəblərdə  seçmə  fənn  kimi  nəzərdə  tutulan 
Sosial pedaqogika, Pedaqoji etika, Pedaqoji ustalığın əsasları, Mək-
təb  və  valideyn,  Ailə  tərbiyəsi  və  s.  kursların  tədrisi  prosesində  də 
dahi  Nizaminin  ölməz  pedaqoji  fikir  və  ideyalarından  istifadə 
imkanları  heç  də  az  deyil.  Həmin  imkanlardan  səmərəli  istifadə 
qeyd olunan kursların tədrisi keyfiyyətlərini  yüksəltmək, öyrədilən 
biliklərin həcmini genişləndirmək, onları dərinləşdirmək və daha da 
möhkəmləndirməklə yanaşı, gələcəyin müəllimlərinə dahi şairi həm 


   
180  
 
A       a 
də  bir  mütəfəkkir-pedaqoq,  böyük  tərbiyəçi  kimi  sevdirmək 
baxımından əhəmiyyətlidir. 
Ali pedaqoji məktəblərin magistratura pilləsində tədris olunan 
Ali  məktəb  pedaqogikası,  Ümumi  pedaqogika,  Pedaqogika  tarixi, 
Pedaqogikanın  müasir problemləri və s.kursların  tədrisi prosesində 
də  dahi  şairin  təhsil, təlim  və  tərbiyəyə  aid  hikmətli  kəlamlarından 
istifadə etmək mümkün və zəruridir. Magistr dissertasiyası mövzu-
larını müəyyənləşdirərkən dahi şair-pedaqoqu unutmaq olmaz. 
Beləliklə,  qeyd  olunan  çoxsaylı  nümunələr,  konkret  misallar 
göstərir  ki,  ali  pedaqoji  məktəblərin  hər  iki  pilləsində  pedaqogika 
elminin bütün sahələrinin (qollarının) tədrisi prosesində dahi Niza-
minin  sonsuz  dəryaya  (təhsil,  təlim,  tərbiyəyə  aid  söz  inciləri  ilə 
dolu), tükənməz xəzinəyə bənzəyən pedaqoji fikir və ideyalarından 
istifadənin  imkanları  geniş,  vasitə  və  yolları  müxtəlif,  əhəmiyyəti 
şübhəsizdir. 
 
 
2.2.
 
Nizami Gəncəvinin fəlsəfi-psixoloji   
görüĢlərinin öyrədilməsi 
 
Pedaqoji görüşləri kimi, dahi mütəfəkkirin fəlsəfi baxışları da 
indiyədək  onun  adına  layiq  səviyyədə  tədqiq  olunmamışdır.  Doğ-
rudur,  ölkəmiz  öz  müstəqilliynə  qovuşduqdan  (1991-ci  il)  sonrakı 
qısa  zaman  kəsiyində,  formalaşmaqda  olan  milli  ideologiyamız 
işığında  dahi  mütəfəkkirin  fəlsəfi-elmi  baxışlarının  öyrənilməsinə 
həsr olunan tədqiqat işlərinin miqyası xeyli genişləndirilmiş, bir sıra 
dəyərli  əsərlər,  monoqragiyalar  çap  olunmuşdur.  (47,  50,  127) 
Lakin bütün bunlar dahi mütəfəkkirin zəngin fəlsəfi baxışları müqa-
bilində yetərli hesab oluna bilməz. Dahi mütəfəkkirin fəlsəfi baxış-
larının  ali  məktəblərdə  öyrədilməsi  işinin  səviyyəsini  də  yetərli 
hesab  etmək  çətindir.  Belə  ki,  müstəqillik  illərində  Azərbaycanın 
filosof  alimləri  tərəfindən  ali  məktəblər  üçün  yazılmış  fəlsəfə 
dərslikləri  və  dərs  vəsaitlərində  dahi  Nizaminin  fəlsəfi  görüşlərinə 
layiq olduğu səviyyədə yer verilməmişdir. Fikrimizi əsaslandırmaq 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə