Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə57/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

   
181  
 
A       a 
üçün son illərdə  işıq üzü görmüş  bir neçə dərslik və dərs vəsaitini 
nəzərdən keçirək. 
Prof.  Ağayar  Şükürovun  “ali  məktəblər  üçün  dərslik”  kimi 
işıq üçü görmüş “Fəlsəfə”sində 492 səhifəlik materialın cəmi yarım 
səhifəsi  N.Gəncəviyə  həsr  olunmuşdur.  (bax:  126,  səh.194  –  195) 
Dərslikdə  proqram  materialının  şərhi  prosesində  dahi  mütəfəkkirə 
heç bir istinad edilməmişdir. 
Prof. A. Şükürovun “Fəlsəfə”sindən fərqli olaraq, prof. Maq-
sud Fərhadoğlunun “Fəlsəfənin əsasları” dərsliyində dahi Nizaminin 
fəlsəfi  görüşləri  haqqında  xeyli  material  (beş  səhifəyə  yaxın) 
verilmişdir. (bax: 128, səh.73-78) Belə ki, dərsliyin “XIV – XVIII 
əsrlər Azərbaycan fəlsəfəsi” adlanan IV fəslində Nizami Gəncəviyə 
xüsusi  yer  verilmiş,  burada  mütəfəkkir-şairin  fəlsəfi  görüşlərinin 
yığcam səviyyəsi öz əksini tapmışdır. Müəllif burada dahi Nizamini 
haqlı  olaraq,  “intibah,  yeni  dövr  və  maarifçilik  fəlsəfəsinin”  gör-
kəmli nümayəndələrindən biri kimi təqdim etmişdir. Bütün bunlarla 
yanaşı,  böyük  təəssüf  hissi  ilə  qeyd  etmək  lazımdır  ki,  müəllif, 
fəlsəfənin  əsas  kateqoriyaları  və  anlayışlarının  şərhi  zamanı  Qərb 
ölkələrinin  bir  çox  filosoflarının  fikirlərinə  dönə-dönə  müraciət 
etdiyi  halda,  “Şərq  intibahının  zirvəsi  olan  humanist  ideyaların” 
müəllifi  adlandırdığı  (yenə  orada,  səh.73)  N.Gəncəvinin  poetik 
irsinə heç bir yerdə istinad etməmişdir. Halbuki, prof. M.Fərhadoğ-
lunun özünün də dərslikdə qeyd etdiyi kimi, dahi Nizaminin “varlıq, 
kainat, insan, idrak,  cəmiyyət,  əxlaq və s.məhfumlara münasibətini 
ifadə” edən dəyərli fəlsəfi-poetik fikirləri kifayət qədərdir. Belə la-
konik ifadə tərzinə malik fəlsəfi-poetik fikirlərdən mücərrəd fəlsəfi 
kateqoriya və anlayışların şərhi prosesində istifadə etmək həm mü-
rəkkəb dərslik materialının yorucu olmasını aradan qaldırar, həm də 
dahi şairin eyni zamanda böyük mütəfəkkir-filosof, Şərq intibahının 
ən  görkəmli  nümayəndələrindən  biri  kimi  öyrənilməsinə  və  gənc 
nəslə – gələcəyin filosoflarına sevdirilməsinə xidmət edərdi. 
Fikrimizi  əsaslandırmaq  üçün  bir  neçə  konkret  misala  diqqət 
yetirək. Haqqında danışdığımız dərsliyin VI fəsli “Varlıq və materi-
ya” adlanır. (128, 122 – 138) Burada varlıq kateqoriyasının mahiy-


   
182  
 
A       a 
yəti, həyati kökləri və növləri; materiya anlayışının formalaşması və 
mahiyyəti;  hərəkət,  məkan  və  zaman  və  s.məsələlər  şərh  olunur. 
Həmin məsələlərin şərhi müxtəlif fəlsəfi cərəyanların nümayəndələ-
rinin (Platon, Aristotel, Fales, Anaksimen, Heraklit, F.Engels və s.) 
fikirləri  əsasında  verilmişdir.  Məlum  olduğu  kimi,  qeyd  olunan 
fəlsəfi  kateqoriya  və  anlayışlar  (varlıq,  hərəkət,  materiya,  zaman, 
məkan və s.) haqqında Şərq mütəfəkkirlərinin, o cümlədən, dahi Ni-
zaminin də dəyərli fikirləri mövcuddur və onlara istinad edilməsinin 
əhəmiyyəti  şübhəsizdir.  Məsələn,  dərslikdə  müəllif  dünyanın  ilk, 
mütləq başlanğıcını, əsasını şərh edərkən bunu suda görən Falesin, 
havanı  birinci  hesab edən Anaksimenin,  odu  əsas kimi  qəbul  edən 
Heraklitin  fikirlərinə  istinad  edir.  Həmin  fikirləri  ümumiləşdirən 
mühazirə  müəllimi,  dahi  Nizaminin  qədim  yunan  filosofu  Empe-
doklun kainatın əsasının dörd ünsürdən (od, su, hava, torpaq) ibarət 
olması  fikrinə  üstünlük  verdiyini  qeyd  edir  və  “İsgəndərnamə” 
poemasında aşağıdakı misraları auditoriyanın diqqətinə çatdırır: 
 
Onlardan birinci – işıqlı oddur, 
Dünyanın ən yüksək tağı da odur. 
İkinci küləkdir, hərəkətdədir
Hərəkət etməzsə, bilinməz nədir. 
Üçüncü – sudur ki, təravət verər, 
Hər şeyə gözəllik, lətafət verər. 
Dördüncü torpaqdır tapdayır, əyyam, 
Tapdanan köksündən toz qalxır müdam... (37, 496) 
 
Qeyd olunan mövzunun (“Varlıq və materiya”) tədrisi zamanı 
“Hərəkət” kateqoriyasının mahiyyətini şərh edərkən bu barədə digər 
filosoflarla yanaşı, dahi Nizaminin də özünəməxsus baxışlarına isti-
nad etmək, böyük mütəfəkkirin materiyanın yaranmasında hərəkətin 
rolunu necə yüksək qiymətlədirdiyini sübut edən aşağıdakı misrala-
rına diqqəti cəlb etmək faydalı olar: 
 


   
183  
 
A       a 
Əvvəl mövcud oldu tək bir hərəkət
Onu iki yerə ayırdı sürət. 
Bir-iki hərəkət gəlib bir yerə, 
Yeni bir hərəkət doğurdu hərə. 
Əvvəlki hərəkət ayrıldı yenə, 
Bu üçü qoşuldu biri-birinə 
Üç xətt zahir oldu üç hərəkətdən, 
Üç dövrə yarandı ondakı xətdən. 
Mərkəzdən ayrıldı həmin dövrələr, 
Yaranıb ortaya çıxdı bir cövhər. 
Cövhər keşməkeşdən doğub parladı, 
“Hərəkət eyləyən cism” oldu adı. (37, 494) 
 
Məlum olduğu kimi, fəlsəfənin başlıca kateqoriyalarından biri 
“insan”  məfhumudur.  Təsadüfi  deyil  ki,  prof.  M.Fərhadoğlu  “Fəl-
səfənin  əsasları”  dərsliyində  “insan”  kateqoriyasının  öyrədilməsinə 
xüsusi  fəsil  (VII  fəsil)  ayırmış  və  burada  insan  probleminin  fəlsəfi 
təhlilinin aktuallığı, antropososiogenez və onun kompleks xarakteri, 
insana tarixi-fəlsəfi baxış,  insanda təbii  (bioloji)  və ictimai (sosial) 
amillərin  vəhdəti,  insan  həyatının  mənası,  həyat  və  ölüm  və  s. 
məsələlərin  mahiyyətini  yığcam  şərh  etməyə  çalışmışdır.  Həmin 
məsələlərlə  bağlı  dahi  Nizaminin  çox  dəyərli  fikirlərinin  kifayət 
qədər  olduğuna  baxmayaraq,  müəllif  onlara  istinad  etməmişdir. 
Dərslikdəki  bu  boşluğu  doldurmaq  məqsədilə  mühazirə  müəllimi 
dahi  Nizaminin  “insan  konsepsiyasından”  bəzi  fikirləri  seçib  öz 
şərhinə  daxil  edə  bilər.  Məsələn,  insanı  “ictimai  varlıq”  kimi 
səciyyələndirərkən  bu  barədə  Aristotelin  (“insan  ictimai  heyvan-
dır”)  və  K.Marksın  (“insan  ictimai  münasibətlərin  məcmuyudur”) 
dərslikdə  verilmiş  fikirləri  ilə  yanaşı,  dahi  Nizaminin  müvafiq 
kəlamlarına da müraciət etmək daha səmərəli nəticə verə bilər. Belə 
kəlamlardan bir neçəsinə diqqət yetirək: “Əgər insansansa, insanları 
sev”, “İnsanla yaşayan mərddir, kişidir; kimsəni sevməmək namərd 
işidir”, “Vəhşi ilə dost olan vəhşi də olar” və s. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə