Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə59/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   56   57   58   59   60   61   62   63   64

   
187  
 
A       a 
Bir kəs ki, əql ona ad verib: Qadir, 
Özü bildiyini özü nəql edir. 
Ayrıca yaradıb o, hər gövhəri
Vasitə olmayıb burda digəri. 
Hər gövhər bəzənib kəmalə yetdi
Ortadan ixtilaf, ziddiyyət getdi. 
Bir zidd qüvvələri bir yerə qatdı, 
Ağıllı, hünərli insan yaratdı. 
Bircə qarışqanın qanadında sən 
Tanrı qüdrətini görə bilərsən!” (37,499) 
 
Görün, cəmi bir neçə misrada dahi şair qədim yunan filosofu 
Platonun  (Əflatunun)  dünyanın  yaranamaması  haqqında  fəlsəfi 
baxışlarını necə lakonik və dəqiq ifadə etmişdir. Burada “zidd qüv-
vələr”  dedikdə,  şair,  bir-birinə  zidd  keyfiyyətlərə  malik  olan  dörd 
ünsürü (su, od, hava, torpaq) nəzərdə tutmuşdur. Şair poetik ifadə-
lərlə  bildirir  ki,  Əflatunun  fikrirnə  görə,  dünyada  hər  bir  şey, 
həmçinin,  “ağıllı,  hünərli  insan”  hər  şeyə  qadir  olan  Allah  tərə-
findən yaradılmışdır. 
Digər fəlsəfə dərslikləri və dərs vəsaitlərində də dahi Nizami-
nin  fəlsəfi  görüşlərinə  zəruri  diqqət  yetirilməmiş,  Şərqin  böyük 
mütəfəkkirlərindən biri  kimi  ona layiq  olduğu səviyyədə  yer  ayrıl-
mamışdır. (bax:132;133; 134 və s.) 
Müstəqilliyimizin  ilk  illərində  işıq  üzü  görmüş  fəlsəfə  üzrə 
dərslik və  dərs vəsaitlərində dahi  Nizamiyə layiq olduğu qədər  yer 
verilməməsinin  günahını,  əlbəttə,  müəlliflərdə  görmək  düzgün  ol-
mazdı. Çünki Azərbaycanda sovet hakimiyyəti illərində dahi mütə-
fəkkirin  fəlsəfi  baxışları  dövrün  tələblərinə  uyğun  olaraq,  “mark-
sizm-leninizm”  ideologiyası  baxımından  birtərəfli  qaydada  tədqiq 
olunmuş, həm də kifayət qədər öyrənilməmişdir. Müstəqilliyimizin 
ilk illərində isə yuxarıda qeyd etdiyimiz bəzi əsərlər istisna olmaqla 
(həmin  əsərlər  də  kommunist  ideologiyasının  təsirindən  tam  azad 
deyildir), dahi şairin fəlsəfi baxışlarının obyektiv və hərtərəfli öyrə-


   
188  
 
A       a 
nilməsinə həsr olunan fundamental tədqiqatlar demək olar ki, aparıl-
mamışdır. 
Təkcə dahi Nizaminin deyil, Azərbaycanın digər görkəmli fi-
losoflarının  (Bəhmənyar,  E.Miyanəçi,  Ş.Sührəvərdi,  S.Urməvi, 
N.Tusi,  M.  Şəbüstəri  və  s.)  da  dərslik  və  dərs  vəsaitlərində  lazımi 
yer almamasının səbəblərindən birini “Fəlsəfənin əsasları” dərsliyi-
nin  müəllifi  prof.  M.Fərhadoğlu  belə  izah  edir:  “...  fəlsəfi  elmlər 
üzrə müasir dövrün tələblərinə cavab verən, bəşəri-fəlsəfi sərvətləri 
və  milli  fəlsəfi  dəyərləri  vəhdətdə  əks  etdirən  dərsliklər  və  dərs 
vəsaitləri  hazırlanmasında  əsaslı  bir  iĢ  görülməmiĢdir.  Bunun  bir 
sıra səbəbləri vardır: əvvəla, keçmiş SSRİ şəraitində ictimai elmlər 
üzrə  dərslik,  dərs  vəsaitləri  və  proqramlar  mərkəzləşmiş  qaydada, 
ancaq Moskvada hazırlanır, milli respublikalarda isə onlardan tərcü-
mə  olunmaqla  istifadə  edilirdi;  ikincisi  də,  milli  respublikalarda 
həmin fənlər üzrə  dərsliklər və  dərs vəsaitləri hazırlamaq təcrübəsi 
olan müəlliflər çox az idi” (128,3). 
Akademik  R.Mehdiyev  prof.S.Xəlilovun  “Fəlsəfə  :  tarix  və 
müasirlik” (Fəlsəfi komparativistika) kitabına yazdığı “Fəlsəfi fikir 
tarixinin  aktual  problemləri”  adlı  “Ön  söz”də  bu  vəziyyəti  keçid 
dövrünün  xüsusiyyətləri  ilə  əlaqələndirir:  “Marksizm-leninizm  fəl-
səfəsindən və bütövlükdə kommunist ideologiyasından imtina etmiş 
Azərbaycan  onun  əvəzinə  yeni  bir  ideologiya  və  yeni  bir  fəlsəfi 
sistem  düşünməyə  macal  tapmadan,  keçid  dövrünün  ziddiyyətləri 
ilə üz-üzə dayanmalı oldu. Müstəqil dövlət quruculuğu prosesi milli 
özünüdərk  axtarışlarını  sürətləndirsə  də,  müstəqilliyin  ilk  illərində 
yeni  ideologiyanın,  milli  fəlsəfi  fikrin  formalaşması  və  ictimai 
şüurun inertliyi artıq hərəkətə gəlmiş böyük ictimai-siyasi proseslə-
rin elmi əsaslarla idarə olunmasına imkan vermədi... 
Müstəqillik  əldə  etmiş  bir  xalqın  öz  siyasi  və  iqtisadi  azad-
lığını təmin etmək istiqamətindəki fəaliyyəti  müstəqil dövlət və tə-
sərrüfat quruculuğu ilə yanaşı, ilk növbədə milli tarixin, ədəbiyyatın, 
mədəni-mənəvi  dəyərlərin  yenidən  nəzərdən  keçirilməsi,  kommu-
nist  ideologiyasının  təsirindən  azad  edilməsi  ilə  müşayiət  olunur” 
(130, 3 – 4). 


   
189  
 
A       a 
Hörmətli  akademikin  bu  konseptual  müddəası  baxımından 
dahi Nizaminin zəngin elmi-ədəbi, mədəni-mənəvi irsinin “yenidən 
nəzərdən  keçirilməsi”  və  “kommunist  ideologiyasının  təsirindən 
azad  edilməsi”  istiqamətində  aparılan  elmi-tədqiqat  işlərinin  təhlili 
göstərir ki, həmin işlər hələlik qaneedici səviyyədə deyildir. Şübhə 
etmirik ki, milli fəlsəfi fikrin formalaşması prosesi gücləndikcə dahi 
Nizaminin  zəngin  fəlsəfi  baxışları  olduğu  kimi  –  kommunist 
ideologiyasının  təsirindən  tamamilə  azad  şəkildə  öyrəniləcək  və 
öyrədiləcək;  o,  Azərbaycan  fəlsəfi  fikir  tarixində  öz  layiqli  yerini 
tutacaqdır. 
Dahi  şairin fəlsəfi baxışlarının öyrənilməsində və öyrədilmə-
sində  xüsusi  xidmətləri  olan  prof.Zakir  Məmmədov  “Azərbaycan 
fəlsəfəsi tarixi” adlı irihəcmli (328 səhifə) və dərin məzmunlu kita-
bında  dahi  Nizamiyə  geniş  yer  (10  səhifə)  vermiş,  onun  fəlsəfi 
görüşlərini  belə  ümumiləşdirmiş  və  dəyərləndirmişdir:  “Beləliklə, 
Nizami Gəncəvinin fəlsəfi düşüncələri: Allah və mövcudat, insan və 
cəmiyyət, elm və idrak haqqında mühakimələri öz parlaq məzmunu 
və  mühüm  elmi  dəyəri  etibarilə  dövrün  zəngin  ideologiyası 
səviyyəsində idi” (131, 171). Hörmətli filosof-alimin bu elmi qəna-
ətini  təqdir  etməklə  yanaşı,  buradakı  bir  məqama  (“dövrün  zəngin 
ideologiyası  səviyyəsində  idi”)  öz  münasibətimizi  bildirməyi  məq-
sədəuyğun  hesab  edirik.  Fikrimizcə,  dahi  Nizaminin  bir  çox  mütə-
rəqqi fəlsəfi ideyaları, xüsusilə, “kamil insan”, “ədalətli cəmiyyət”, 
“təbiəti  mühafizə”  konsepsiyaları  öz  dövrünün  səviyyəsindən  çox 
yüksəkdə dayanması ilə fərqlənir. Təəssüflər olsun ki, öz zamanını 
səkkiz  əsrdən  daha  çox  qabaqlayan  dahi  mütəfəkkirin  qeyd  olunan 
konsepsiyalarının mahiyyəti indiyədək tam açılmayıb. Ona görə də, 
onun  fəlsəfi  baxışlarının  gənc  nəslə  öyrədilməsi  tələb  olunan 
səviyyədə deyildir. 
Psixologiya  fənni  üzrə  Sovet  dövründə çap olunan dərslik  və 
dərs  vəsaitlərində  də  dahi  Nizaminin  psixoloji  görüşlərinə  səthi 
münasibətin şahidi oluruq. Çünki həmin kitablar da pedaqogika və 
fəlsəfə  dərslikləri  kimi  Moskvada  rus  alimləri  tərəfindən  hazırla-
nırdı.  Ona  görə  də,  bu  kitablarda  dahi  şairin  demək  olar  ki,  adına 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə