Bayram Apoyev



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə61/64
tarix26.09.2018
ölçüsü1,83 Mb.
#70952
1   ...   56   57   58   59   60   61   62   63   64

   
193  
 
A       a 
Prof. Ə.Əlizadə dahi şairin psixoloji görüşlərinin bu cəhətinə 
xüsusi  əhəmiyyət  verərək  yazır:  “Yaş  və  pedaqoji  psixologiya 
önəmli  elm  sahəsi  kimi  XIX  əsrin  sonları  XX  əsrin  əvvəllərində 
formalaşıb... Azərbaycan psixologiyasında isə artıq XII əsrdə böyük 
Nizami  Gəncəvinin  yaradıcılığında  yaş  və  pedaqoji  psixologiya 
önəmli hadisə olmaqla yanaşı, Azərbaycan psixologiyasında maarif-
çilik  ideologiyası  ənənələri  ilə  bağlı  idi”  (140,  4).  Belə  olan  halda 
adı çəkilən dərs vəsaitində dahi şairin yaş və pedaqoji psixologiyaya 
aid  “bənzərsiz  sisteminə”  cəmi  bircə  dəfə  (o  da  epizodik)  istinad 
edilməsini düzgün hesab etmək olarmı? 
Ali pedaqoji məktəblər üçün psixologiya fənni üzrə dərslik və 
dərs  vəsaitlərinin  təhlili  göstərir  ki,  burada  Nizaminin  psixoloji 
görüşlərindən faydalanmaq baxımından geniş imkanlar mövcuddur. 
Həmin  imkanların  səmərəli  vasitə  və  yollarla  həyata  keçirilməsi 
psixologiyanın  tədrisi  keyfiyyətini  yüksəltmək  baxımından  üçqat 
əhəmiyyət  kəsb edir. Birincisi,  bu,  psixologiyaya aid  elmi  anlayış-
ların (şəxsiyyət, hiss duyğu, qavrayış, idrak, təfəkkür, təxəyyül, ağıl, 
diqqət,  hafizə,  unutma,  müqayisə,  iradə,  özünüdərk,  özünüqiymət-
ləndirmə,  vərdiş,  adət,  motivasiya,  temperament  və  s.)  daha  dərin-
dən və daha asanlıqla mənimsənilməsi, öyrənənlərin idrak maraqla-
rının inkişafı üçün əlverişli psixoloji zəmin yaradır. 
İkincisi,  “XII  yüzillikdə  dünya  psixologiyasına  Nizami  Gən-
cəvi  kimi  dahi  mütəfəkkir  bəxş  etmiş”  (Ə.Əlizadə,  Z.Cavadova) 
“Azərbaycan  psixologiyası”nın  inkişaf  tarixinin  zənginliyini  sübut 
edir, həmin tarixin öyrənilməsinə maraq oyadır. 
Üçüncüsü, dahi şairin eyni zamanda, təkcə Azərbaycan deyil, 
dünya  psixoloji  fikir  tarixinə  “çox  zəngin,  orijinal  psixoloji  ideya-
lar” (Ə.S.Bayramov) bəxş edən bir psixoloq kimi tələbələrə tanıdıl-
masına xidmət edir ki, bu da onlarda milli şüurun və vətənpərvərlik 
hisslərinin inkişafına səbəb olur. 
Bu  əhəmiyyəti  nəzərə  alan  psixologiya  müəllimləri  müvafiq 
kursların  və  mövzuların  tədrisi  prosesində  dahi  şairin  psixoloji 
görüşlərini  əks  etdirən  hikmət  dolu  poetik  ifadə  və  kəlamlarından 
istifadəyə geniş yer verməyi “dünya ədəbiyyatında ilk dəfə psixoloq 


   
194  
 
A       a 
obrazını yaradan” N.Gəncəvinin ölməz ruhu qarşısında özləri üçün 
mənəvi  borc  hesab  etsələr,  tədris  etdikləri  fənnin  daha  dərindən 
öyrədilməsinə və tələbələrə sevdirilməsinə nail ola bilərlər. Bu işdə 
onlar  prof.  Ə.Əlizadə  və  dosent  Z.Cavadovanın  birgə  yazdıqları 
“Nizami Gəncəvinin psixoloji görüşləri” adlı kitabdan, eləcə də prof. 
Ə.S.Bayramovun “Nizami Gəncəvinin yaradıcılığında etnopsixoloji 
məsələlər”  əsərindən,  T.T.Babayevanın  “Nizami  Gəncəvinin  ədəbi 
irsində şəxsiyyət problemi” monoqrafiyasından istifadə edə bilərlər. 
Nümunə  üçün  “özünüdərk”  və  “özünüqiymətləndirmə”  anla-
yışlarının  mahiyyətini  şərh  edərkən  dahi  şairin  müvafiq  fikirlərin-
dən  istifadəni  nəzərdən  keçirək.  Məlum  olduğu  kimi,  qeyd  olunan 
anlayışlar həm “Ümumi psixologiya”, həm də “Pedaqoji psixologi-
ya”  kurslarında  öyrədilir.  Müvafiq  mövzuların  tədrisi  prosesində 
həmin  anlayışların  mahiyyətini  şərh  edərkən,  müəllim,  dahi  şairin 
müdrik poetik kəlamlarından söz əyaniliyinin mühüm vasitələrindən 
biri  kimi  istifadə  edir.  Müəllim  əvvəlcə  qeyd  edir  ki,  dahi  Niza-
minin poeziyasında “özünüdərk” və “özünüqiymətləndirmə” məsə-
lələri  mühüm  yer  tutur.  Onun  qəti  inamına  görə:  “Öz-özünü  başa 
düşən  şəxsə  ölüm  yoxdur”,  amma  nəqşini  (öz  mənini,  kimliyini) 
bilməyən  fanidir,  yəni  özündən xəbərdar olmayan kəslər “bir qapı-
dan  girər,  digərindən  çıxar”.  Başqa  sözlə,  dünyaya  nadan  gəlib, 
nadan  kimi  də  dünyadan  köçər...  Buna  görə  də  insan  bir  şəxsiyyət 
kimi özünü dərk etməli, özünü yaxşı tanımalıdır” (138, 104). 
Daha sonra müəllim ümumidən  xüsusiyə, mücərrəddən kon-
kretə, induksiyadan  deduksiyaya keçərək, “Leyli və Məcnun” poe-
masında  şairin  oğlu  Məhəmmədə  etdiyi  nəsihətdən  aşağıdakı  par-
çanı tələbələrin nəzərinə çatdırır: 
 
Hərçəndi sənətin çox rütbəsi var
Həyata faydalı bir elmi axtar. 
Bu əyri cizgilər cədvəlində sən 
Özünü şərh edib özünü öyrən! 
Ol öz vicdanının sirrinə açar
Çünki bu mərifət qəlbə nur saçar. (74, 65) 


   
195  
 
A       a 
 
Bu hikmətli misraların təhlilini ümumiləşdirən müəllim əlavə 
edir ki, dahi Nizami “insanın özünü öyrənməsini onun dünyanı öy-
rənməsi kontekstində nəzərdən keçirirdi” (138, 105). Ona görə də, o, 
“Yeddi gözəl” poemasında məsləhət görür ki: 
 
Sən çalış yaxşıca öyrən dünyanı, 
Bəşəri, bitkini, daşı, heyvanı. (64, 43) 
 
Çünki: Qalacaq əbədi nə şey dünyada
Öyrən günlərini vermədən bada. 
Kim ki, öz-özünü düşmüşdür başa, 
Ona ölüm yoxdur, o ölməz, haşa. 
Nəqşini bilməyən fanidir, fani, 
Baqi say bu nəqşi bilən insanı. (yenə orada) 
 
“Özünüqiymətləndirmə” anlayışının mahiyyətini açıqlayarkən 
müəllim  qeyd  edir  ki,  “Nizaminin  fikrincə,  insanın  özü  özü  üçün 
“ən  yaxşı  parlayan  aynadır”.  İnsan  özünü  bilmək  üçün  “uzaq  fə-
ləklərlə  oyuna  girməməli”,  öz aynasına baxmalıdır.  Lakin  insan bu 
“parlayan aynada” özünün yaxşı cəhətlərini bütün təfərrüatı ilə gö-
rür, hətta onları böyüdüb şişirdir, ancaq öz nöqsanlarını görə bilmir” 
(138,  105).  Şairə  görə,  insanın  özünü tanıması  üçün  özünü  düzgün 
qiymətləndirməsi,  öz  nöqsanlarını  görməsi,  “öz  ayranına  turş” 
deməyi bacarması vacibdir: 
 
Tanısan özünü, köçsən dünyadan
Yenə bu dünyada yaşayacaqsan. 
Özündən hər kim ki deyil xəbərdar, 
Bir qapıdan girər, birindən çıxar. 
Qapı tüstüsüzdür, pəncərə tozsuz
Günəşə bir baxan tapılmaz əfsus. 
Heç kəs öz könlünə tutmayır irad, 
Odur varlığını eyləməz abad. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə