Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə131/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   127   128   129   130   131   132   133   134   ...   137

405

QEYDLƏR


nubi Qafqazda ilk demokratik müsəlman dövləti haqqında materialları, o 

cümlədən Fövqəladə Təhqiqat Komissiyasının sənədlərini təqdim etmişdir. 

1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 

Parisdə mühacirətdə qalmış, Azərbaycan mühacirətinin siyasi həyatında 

fəal iştirak etmişdır. 1934-cü ildə Parisdə vəfat etmişdir. Mart hadisələri za-

manı erməni əsgərləri tərəfindən həbs olunmuşdur.

99

Mamona - bəzi qədim xalqlarda sərvət, dövlət allahı, tamahkarlıq, ac-



gözlük mənasında da işlədilir.

100


Larionovun xəstəxanası – doktor P.A.Larionovun cərrahlıq və qadın 

xəstəxanası, Bazarnaya və Qubernskaya küçələrində (Azərbaycan və Niza-

mi) yerləşən tibbi müəssisə. Bakının keçmiş İctimai Şəhər rəisi, andlı ic-

lasçı Y.N.Smirnovun xanımına məxsus idi. Hazırda – stomatoloji klinika.

101

Korqanov (Korqanyan) Qriqori Nikonoviç – (1886-1918), bolşevik 



xadimi. 1917-ci il fevral inqilabından sonra Qafqaz inqilabi ordu təşkilat-

larının yaradılmasında fəal iştirak etmişdir. 1918-ci il martın 30-dan 31-

nə keçən gecə azərbaycanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmək 

üçün “Bakı və onun rayonlarında ali hərbi-siyasi orqan” adı ilə yaradılmış 

“İnqilabi Müdafiə Komitəsi”nə daxil idi. Bakıda 1918-ci ilin mart hadisələri 

günlərində dinc azərbaycanlı əhalisinə qarşı şəhərin müsəlman hissələ-

rində hərbi əməliyyatlar aparan Qızıl Ordunun bolşevik-daşnak briqadala-

rının hərbi əməliyyatlarına başçılıq etmişdir. 1918-ci ilin aprelindən Bakı 

Xalq Komissarları Sovetində hərbi-donanma işləri üzrə xalq komissarı. Şa-

umyanla birlikdə Amazaspın cəza dəstələrinin Quba qəzasına göndərilmə-

si haqqında qərar qəbul etmişdir. Bakının azad olunması uğrunda gedən 

döyüşlərdə Türk-Azərbaycan silahlı qüvvələrinə qarşı hərbi əməliyyatların 

təşkilatçılarından biri olmuşdur. 1918-ci il sentyabrın 20-də 26 Bakı Komis-

sarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir. 

102

Əhmədov Əsədulla – (?-?), tanınmış ictimai-siyasi xadim, Bakı şəhər 



Dumasının üzvü. Bakı müsəlman xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü

“Nəşri-maarif” müsəlman maarifçilik cəmiyyətinin təsisçilərindən biri. 

Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü. Azər-

baycan Xalq Cümhuriyyəti dövründə AXC Parlamentinin deputatı. Bitərəf-

lər fraksiyasına daxil idi, bu fraksiyada baş vermiş parçalanmadan sonra 

“Müsavat” fraksiyasına keçmişdir.

103

Kojemyako D.İ. – ( ? - ? ), bolşevik, RSDFP üzvü, peşəsi üzrə çilingər, 



bir sinifli xalq məktəbini bitirmişdir. Partiya tapşırığı ilə həmkarlar ittifaq-

larında, həmçinin istintaq orqanları, hərbi tribunallar, əmək məhkəmələ-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

406


rində müstəntiq işləmişdir. 1918-ci ildə Bakıda bolşevik hakimiyyətinin 

Bakı və Şamaxı hadisələrindən sonra, əsasən müsəlman əhalisini, xüsusilə 

Bakıya və Azərbaycanın digər qəzalarına axışmış minlərlə Şamaxı qaçqın-

larını sakitləşdirmək məqsədilə yaratdığı Fövqəladə Hərbi Təhqiqat Komis-

siyasının (FHTK) sədri təyin edilmişdir. Komissiya Stepan Lalayev başda 

olmaqla erməni hərbi hissələrinin Şamaxının dinc müsəlman əhalisinə 

qarşı törətdikləri amansız vəhşilikləri, o cümlədən içi qadın və uşaqlarla 

dolu Şamaxı məscidinin tamamilə yandırılması faktlarını araşdırmalı idi. 

Komissiyaya daxil olan, o cümlədən Şamaxının rus keşişindən alınmış 

sənəd-şəhadətlər əsasında Kojemyako istintaq apararaq S.Lalayevi həbs et-

mişdir. Lalayev elə kabinetdən S.Şaumyana zəng etmiş, Kojemyakonu tele-

fona çağıran Şaumyan onu “bu nə oyunlardır, Lalayevi həbs etmək ayıbdır” 

deyə məzəmmət etmişdir. S.Lalayev azadlığa buraxılmış, bir neçə gündən 

sonra FHTK ləğv edilmişdir. Sovet dövrü Kojemyako yenidən Ədliyyə Xalq 

Komissarlığı (ƏXK) orqanlarında işə göndərilmişdir. Hüquq kurslarında 

dərs demiş, Sovet Ticarət İşçiləri İttifaqında hüquq məsləhətçisi işləmiş-

dir. 1926-cı ildə ƏXK-da qanunvericilik şöbəsinə hüquq məsləhətçisi təyin 

edilmişdir. 1927-ci ilin yanvarında bu sahədə zəruri nəzəri və praktiki bilik-

lərə malik olmadığını əsas gətirərək işləməkdən imtina etmişdir: “Mənim 

ƏXK-na öz iradəmlə deyil, partiya tərəfindən göndərildiyim üçün... hesab 

edirəm ki, mən kommunist kimi partiya qarşısında bütün öhdəliklərimi 

yerinə yetirmişəm və mənim ƏXK-da bundan sonrakı fəaliyyətim onun bü-

dcəsi üçün artıq xərcdir. Məvacib alıb, heç bir fayda gətirməməyi isə mən 

namuslu kommunist kimi bacarmıram...” Lakin, ƏXK Az.KP MK-nın razılı-

ğı olmadan Kojemyakonun işdən azad olunmaq barədə xahişini yerinə ye-

tirməmiş, onun özbaşına işə gəlməməyi isə partiya intizamının pozulması 

kimi qiymətləndirilmişdir. Kojemyakonun Bakı şəhəri üzrə Xalq hakimi 

vəzifəsinə keçirilməsi məsələsi - bu orqanda “bir nəfər də partiya üzvünün 

olmadığı” nəzərə alınmaqla – müzakirə olunmuşdur. Sonrakı taleyi məlum 

deyildir.      

104

Heydərov İbrahim Qasım bəy oğlu – (1879 - ?), yol mühəndisi, Dağıs-



tandan və Zaqatala dairəsindən III Dövlət Dumasının deputatı, sosial-de-

mokrat fraksiyasına daxil idi, sonra müsəlman fraksiyasına keçmişdir. 

Bakı şəhər idarəsinin üzvü. 1907-ci ildən “Nəşri-maarif” müsəlman maa-

rifçilik cəmiyyətinin idarə heyətinin üzvü. 1914-cü ilin yanvarından “Səfa” 

müsəlman xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü, 1916-cı ilin martın-

dan “Nicat” müsəlman xeyriyyə cəmiyyətinin sədr müavini. Qafqaz müsəl-




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə