Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə36/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   32   33   34   35   36   37   38   39   ...   137

111

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

bəzilərini üzləşmə zamanı tanıya bilərəm, amma adlarını bilmirəm. Mə-

nim və qardaşım Ağası bəyin qarət edilmiş əmlakımızın ümumi dəyəri 

300.000 rubla bərabərdir. Şikayət etməmişəm, çünki qorxurdum, həm də 

şikayət etməyə adam yox idi. Bütün hakimiyyət ermənilərin əlində idi. 

Oxundu. İmza. 

Komissiya sədri: Ələkbər bəy Xasməmmədov (imza).

Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 20.



Sənəd № 16

Dindirmə protokolu

1918-ci il, 6 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı 

çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsi-

nin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmiş-

dir:

Hüseyn bəy Aşurbəyov, 47 yaşım var, Bakı şəhəri, Kamenistaya 

küçəsi, ev № 112 ünvanda yaşayıram.

Bu ilin mart ayında ermənilərin müsəlmanlara qarşı çıxışları zamanı, 

çərşənbə axşamı, martın 20-də silahlı erməni dəstəsi bizim evimizə gəldi 

və bütün əmlakımızı talan etdi. Nağd pulla 27.000 rubl götürdülər, sonra 

isə 190.000 rubl dəyərində müxtəlif paltarlar, ev əşyalarını, zinət əşyala-

rını apardılar. 34 yaşlı qardaşım Cavad bəy evdə qalmışdı: ermənilər onu 

əsir adı ilə evdən apardılar, lakin sonra haradasa yolda öldürdülər; biz in-

diyədək onun cəsədini tapa bilməmişik. Hələ mart hadisələrinədək mən 

eşidirdim ki, ermənilər 1905-ci ili təkrarlamağa, yəni müsəlman qırğınla-

rına başlamağa hazırlaşırlar. Bundan əlavə, mənə məlumdur ki, qırğınlar 

başlamazdan bir neçə gün əvvəl erməni ailələri bütün əşyaları ilə birlikdə 

şəhərin yuxarı hissəsindən, müsəlmanların yaşadığı hissədən aşağı, er-

mənilər yaşayan hissəyə köçürdülər.

Oxundu. İmza. Hüseyn bəy Aşurbəyov.

Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v.121.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

112


Sənəd № 17

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

(İbrahim bəy Musa Xan bəy oğlu Aşurbəyov) İsmayıl İbrahim bəy 

oğlu Aşurbəyov, 33 yaşlı, Bakı şəhərində, Qubernskaya küçəsi, ev 56\6 

ünvanda yaşayıram.

Mənim atam İbrahim bəy xəstədir və istintaqa gələ bilmir. Mən Bakı-

da mart qırğınları zamanı onun Qubernskaya küçəsindəki 53 № li evində 

ermənilər tərəfindən qarət edilmiş və ümumi məbləği 80.400 rubl olan 

əmlakının siyahısını təqdim edirəm. Qarət vaxtı biz hamımız zirzəmidə 

idik, hadisələrin ikinci günü isə ermənilər bizi tapdılar və əsir apardılar 

və orada qarət etməyə cəhd göstərdilər. Bizi hələ zirzəmidə olarkən rus əs-

gərləri və bir nəfər kirayənişin xilas etdi. Bizim əmlakımızın siyahısının 

işə əlavə edilməsini və 80.400 rubl məbləğində dəymiş ziyanın ödənilmə-

sini xahiş edirəm. 

Oxundu. İmza. İsmayıl bəy İbrahim bəy oğlu Aşurbəyov.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, prokuror müav. 

А.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.15.

Sənəd № 18

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zal Həsənov, 47 yaşlı, Bakıda, Qoqolevskaya küçəsi, 9 № li evdə ya-

şayıram.



113

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

Bazar günü, bu il martın 18, axşam, şəhərdə atışma başlayanda, qarşı 

evdə yaşayan Artyom Yoanisyan mənim evimə gəldi və xəbərdarlıq etdi ki, 

qırmızı qvardiyaçılar bizim evdə axtarış aparmaq istəyirlər, belə ki, guya 

bizim evdə pulemyotlar gizlədilmişdir. Onda Mirzə Əsədullayev

62

 ailəsi 


ilə, az sonra mən də öz ailəmlə, və Əli Əsədullayevin arvadı Qavriil Ba-

bayeviç Beqlyarovun evinə getdik. Gecə bizə, Əsədullayevin evinə qırmızı 

qvardiyaçılar dəstəsi gəldi və bütün mənzildə axtarış apardı. Silah tap-

mayan əsgərlər çıxıb getdilər. Səhər evə erməni əsgərləri gəldilər və evdə 

hər şeyi alt-üst edərək bizim əşyalarımızı qarət etməyə başladılar. Mən 

qarət olunmuş əşyalarımın siyahısını təqdim etmişəm. Biz pəncərələrdən 

erməni əsgərlərinin bizim evin pəncərələrinə necə tüfəng və pulemyot-

lardan atəş açdıqlarını, bizim pərdələri cırdıqlarını, bizim əşyalarımızı və 

paltarlarımızı evdən çıxardıqlarını görürdük. Ümumilikdə bizə təxminən 

1.500.000 rubl məbləğində ziyan vurulmuşdur. 

Çərşənbə axşamı, səhər saat 9-da Beqlyarovun mənzilinə bir dəstə er-

məni əsgərləri gələrək məni əsir aparmaq istədilər. Beqlyarov və onun 

kürəkənləri – doktor Şahnazarov və o birisi, Sergey Tarasoviç, soyadı 

yadımda deyildir, dedilər ki, onlar məni, öz qonaqlarını evdən burax-

mayacaqlar. Sonra “daşnaksakanların” bürosuna zəng etməyə başladı-

lar, bundan sonra ermənilər məni Beqlyarovgildə qoyaraq getdilər; gö-

rünür onlar bunu büronun göstərişi ilə etdilər. Təxminən gündüz saat 

2-də Sergey və Georgiy Melikov qardaşları dörd əsgərlə mənim dalım-

ca gələrək məni arvadımla bərabər öz evlərinə apardılar və biz talanlar 

bitənə qədər orada qaldıq. Melikovlargilə gedərkən yolboyu mən çoxlu 

müsəlman meyitləri gördüm. 

 Hələ ondan əvvəl kəndlərdən müsəlmanlar, eləcə də şəhər camaatı, 

mənim yanıma gəlir və soruşurdular ki, doğrudanmı ermənilər müsəl-

man qırğınlarına hazırlaşırlar. Mən hamıya cavab verirdim ki, bu doğru 

deyil, çünki ermənilərin bunu etməsi üçün heç bir səbəb yoxdur. Hələ ba-

zar günü, axşam saat 8-də, Əli Əsədullayevin arvadı teleqrafla öz atasın-

dan – Hacı Zeynalabdin Tağıyevdən evdə qalmağın təhlükəli olub-olma-

dığını soruşmuşdu, çünki lap yaxınlıqda atışma səsi eşidilirdi. Hacı cavab 

vermişdi ki, o, öz evində qalsın, belə ki, təhlükəli heç nə gözlənilmir, hə-

mişəki kimi bir az atıb, qurtaracaqlar. 

 Mən Şəmsi Əsədullayevin

63

 qızı ilə evliyəm. Əlavə edim ki, Suraxanska-



ya küçəsi, 208 № li evdə mərhum Şəmsi Əsədullayevin dul arvadı – Mey-


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə