105
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
əsasında aparılmışdır.
Çərşənbə axşamı, mart ayının 20-də gündüz, Qaladan şəhərin yuxarı
hissəsinə Molla Cavad Axund, Molla Hacı Mir Mövsüm, Hacı Hüseyn Ta-
ğıyev, həkim Atabekyan və İcraiyyə Komitəsinin üzvü Denejkindən ibarət
nümayəndə heyəti göndərilmişdi. Bu nümayəndə heyəti Zavedenska-
ya küçəsində altı erməni əsgəri tərəfindən saxlanılmışdı və onlara hara
getdikləri barədə sual verilmişdi. Nümayəndə heyətinin müsəlmanlar-
la ermənilər arasında barışıq elan edildiyinə görə hərbi əməliyyatların
dayandırılması xahişi ilə şəhərin müsəlmanların əlində olan hissəsinə
keçməyə çalışdıqlarını öyrəndikdə, erməni əsgərləri bildirmişlər ki, onlar
nümayəndə heyətini buraxmayacaqlar, çünki heç bir barışıq tanımırlar.
Nümayəndə heyətinin üzvləri Zavedenskaya küçəsinin sonundakı müsəl-
man səngərlərinə doğru irəlilədikdə, erməni əsgərləri onların arxasınca
tüfənglərdən atəş açaraq, səngərlərə qədər qaçmağa və orada gizlənməyə
macal tapmış Molla Cavad Axunddan başqa, nümayəndələrin hamısını
öldürmüşdülər. Əlavə deməyə başqa sözüm yoxdur.
Oxundu. İmza. А.H.Tağıyev.
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 1-4.
Sənəd № 10
Dindirmə protokolu
1918-ci il. 8 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307
və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Ağabəy Səfərəliyev, 41 yaşlı, Bakı şəhərində, Şamaxinskaya küçəsin-
də, şəxsi evimdə yaşayıram.
Mart atışmaları zamanı mən heç yerə çıxmamışam, daima Şamaxin-
kada, öz evimin ətrafında olmuşam. Biz, müsəlmanlar, bir neçə gün Tate-
vos Əmirovun erməni hərbi dəstəsi ilə atışmalı olduq. Bu dəstə Lalaevin
Şamaxinskaya və Kubinskaya küçələrinin kəsişməsində yerləşən evində
oturmuşdu və oradan Şamaxinkadakı evləri atəşə tuturdu. Atışma bu il
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
106
mart ayının ortalarında, bazar günü başladı və çərşənbə gününədək, sülh
bağlanana qədər davam etdi. Lakin bundan sonra da ermənilər vəhşilik-
lərini davam etdirirdilər: Məs., mənim evimin yaxınlığında, Məhəmməd-
li kəndinin sakini Dövlətəlinin evində ermənilər ev sahibinin 14 nəfər-
dən ibarət bütün ailəsini qətlə yetirmişlər. Hər gün şəhərə ətraflarda
öldürülmüş insanların meyitləri gətirilirdi. Şəhərin yanında yaralanmış
müsəlmanları da gətirir və Böyük bazarda, qadın həkimi Kaqanın müa-
licəxanasında
54
yerləşdirirdilər. Müsəlmanlarla ermənilər arasında sülh
bağlanandan artıq ay yarım sonra ermənilər Şamaxıdan qaçan müsəl-
man ailələrinin yerləşdiyi Şamaxı məscidinə
55
gəlmiş və başqaları ilə
birlikdə guya məsciddə olan bir neçə cavan qadının onlara verilməsini
tələb etmişlər. Uzun yalvar-yaxardan sonra ermənilər, ertəsi gün saat 12-
də qadınların ardınca yenidən məscidə gələcəklərini bildirərək getmişlər.
Yalnız Şaumyan kimi görkəmli ermənilərə, doktor Nərimanova
56
və başqa-
larına kömək üçün müraciət sayəsində qadınları onları gözləyən rüsvay-
çılıqdan xilas etmək və onların hamısını Çəmbərəkənd məscidinə keçir-
mək mümkün olmuşdur və ermənilər daha ora gəlməmişlər.
Məscidləri və bəzi küçələri gəzərkən mən olduqca eybəcər hala sa-
lınmış meyitlərə təsadüf edirdim: qadınlar döşləri, burunları, qulaqları
kəsilmiş, gözləri çıxarılmış halda uzanmışdılar. Ermənilər nə uşaqla-
ra, nə qocalara, nə qadınlara aman vermirdilər və hamını eybəcər hala
salırdılar. Meyitlər hər tərəfdə, bir neçə gün, hətta bir həftəyə yaxın,
yığışdırılmamış qalmışdı və buna görə küçələri dəhşətli üfunət bürü-
müşdü. Mənimlə qonşuluqda yaşayan mühəndis Keyl küçələri gəzir
və ətrafa səpələnmiş eybəcər meyitlərin şəklini çəkirdi. Mantaşevin
57
Binəqədi mədənlərində işləyən mühəndis-texnoloq Ovanov artıq sülh
bağlanandan sonra mənə dedi ki, Şamaxinkaya gəlməyə və məni xilas
etməyə imkanı olmadığına görə təəssüf edir. O, izah etdi ki, onun özünə
və başqa şəxslərə daşnaksakanlar tərəfindən müsəlmanları əsir götür-
mək tapşırılmışdı, əgər müsəlmanlardan kimsə bu zaman müqavimət
göstərsəydi, onu öldürmək lazım idi.
2-ci Qarşılıqlı Kredit Cəmiyyətində iş yoldaşım Çiknoverov mənim
müsəlmanların bolşeviklərlə mübarizəsi vaxtı ermənilərin nə üçün
bitərəf qalmadıqları sualıma açıq cavab verdi ki, ermənilər ona görə
müsəlmanlara qarşı çıxış ediblər ki, əvvəla, 1905-ci
58
ilə görə onlarla he-
sablaşmaq istəyirdilər, və ikincisi, bir də ona görə ki, müsəlmanların on-
107
FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ
lara qarşı hücumunu qabaqlamaq istəyirdilər. Eyni sözləri mənə Pitoyev
və K˚ Neft Sənayesi Cəmiyyətinin
59
mühəndisi Emiko Ambarsumov da
təkrar etmişdir.
Eybəcər hala salınmış qadın meyitlərinin arasında mən cinsiyyət
yoluna taxta salınmış cəsədlər görmüşdüm. Mənə danışırdılar ki, ermə-
nilər gecələr bir neçə dəfə çörək dükanlarına növbələrdə duran insanla-
rın cərgəsinə yaxınlaşır və gözlərinə dəyən cavan müsəlman qız-qadın-
larını özləri ilə aparırdılar. Mənim iş yoldaşım Çiknoverovun adı Sergey
İvanoviçdir.
Oxundu. A.Səfərəliyev.
Komissiya üzvləri: Prokuror müavini А.Kluge, andlı iclasçı Məmməd
Xan Təkinski (imzalar).
Komissiyanın sədri: Ələkbər Xasməmmədov(imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 11-12
Sənəd № 11
Dindirmə protokolu
1918-ci il. 27 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı
çəkilən şəxsi şahid qismində dindirmiş və o, Cinayət Prosessual Məcəlləsinin 307
və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:
Manafov Rza Qulu oğlu, Bakılıyam, 48 yaşım var, Bakı şəhərində,
Suraxanskaya küçəsi, ev № 178 ünvanda yaşayıram.
Martın 18-də axşam saat 8-də atışma başlandı. Mən öz kontoru-
mu bağladım və evə, Suraxanskaya küçəsinə, tələsdim. Bütün gecəni
tüfəng və pulemyotlardan atəş atırdılar. Bizə deyirdilər ki, atan bolşe-
viklərdir və ermənilər müsəlmanlara öz bitərəfliyi barədə məlumat ve-
riblər. Qonşu evlərdə, mənim öz evimdə ermənilər yaşayırdı, lakin biz
onları müsəlmanların dostu hesab edərək, onlara toxunmurduq. Bazar
ertəsi, səhər tezdən ermənilər müsəlmanlara qarşı hücuma keçdilər və
yalnız çərşənbə axşamı Suraxanskaya və Tatarskaya küçələrində yaşa-
yan müsəlmanlar başa düşdülər ki, ermənilər bizi aldadırdılar və er-
mənilər müsəlmanlara qarşı çıxıblar. Mən başqa müsəlmanlarla bir-
Dostları ilə paylaş: |