Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə73/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   69   70   71   72   73   74   75   76   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

234


müsəlmanlara əyani dərs hazırlayırlar. Və odur ki, əvvəlcədən razılaşdı-

rılmış şərti işarə əsasında ermənilər müsəlmanlara qarşı çıxış etməli və 

onlarla köhnə hesabların əvəzini çıxmalıdırlar. Bundan əlverişli imkan 

onların əlinə heç vaxt düşməyəcəkdir. Vuruşanlar bolşevik əsgərləri ola-

caq ki, onların arasında çoxlu ruslar vardır və bu zaman əsgər formasın-

da olan, yaxud əsgər formasına oxşar paltar geyinmiş ermənilər onlara 

qarışa bilərlər və heç Allahın özü də baş aça, ya onları ayırd edə bilməz. 

Beləliklə, onlar öz qəddar işini görə biləcəklər, özləri isə kənarda qalacaq-

lar: “Onlarla biz yox, bolşeviklər vuruşub. Bunun bizə nə dəxli var”. “Axı 

bolşeviklərin arasında istənilən elementlər vardır”. 

Əhalinin böyük hissəsinə qarşı sui-qəsd bax elə maskalanmışdı və 

guya ki, onu açmaq çətin idi. Lakin bütün bunlar necə deyərlər, “ağ saplar-

la tikilmişdi” və elə ilk andan Bakı şəhərinin müxtəlif tərkibli əhalisinə 

aydın oldu ki, bu cəhənnəm və rüsvayçılıq aktını qızışdıranlar və icraçıla-

rı kimdir. Artıq dediyim kimi, İcraiyyə Komitəsi başdan-ayağa ermənilər-

dən ibarət idi və beləliklə çıxış etmə vaxtını müəyyən etməli olan əsas 

aparat onların əlində idi. Bunun üçün bəhanə isə tezliklə tapıldı. Çıxışlar 

ərəfəsində Hacı Zeynalabdin Tağıyevin faciəli surətdə həlak olmuş oğlu 

dəfn edilirdi. Dəfndə həlak olana hərbi ehtiram bildirmək üçün müsəl-

man vəhşi diviziyasının bir hissəsi iştirak edirdi. Həmin dəstə Ənzəliyə 

üzüb getmək istədikdə, ona İcraiyyə Komitəsi adından ultimatum verildi 

– tərksilah olunmaq. Həm də dəstəyə düşünmək üçün 24 saat vaxt verildi. 

Bu, şənbə günü axşam baş vermişdi. 

Həmin səbəbdən “İsmailiyyə”nin zalında mitinqlər başlandı. Deyir-

dilər ki, erməni hissəsini də tərksilah etmək lazımdır, hərçənd orada bir 

hissə yox, başdan ayağa bütün erməni əhalisi silahlanmışdı, lakin heç nə 

əldə bilmədilər. Bazar gününə keçən gecə Müsavatla Erməni Milli Şura-

sı arasında müşavirə keçirildi və, deyildiyinə görə, lazım olduğu təqdirdə 

hakimiyyəti qəsb edənlərə – bolşeviklərə qarşı birgə çıxış etmək qərarı-

na gəldilər. Lakin bu, yalnız ermənilərin tatarlar üçün qurduğu məkrli 

torlar idi. İcraiyyə Komitəsinin tərksilah olunmaq üçün müsəlmanlara 

verdiyi müddət sona çatırdı. Ermənilər müsəlmanların cüzi tərəddüdlə-

rini belə diqqətlə izləyirdilər və bu əlverişli imkanı əldən verməməyə əv-

vəlcədən hazırlaşırdılar. Onlar bunun üçün zəruri olan hər şeyi edirdilər

onların başçıları isə fasiləsiz olaraq məşvərətlər keçirirdi. Müsəlmanla-

rın nümayəndələri, qan tökülməsinin qarşısını almaq məqsədilə bütün 




235

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

güzəştlərə gedəcəklərini bildirmək üçün İcraiyyə Komitəsinə gəldiyi za-

man, haradasa Şamaxinka tərəfdə gizlənən ermənilər tərəfindən təxribat 

məqsədli atəşlər açılmağa başladı, hətta, deyilənə görə, bolşevik patrul-

larından yaralananlar da olmuşdu. İcraiyyə Komitəsində müsəlmanlarla 

aparılan danışıqlar dərhal dayandırıldı, çünki telefonla xəbər verildi ki, 

müsəlman kütləsi artıq qalxmışdır və müharibə faktiki olaraq başlanmış-

dır. Heç bir dəlil kömək etmədi, çünki qurulmuş torlar son dərəcə incə 

idi və onları dərhal müəyyən etmək çox çətin idi. Beləliklə, müsəlman 

nümayəndələr evlərinə dağılışdılar və mart ayının 18-də, bazar günü saat 

6-da şəhərin bütün küçələrində atışma və əsl müharibə başlandı.

Bu amansız gecə ərzində əhali böyük iztirablar keçirmişdi. Başlanan 

bu qırğının motivləri və əsl xarakteri ermənilərdən savayı hələ heç kimə 

məlum deyildi. Lakin ertəsi gün hər şey hamıya aydın oldu. Mən o zaman 

Qoqolevskaya və Tatarskaya küçələrinin arasındakı Serkovnaya küçəsin-

də yaşayırdım. Mən səhər tezdən azacıq açılmış pəncərə taxtalarının ara-

sından bu küçədə baş verən hadisələri müşahidə edirdim. Bir dəstə tatar 

onların üzərinə hücum etmiş dəstələrlə atışmaqla pis müdafiə olunurdu. 

Bu bolşevik dəstələrində müharibənin bütün qaydaları üzrə hücum edən 

cəbhədə vuruşmuş əsgərlər var idi. Onlar tatarlarla döyüşərkən ədalətli 

hərəkət etdiklərinə tam əmin idilər. Yəni bolşevik əsgərlər fikirləşirdilər 

ki, tatarlar hakimiyyəti ələ keçirərlərsə, onlara – ölkənin indiki sahiblə-

rinə divan tutacaqlar və buna görə də öz hakimiyyətləri uğrunda döyüşür-

dülər. Amma rusların arxasınca kiçik erməni dəstələri irəliləyirdi, özü də 

hər bir dəstədə başdan-ayağa silahlanmış 5-10 nəfər var idi. Bu dəstələrdə 

bütün kişi erməni əhalisi – 2-3-cü sinif şagirdlərindən tutmuş yaşlı er-

mənilərədək – iştirak edirdi. Onlar hamısı əsgər və ya yarı əsgər forması 

geyinmişdi, üzərilərində 3 və daha artıq qatar patrondaş var idi, tüfəng, 

revolver və xəncərlə silahlanmışdılar.

Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu “müharibədə” 

iştirak etməyi özlərinə “borc” bilirdi; burada neft sənayeçiləri, mühəndis-

lər, həkimlər, kontorçular, bir sözlə, erməni əhalisinin bütün təbəqələri 

“vətəndaşlıq” borclarını yerinə yetirirdilər. Tatarlar bizim məhəlləni bazar 

ertəsi günü, saat 11-də tərk etmişdilər. İndi isə mənim gözümün qarşı-

sından yalnız ehtiyat məqsədilə atəş açaraq irəliyə hərəkət edən əsgərlər 

keçirdi. Lakin, onlar ötüb keçən kimi gizlənmiş tatarları axtaran erməni 

“dəstələri”, sonra isə başqaları gəlirdi. Onlar qapıları sındırır, bütün otaq-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

236


lara daxil olur, hər yeri axtarırdılar. Pul və zinət əşyalarını onlar dərhal 

hamıdan alır, tatarları isə mənzildə, həyətdə, və ya qapı ağzındaca güllələ-

yirdilər. Tatarlardan heç kimə aman verilmirdi. Onlar bazar ertəsi bütün 

günü çox qızğın “işləyirdilər”, şəhərin küçə və evlərində qan su yerinə 

axırdı. Ən əvvəl onlar evləri atəşə tuturdular ki, qorxuya düşmüş sakinləri 

evdən qovub çıxarsınlar və özgə malını maneəsiz qarət və talan edə bil-

sinlər. Onlar ərzaq ehtiyatlarına xüsusi diqqət yetirirdilər və ilk növbədə 

kisələrlə un, düyü, qənd və tapdıqları hər şeyi daşıyıb aparırdılar. Görü-

nür, onlar qabaqcadan hiss edirdilər ki, 17 mart hadisələrindən sonra əsl 

aclıq başlanacaqdır. Elə buna görə də ərzaqları götürürdülər, bununla da 

erməni əhalisini bir neçə ay azuqə ilə təmin etdilər. Həqiqətən də, qalan 

əhali, xüsusilə də müsəlman əhalisi sözün əsl mənasında küçələrdə ac-

lıqdan öləndə, bütün erməni məhəllələri və küçələri ilə iri çörəkxanalar-

dan evlərə və geriyə kömbə çörəklər daşıyırdılar. Ərzaqların ardınca pal-

tar və qiymətli metal əşyalarını götürürdülər. Mebel isə bir qayda olaraq 

ancaq sındırılır və tullanılırdı. Talanlar arası hələ yaxın qohumlarının 

gözləri qarşısında qadınlara təcavüz də edilirdi. Ermənilər şəhərin bütün 

qeyri-erməni hissəsini beləcə “təmizləyirdi”. Bazarları onlar başqa üsulla 

“təmizləyirdilər”: qapıları sındırıb və bütün malları furqonlarla daşıyan-

dan sonra mağazanı yaylım atəşi ilə yandırırdılar və alov küçənin bu ba-

şından o biri başınadək yayılırdı. Yanğınlara görə onların narahat olmağa 

ehtiyacı yox idi, çünki bunlar şəhərin müsəlmanlar yaşayan hissəsində 

baş verirdi. Lakin onlar, qabaqcadan bütün malları daşıyaraq, yalnız ma-

ğazaları yandırırdılar. Evləri isə ancaq əsaslı surətdə qarət edirdilər. Bütün 

bu dəstələrdə hər bir müsəlman evini tanıyan ermənilər iştirak etdiyi 

üçün, aydındır ki, onlar zəngin müsəlmanların evlərində qisasçılıq edir 

və xüsusi səy göstərirdilər. Əliyev qardaşlarının Serkovnaya küçəsindəki 

evini 3 gün ərzində “təmizləmişdilər” və “təmizləyib qurtarmaq” müm-

kün olmurdu, çünki bu 4 mərtəbəli ev sonsuz sayda otaqlardan ibarətdir, 

onun var-dövləti isə hesaba gəlmirdi. Amma onlar bu evin işini birtəhər 

bitirdilər. Və birinci qarətdən sonra salamat hər nə qalırdısa, 2, 3, 4-cü və 

s. dəstələrin qarət mənbəyinə çevrilirdi. Bu küçələr artıq çoxdan “işğal 

olunmuşdu”, lakin onlar yalnız gizlənmiş tatarları axtarır və özgə malı-

nı talan edirdilər. Rus əsgərlərinin və xüsusilə də matroslarının barəsində 

düzünü demək lazımdır ki, onlar dinc əhalinin güllələnməsində iştirak 

etmirdilər və imkan daxilində onları erməni qatillərindən xilas edirdilər.




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə