Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə11/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   7   8   9   10   11   12   13   14   ...   122

25
gün
-ci
BÖYÜK 
SADİQLİK
Qorxu  insanın  hisslərini  oyadan  əsas 
amillərdən  biridir.  Bu,  fond  birjalarını  və 
yanacaq  müharibələrini  idarə  edir.  Onun 
cilovlanmayan  enerjisi  böyük  pisliklər 
üçün və ya böyük yaxşı işlər üçün istifadə 
oluna  bilər.  Peşəkar  boksçular  çox  vaxt 
deyirlər ki, qorxu onların dostudur. Qorxu 
onları daha yaxşı döyüşçü edir. Bu, onları 
ayıq saxlayır. Bu, qətiyyətli olmaları üçün 
onları  hissiyyatlı  edir.  Eyni  yolla,  Allah 
bizim  qorxumuzdan  istifadə  edərək  Özü 
üçün daha yaxşı döyüşçü edə bilər. Biz nə 
vaxt qorxuruqsa, bizim qeyri-mümkün olan 
işi etməyə potensialımız olur. Niyə? Öz gü-
cümüz ilə qeyri-mümkün olan şey Allahın 
köməkliyi ilə mümkün olur. Qorxu elə edir 
ki, biz öz ehtiyatlarımızı tərk edirik və bu-
nun əvəzinə Allaha etibar edirik. Belə olan 
halda böyük qorxu böyük imana gətirib çı-
xara bilər.
Böyük “qorxu” 
LAOS: LU 
Polisin yazılmamış kodu aydın idi: kmulini və ya məsihçiliyi qəbul etmiş başqa qəbilə üzvünü 
tutsanız, onları həbs edin. Qəbilə üzvünə müjdəçilik edən kimisə tutsanız, onu öldürün.
“Lu”nun əlləri və ayaqları qandallanıb 
biabırçı tərzdə kəndin içərisi ilə aparılandan 
sonra Kommunist polisi onu xəndəyə atdı. 
“Kəndinizdəki yüz məsihçi məsihçilikdən 
dönsələr, biz səni buraxacağıq” – onlar 
dedilər. Amma onlar Məsihdən üz döndərmək 
istəyən imanlıları tapa bilmədilər. 
Sonra polislərin başına faciə gəldi. 
Polislərdən birinin oğlunun qəzada hər iki 
ayağı sındı. O biri oğlu isə ciddi xəstələndi. 
Yeni məsihçiləri döyən və incidən polisin 
qəfildən ürəyi dayanaraq öldü. 
Başqa polislər qorxu içərisində “Lunu” 
xəndəkdən çıxardılar və evə qayıtmasına 
icazə verdilər. Hökumətin işçiləri rəhbərin 
başına gələnləri görəndən sonra kənddə olan 
məsihçilərə qarşı tədbir görməyə qorxdular. 
Allahın gücünü görərək daha çox kmuli 
xalqı imana gəldi. Sayca yüz məsihçi olan 
bir yerdə indi onların sayı yeddi yüzdür. On-
lar hətta başqa kəndlərə də İsa haqqında 
danışmaq üçün məsihçiləri göndərirlər. Lao-
sun rəhbərləri qorxu altında idarə olunarkən 
Cənubşərqi Asiyada məsihçilər onlara qalib 
gəldilər.
Rəbdir nurum, qurtuluşum! 
Mən kimdən qorxum? 
Məzmur 27:1


26
BÖYÜK 
SADİQLİK
-cı
gün
Onun babası qandalı düzəltmişdi, amma 
bu, onun peşəsi deyildi. Əslində, onun islam-
çı ağaları onu məcbur etmişdilər ki, qandalı 
taxsın. Peterin babası Cənubi Sudanda əsir 
götürülmüş və Şimali Sudana aparılmışdı, 
burada o, qul kimi satılmışdı. 
Peterin babasını müsəlman ağaları incitsə 
də və ona əzab-əziyyət versələr də, onların 
imanını qəbul etməmişdi. O, Məsihə olan öz 
imanına möhkəm sarılmışdı və onların imanı-
nı qəbul etmədiyinə görə bədənində çapıqlar 
qalmışdı. O, müsəlman olmadığına görə hey-
vanlardan başqa bir şey görməmişdi. 
Ölməzdən qabaq Peterin babası qanda-
lı çıxarıb Peterin atasına vermişdi. “Bizim 
ailəmiz həmişə qul olmayacaq” – o dedi, 
“amma biz heç vaxt unutmamalıyıq.”
Sonra Peterin atası həmin qandalı Peterə 
verdi və o da müsəlman ağasından qaçıb 
azadlığa çıxanda onu özü ilə daşıdı. Bu gün 
artıq qandal sahibkarlığın rəmzi deyildi, 
əslində, Allahın qalib gələn gücünün rəmzi 
idi. Bu, Allahın həmin ailə üzərində əlinin 
rəmzi idi, onlara azadlıq gətirərək üç nəsil 
üzərində işləmişdi. 
“Mənim xalqımı heç vaxt unutma” – deyə, 
o, xahiş etdi. “Sudanda təqib olunan məsihçilər 
üçün dua etməyi heç vaxt dayandırmayın.”
Böyük cavahirat 
SUDAN: PETER 
Mis qandal ərəb dilində “bakl” adlanır. Peter onu elə tutub saxlamışdı ki, sanki müqəddəs bir 
şey idi. Bu, onun ailəsinin keçmişini və Peterin böyük xeyir-duasını xatırladırdı.
Unutqanlıq  dua  həyatının  birin-
ci  düşmənidir.  Biz  dəstək  dualarımızı 
etməkdə  cəldik.  Əfsuslar  olsun  ki,  bizim 
yaxşı niyyətlərimiz az hallarda yaxşı olur 
ki, ehtiyac içində olanlar üçün dua etmək 
işimizə  yardım  etsin.  Dünyada  təqib  olu-
nan insanlara görə dua etməyi yadınıza nə 
sala  bilər?  Bəlkə  qol  saatınızın  üzərində 
kiçik bir qeyd yapışdırmaq sizin yadınıza 
sala  bilər?  Gün  ərzində  siz  hər  dəfə  sa-
atınıza  baxanda  oradakı  qeyd  dini  təqib 
altında yaşayan insan qruplarını xatırlat-
maqda sizə imkan verə bilər. Dua üçün im-
kanları  buraxmamaqda  hər  hansı  bir  me-
tod sizə kömək edərsə, ondan istifadə edin. 
Güclü imanlılar barədə hekayələr oxumaq 
heç nəyi dəyişdirməyəcək. Güclü imanlılar 
üçün dua etmək hər bir şeyi – hətta bu gün 
dəyişdirə bilər.
Durmadan dua edin.
1 Salonik. 5:17


27
gün
-ci
BÖYÜK 
SADİQLİK
Həmin gecə bir az əvvəl məhbuslar bu qa-
dına qulaq asmışdılar, onun üzü sevgidən nur 
saçırdı. “Mənim üçün qəbir göylərdəki şəhərə 
girmək üçün girişdir” – o dedi. “Həmin 
şəhərin gözəlliyi barədə kim söyləyə bilər?” 
Orada kədər adlı şey yoxdur. Orada sevinc 
və nəğmələr var. Hamı paklığın ağ paltarını 
geyinib. Biz Allahı üzbəüz görə bilərik. Ora-
da elə bir sevinc var ki, insan dili onu ifadə 
edə bilməz. Mən niyə ağlamalıyam? Niyə 
kədərlənməliyəm?”
O, nişanlı idi, amma bu gecə öz yer 
üzündəki nişanlısı əvəzinə göylərdəki adaxlısı 
ilə görüşəcəyini onlara söylədi. 
Rəhmsiz mühafizəçilər otağa daxil ol-
dular və qadın da getməyə hazır olduğu-
nu göstərərək irəliyə doğru addımladı. O, 
mühafizəçilər ilə əhatələnərək həbsxana 
otağından çıxan kimi Həvarilərin duasını 
deməyə başladı. Bir neçə dəqiqə sonra göz 
yaşları içində olan məhbuslar güllə səslərini 
eşitdilər. Mühafizəçilər düşündülər ki, qadı-
nın həyatını sona yetirdilər, amma onlar qa-
dını daha yaxşı bir yerə əbədi yaşamaq üçün 
göndərdilər.
Böyük cəsarət 
RUMINİYA: CAVAN QADIN
Məhbuslar kommunist mühafizəçilərinin gəlişini eşidəndə, demək olar ki, gecə yarısı idi. Onlar 
cəld müttəhimin ətrafına yığışdılar, iyirmi yaşlı cavan bir qadına Məsihə imanına görə ölüm 
hökmü kəsilmişdi. Onlar tələsik halda pıçıltı ilə onunla xudahafizləşdilər. Bu cavan rumıniyalı 
qadının gözlərində göz yaşı yox idi, mərhəmət deyə qışqırıb səs-küy də salmırdı.
Cəsarət  yer  üzündəki  adi  həyatımızı 
göylərdəki  izah  olunmaz  gələcəyə  aparan 
bir körpüdür. Göylərdəki həyatın yəqinliyini 
tamamilə  anlayan  insanlar  yer  üzündəki 
dəyərsiz  həyatlarını  göylərdəki  əbədi 
vətəndaşlıq üçün asanlıqla dəyişə bilirlər. 
Cəsarət  bizə  kömək  edir  ki,  yer  üzündə 
yapışdığımız  hər  bir  şeyi  –  bizi  burada 
uzun müddət saxlamağa vadar edən bütün 
şeyləri  buraxaq.  Ölümdən  sonrakı  həyata 
inanmaq  üçün  bizi  cürətləndirir.  Bütün 
bunlara  baxmayaraq,  biz  ölənə  qədər  yer 
üzündəki həyat hamımızın həqiqətən bildi-
yi  bir  şeydir.  Biz  əbədiyyətə  keçmək  üçün 
Məsihin yol açdığına inanaraq imanda ad-
dım atanda cəsarətlənirik. Biz həmin böyük 
qərarı çıxardıqdan sonra həyata məqsədlə 
baxıb cəsarətlə yaşaya bilərik.
Çünki mənim üçün yaşamaq 
Məsihdir, ölməksə qazancdır.
Filip. 1:21


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə