267
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük tərcümələr – ikinci hissə
İNGİLTƏRƏ: UİLYAM TİNDAL
“Axı, Tindal müəllim, siz razılaşmalısınız” – deyə, teologiya üzrə alim ona istehza etdi. “İn-
sanların Müqəddəs Kitabda Allahın öz qanununu anlaya bilmələrindənsə, məbədin qanunları
ilə yaşamaqları daha yaxşıdır!”
Uilyam Tindal bu sözlərini eşidəndə ya-
man hirsləndi. “Mən kahinlərə və onların
qanunlarına tabe olmuram! Əgər Allah mənə
yaşamağa imkan versə, onda kotan sürən hər
bir oğlanın Kəlamı bu kahinlərdən daha yax-
şı bilməsi çox da gec olmayacaq!” Onun bu
sözləri Tindal ilə qurulmuş məbəd arasında
narazılıq yaratdı. O, tezliklə İngiltərədən qa-
çıb bir adaya getdi, burada o, ingilis dilində
Əhdi-Cədidin “qeyri-qanuni” versiyasını bu-
raxdı.
Neçə illər Tindalın kiçik Əhdi-Cədidləri al-
man gəmiləri vasitəsilə pambıq topalarında o
biri ölkələrə keçirildi, buradan kitablar gizlicə
İngiltərəyə aparılırdı. Amma Tindal “dostu”,
Henri Filips tərəfindən ələ verildi və kafirliyə
görə ittiham olundu.
Uilyam Tindal edamını gözləyərək
həbsxanada bir ildən artıq qaldı. Belə gü-
man edilir ki, o, ingilis dilində Əhdi-Cədidin
tərcüməsini bitirmişdi. 1536-cı ilin oktyabr
ayında dirəkdə yandırılmazdan qabaq onun
son sözləri bunlar olmuşdu: “Rəbbim! Kralın
gözlərini aç!”
Allah bu duaya cavab verdi. Tindalın
ölümündən bir il sonra monarxiya qanu-
ni şəkildə ilk dəfə Müqəddəs Kitabın çap
olunmasına icazə verdi. Yetmiş beş il sonra
“ King James Authorized Version” ortalığa
çıxdı. Bu gün Müqəddəs Kitabın “ King Ja-
mes” versiyası Tindalın tərcüməsinə təqribən
doxsan faiz sözbəsöz uyğundur.
Qarşıdurma uğursuzluğa bərabər deyil.
Bəzən bu, sadəcə əkslik deməkdir. Bəzən
ən xoş məramlı həmkarlarımız xidmət
üçün bizim məqsədimizə qarşı dura bilər.
Biz onların tənqidlərini eşidib geriyə çəkilə
bilərik və öz çağırışımızı şübhə altına sa-
la bilərik. Allah Tindala verdiyi kimi, bizə
xidmətimiz üçün məqsəd verəndə fikir ay-
rılıqlarına baxmayaraq, tapşırığımıza sa-
diq qalmalıyıq. Tənqid bizi ruhdan salma-
malıdır – bu, məqsədimizi yaxşılaşdırmaq
üçün bizi irəliyə doğru aparmalıdır. Allah
xidmət üçün sizə məqsəd veribmi? Tindal
kimi siz də zəhmətinizin nəticələrini han-
sısa bir müddət və ya heç vaxt görməyə
bilərsiniz. Bu müddət ərzində sizi danlaya
bilərlər. Siz yenə də tapşırığa sadiq qalın
və Allah tənqidi yoluna qoyacaq.
Sənin uğrunda üzərimə
rüsvayçılıq töküldü.
Məzmur 69:7
268-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük cəsarətə malik uşaqlar
ŞİMALİ KOREYA: ÇENQ Lİ VƏ HONQ CUN
Kommunistlər şimali koreyalı uşaqlara deyirlər ki, əgər Çində ələ keçsələr, onlar acı talelərinə
görə əzab çəkəcəklər. Amma uşaqlar eləcə də bilirlər ki, əgər qaçmağa müvəffəq olsalar,
kömək üçün üstündə çarmıx şəkli olan binanı axtarmalıdırlar. Çin məbədinə gəlib çıxmış iki
şimali koreyalı uşaq öz başlarına gələnləri pastora danışdılar.
“Mənim adım Çenq Lidir. Bacım və mən
valideynlərimizin acından öldüyünü gördük.
Biz Yalu çayını keçə bildik, çay hələ don-
muşdu. O biri tərəfə keçəndə mənim böyük
bacım dedi: ‘Sən burada qal. Mən özüm bir
az qabağa getməliyəm.’ O, heç vaxt geriyə
qayıtmadı.” Çenqin altı yaşı var.
On bir yaşlı oğlan Honq Cun dedi: “Mən
Şimali Koreyaya qayıdıb başqalarına Məsih
haqqında danışmaq istəyirəm.” Sonra o, bir
mahnı oxudu:
Ya Rəbb, sevdiyin sevimli qardaşlarımız
üçün
Bizə müjdənin səsini ver,
Onlar haraya gediblər? Rəbb onlara baxır.
Ya Rəbb, bizi sevimli koreyalı qardaşlarımı-
zın yanına göndər.
Ya Rəbb, bizi sevimli koreyalı qardaşlarımı-
zın yanına göndər.
Onlar harada olursa olsunlar, qoy gül kimi
çiçək açsınlar.
Bir neçə ay sonra Honq Cunu kənddən
oğurlayıblar və zorla Şimali Koreyaya qayta-
rıblar. Ola bilsin ki, oğlan indiyə qədər onu
əsir saxlayanlara şəhadətlik edir.
Cəsarət elə bir şeydir ki, vəziyyət onu
tələb edənədək insanlar onun özlərində ol-
duğunu bilmirlər. Lazım olan ən həlledici
bir anda insanlarda cəsarət ya olur, ya
da olmur. Eyni şeyi xasiyyət üçün demək
olar – müəyyən vəziyyətlər bizə dəqiq
göstərəcək ki, biz cəsarətə malikik, yoxsa
yox. Nəticədə saxtalaşdırmaq mümkün
olmayan iki şey xasiyyət və cəsarətdir.
Xoşbəxtlikdən İsa Məsih ən çox ehtiyac duy-
duğumuz vaxtda bizə dəyişilməz cəsarət
və şübhəsiz xasiyyət verir. Biz cəsarət
görkəmini geyinə bilərik, amma yalnız İsa
bizi cəsarətli edə bilər. Bizim gözəl ictimai
nüfuzumuz ola bilər, amma bizə heç kimin
baxmadığı vaxtlarda xasiyyəti yalnız İsa
verə bilər. Həyatınızda xasiyyət və cəsarət
hansı yerlərdə işləyir?
Onlar Peter və Yəhyanın cəsarətini
görəndə… heyrətə düşdülər, amma
tanıdılar ki, onlar İsa ilə birgə
olmuşdular.
Həv. İş. 4:13
269
gün
BÖYÜK
SADİQLİK
-cu
Başqa böyük işıq
PAKİSTAN: ZAHİD
Zahid pakistanlı müsəlman axund idi. O, məsihçilərə pusqu qurmuşdu və onların Müqəddəs
Kitablarını yandırmışdı. Bir dəfə o, Müqəddəs Kitablardan birini özündə saxladı və məsihçiliyin
yalan olduğunu sübut etmək üçün onu tədqiq etməyə başladı.
“Mən məsihçi imanına qarşı istifadə edə
biləcəyim ziddiyyətlər axtarmaq məqsədilə
Müqəddəs Kitabı oxudum” – deyə, Zahid
bölüşdü. “Qəfildən böyük bir işıq otağımı dol-
durdu və eşitdim ki, kimsə adımı çəkir. Nur
bütün otağı işıqlandırmışdı.
“Zahid, sən məni niyə təqib edirsən?” –
deyə, həmin səs məndən soruşdu.
“Mən qorxdum. Bilmədim, nə edim. Mən
soruşdum: ‘Sən kimsən?’
‘Yol, Həqiqət və Həyat mənəm.’ Növbəti
üç gecə həmin işıq və səs yenə də qayıtdı.
Dördüncü gecə mən diz çökdüm və İsanı Xi-
laskarım kimi qəbul etdim.”
Məsihçiliyi qəbul etmiş Zahid həbs edil-
di və islama satqın çıxan bir insan kimi itti-
ham olundu. O, iki il həbsxanada işgəncələrə
məruz qaldı və nəhayət, ona ölüm hökmü
verildi. Zahidin boynuna ilgək keçiriləndə o,
onu edam edənlərə dedi: “İsa Yol, Həqiqət
və Həyatdır.” O istəyirdi ki, son nəfəsi öz
həmvətənlərini xilas etmək üçün istifadə
olunsun.
Sonra qəfildən mühafizəçilər qaça-qaça
gəlib dedilər ki, edam dayandırılmalıdır və
Zahid azadlığa buraxıldı. Zahidin ölüm hök-
münün niyə ləğv olunduğunu heç kim bilmir,
amma bu gün Zahid bir müjdəçi kimi Pakis-
tanda səyahətini davam etdirir.
Ölümlə üzləşmiş insanlar, adətən, ey-
ni sözləri söyləyirlər. Onlar belə qərara
gəlirlər ki, həyatlarını uzatmaqda Allahın
öz məqsədi var idi. Əfsuslar olsun ki, televi-
ziya müsahibələri nadir hallarda məqsədin
nə olduğunu yenidən açıqlayır! Onlar Alla-
hın məqsədini həyatlarında aşkar etdilər,
yoxsa yox? Əslində, Allahın hər birimizin
həyatı üçün eyni məqsədi var. O istəyir ki,
biz Onu tanıyaq və başqalarına tanıdaq.
Zahid kimi bəziləri Allahı tanıtmaq üçün
xüsusi yerlərə gələrək özünəməxsus həyat
təcrübələrindən keçə bilər. Amma bizim
tapşırığımız, əsasən, eynidir. Heç hiss etmi-
sinizmi ki, Allah sizi bu yer üzünə xüsusi
bir səbəbə görə gətirib? Bu, Onu tanımaq
– və başqalarına tanıtdırmaqdır.
İsa ona dedi: “Yol, həqiqət və həyat
Mənəm. Mənim vasitəm olmadan heç
kim Atanın yanına gələ bilməz.”
Yəhya 14:6
Dostları ilə paylaş: |