BÖYÜK
SADİQLİK
Mən Allahdan güc istədim –
Allah məni güclü etmək üçün
çətinliklər verdi.
Mən Allahdan müdriklik istədim –
Allah mənə həll etmək üçün problemlər
verdi.
Mən Allahdan xoş güzəran istədim –
Allah mənə işləmək üçün beyin və əzələ
verdi.
Mən Allahdan cəsarət istədim –
Allah mənə qalib gəlmək üçün təhlükələr
verdi.
Mən Allahdan sevgi istədim –
Allah mənə imkanlar verdi.
Mən istədiyim heç bir şeyi əldə etmədim –
Amma mənə lazım olan hər bir şeyi əldə
etdim.
Mənim duama cavab gəldi.
Hindistanda yaşamış, tibb institutunun
tələbəsi olan məsihçi Maykl
Cobun ailəsindən, o, atasının müjdəçiliklə məşğul olduğuna görə
1999-cu ilin iyun ayında öldürülmüşdü.
273
273-cü
gün
BÖYÜK
SADİQLİK
274
BÖYÜK
SADİQLİK
-cü
gün
Böyük “təlim” – birinci hissə
İNGİLTƏRƏ: DR. ROULAND TEYLOR
Hadley şəhərinin camaatı dr. Rouland Teylora yalvardılar ki, yepiskop Vinçester və Lord
Kanslerlə görüşməsin. Onlar bilirdilər ki, yepiskop dr. Teylorun təlimlərinə görə yaman
hirslənibdir.
İyirmi ilə yaxın idi ki, ingilis dilində
Müqəddəs Kitab İngiltərədə qanuni şəkildə
paylanırdı. Dr. Teylor məbəddə olan bütün in-
sanlara
öyrədirdi ki, Müqəddəs Kitabı özləri
oxusunlar və onun təlimlərinə riayət etsinlər.
Buna zidd olaraq, kraliça I Merinin aman-
sız hökmranlığı altında olan dini rəhbərlər
məbəd adətlərinə ciddi riayət olunmasını
tələb edirdilər.
Yepiskop tərəfindən təhqir edildikdən və
ittiham olunduqdan sonra Rouland cavab
verdi: “Mən məsihçi insanam.
Mən məbədə
qarşı küfr etməmişəm. Əslində, siz öz itti-
hamlarınıza görə kafirsiniz. Məsih bir dəfə
və həmişəlik bütün bəşəriyyət üçün öldü. Bu,
kifayət etdi. Siz və sizin ənənələriniz heç bir
şey verə bilməz.”
Növbəti iki ili dr. Teylor həbsxanada qal-
dı. O biləndə ki,
Hadleydən kənarda dirəyə
bağlanaraq yandırılacaq, sevincdən atılıb düş-
dü. O öz təhlükəsizliyinə görə narahat de-
yildi. Əksinə, Hadleyin içindən keçəcəyini və
imanlı bacı-qardaşlarını yenidən görəcəyini
düşünəndə sevinclə dolurdu.
Dr. Rouland Teylor 1555-ci ilin qışında
şəhid oldu.
Məhəbbət bir çox fərqli dillərdə ifadə
olunur. İnsanlar sevgini anlamaq üçün
onun haqqında öz dillərində eşitməlidirlər.
Bəzi ərlər həyat yoldaşlarına öz sevgilərini
göstərmək üçün səhər yeməyini yatağa
gətirirlər. Amma bəzi qadınlara isə “mən
səni sevirəm” ifadəsini ucadan və aydın
eşitmək üçün hansısa onun xoşladığı bir
hədiyyə gərəkdir. Təbrik açıqcalarını isteh-
sal edən şirkətlər ümid edirlər ki, biz sev-
gimizi sözlərlə deyək. Amma İsa deyir ki,
onun sevgi dili itaətkarlıqdır. Biz bunun-
la Ona olan sevgimizi ifadə edirik. Ona
itaət edəndə biz Onu sevdiyimizi nümayiş
etdiririk. Teylor ona görə şəhid oldu ki,
İsanın sevgi dilində danışmağı davamçıla-
rına öyrədirdi. O, davamçılarına öyrədirdi
ki, Müqəddəs Kitabı oxusunlar və onun
təliminə riayət etsinlər. İsaya göstərin ki,
Onu sevirsiniz və bu gün dr. Teylorun
xatirəsini anın.
İsa ona cavab verdi: “Kim Məni
sevsə, sözümə riayət edər.”
Yəhya 14:23
275
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük “təlim” – ikinci hissə
İNGİLTƏRƏ: DR. TEYLOR
Müqəddəs Kitabı öyrətdiyi üçün dirəkdə yanmazdan qabaq dr. Rouland Teylor bu gözəl sözləri
yazmışdır:
“Mən həyat yoldaşıma və uşaqlarıma
deyirəm ki, Rəbb sizləri mənə verdi və Rəbb
də məni sizdən, sizi isə məndən aldı: Rəbbin
adı xeyir-dualıdır! Mən Onu hansısa bir
ərdən və ya atadan daha sadiq və daha lütf-
kar görürəm. Bizim Xilaskarımızın ləyaqəti
ilə
Ona etibar edin, iman edin, itaət edin,
Onu sevin və Ondan qorxun. Ona dua edin,
çünki kömək edəcəyini vəd edib. Məni ölmüş
sanmayın, çünki
mən əbədi yaşayacağam və
heç vaxt ölməyəcəyəm. Mən birinci gedirəm,
siz məndən sonra əbədi evə gedəcəksiniz.
“Mən Hardleydə olan əziz dostlarıma və
vəzimi eşidən bütün insanlara deyirəm ki,
təlimim haqqında buradan təmiz vicdan-
la ayrılıram, çünki Allaha mənimlə birgə
minnətdarlıq bildirməyinizi dua edirəm.
Mən azacıq istedadımdan istifadə edərək,
Allahın kitabından, xeyir-dualı
Müqəddəs
Kitabdan topladığım dərsləri başqalarına da
öyrətmişəm. Ona görə də əgər mən və ya
göydən gələn başqa bir mələk sizə aldığınız
Müjdədən fərqli bir müjdəni vəz etsə, Allahın
böyük lənəti həmin vəzçinin üstündə olsun!
Buradan böyük bir ümidlə ayrılıram,
əbədi xilasıma şübhə etmədən əsl Xilaskarım
vasitəsilə göylərdəki Atama minnətdaram.”
Rouland Teylor
Siz uşaqlıqda ən yadda qalan
müəlliminizi xatırlayırsınızmı? Ola bilsin
ki, o, hansısa xüsusi bir ətirdən istifadə
edirdi. Bəlkə o, üzündəki çapığı hansısa
bir vasitə ilə örtürdü. Həmin insan barədə
yaddaşınızda nəsə qalıb. Amma biz qo-
calanda müəllimləri fərqli səbəblərə görə
qiymətləndiririk. Onların bizə öyrətdikləri
dərsləri – heç vaxt unutmayacağımız
dərsləri xatırlayırıq. Biz Allah Kəlamını
ilk dəfə bizə öyrədən şəxsi həmişə xatır-
layacağıq. Biz müəllimlərimizin Allahın
sevgisi və xilası barədə öyrətdikləri əsas
həqiqətləri unuda bilmərik. Kimsə elm
və maariflənmə adı ilə gələndə Allahın
həqiqətləri sizi müdafiə edəcək və yalanı
tanımaqda yardım edəcək. Onlar sadəcə
xatirələrdən daha böyükdür. Onlar sizin ən
dəyərli ləl-cavahiratınızdır.
Əmrlərimə bağlı qalsan,
yaşayacaqsan, təlimimi göz
bəbəyin kimi qoru.
Sül. Məs. 7:2