Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə96/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   92   93   94   95   96   97   98   99   ...   122

279
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük dua 
İSVEÇRƏ: MAYKL SETTLER 
Maykl Settler ona verilən cəzaya – dili kəsildikdən sonra kafir kimi yandırılacağına 
təəccüblənmədi. Bu, on altıncı əsr idi və Maykl məbədin Əhdi-Cədid formasına qayıtmasını 
istəyən imanlılar hərəkatından olan anabaptist idi. Amma Avropanın dini və sosial təşkilatları 
anabaptistlərin təhlükəli şəxslər olduğunu düşünürdülər. 
Tamaşa etməyə gələnlərdən ibarət izdi-
ham bazarda toplaşmağa başladı. Orada da-
yananlardan biri iyirmi beş yaşlı Klaus von 
Qrafenek idi, o, dustağa yaxın yerdə dayan-
mışdı və cəlladın Mayklın ölümü üçün hazır-
laşmasına tamaşa edirdi. 
Maykl sözləri aydın tələffüz etməsə də 
dua etməyə başladı: “Əziz Rəbbim, bu cavan 
oğlanın gözlərini aç…”
Klaus birdən geriyə çəkildi, o, cinayətkarın 
onun üçün dua etdiyini eşidəndə heyrətə 
gəldi!
Cəllad Mayklı bağlayarkən dustaq izdi-
hama doğru çevrilib korlanmış bir nitqlə 
söylədi: “Tövbə edin!” Sonra gözlərini yu-
mub dua etdi: “Külli-İxtiyar olan əbədi Allah, 
mən bu gün həqiqətə şəhadətlik edəcəyəm 
və öz qanımla onu möhürləyəcəyəm.” 
Bundan sonra cəllad Mayklı alovun içinə 
tulladı. Onun əllərində olan kəndirlər yanıb 
qurtardıqdan sonra o, əllərini yuxarı qaldı-
rıb dua etdi: “Ata, mən öz ruhumu Sənin 
əllərinə tapşırıram.”
Klausa ittiham olunan kişinin duası elə bö-
yük təsir göstərmişdi ki, o, Settlerin ölümü 
barədə dərin hörmətlə yazdı. O, yazısını bu 
sözlərlə tamamladı: “Qoy Allah bizə də onun 
kimi qoçaqlıqla və səbirlə şəhadətlik etməyə 
imkan versin.” 
Dua məsihçinin gizli silahıdır. Bu, insa-
nın  Məsihə  imanı  barədə  səssiz  təsdiq  və 
ya  açıq  danışıqdır.  Klaus  ittiham  olunan 
insanın duasını eşidəndə dua onu dayanıb 
düşünməyə vadar etdi. Buna oxşar olaraq, 
restoranlarda yemək üçün dua etməyimizi 
başqaları  görəndə  biz  də  onların  daya-
nıb  Allah  haqqında  düşünməsinə  səbəb 
ola bilərik. Hətta insanların fikirlərini bir 
neçə anlıq tutub saxlasaq və düşüncələrini 
Məsihə  doğru  yönəltsək,  biz  artıq  işimizi 
görmüş oluruq. Mayklın Klaus üçün etdiyi 
kimi, dua həyatları dəyişdirir və həsr olun-
maya ruhlandırır. Amma Allah sizin təklif 
etmədiyiniz duaları istifadə edə bilməz. Bu 
gün görüşdüyünüz insana görə səssiz dua 
etmək üçün bir az vaxt ayırın. Siz nəticədə 
nə baş verəcəyini heç vaxt bilmirsiniz. 
Hər cür dua və yalvarışla, 
həmişə Ruhun idarəsi ilə dua 
edin.
Efes. 6:18


gün
280
BÖYÜK 
SADİQLİK
-ci
Müqəddəs Kitabda “missioner” sözü yoxdur, 
orada “şəhadətlik etmək” sözü var.
Cim Elliot – Ekvadorda Auka qəbiləsinə Müjdəni yaymağa çalışarkən 
şəhid olmuş müjdəçi, sitat Elizabet Elliotun “Mənim qəyyumumun 
qəddarlığı” kitabından götürülmüşdür. 


281
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük əlyazma 
İTALİYA: YUSEBİYAS 
Diokletianın hökmranlığı altında b.e. 303-cü ilində Romada “Böyük Təqib” başlandı. Bu 
dövrdə Diokletian məsihçilərin imanını məhv etmək cəhdi ilə məsihçiliyə qarşı rəsmi qərarlar 
nəşr etdirmişdi. Ətraflı qərarların içərisində aşağıdakı əmrlər də var idi: 
Dövlət idarələrində işləyən məsihçilər işdən 
çıxarılmalıdır; 
Məsihçiliyə qarşı bütün ittihamlar qəbul 
edilməlidir; 
Məsihçilərə öz imanlarına görə işgəncə 
verilməlidir; 
Kəlam dərhal müsadirə olunmalı və yandırıl-
malıdır; 
Məbəd binaları dağıdılmalıdır; 
Məsihçilərin vətəndaşlıq hüquqları 
məcburi inkar olunmalıdır və məbədlərin 
rəhbərləri, yepiskopları və başçıları allahlara 
qurban gətirmək üçün həbs olunmalıdır. 
Bu müddət ərzində Yusebiyas adlı cavan 
yazıçı erkən məbədə qarşı törədilmiş vəhşiliyi 
qeydə almışdı. Məbəd rəhbəri və teoloq olan 
Pamfilus onu olduqca ruhlandırmışdı. Pamfi-
lus b.e. 308-ci ilində həbs olunmuşdu və ona 
işgəncələr verilmişdi, amma bu, Yusebiyasın 
həyatına əhəmiyyətli təsiri göstərdikdən son-
ra baş vermişdi. 
Yusebiyas yazırdı: “Biz öz gözlərimiz ilə 
görmüşük ki, dua evləri təməlindən dağıdı-
lıb…və ruhla dolu müqəddəs Kəlam alova 
atılıb…və məbədlərin pastorlarından bəziləri 
burada və orada özlərini gizlədirlər.”
Pamfilusun b. e. 309-cu ilində edamı Yu-
sebiyasın “Məbədin  tarixi” adlı əlyazmanı 
yazmasına mane olmadı. 
Yusebiyas sonralar məsihçiliyə göstərdiyi 
xidmətlərə görə həbs olundu. Amma onun 
həyatı qorunmuşdu. Allah onu qorumuşdu 
ki, gələcək məbəd üçün yazıları yazmaqda 
davam etsin. Onun yazıları erkən məbədin 
üzləşdiyi  əzabları  görmək  üçün  gələcək 
nəsillərin  gözlərini  açdı.  Onun  məsihçi 
rəhbərlərin  həyatı,  ölümü  və  irsi  barədə 
yazıları bizə məsihçi qəhrəmanların böyük 
mirasını  xatırladır.  Əgər  biz  təqib  olunan 
əcdadlarımızın cəsur imanından və ölməz 
sevgisindən  öyrənə  bilsək,  yazılar  əbəs 
yerə deyil. Nə də əzablar əbəs yerə deyil. 
Bu  gün  siz  nə  edirsiniz  ki,  növbəti  nəsli 
daha  da  dərindən  həsr  olunmağa  ruhlan-
dıra bilsin? Allahdan xahiş edin ki, öz mi-
rasınızdan əl çəkməkdə sizə yardım etsin.
Onun ədalətini, Onun  
əməllərini gələcəkdə doğulan 
xalqa bildirəcək.
Məzmur 22:31


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə