Aqil İman
170
ruhu sevinsin, ailəmiz, qohumlarımız, onu sevənlər rahat-
lansın. Əlavə etdi ki, yeni şeirlərini də əldə eləmişəm, söz
verənlər də var... Bu gözlənilməz şad xəbərdən Qılmanın
özü qədər sevindim!
Bəlkə, o gecə Aqil İmanın ruhu da bizi göylərdə dinlə-
yirdi. Nə bilim, bir onu bilirəm ki, ömrümüzü, günümüzü
amanatlayan fani adlanan qoca dünya hər şeyə toxunsa da,
sözə toxunmur. Yaşadacaq da. Çünki söz onu yaradandan
gəlir.
Nakam şairin yaradıcılığı, bütövlükdə yaralı poeziya
aləmi o qədər ruha yatan, qəlbə yaxındır ki, saralmış vərəq-
lərdə boyun bükən misralardan ayrılmaq istəmirsən. Bu
yerdə Dədə Ələsgərdən fikrimi canlandıran iki misra gəldi:
Onda vay halına yazıq Ələsgər,
Özün getdin, sözün qaldı dünyada.
Məzar evində Qarabağ dərdi, Göyçə nisgili ilə torpağa
qarışan Aqil İmana ulu Tanrıdan bir diləyim var: Tanrım,
onun axirət dünyasını qapalı eləmə! Günlü-günəşli elə! Söz
ömrünü ömrünə cala! İnsanlara məzarını yox, özünü göstər!
Bütün günahlarını sözlərinə bağışla! Aqil də sənsən, İman
da səndən gəlir! Sonuncu şeirinə özü nöqtə qoyub, Tanrım,
sən onun ömrünə nöqtə yazma! Amin! Amin! Yenə də
Amin!
Nəhayət, sönməz şairin əcəl mürəkkəbi ilə yazdığı
“Qurban olaram” gəraylısını möhtərəm oxucuların maraq
dünyasına təqdim edir və bu yazıma ürək ağrısıyla sonluq
qoyuram:
Aqil İman
172
Maşallah ХUDUBƏYLİ
YARIMÇIQ ÖMRÜN YADİGAR QAFİYƏLƏRİ
“Bir gövdənin üç budağı”nın son xanəsinə yetirkən nə-
dənsə ani olaraq fikrim dumanlandı, ürəyim kövrəkləşdi.
Bircə hovur içində xəyalım ellər dolaşdı. Dağlardan aşıb,
düzlərdən keçdi, bağçalar dolanıb, bağları gəzdi. Kökü tor-
pağın dərin qatlarına işləyən nəhəng bir ağac gəlib dayandı
gözlərimin qabağında. İllərin qoynunda qat-qat olub dəmir
kimi bərkiyən, qabığını yarıb göylərə ucalan üç budaq
gördüm onun üstündə. Bu budaqlar gövdələşib qol-qanad
açarkən, üçüncü budaq hələ puçurlarını açıb ərsəyə yet-
məmiş öz nazikliyində, kövrəkliyində qalırdı.
Amma inkişaf etməsə də, nə özü qurumamışdı, nə də
üstündəki bahar müjdəli yarpaqları.
Kim bilir, hələ neçə belə baharda çiçəkləyəcək onun
tumurcuqları?!
Və neçə yaz ağzında al-yaşıl donuynan bəzənib gözləri,
könülləri oxşayacaq onun yarpaqları?!
Həyatın qəribə qanunları var. Bəzən təbiətlə cəmiyyət
arasındakı zahiri uyğarlıq onun fəlsəfi tərəflərinə də sirayət
edir…
Mən də, bax beləcə, bu düşüncələrlə “Mənim sazlı-söz-
lü dünyam”ın 2-ci sayındakı “Bir gövdənin üç budağı” fəs-
linin sonuncusunu qələmə alarkən ürəyimin kövrəkliyi çul-
ğadı köksümü. İstər-istəməz onun dedikləri düşdü yadıma:
Bilirsənmi, fürsət yoxdu,
Gündə yüz yol görəm səni,
Təravətli çiçək kimi,
Sinəm üstə hörəm səni.
Bu dünya görüş yeridi
173
Ay, baхışı körpə ceyran,
Mən bir ovçu, sənə heyran,
Kaş qarşımdan qaçan zaman,
Qovub-qovub yoram səni.
Kaş yetəydim o xoş günə,
Seviləydim, a yar, sənə.
Aqil İman deyər, mənə,
Kim buyurar haram səni?!
İstədiyi el gözəlini gündə yüz yol görməyə fürsəti yox-
muş onun. Amma arzuları sonsuzmuş, saya gəlməzmiş.
Gah “dağ çiçəyinə”, gah “marala”, gah da “ceyrana” bən-
zətdiyi istəklisini gündə yüz yol görə bilməsə də, ömrün
tale qismətiynən ayın, günün hansı çağındasa vüsalına ye-
tərmiş.
Fəqət!…
Bax, elə yazımın bu məqamında Aqil İmanın əlimdə
olan şeirlərini çək-çevir elədim ki, arasından indiki halıma
uyğun bir-iki kövrək misra tapıb onun gözünə qatım. Am-
ma tapa bilmədim.
Hansı qoşmasını oxudumsa, orada bir nikbinlik, nəsihə-
tamizlik, məhəbbət aləmində sədaqətlə yanaşı vəfasızlara
qeyzini gördüm.
Hansı gəraylısına nəzər saldımsa, orada şuxluq, oynaq-
lıq, ömrün sabahına ürək dolu ümid, təsəlli gördüm.
Və elə bil qəflət yuxusundan ayılıb öz-özümə dedim:
– Ruhun şad olsun, Aqil İman! Məgər insanın ömrü
təkcə onun bu dünyadakı sağlığıynanmı ölçülür?!
Heç də yox!