C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə19/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

72
təsiri zamandan asılı olaraq getdikcə azalır, çünki zaman-
dan  asılı  olaraq  daima  atom  sayı  azalmaqdadır.  Radioak-
tiv maddədəki atomların müəyyən bir hissəsinin ayrılması 
üçün keçən müddət həmişə eynidir. Buna görə də radioak-
tiv  maddədəki  atomların  yarısının  parçalanması  üçün  ke-
çən  müddət  hesablamalarda  istifadə  edilməkdədir.  Bu 
müd dətə “radioaktiv maddənin yarı ömrü” deyilməkdədir 
və bu müd
 
dət hər radioaktiv maddədə fərqlidir. Bəzi radio-
aktiv elementlərin yarı ömrünü aşağıdakı cədvəldən öyrənə 
bilərsiniz.
Radioaktiv Izotop Yarı Ömür 
Torium 232 14.100.000.000 il 
Uran 238 4.510.000.000 il
Uran 235 707.000.000 il 
Neptun 237 2.250.000 il 
Karbon 14 5600 il 
Radium 226 622 il
Aktinium 227 21.6 il
Berkelium 249 314 gün 
Polonium 210 138 gün 
Eynşteynium 253 20 gün 
Radon 222 3.8 gün 
Fermium 251 7 saat 
Radioaktiv elementlərlə tarixləndirmə
Radioaktiv  izotop  siyahısında  gördüyümüz  Uranium 
235-i nümunə olaraq götürək. Müəyyən bir miqdarda var 
olan  Uranium  235,  707  milyon  ildə  bu  miqdarın  yarısına 
düşəcək.  Daha  sonrakı  707  milyon  ildə  geriyə  qalan  miq-


73
dar yenə yarıya düşəcək və bu hər 707 milyon illik dövrdə 
bu  şəkildə  təkrarlanacaq.  Nəticədə  mühitdə  çevrilmiş 
maddələr  və  Uranium235  atomları  hesablanaraq,  neçə  il 
əvvəl nə qədər Uranium235 atomu olduğu riyazi üsullarla 
təyin oluna bilər. 1960-da Nobel Kimya Mükafatını qazanan 
ABŞ-lı atom fizikaçısı Willard Frank Libby, Karbon14 radi-
oaktiv atomunu, radioaktiv elementlərin bu xüsusiyyətinə 
söykənərək, tarixləndirmə məqsədiylə geologiyada istifadə 
etmişdir. Bu da radioaktiv elementlərin elm dünyasındakı 
əhəmiyyətini daha da artırmışdır. 
Müasir müşahidə texnikaları kimyəvi elementlərin ya-
şını mövcud radioaktiv elementlər və onların yarı ömürləri 
nəticəsində  yaranan  radioaktiv  elementlərin  miqdarları 
sayəsində  anlamağımıza  imkan  verməkdədir.  1997-ci  ildə 
ingilis  və  amerikan  astro-fizikləri  Marqaret  və  Cefri  Bör-
bic, Vilyam Fouler
,
 və Fred Hoyl atom ağırlığı yüksək olan 
elementlərin  yalnız  supernovaların  içindəki  müddətlərlə 
meydana  gələ  biləcəyini  ortaya  qoydular.  Onların  araş-
dırmaları  və  sonrakı  işlər  bizə  Torium232,  Uran238  və 
Uran235  kimi  elementlərin  ilk  supernovalardan  qaldığını 
göstərməkdədir. Bu elementlərin mövcud miqdarı və yarı 
ömürə dair əvvəldən toxunduğumuz hesablar ilk superno-
vaların yaşını bizə bildirməkdədir.
Radioaktiv elementlərə  
görə kainatın yaşı
Torium232-nin  Uran238-ə  və  Uran235-in  Uran238-ə 
nisbətinə əsaslanaraq avropalı fiziklər Tilman, Metzinqer və 
Klapdor 1983-cü ildə ilk supernovaların 16.8 - 22.8 milyard 
il  aralığında  meydana  gəldiyini  bildirdilər.  Sonra  1987-ci 
ildə Vilyam Fouler bu hesabları düzəltməyə çalışdı və daha 


74
əvvəlki Tilmanın hesablamalarının 3 milyard il ilə 9 milyard 
il arasında azaldılmasının lazım olduğunu qeyd etdi. Daha 
sonra isə Tilman və iki yoldaşı Kovan ilə Truran yenidən he-
sablamalar apardılar və 12.4 - 14.7 milyard il aralığı nəticəsinə 
gəldilər.  Bunlardan  sonra  amerikalı  fizik  Donald  Klayton 
səkkiz  ayrı  metod  istifadə  edərək  ilk  supernovaların  tarixi 
üçün 12 milyard il ilə 20 milyard il geniş aralığını irəli sürdü. 
Kainatın başlanğıc mərhələsində maddənin çox sıx oldu-
ğu dövrdə ilk supernovalar meydana gəlmiş və bu kainatın 
başlanğıcına çox yaxın bir zaman aralığında baş vermişdir. 
Buna görə də radioaktiv elementlərin ilk supernovanın mey-
dana  gəlməsinə  dair  verdiyi  tarixlər  təxmini  olaraq  kaina-
tın yaşını bildirməkdədir. İstər bu texnikalarla, istər ulduz-
ların  yaşından  asılı  olaraq,  istərsə  də  Habl  sabitini  istifadə 
edilərək edilən hesablamalar həmişə eyni zaman aralıqları-
nı nəticəsinə aparmaqdadır. Bu hesablamaların heç birində 
kainatın yaşı bir trilyon il, 200 milyard il və ya bir milyard 
il, 10 milyon il, 5 milyon il kimi bir-birilə əlaqəsiz nəticələrə 
gətirmir. Bəzi çətinliklər ucbatından tam və qəti bir hesab əldə 
edilə bilməməkdədir, amma bütün fərqli hesablamalarda ka-
inatın yaşı 15 milyard il ətrafında çıxmaqdadır. Hesablama 
üsullarının  həmişə  fərqli  meyarlara  söykənməsinə  baxma-
yaraq, nəticələr həmişə təxminən yaxın aralıqlarda çıxmaq-
dadır. Radioaktiv elementlərin sahib olduğu xüsusiyyətlərin 
istifadə edilməsi, görüldüyü kimi, bu hesablama üsulların-
dan  birini  meydana  gətirməkdədir.  Kainatın  əzəli  olub-ol-
madığı  mübahisəsi  artıq  yerini  kainatın  başlanğıcının  tam 
olaraq nə vaxt olduğu mübahisəsinə buraxmışdır. 
Həmçinin,  protonları  meydana  gətirən  kvarkların  çox 
uzun bir müddət içində elektronlara çevrilməsi gözlənilir. Bu 
isə protonların və atomların sonu deməkdir. Proton pozul-
masına dair bu proqnoz da protonların, eləcə də atomların 
əzəli olmadığının bir sübutudur. Əgər bunlar əzəli olsaydılar, 


75
bu anda mövcud ola bilməyəcəkdilər. Deməli, Big Bang üçün 
bu da bir “yan sübut”dur. Lakin haqqında bir çox fərziyyələr 
irəli sürülən və elmi sübuta sahib olmayan bu mövzuya gir-
mir və “elmi yan sübutlar”ı burada sonlandırırıq.
4 - KAINATIN BAŞLANĞICI OLDUĞUNUN 
 FƏLSƏFI SÜBUTLARI
Kainatın başlanğıcının fəlsəfi  
müdafiəsi
Astronomiya  və  fizika  sahəsində  araşdırmalarımızda 
inkişafın  yaşanmadığı  dövrdə,  kosmik  fond  radiasiyası-
nın  məlum  olmadığı,  kainatın  genişlənməsinin  müşahidə 
edilmədiyi,  entropiyadan  və  radioaktiv  elementlərdən  in-
sanların  xəbərinin  olmadığı  zamanda  kainatın  bir  başlan-
ğıcı  olduğu  rasionalist  arqumentasiyalarla  müdafiə  olun-
muşdur. Yəhudi filosof Sadiya, xristian filosof Bonaventu-
re,  müsəlman  filosof  Kindi  və  daha  bir  çox  filosof  bunun 
nümunələrini vermişlər. Geniş bir kitab ola biləcək bu möv-
zuya çox qısaca toxunmağa çalışacam. Bu arqumentasiyalar 
qurularkən xüsusilə kainatın, kainatdakı hərəkətin və kai-
natdakı zamanın sonsuz ola bilməyəcəyinin üzərində daya-
nılmışdır.  Kainatın  başlanğıcının  səbəbsiz  ola  bilməyəcəyi 
vurğulanmış  və  kainatın  öz  xaricində  bir  səbəbə  ehtiyacı 
olduğu göstərilmişdir. Bunu xülasə ilə belə göstərə bilərik: 
1 - Hər mövcud olmağa başlayan şey başlanğıcı üçün 
bir səbəbə möhtacdır. 
2 - Kainatın bir başlanğıcı vardır. 
3 - Deməli, kainatın mövcud olmağa başlamasının bir 
səbəbi vardır. 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə