C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə27/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   23   24   25   26   27   28   29   30   ...   61

103
kinq belə deməkdədir: “Rojer Penros və mən göstərdik ki, 
Eynşteynin  ümumi  nisbilik  nəzəriyyəsi,  kainatın  bir  baş-
lanğıcının və ola biləcək bir sonunun olmasını tələb edir.” 
Yaxşı,  Stefen  Houkinqin  kainatın  bir  başlanğıcı  olmadı-
ğına  dair  izahatı  haradan  qaynaqlanmaqdadır?  Kainatın 
başlanğıcı  olduğunu  nəzəri  olaraq  Penros  ilə  birgə  isbat 
etdiyini  söyləyən  bir  adam  digər  tərəfdən  bir  başlanğıcın 
olmadığını  necə  deyə  bilər?  Houkinqin  ən  son  kitabları 
da daxil olmaqla, bütün əsərlərində Penros ilə birgə etdiyi 
təcrübələrin arxasında durduğunu, bunları heç cürə inkar 
etmədiyini nəzərə alsaq, bu ziddiyyət necə izah oluna bilər?
 
Xəyali zamanın ortaya atılması
Big  Bang  ilə  bağlı  məlumatlarımız  “Plank  zamanı”na 
qədər gedib çıxmaqdadır. “Plank zamanı” Big Bang-dən son-
rakı 10
-43
 saniyəni ifadə edir. Bu ədədi yazmağa səbriniz var-
sa, belə də yaza bilərsiniz 0.0000000000000000000000000000
000000 000000001 saniyə. Houkinq də məlumatımızın bura-
ya qədər getdiyini qəbul etməkdə, lakin Big Bang-in başlan-
ğıcı  ilə  bu  zaman  hissəsi  arasındakı  qeyri-müəyyənlikdən 
narahatlıq  keçirtməkdədir.  Bu  zaman  ərzində  istilik  32
10
 
Kelvin  kimi  inanılmaz  bir  dərəcəyə  çatmaqdadır.  Bu  isti-
lik səbəbilə kütlə çəkiliş qüvvəti, nüvə qüvvəsi və elektro-
maqnetik qüvvətlərin hamısı birləşməkdə və bu zamandan 
əvvəlki vəziyyət elmi olaraq tərifsiz qalaraq fizika qanunları 
işləməməkdədir. Houkinq “Fizika qanunlarının” keçərsiz ol-
duğu bu andan narahat olmaqdadır. Onun fikrincə, bu nöqtə 
fizika qanunlarının müstəqil etibarlılığına bir zərbədir. Ho-
ukinq “Qoz Qabığındakı Kainat” kitabında bu narahatlığını 
belə ifadə edir: “Əgər elm qanunları kainatın başlanğıcın-


104
dan bəri şübhə altındadırsa, başqa zamanlarda da səhv ola 
bilməzlərmi?” Houkinq kainatın və fizika qanunlarının ka-
inat xarici bir Güc tərəfindən yaradıldığı, kainatın və fizika 
qanunlarının Ondan asılı olduğu fikrini pozitivist yanaşma-
ya zidd görməkdə, hər şeyi mütləq mövcud fizika qanunları 
çərçivəsində şərh etməyə çalışmaqdadır. Zamanın “gerçək 
zaman” olması halında başlanğıcı olması lazım olduğunu 
qəbul edən Houkinq bu nəticədən xilas olmaq üçün “xəyali 
zaman”  (imaginary  time)  anlayışını  işə  salır.  Bu  anlayışa 
görə, “Plank zamanı”ndan əvvəlki zaman “xəyali zaman” 
anlayışı ilə açıqlanacaq və bu zamandan əvvəlki vəziyyətdə 
kainatın ölçüsü çox kiçildiyi üçün Eynşteyn düsturları bir 
kənara buraxılaraq kvant mexanikasının qeyri-müəyyənlik 
qanunundan  faydalanılacaqdır.  Bu  səbəbdən  buna  Kvant 
Çəkiliş modeli də deyilmişdir. Kainatın ölçüsünün kiçildiyi, 
lakin sıxlığının artdığı bu vəziyyətdə kvantum qanunları-
nın etibarlı olduğunu iddia etmək üçün nə bir sübut, nə də 
məntiqi bir səbəb vardır. Kainatın bütün sıxlığının tək bir 
nöqtəyə  sıxışdığı  bu  vəziyyəti  atomun  içində  keçərli  olan 
kvant vəziyyəti ilə eyni görmək heç də məntiqli deyil. 
Yalnız fizika qaydaları ilə məhdud 
qalmaq arzusu
  Houkinq  düsturların  içinə  “xəyali  zaman”  anlayışını 
daxil edərək Penros ilə birgə işlərində çatmış olduğu kaina-
tın və zamanın başlanğıcı olması nəticəsindən yayınmaqda-
dır. Penros ilə işləri isə “gerçək zaman” üçün yenə etibarlı 
olduğundan, onlardan da imtina etməməkdədir. Houkinq 
“Zamanın Qısa Tarixi” adlı kitabında belə deyir: “Gerçək za-
manda kainat kosmos-zamanın sərhədini meydana gətirən 


105
və  elm  qanunlarının  işləmədiyi  təkliklərdə  başlamaqda 
və  sona  çatmaqdadır.  Lakin  xəyali  zamanda  təkliklər  və 
sərhədlər yoxdur.” Bu vəziyyəti belə yekunlaşdıra bilərik:
1  -  Houkinq  zamanı  “gerçək  zaman”  olaraq  nəzərə 
alan da zamanın başlanğıcı olduğunu qəbul etməkdədir. 
2 - Houkinq zamanı “xəyali zaman” olaraq nəzərə alan-
da  kainatın  zamanlanmış  bir  başlanğıcı  olduğu  fikrindən 
daşına biləcəyimizi söyləməkdədir. 
Houkinq kainatın xəyali zamandakı tarixi başlanğıcını 
Cənub  Qütbünə  bənzətməkdədir.  Onun  fikrincə,  “Başlan-
ğıcdan əvvəl nə olub?” deyə soruşmağın heç bir mənası yox-
dur.  Bu  cür  xəyali  zaman  Cənub  Qütbünün  cənubundakı 
nöqtələr qədər tərifsizdir. 
Houkinq Tanrının varlığını heç bir zaman ateistcəsinə 
inkar etmir. Lakin O, Tanrının mövcudluğuna ehtiyac ol-
madan açıqlanacaq bir kainatı dizayn etməklə məşğuldur. 
Beləcə,  kainatı  açıqlamaq  üçün  Tanrıya  olan  ehtiyac  yox 
olacaq və fizika qanunları ilə hər şey izah oluna biləcək. Ho-
ukinq “Zamanın Qısa Tarixi” kitabında açıqca “Zaman və 
kosmosun sərhədsiz və sonlu olduğu düşüncəsinin yalnız 
bir təklif olduğunu vurğulamaq istəyirəm” deməkdədir. O, 
zamanın Cənub Qütbü kimi sonlu, amma sərhədsiz (baş-
lanğıcsız) olduğuna dair yanaşmasının elmi müşahidə və 
məlumatlara söykənmədiyini açıqca söyləməkdədir. Onun 
bu  təklifi  fizika  qanunlarının  bir  başlanğıcla  kəsilməsini 
psixoloji olaraq istəməməsindən qaynaqlanmaqdadır.


106
Xəyali zaman gerçəkliyi
Houkinq  “Xəyali  zaman”ın  varlığını  təklif  edərkən 
öz  ixtisası  olan  fizikadan  fəlsəfəyə  keçməkdədir.  Çün-
ki  bu  anlayış  elmi  müşahidə  və  təcrübədən  qaynaqlanan 
bir anlayış deyil. Mənim kimi məlumatda bölünmə olma-
dığını,  fəlsəfə  və  fizika  kimi  məlumat  sahələrinin  hamı-
sını  həqiqətə  çatmaq  üçün  birləşdirmək  lazım  olduğunu 
müdafiə  edən  birisi  bir  fizikin  fəlsəfəyə  girməsini  bir  filo-
sofun da fizika problemlərinə girməsi qədər xoş qarşılayır. 
Lakin problem Houkinqin fəlsəfəyə girməsi deyil, nə qədər 
doğru fəlsəfə aparmasıdır. Bu nöqtədə “Xəyali zaman” an-
layışının fizika və fəlsəfə baxımından həqiqətini mübahisə 
etmək mərhələsinə gəlirik. Sualı fəlsəfənin dili ilə soruşsaq, 
əsas sualımız “Xəyali zamanın ontoloji həqiqəti nədir?” ol-
malıdır. Əslində, Houkinq Zenonun və Rasselin gerçək ilə 
zehni fantastikanı qarışdırmasındakı xətaya eynən özü də 
düşmüşdür  (“Kainatın  başlanğıcı  olduğunun  fəlsəfi  sü-
butları”  başlığı  ilə  bu  mövzu  haqda  əvvəlki  bölümlərdə 
danışdıq).  Hazırladıqları  riyaziyyatın  həqiqətdəki  qarşı-
lığı  ilə  maraqlanmadan,  sırf  qarşılarındakı  ədədlərlə  ma-
raqlananlar  bunu  anlaya  bilməmişdirlər.  Halbuki  kainatı 
açıqlamaq üçün riyazi düsturlara müraciət edənlər hazırla-
dıqları  riyaziyyatın  həqiqətdəki  qarşılığı  ilə  maraqlanmaq 
məcburiyyətindədirlər. Çünki fizika riyaziyyatı alət olaraq 
istifadə edən bir elmdir. Qurğulanmış olub, həqiqətdə qarşı-
lığı olmayan riyaziyyatın fizika ilə bir əlaqəsi yoxdur. Aktual 
həyatdan bir nümunə ilə “gerçəyin riyaziyyatının” və “zeh-
ni fantastikanın riyaziyyatının” fərqini göstərməyə çalışaca-
ğam. Üç adamın üç ayrı alma ağacını düşünək. Məncə, bun-
lardan ikisi bəzi vəziyyətlərdə üçüncünün alma ağacındakı 
alma sayını bilmədən “Bizim üçümüzün alma ağaclarındakı 
almaların sayı 100-dən çoxdur” deyə bilərlər. Məsələn, bu 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə